Ə.H.Əliyev, F.Ə.Əliyeva,
V.M.Mədətova
İNSAN
VƏ HEYVAN
FİZİOLOGİYASI
II hissə
Bakalavr hazırlığı üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi
28.06.2005-ci il 522 saylı əmri ilə dərslik
kimi təsdiq edilmişdir.
BAKI-2008
downloaded from KitabYurdu.org
Redaktorlar:
ADPU-nın insan və heyvan fiziologiyası kafedrasının
müdiri, b.e.d., prof. Ə.N.Fərəcov
AMEA-nm A.Qarayev adına Fiziologiya İnstitutu-
nun böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev
Rəyçilər:
Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akademii-
yasının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev
AMEA-nm
A.Qarayev adma Fiziologiya İnstitutunun
analizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyasının
rəhbəri, b.e.n. A.Q.Qazıyev
Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin dekanı,
anatomiya,
fiziologiya, zoologiya kafedrasının dosenti
A.M.Rüstəmov
Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və hey-
van fiziologiyası (bakalavr hazırlığı üçün dərslik). Bakı, «Bakı
Universiteti» nəşriyyatı, 2008, 600 s.
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas
bölmələrinə aid müasir məlumatlar verilmişdir.
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri
hesab edilən «İnsan və heyvan fiziologiyası)) üzrə nəzərdə tutulan mühazirə materialları
ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziologiya sahəsində son
nailiyyətlər Avropa standartları nəzərə alınmaqla qan, ürək- damar, qan dövranı,
tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və
tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti
bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış
alimləri, terminlər lüğəti, testlər verilmişdir.
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və
toxumalarının fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun şəkildə izah
edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası (birinci
kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk
dəfə məlumat verilməsidir.
Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində
təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın
müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı ola bilər.
ə
1903000000-08
M -658607; -011
-011-2008
© «Bakı Universiteti» nəşriyyatı, 2008
downloaded from KitabYurdu.org
IX FƏSİL
QAN
Qan, limfa və hüceyrəarası mayeyə orqanizmin daxili
mühiti deyilir. Daha dəqiq desək, qan orqanizmin hüceyrəsiz daxili
maye mühitinə və ya damar sistemində dövran edən qan plazması
və ondan asılı halda olan hüceyrələrdən ibarət olan orqanizmin
daxili mühitinə aid edilir. Laxtalanmış qanın tərkibi trombdan və
bəzi plazma zülallarından ibarətdir. Zərdab fıbri- nogeni çıxarılmış
plazmanın şəffaf maye hissəsidir.
Qan orqanizmin inteqrasiya edən sistemlərindən biridir.
Orqanizmin ayrı-ayrı orqanların vəziyyətində baş verən müxtəlif
tərəddüdlər qan sistemində və əksinə, dəyişikliyə səbəb olur. Məhz
buna görə də, insanın sağlam və xəstə olmasını qiymətləndirəndə
qanı xarakterizə edən parametrləri (he- matoloji göstəriciləri)
hərflərlə tədqiq edirlər. Qan, limfa və hüceyrəarası maye birlikdə
oqranizmin daxili mühitini əmələ gətirir. Qan sistemi haqqında
təlimi 1939-cu ildə Q.F.Lanq yaratmışdır. O, bu sistemə; 1)
damarlarla dövran edən, həm də qan depolarında olan qanı; 2)
qanyaradıcı; 3) qandağıdıcı orqanları; 4) tənzimedici sinir-humoral
sistemi aid etmişdir.
9.1.
Qanın funksiyaları
Qan çox müxtəlif funksiyaları yerinə yetirir. Qanın çoxsaylı
funksiyaları nəinki plazma və qan hüceyrələri ilə, həm də qanı
bütün toxuma və orqanlara çatdıran qan damarlarında dövran edən
qanın vəziyyətilə təyin edilir. Qan orqanizm ilə mühit arasında
əlaqə yaradır. Qanın əsas funksiyasına nəqliyyat, hemostatik,
müdafiə və hemokoaqulyasiya funksiyaları aiddir. Bunlardan başqa
qan orqanizmin daxili mühitin bir hissəsi kimi orqanizmin hər hansı
digər funksiyalarının fəaliyyətinin əsas hissəsini təşkil edir.
Məsələn, qanın, tənəffüsün, qidalanmanın və metabolizmin,
ekskresiya, hormonal və temperatur tənziminin, immun
reaksiyasının realizasiyasmda da
3
downloaded from KitabYurdu.org
yaxından iştirak edir.
Beləliklə, yuxarıda qeyd etdiklərimizə əsasən deyə bilərik
ki, orqanizmin daxili mühitinin əsas hissəsi olan qan öz
funksiyalarını aşağıdakı kimi yerinə yetirir.
Qan orqanizmdə oksigenin və karbon qazının birləşməsini
və daşınmasını təmin etməklə tənəffüsdə iştirak edir; metabolizmin
son məhsullarını ifrazat orqanlarının vasitəsilə bədəndən xaric
etməklə ifrazatda iştirak edir; qana daxil olan mikroorqanizmlər,
viruslar, onların toksinləri digər yad cisimlər tərəfindən törədilən
yoluxucu xəstəliklərdən sonra yaranan əkscisim - immun cisimlər
və ya antitellər, qana daxil olan toksinlərə qarşı antitoksinlər daha
dəqiq [leykositlərin faqosi- tar fəallığı (hüceyrə immuniteti) və
qanda olan əkscisimlər vasitəsilə (humoral immunitet)]
yaranmasında iştirak edir. Bu vəzifə properdin sisteminin
bakterosid təsiri ilə də yerinə yetirilir; Qan qaraciyərdən keçərkən
bədəni enerji ilə, ağciyərdən keçərkən soyumaqla bədən
temperaturunun tənzimində iştirak edir. Qan həm də hormonlar və
başqa fizioloji fəal maddələri daşımaqla qan vasitəsilə orqanlar
arasında humoral tənzimi həyata keçirir.
Qan orqanizm üçün vacib olan osmotik təzyiqin, şəkərin
miqdarının, PH-ın, ion tərkibinin sabit saxlanmasını təmin edir; qan
qidalanma funksiyasını orqanizmin bütün hüceyrələrini qida
maddələri (qlükoza, aminturşuları, yağlar, vitaminlər, mineral
maddələr) və su ilə təmin etməklə yerinə yetirir. Qanın kreator
funksiyasını formalı elementləri və plaz- ması ilə daşman
makromolekullar (toxuma strukturunun bərpa və təmini,
hüceyrələrin diferensiasiya dərəcəsinin tənzimi, hüceyrəarası
informasiyaların ötürülməsi) qan vasitəsilə həyata keçirilir.
Orqanizmin normal fəaliyyəti üçün qanda su və duzların
miqdarının, turşu-qələvilərin müvazinəti və eləcə də osmotik
təzyiqin, şəkərin, zülal, yağ, mineral maddələrin miqdarının, PH-ın,
ion tərkibinin daimi olmasının çox böyük əhəmiyyəti vardır.
Başqa mayelərdən fərqli olaraq, qanın özünəməxsus
4
downloaded from KitabYurdu.org
fiziki xassələri vardır.
Qanın həcmi. Qanın ümumi həcmi, yağlar nəzərə alın-
madan hesablandıqda təqribən bədən çəkisinin 7% (6-8%), yeni
doğulmuş körpələr üçün (çağalar) isə 8,5% təşkil edir. 70 kq çəkisi
olan orta yaşlı kişilərdə qanın həcmi təqribən 5600 ml-ə qədər
(bədən çəkisinin hər kq-na 80 ml olur). Onun 3,5-4/ adi qayda ilə
damar yatağında və ürək boşluğunda dövran edir. Qalan 1,5-2/ isə
qarın boşluğu orqanları, ağciyərlər, dərialtı hüceyrələr və digər
toxumalarda, yəni qan depolarında saxlanılır. Qan itirmələr zamanı
depolardan damarlara daxil olur və dövranda yenidən iştirak edir.
Deməli, normal şəraitdə qanın bir hissəsi damarlarda dövr edir,
digər hissəsi qan depoları olan qaraciyər, dalaq və dərialtı
toxumalarda saxlanılır. Plaz- manın həcmi, ümumi qanın həcminin
55%-ni təşkil edir. Hüceyrə elementləri, yəni qanın formal
elementləri qanın ümumi həcminin 45%-ni təşkil edir. Qanın
həcmini ya birbaşa 5ler ilə nişanlanmış eritrositlərin və ya dolayı
yolla 131-i isə plazma- nın albumini ilə və ya hemotokrit üsulu ilə
təyin edirlər.
Qanın özlülüyü və ya yapışqanlığı. Yapışqanlıq suya
nisbətən götürülür. Əgər suyun özlülüyü vahidə bərabərdirsə,
plazmanın özlülüyü 1,7-2,2-yə, qanda isə 4-5-ə bərabər olur. Qana
yapışqanlıq verən qanın tərkibində olan zülal və eritro- sitlərdir.
Qanın yapışqanlılığı və özlülüyü, mayenin onun hərəkət sürətinə
təsir xassəsidir. Qanın yapışqanlığının 99%-ni erit- rositlər
müəyyən edir. Qan qatılaşdıqda, yəni həddindən artıq su itirdikdə
(məsələn, ishal zamanı) və ya çoxlu tərlədikdə, həmçinin qanda
eritrositlərin miqdarı çoxaldıqda onun özlülüyü arta bilər.
Eritrositlərin suspenzion sabitliyi. Qanda eritrositlər bir-
birini itələdiyi üçün bu onların üst səthlərinin mənfi yüklə yük-
lənməsinə səbəb olur. Eritrositlərin üst səthinin yükünün azalması,
onların aqreqatsiyasına səbəb olur. Belə aqreqatsiya sahəsində
onların effektiv sıxlığı artdığı üçün az dözümlü olur. Eritrositlərin
çökmə sürəti (EÇS) eritrositlərin dözümlülüyü suspenziya
qiymətinin ölçüsü hesab edilir. EÇS-ni təyin etmək üçün üzərində
dərəcələnmiş kapillyar pipetkaları olan Pançen-
5
downloaded from KitabYurdu.org
kov cihazından istifadə edilir. Əvvəlcə qanın laxtalanmasının
qarşısını almaq üçün limon turşusunu natrium duzu ilə qarışdırıb,
sonra dərəcələnmiş pipetkalara əlavə edib, bir saat saxladıqda
eritrositlər sınaq şüşəsinin dibinə çökür. Eritrositlərin xüsusi çəkisi
(1090), plazmadan (1025-1034) çox olduğu üçün çökür. Normada
plazmada albumin-qlobulin koeffısienti (əmsalı) A/Q=l,5/2,3-ə
bərabər olur. Təbabətdə müxtəlif xəstəliklərin diaqnozunu
dəqiqləşdirmək üçün eritrositlərin çökmə sürətindən geniş istifadə
olunur.
Bir saat müddətində kapillyar borunun üst səthində
plazmanm açıq qatı əmələ gəlir. EÇS-nı göstərən bu açıq qatın
hündürlüyü millimetrlərlə ölçülür. Sağlam adamlarda normada
EÇS-i 2-15 mm/saata bərabər olur. Hamilə qadınlarda, şiş və başqa
bakterial mənşəli iltibah prosesləri müşahidə edilən xəstəliklərdə
qanın plazmasının zülal tərkibinin dəyişilməsi, EÇS- nin
yüksəlməsinə səbəb olur. Xüsusilə fibrinogenin və qlo- bulinin
miqdarının artması EÇS-ni tezləşdirir. Qanın tərkibi - plazma və
formalı elementləri natrium nitratla və ya heparinlə qarışdırılmış
qanı sentrafuqadan keçirdikdən və ştativdə bir müddət saxladıqdan
sonra o iki hissəyə 50-55%-ni təşkil edən plazmaya və 40-45%-ni
təşkil edən qanın formalı elementlərinə ayrılır.
Çəkisi 70 kq olan adamın 5-6 litr qanı olur. Yeni doğulmuş
uşaqlarda qan bədən çəkisinin 15%-ni, 1 yaşında 11%- ni, orta yaşlı
sağlam adamlarda isə 6-7,5%-ni təşkil edir.
Başqa mayelərdən fərqli olaraq qanın özünəməxsus fiziki
xassələri vardır:
Arterial qan oksigenlə zəngin (20%), al qırmızı rəngli,
venoz qan isə tünd qırmızı rəngdə olub karbon oksidlə zəngin,
oksigen isə arterial qana nisbətən az (12%) olur.
Qanın rəngi. Qana qırmızılıq verən eritrositlərin tərkibində
olan hemotoxromogen piqmentdir.
Qanın xüsusi çəkisi. Qanın xüsusi çəkisi 1,050-1,060 erit-
rositlərinki - 1,090, plazmanmki - 1,025-1,034-ə bərabər olur.
Qanın depressiyası - donma dərəcəsi. İnsan qanı 0,56-
0,58°-də donur.
6
downloaded from KitabYurdu.org
Qanın qoxusu tərkibindəki yağ turşularının miqdarından
asılıdır.
Qanın tərkibindəki duzlara görə dadı şordur.
9.2.
Plazma
Heparin və ya Na-sitrat əlavə edilmiş qanı şüşə boruda olan
sentrafuqadan keçirdikdən sonra, çökmüş qanın üzərində əmələ
gələn duru hissə - qan zərdabıdır. Fibrini çıxarılmış qanın plazma
hissəsinə qan zərdabı deyilir.
Plazmadan fərqli olaraq qan zərdabında qanın laxta-
lanmasında rolu olan bir sıra plazma amilləri (I-fıbrinoqen, II-
protrombin, V-proakselerin və VlII-antihemofilik amili) olmur.
Plazma açıq kəhrəba rəngli maye olub, tərkibində zülallar,
karbohidratlar, yağlar, lipoproteinlər, elektrolitlər, hormonlar və
digər kimyəvi birləşmələr olur. 70 kq çəkisi olan adamda plazma
həcmi bədən çəkisinin 5%-ni, bədəndə olan suyun isə 7,5%-ni təşkil
edir. Plazmanın 90-92%-ni su, suda həll olan maddələr, 10% (onun
9%-ni üzvi maddələr, 1%-ni qeyri-üzvi maddələr), bərk maddədən
zülalın payına 2/3, kiçik molekul çəkili və elektrolitlərin payına isə
1/3 hissə düşür. Plazmanın kimyəvi tərkibi hüceyrəarası maye ilə
oxşar olsa da, (kationlardan Na
+
, anionlardan Cl~
HCO3
üstünlük
təşkil edir), plazmada zülalın qatılığı yüksək olur (70q//).
Plazmada əsasən qaraciyərdən daxil olan bir neçə yüz
müxtəlif zülallar vardır. Plazma zülallarının funksiyaları çox
müxtəlifdir. Onlardan Albumin zülalı (40q//, M
r
*60-65kD) qanın
onkotik (25mm Hg.st. və ya 3,3 kPa) təzyiqini təyin edir. Qanın
onkotik təzyiqi hüceyrəarası mayedən 5 dəfə çoxdur. Məhz buna
görə hipoalbuminiya zamanı, böyrəklə əlaqədar olan «böyrək» şişi,
aclıqla əlaqədar olaraq «aclıq» şişi inkişaf edir. Qanda qlobulinin
miqdarı 30q//, o cümlədən a, -a
2
və /? və y qlobulinlər olur. Bu
zülalların, yəni normal sağlam adamda albumin, qlobulin indeksi
(A/Q) 1,5/2,3 olur. Qan
7
downloaded from KitabYurdu.org
plazmasında bu zülallardan əmələ gəlmiş fermentlərə misal
amilazam, lipazanı, fosfatazanı, proteazanı göstərmək olar, y -
qlobulin - yəni immunoqlobinlər (l
g
A, D, E, G, M) viruslar,
bakteriyalar və onların toksinlərinin zərərsizləşdirilməsinə qarşı
tibbdə istifadə edilir. Albuminlər qaraciyərdə, qlobumin- lər isə
qaraciyərdən əlavə həm də limfa düyünləri, dalaq və sümük
iliyində sintez olunur.
Funksional əhəmiyyətinə görə 3 əsas qrup zülallar ayırd
edilir:
1.
Qanın laxtalanma sistemi zülalları; bura trombun
formalaşması və parçalanması arasında müvazinəti təmin edən
koaqulyantlar və əks antikoaqulyantlar aid edilir. Koaqul- yantlar,
məsələn, fıbrinogen trombun əmələ gəlməsində iştirak edir.
Antikoaqulyantlar isə laxtalanmanın qarşısını alır.
2.
İmmun reaksiyalarda iştirak edən zülallar;
3.
Nəqliyyat zülallarına - albuminlər (yağ turşuları);
apolipopotemlər (xolesterin), transferin (dəmir), haptoqlobin (Hb),
tseruloplazmin (mis), transkoritin (kortizol), transkoba- lamin
(vitamin B
12
) və başqaları aiddir.
Qanın plazmasında azotlu və azotsuz üzvi birləşmələr olur.
Azotlu üzvi maddələrə zülalların toxumalarda mübadiləsi
nəticəsində əmələ gələn aminturşuları, sidik turşusu, kreatin və s.
misal göstərmək olar.
Azotsuz üzvi maddələrə qlükozanı misal göstərmək olar.
Normal sağlam insanlarda qlükozanm miqdarı orta hesabla 85-115
mq% 4,46-6,67 mmol// olur. Qanda yağların və digər lipoidlərin
miqdarı məsələn, xolesterinin, lesitinin miqdarı yeyilən qidanın
tərkibində olan yağların miqdarından asılı olaraq az və çox ola
bilər.
Deməli, plazmada olan zülalların [albumin (4,5%), qlo-
bumin (1.7-3,5%), fıbrinogen (0,4%)] orqanizm üçün əhəmiyyəti
böyükdür. Onlardan zülalların qanla toxuma arasında su
mübadiləsinin tənzimində rolunu, turşu-qələvi müvazinətində
iştirakını, qanın özlülüyünün sabit saxlanmasında iştirakını, qanın
laxtalanmasındakı və immunitetin yaranmasındakı rolunu
göstərmək olar.
8
downloaded from KitabYurdu.org
Osmotik və onkotik təzyiq. Qanın plazmasmda olan os-
motik fəal maddələr başqa sözlə, mineral duzlar, ionlar, kallo- id
maddələr, xüsusilə zülallar qanın mühüm xarakterini - osmotik və
onkotik təzyiqi müəyyən edir. Məhlulun osmotik təzyiqi osmometr
cihazı ilə ölçülür. Osmotik təzyiqi qanın plaz- masının osmotik
təzyiqinə bərabər olan, yəni tərkibindəki NaCl -un miqdarı,
plazmanın tərkibində olan NaCl -un miqdarına bərabər olan
məhlula izotonik, çox olana hipertonik, az olana hipotonik məhlul
deyilir. Qan hüceyrələri izotonik məhlulda normal fəaliyyət
göstərir. İstiqanlı heyvanlar üçün 0,9%-li NaCl, soyuqqanlı
heyvanlar üçün isə 0,65%-li NaCl məhlulundan (izotonik
məhluldan) istifadə edilir. Deməli, qanın osmotik təzyiqi tərkibində
olan mineral maddələrin miqdarından asılıdır.
İfrazat orqanları sistemi osmotik təzyiqin nisbi sabit
saxlanmasında əsas rol oynayır.
Onkotik təzyiq (kalloid osmotik təzyiq-KOT) - qan damar
yatağında qanın plazmasının zülalların tərəfindən suyun
saxlanması hesabına yaranır. Deməli, osmotik təzyiq duzlar,
onkotik təzyiq isə qanda olan kalloidlər-zülallar vasitəsilə yaranır.
Normada onkotik 15-20 mm Hg sütununa bərabər olur. O, az
olduqda qanın maye hissəsi toxumalardan sürətlə keçir, çox
olduqda əksinə ləngiyir. Qanda zülalların miqdarının 10 dəfə çox
olmasına baxmayaraq, onkotik təzyiq, osmotik təzyiqin 1/200
hissəsini təşkil edir. Beləliklə, plazmada zülalların miqdarı 70 q/1
olduqda plazmanın kalloid-osmotik təzyiqi - 25 mm.Hg.st (3,3 kPa)
təşkil etdiyi halda, hüceyrəarası mayenin kalloid osmotik təzyiqi
əhəmiyyətli dərəcədə aşağı - 5 mmHg.st. və ya 07 kPa olur.
Hüceyrəarası mayenin hidrostatik təzyiqi ilə (7 mm Hg.st.),
kapillyarlarda olan qanın hidrostatik təzyiq fərqinə - effektiv
hidrostatik təzyiq deyilir. Normada effektiv hidrostatik təzyiq
kapillyarlarm arterial hissəsində 36-38 mm Hg.st., venoz hissəsində
isə 14-16 mm Hg.st. təşkil edir.
Qanın fəal reaksiyası hidrogen (H
+
) və hidroksil (OH ) ionlarının
qatılığından asılı olub PH ilə göstərilir. Qanda hid-
9
downloaded from KitabYurdu.org
rogen ionları çoxaldıqda onun reaksiyası turş, hidroksil ionları
artdıqda qələvi olur. Bu ionlar arasında bərabər müvazinət
yarandıqda, qanda neytral reaksiya əmələ gəlir.
Qanın PH 7-dən çox olarsa reaksiya qələvi, azaldıqda turş
hesab edilir. Normada arterial qanın PH nisbətən normadan çox
olduğu üçün (PH, 7-4) reaksiyası zəif qələvidir. Qan zəif qələvi
reaksiyalı olub, PH-ı 7,4-dür. Venoz qanda karbon qazı nisbətən
çox olduğundan PH 7,34-ə bərabərdir.
Qanın reaksiyasının sabitliyi onun tərkibindəki bufer
sistemlərinin hemoqlabin, karbonat, fosfat və zülal bufer sis-
temlərinin, ağciyər, böyrək, tər vəzilərinin fizioloji fəaliyyətindən
asılıdır.
Qanın buferlik həcminin 75%-i hemoqlobin bufer sis-
teminin üzərinə düşür. Hemoqlobinin bufer xassəyə malik ol-
masının mühüm cəhəti ondan ibarətdir ki, öz kalium ionunu
karbonat turşusuna H
2
C0
3
verib, H
+
ionları ilə birləşərək tez
parçalanan turşuya çevrilir.
Hb~ + II
2
C0
3
-> HHb + HCO;
Bufer sistemləri toxumalarda da olur. Buna görə də toxu-
maarası mayenin aktiv reaksiyası nisbi olaraq sabit saxlanılır.
İstiqanlı heyvanlar üzərində aparılan təcrübələr və klinik
müşahidələr göstərir ki, qanın reaksiyasının həyat üçün təhlükəli
olmayan ölçüsü 7,0-7,8 arasındadır. PH bu ölçüdən kənara çıxarsa,
orqanizmdə kəskin dəyişikliklər, hətta ölüm baş verə bilər.
Qanda PH 7,0-8,0-dən artıq və az olması yoluxucu xəs-
təliklər zamanı müşahidə olunur.
Qanın reaksiyasının turşuluğa doğru dəyişməsinə asi- doz
(CO
2
- artır), qələviliyə doğru dəyişməsinə isə alkaloz (CO
2
- azalır)
deyilir.
10
downloaded from KitabYurdu.org
9.3.
Qanın hüceyrəvi elementləri
Qanm hüceyrəvi elementlərinə (keçmiş adı formalı ele-
mentlər) eritrositlər, leykositlər və trombositlər və ya qan löv-
həcikləri aid edilir (şəkil 1).
Qan hüceyrələrini mikroskopun əşya kürsüsünə bərkidilmiş
Romanovski üsulu ilə rənglənmiş yaxmada və ya preparatda
öyrənirlər. Yaşlı adamların mühiti qanında qırmızı qan hüceyrə-
lərinin miqdarı kişilərdə 5,7xl0
12
//, qadınlarda 3,9-5xl0
12
//, ley-
kositlərin miqdarı - 3,8-9,8xl0
9
// (limfositlər - l-2-3,3xl0
9
//, mo-
notsitlər - 0,2-0,7xl0
9
//, danəli leykositlər - 1,8-6,6x10
9
//), trom-
bositlər - 190-405xl0
9
// olur.
Dostları ilə paylaş: |