10.14.
Ürək əzələsinin əsas fizioloji xüsusiyyətləri
Digər əzələlər kimi ürək əzələsi də elastikliyə və dartılarkən
1) qıcığa oyanma ilə cavab vermək, 2)uzanma, 3) oyanmanı nəql
etmək, bunlardan başqa ürək 4) ritmiki avtono- miya, təqəllüs
qabiliyyətinə malikdir.
Ürək əzələsi eninəzolaqlı əzələlərə aid olsa da lifləri bir-
birilə birləşərək sinsit (tor) əmələ gətirən ürək əzələsi ilə saya və
eninəzolaqlı əzələlər arasında fərqlər olduğu elmə məlumdur.
Skelet əzələsinin fəaliyyəti iradi olduğu halda, ürək əzə-
ləsinin işi qeyri-iradidir və tetanik deyil, tək təqəllüs edir.
Ürək əzələsinin oyanma və refrakterliyi. Mexaniki, ter-
miki və ya kimyəvi qıcıqlarla ürək əzələsinə təsir etdikdə onun
oyanması və yığılması baş verə bilər. Bunun üçün qıcığın qüvvəsi
qapı və ya qıcıq həddinə bərabər və ya ondan çox olmalıdır. Qapı
qıcığından zəif qıcıqlar oyanma və təqəllüs əmələ gətirmir. Qıcığın
qüvvəsini tədricən artırıb qapı qıcığına çatdırdıqda: 1) ürək buna
maksimum yığılmaqla cavab verir; 2) sonra qıcıq qüvvəsini nə
qədər artırsaq da ürək, ancaq qapı qıcığına verdiyi cavaba uyğun
cavab verəcəkdir. Bu onu göstərir ki, ürək əzələsinin yığılma
qüvvəsi qıcığın qüvvəsindən asılı deyil, başqa sözlə, əgər qıcıq
qüvvəsi zəifdirsə ürək ona cavab vermir və ya əgər qıcığın qüvvəsi
qapı qıcığından yüksək olarsa, ona maksimal dərəcədə cavab
verməklə yığılır.
76
downloaded from KitabYurdu.org
Bu faktlar əsasında Boudiçr «hamısı və ya heç nə» qa-
nununu əsaslandırmışdır. Yəni ürək əzələsi verilən qıcığa qarşı ya
cavab verir, ya da heç cavab vermir.
Oyanma qabiliyyətinə malik olan hər hansı toxuma kimi,
ürək-əzələ lifinin oyanma qabiliyyətində, sakit və ya hüceyrə
sitoplazması ilə onun xarici mühiti arasında elektrik potensialının
dəyişməsi fərqilə müşahidə etmək olar.
Ürək-əzələ lifinin oyanmasının elektrik təbiətini ürəyin tək
əzələ lifinə mikroelektrod daxil etməklə analiz edirlər.
Sakit vəziyyətdə ürək əzələ lifinin daxili səthi mənfi
elektrik yükü ilə, xarici səthi isə müsbət elektrik yükü ilə yüklənir.
Bunun nəticəsində hüceyrənin membranının üst səthi qütblənmiş
olur. Bu yükün səviyyəsi-membran potensialı - 8090 mV olur.
Qıcıq verilən kimi, membranın üst və alt səthləri arasında yaranan
potensiallar fərqi kəskin dəyişir, Na
+
katio- nunun membrandan
lifin daxili səthinə keçməsi nəticəsində membranın daxili səthi
mənfi yükünü itirir və 20-30 mV-a bərabər olan müsbət yüklə
yüklənir. Oyanma zamanı potensiallar fərqinin dəyişməsi, başqa
sözlə fəaliyyət cərəyanı 100-120 mV təşkil edir. Membran bu
şəraitdə depolyarizasiya olur, yəni üst səth «-», alt səth «+» yüklə
yüklənir. Depolyarizasiya baş verəndən sonra o saat
repolyarizasiya - yəni əvvəlki vəziyyətin bərpası baş verir.
Əvvəlcə, oyanma zamanı əmələ gələn potensiallar fərqi: 1) sürətlə
azalır; sonra müəyyən vaxt; 2) eyni səviyyədə qalır; 3) bundan
sonra membran potensialı öz əvvəlki səviyyəsinə qədər bərpa
olunur.
Ən çox dəyişiklik aparıcı avtomatizmə malik sinoatrial
düyündə müşahidə edilir. Ürək əzələsində fəaliyyət cərəyanı skelet
əzələ liflərinə nisbətən uzun çəkir. Ürək 70 dəfə döyünməsi
vaxtında ürək əzələsinin yığılma müddəti 0,3 san. çəkir. Ürəyin
döyünmə tezliyi artanda fəaliyyət cərəyanının müddəti azalır,
azalanda isə əksinə artır. Ürəkdə oyanma dalğası müddətinin tez
dəyişməsi ürəyin bir ritmdən digərinə keçməsinin mümkünlüyünü
təmin edir.
Ürək əzələsinin refraktorluğu. Ürək əzələsi oyanma döv-
ründə, süni və ya avtomatiya nahiyəsindən gələn qıcığa qarşı
77
downloaded from KitabYurdu.org
ikinci oyanma dalğası ilə cavab vermək qabiliyyətini itirir. Başqa
sözlə, hər hansı başqa əzələ kimi, ürək əzələsi də oyanmadan sonra
oyanmazlıq dövrü keçirir. Buna refraktor dövr deyilir (şəkil 7).
Oyanmazlığın bu dövrünə mütləq refraktorluq deyilir.
Ürəyin 70 dəfə yığılma vaxtında mütləq refraktorluq dövrünün
müddəti fəaliyyət cərəyanının davamı müddətindən azca az olub
0,27 san. çəkir.
Ürək əzələsinin refraktorluq dövrü ürəyin tək qıcığa cavab
olaraq yığılması zamanı davam edən müddətə uyğun gəlir, bərabər
olur. Ürək əzələsi refraktorluq dövründə qıcıqlara te- tanusla cavab
verə bilmir.
Qıcığın daha çox tezliyi zamanı ürək əzələsi qıcığa ar-
dıcıllıqla deyil, refraktor dövrün qurtarmasından sonra hər 2 və ya
3, 4 qıcıqdan birinə cavab verir. Bu zaman bir-birindən ayrı tək
təqəllüs müşahidə edilir.
Mütləq refraktor dövr qurtardıqdan sonra nisbi refraktor
dövr başlayır. Nisbi refraktor dövr 0,03 san çəkir. Bu dövrdə ürək
əzələsi qıcığa qıcıq qüvvəsi qapı qıcığından daha qüvvətli olduqda
cavab verir.
Nisbi refraktor sonra tədricən əvvəlki vəziyyəti qədər bərpa
olunur və oyanıcıqlıq yüksəlir - supernormal oyanma dövrü
başlayır. Bu vaxt ürək əzələsi qapı altı, yəni qapı qıcığına qədər
olan, yəni əvvəlki qıcıqdan zəif qıcığa cavab verir.
mütləq refraktor dövrü
nisbi refraktor dövrü
supernormal dövr
normal oyanıcıqlıq qabi-
liyyətinin tam bərpaolun-
ma dövrü
Şəkil 7.
Refraktor və ya oyanmazlıq dövrünü 1876-cı ildə fransız
fızioloqu Marey kəşf etmişdir. O, dayanmış ürəyə birinci
78
downloaded from KitabYurdu.org
qıcıq ardınca cəld ikinci qıcıq verməklə, bu zaman ikinci qıcığa
cavab alınmadığını müşahidə etmişdir. Bu təcrübə ilə ilk dəfə
müəyyən edilmişdir ki, hər hansı oyanan toxuma qıcıq veriləndən
sonra əvvəl oyanır, sonra müvəqqəti olaraq oyanma qabiliyyətini
itirir.
Mütləq refraktor dövr öz müddətinə görə sistolaya, nisbi
refraktor dövr isə diastolaya uyğun gəlir. Ümumiyyətlə, ürək
əzələsinin refraktor dövrü skelet əzələsinin refraktor dövrünə
nisbətən xeyli uzundur.
Bəzən ürək qüsuru nəqledici sistemin pozğunluqları zamanı
ürəyin təqəllüsündə refraktor dövrü müddətində pozğunluqlar baş
verir.
Əgər əlavə qıcıq diastola dövrünə düşərsə, bu zaman ürək
növbədənkənar yığılır. Belə sistola adi sistoladan zəif olub,
ekstrasistola adlanır. Ekstrasistola zamanı ürək ritmi pozulur.
Ekstrasistoladan sonra gələn pauza daha çox davam edir ki, buna
kompensator pauza deyilir. Kompensator pauzanın səbəbi Kis-flek
düyünündən
gələn
növbəti
impulsun
mə-
dəciklərin
ekstrasistolasmın refraktor dövrünə düşüb itməsidir. Ekstrasistola
qurtaran kimi refraktor dövr keçir və mədəciklər növbəti impulsu
gözləyir. Çox zaman kompensator pauzadan sonra gələn sistola
güclü olur. Buna kompensator sistola deyilir. Kompensator pauzada
ürək öz ritmini, kompensator sisto- lada isə ürək öz işini bərpa edir.
Ürək əzələsinin yığılması-təqəllüsü. Ürək əzələsinin oyan-
ması onun yığılmasına səbəb olur. Başqa sözlə, ürəyin gərginliyinin
artmasına və uzunluğunun azalmasına səbəb olur.
Əgər izolə edilmiş ürəkdən Ca olmayan Ringer məhlulunu
uzun müddət keçirsək o zaman ritmiki oyanma dalğası, yəni
fəaliyyət cərəyanı davam edir, amma ürəyin yığılması dayanır.
Deməli, Ca ürəyin yığılmasına deyil, fəaliyyət cərəyanına,
yəni oyamcıqlığına təsir edir. Ürək əzələsi skelet əzələsindən fərqli
olaraq tək təqəllüsə cavab verir. Ürək əzələsi enerjisini ATF və
KFT-nin parçalanmasından alır. Bu birləşmənin resintezi tənəffüs
və qlikolitik forforlaşma, başqa sözlə
79
downloaded from KitabYurdu.org
sulu karbonların parçalanmasından enerji alır. Ürək əzələsində
oksigenli aerob proses anaerob prosesdən daha üstün olur. Skelet
əzələsində bu prosesdə anaerob üstünlük təşkil edir.
Nərdivan fenomeni-pilləkən. Əgər qulaqcıqdan, mədə-
cikdən spontan yığılma bilməyən kəsilmiş ürək əzələsini (mio- kard)
eyni güclü elektrik qıcığı ilə ritmik şəkildə qıcıqlandırsaq, onda
birinci qıcıq böyük olmayan yığılmaya, ikinci - böyük, üçüncü -
daha böyük və s. tam maksimal yığılmaya səbəb olacaq. Bu hadisə
1871-ci ildə Boudiç tərəfindən kəşf olunmuş və nərdivan adını
almışdır.
Bu təcrübə ürək əzələsində «Hamı və ya heç nə» qanununun
nisbi və şərti olduğunu bir daha sübut edir. Ürək əzələsindən fərqli
olaraq skelet əzələsində qıcığın qüvvəsi artdıqca təqəllüs qüvvəsi də
buna uyğün artır, yəni qüvvələr nisbəti qanuna tabe olur.
Ürək əzələ lifinin ilk vəziyyəti ilə, onun yığılması-sistolası
arasında münasibət. İzolə edilmiş ürək mədəciklərinin gərginliyini
ondan Rengen məhlulu (miqdarını artırmaqla) keçirməklə artırsaq,
onda ürək əzələsinin təqəllüs qüvvəsi artacaqdır. Bunu izolə edilmiş
mədəcikdən kəsilmiş hissə üzərində müşahidə etmək olar. Bu faktlar
əsasında ürək-əzələ lifinin yığılma qüvvəsinin onun uzunluğundan
asılı olduğu müəyyən edilmişdir. Bu asılılıq Stralinq tərəfindən
«ürək qanunu» adı ilə formalaşdırılmışdır. Bu qanuna görə ürəyin
yığılma qüvvəsi onun əzələ lifinin gərginliyi çox olduqca, daha çox
olur.
Bu, əzələ lifinin uzunluğunun dəyişilməsi ilə əlaqədar
80
downloaded from KitabYurdu.org
olduğu üçün bu heterometrik özünütənzim adlanır.
Hemoyometrik və heterometrik tənzim ürəyin yığılma
fəaliyyətinin dəyişilmiş mühit şəraitinə uyğunlaşmasını, xüsusilə
sağlam orqanizmdə təmin edir.
Ürəyin elektrik stimulyasiyası və masajı. Elektrik və me-
xaniki qıcıq üsulu ilə ürəyin yığılmasına səbəb olmaq təcrübəsindən
tibbi praktikada istifadə olunur. Ürəyin fəaliyyətinin zəifləməsi və
dayanmasının
qarşısını
əvvəlcədən
almaq
üçün
elektrostimulyatorlardan istifadə olunur. Belə cib saatı
böyüklüyündə olan stimulyator 3-5 il müddətində xəstənin dərisi
altına tikilir, onun elektrodları isə mədəcik əzələsinə birləşdirilir. Bu
zaman ürək stimulyatordan verilən qıcıq təsiri altında işləyir.
Ürək dayanması zamanı döş qəfəsini açmaqla, mexaniki,
yəni əl vasitəsilə ritmiki sıxmaqla (birbaşa masaj) və ya döş qəfəsini
sıxmaqla (dolayı massaj) onu fəaliyyətə gətirirlər.
10.15.
Ürəyin nəqledici sistemi
Ürəyin avtomatizmi - neyrohumoral nəzarətin iştirakı
olmadan, peysmeker hüceyrələrinin oyanmanı spontan initsirə
etmək qabiliyyətidir, xassəsidir. Ürəyin yığılmasına səbəb olan
oyanma, ürəyin ixtisaslaşmış nəqledici sistemində yaranır və onun
vasitəsilə ürək əzələsinin bütün hissələrinə yayılır.
Ürək əzələsində adi əzələ liflərindən başqa, olan atipik əzələ
lifləri morfoloji cəhətcə Purkine liflərinə daha yaxındır. Onlar ürək
əzələsinin aparıcı (nəqledici) sistemini təşkil edirlər və bir-birilə
birləşərək düyünlər əmələ gətirirlər.
Ürəyin nəqledici sistemi. Ürəyin nəqledici sisteminin
tərkibinə daxil olan birinci düyün - sinus-qulaqcıq və ya istiqanlı
heyvanlarda yuxarı və aşağı boş venaların sağ qulaqcığa açıldığı
yerdə yerələşən Keyt, Flek düyünü, düyünarası qulaqcıq yolu, AV-
birləşmə (qulaqcığın nəqledici sisteminin aşağı hissəsi, AV-
(arteriyaventikulyar) düyünə söykənən hissə, xüsusi AV-düyün
(hiss dəstəsinin yuxarı hissəsi), hiss dəstəsi və onun çıxıntıları,
Purkine sisteminin lifləri (şəkil 9).
81
downloaded from KitabYurdu.org
Şəkil 9.
Ürəyin nəqledici sistemi və onun elektrik potensialı. Solda - ürəyin nəqledici sistemi. Sağda
- tipik FP [sinus (sinus-qulaqcıq, AV - düyünlər (qulaqcıq- mədəcik); nəqledici sistemin digər hissələri
və qulaqcıq və mədəcik əzələsi] EKQ ilə korrelyasiyası.
Belə ki, ikinci düyün sağ qulaqcıqda, lakin atrioventikul-
yar arakəsmədə yerləşərək atrioventikulyar və ya Aşof-Tavar
düyünü adlanır. Bu düyünün əsas hissəsi qulaqcıqda, az hissəsi isə
mədəcikdə yerləşir. Aşof-Tavar düyünündən bir dəstə çıxaraq
atrioventikulyar arakəsmədən keçərək, sağ mədəciyi sol mədə-
cikdən ayıran arakəsmə vasitəsilə mədəciyə enir. Bu dəstəyə His
dəstəsi deyilir. His dəstəsi atroventikulyar arakəsmədən keçərkən
iki ayaqcığa (sağ və sol) bölünür və mədəciklərin divarlarındakı
Purkine hüceyrələrində qurtarır (şəkil 9, 10).
Şəkil 10.
Ürəyin nəqledici sisteminin quruluş sxemi. 1 - yuxarı boş vena; 2 - aşağı boş vena; 3 -
venoz çib; 4 - sinoarterial düyün; 5 - arterioventikulyar düyün; 6 - his dəstəsinin ümumi ayaqcığı; 7,8
- his dəstəsinin sağ və sol ayaqcıqları; 9 - məməvarı əzələlər; 10,11 - sağ və sol qulaqcıqlar; 12,13 - sağ
və sol mədəciklər.
82
downloaded from KitabYurdu.org
Soyuqqanlıların isə venoz cib nahiyəsində yerləşən dü-
yün-sinus və Remak düyünü, mədəciklə sağ qulaqcıq arasındakı
arakəsmədə atrioventikulyar arakəsmədə yerləşən düyün isə Bidder
düyünü adlanır. Bunlardan başqa qulaqcıqlararası arakəsmədə istər
soyuqqanlılarda, istərsə də istiqanlı heyvanlarda Lüdviq düyünü
yerləşir.
Oyanma əvvəlcə Kis-Flek və ya sinus düyünündə əmələ
gəlir, sonra Aşof-Tavar düyününə, oradan isə His dəstəsinin
ayaqcıqları ilə mədəciklərə nəql olunur (şəkil 9).
Aparıcı ritm. Nəqledici sistemin bütün şöbələri müəyyən
tezlikli FP generasiya etməyə, son nəticədə ürək döyünmələrinin
UDT, başqa sözlə ritmin başçısi olmağa malikdir. Lakin sinus-
qulaqcıq düyünü FP nəqledici sistemin digər hissələrinə nəql edir.
Beləliklə, sinus-qulaqcıq düyünü ritmin əsas aparıcısı və ya birinci
dərəcəli ritmin aparıcısıdır.
Peysmerker potensialı. Oyanmanın əvvəlcə sinoarterial
düyündə əmələ gəldiyini sübut etmək üçün müxtəlif üsullar vardır.
Bunların içərisində daha dəqiqi elektrofizioloji üsuldur. Bu üsul
ürəyin müxtəlif şöbələrinə elektrodlar yerləşdirməklə meydana
çıxan potensiallar fərqinin dəyişməsinə əsaslanır. Onun köməyilə
müəyyən edilmişdir ki, potensiallar fərqi ilk növbədə sinoarterial
düyündə xarakterik şəkildə dəyişilir, sonra isə qulaqcıq və
mədəciklərin başqa şöbələrinə yayılır.
Peysmerker hüceyrənin membran potensialı hər bir fəa-
liyyət potensialından sonra oyanmanın qapı səviyyəsinə qayıdır.
Prepotensial adlanan bu potensial (peysmeyker potensialı) - sonrakı
potensial üçün triqqerdir.
Depolyarizasiyadan sonra hər bir fəaliyyət potensialının
pikində repolyarizasiya prosesini işə salan kali cərəyanı törəyir. Nə
vaxt ki, kali cərəyanı və K
+
ionlarının xaric olması azalır, membran
polyarizasiyaya
başlayaraq
prepotensialm
bir
hissəsini
formalaşdırır. İki tipdə Ca
2+
kanalları açılır.
Müvəqqəti açılan Ca
2+
kanalları və uzunmüddətli təsir
edən Ca
2+
kanalları. Ca
2+B
kanalı ilə gedən kali cərəyan prepo-
tensial əmələ gətirir, kali cərəyanı Ca
2+D
kanalında FP əmələ gətirir.
83
downloaded from KitabYurdu.org
Beləliklə, ürəyin nəqledici sisteminin xüsusiyyəti bu sis-
temi təşkil edən hüceyrələrin sərbəst oyanma yaratmasıdır. Si-
noarterial düyündə dəqiqədə 60-80 impuls yaranır. Bu düyünün
zədələnməsi və sıradan çıxması hallarında atrioventi-kul- yar
düyün ürək ritminin aparıcısı rolunu oynayır. Bu zaman dəqiqədə
40-50 impuls əmələ gəlir. Əgər bu düyün də sıradan çıxarsa His
dəstəsi ritmin aparıcısı ola bilər. Bu vaxt ürək tə- qəllüslərinin
tezliyi dəqiqədə 30-40-dan artıq olmur. Nəhayət, His dəstəsinin
fəaliyyəti pozularsa, onda Purkine lifləri hüceyrələrində spontan
oyanma prosesi meydana çıxır. Bu zaman ürək ritminin sayı xeyli
azalaraq, dəqiqədə 20-yə çatır.
Oyanmanın sinoaterial düyündə əmələ gəlməsini müşahidə
etmək üçün müxtəlif üsullardan istifadə edərək təcrübə yolu ilə
isbat etmək olar. Bunun üçün 1) düyünü zəhərləmək və
zədələməklə; 2) düyünə elektrodlar yeridib güclü qıcıq vermək yolu
və 3-cü sinoarterial düyünə içərisindən buzlu və ya isti su axan şüşə
kapillyar boru yerləşdirib, həmin borudan əvvəlcə soyuq su
buraxmaqla soyudulması ürək fəaliyyətinin ləngiməsinə və bəzən
müvəqqəti dayanmasına, bu düyün qızdırıldıqda ürək fəaliyyətinin
sürətlənməsinə səbəb olur. Ürəyin nəqledici sisteminə oyanmaların
bir hüceyrədən digərinə ötürülməsində iştirak edən, hüceyrələrarası
əlaqə yaradan disklərin olmasıdır.
Bü təcrübələr göstərir ki, sinoarterial düyün ürək ritminin
aparıcısıdır. Ona görə Kis-Flek düyünü əsas düyün, Aşof- Tovar
düyünü isə tabe düyünüdür.
10.16.
Ürək əzələsində oyanmanın yayılması
Sinus-qulaqcıq və ya sinoarterial - Keyt-Flak düyünündə
törəyən depolyarizasiya qulaqcıqlarda radial yayılaraq və sonra
atrioventikulyator (AV) birləşmə ilə əlaqələnir (konvergensiya
edir) (şəkil 11).
84
downloaded from KitabYurdu.org
A
B
V
Şəkil 11. Oyanmanın ürəkdə yayılması. A. peysmerk hüceyrəsinin potensialı. İK, lCa
D
,
lCa
v
- peysmerker potensialının hər bir hissəsinə uyğun gələn ton cərəyanı. B-E. Elektrik
fəallığının ürəkdə yayılması. 1 - sinus-qulaqcıq düyünü; 2 - qulaqcıq-mədəcik (AV)
düyünü.
Qulaqcıqların depolyarizasiyası 0,İS müddətində tamamilə
başa çatır. Belə ki, qulaqcıq və mədəcik əzələlərində nəql olunmanın
yayılması ilə müqayisədə, atriovalentikulyar düyündə nəqlolunma,
tədricən yayılır və 0,1 S müddətində qulaqcıq-mədəcik ləngiməsi
törəyir. Sonra oyanma mədəciklərin əzələsində yayılır. Qulaqcıq-
mədəcik ləngiməsi ürəyin simpatik sinirinin stimulyasiyası zamanı
azalır, lakin azan sinirin qıcıq- lanması zamanı onun müddəti artır.
Mədəcikarası arakəsmənin əsasından depolyarizasiya
dalğası, Purkine sisteminin lifləri ilə böyük sürətlə 0,08-0,İS
müddətində mədəciyin bütün hissələrinə yayılır. Mədəcik əzələsinin
qütbsüzləşməsi mədəcikarası arakəsmənin sol tərəfindən başlayıb
və hər şeydən əvvəl arakəsmənin sağ tərəfindən düz orta hissəsinə
yayılır. Sonra qütbsüzləşmə dalğası arakəsmə ilə aşağı keçərək
ürəyin əsasına çatır.
Ürək əzələsində oyanmanın nəql olunması elektrik yolu ilə
həyata keçirilir. Oyanmış əzələ hüceyrəsində yaranmış fəaliyyət
cərəyanı qonşu hüceyrənin qıcıqlanmasına xidmət edir.
85
downloaded from KitabYurdu.org
Oyanmanın nəql olması ürəyin müxtəlif nahiyələrində eyni
deyildir.
Atrioventikulyar düyündə oyanmanın 0,12-0,18 san.
ləngiməsi mədəcik əzələsinin qulaqcıq əzələsi yığıldıqdan sonra
yığılmasına səbəb olur.
İstiqanlı heyvanlarda qulaqcıqların əzələsi ilə oyanmanın
yayılma sürəti saniyədə 0,8-1 m-ə, mədəciklərdə - Purkine
liflərində - 2-4,2 m-ə, mədəcik əzələlərində 0,8-0,9 m-ə, His
dəstəsində isə bu sürət 1,5-4 m-ə çatır.
Nəqledici sistemin müxtəlif şöbələrində oyanmanın belə
müxtəlif surətdə yayılması, həmin şöbələrdə olan qlikogenin
miqdarından asılıdır. Qlikogen isə ən çox His dəstəsində olur. İzolə
olunmuş ürəyi əhatə edən mühitin temperaturu artarsa, oyanmanın
nəql olunması sürətlənir, əksinə soyuğun təsirindən zəifləyir. Baş
düyündən gələn impulslar atrioventikulyar düyündə olan
sinapslarda çox ləngiyir. Odur ki, mədəcik əzələsinə oyanma gec
çatır və qulaqcıqlar mədəciklərdən əvvəl tə- qəllüs edir. Son
zamanlar müəyyən etmişlər ki, atrioventikulyar düyündə
oyanmanın yayılması zəifləyir. Bu zaman ya atrioventikulyar
düyündə impulslar daha çox ləngiyir və ya His dəstəsinin nəqletmə
qabiliyyəti pozulur. Nəticədə ürək bloku deyilən patologiya baş
verir.
Bəzən də qulaqcıqların təqəllüsünün sayı artır ki, buna
qulaqcıqların səyriməsi və ya əsməsi deyilir.
Qulaqcıqlara nisbətən mədəciklərin səyriməsi daha qor-
xuludur. Bunun nəticəsində qan dövranı pozulur.
10.17.
Ürəyin avtomatizmi
Avtomatizm qabiliyyətini ürək, bağırsaq, uşaqlıq əzələləri
və ağızın selikli qişasında təcrübə vasitəsilə müşahidə etmək olar.
Ürəyin avtomatizmini müşahidə etmək üçün narkoz verilmiş
qurbağanın cərrahi yolla döş qəfəsini açıb, ürəyini çıxarıb adi şüşə
üzərinə qoyub, onun ürəyinin döyünmələrinin bədəndə olduğu kimi
müəyyən müddət davam etdirdiyini müşahidə etmək olar. Buna
səbəb ürəyin özündə olan atipik əzələ
Dostları ilə paylaş: |