64
downloaded from KitabYurdu.org
deyilir. Belə ki, əvvəlcə qulaqcıqlar sistola vəziyyətində mə-
dəciklər diastola vəziyyətində, sonra isə mədəciklər sistola, qu-
laqcıqlar diastola vəziyyətində olur. Nəticədə ürək boşluğunda
əmələ gələn təzyiq fərqi qanın qulaqcıqdan mədəciklərə, ordan
damarlarla orqan, toxuma, hüceyrələrə və yenidən boş vena-
larla ürəyin sağ qulaqcığına, ağciyər venaları ilə isə ürəyin sol
qulaqcığına və mədəciklərə keçməsinə səbəb olur.
Ürək tsiklinin fazaları ardıcıl olaraq şəkil 4-də, amma
tsiklin müxtəlif vəziyyətində onun tam xarakteristikası şəkil- 5-
də təsvir edilmişdir.
A
B
C
D
_____ J
V-
Mədəciklərindiastolası
..
J
Şəkil 4. Ürək tsikli. Sxem.
A - qulaqcığın sistolası. B - İzovo- lomik
yığılma. C - tez qovulma. D - ləng qovulma. E - izovolomik boşalma. F -tez dolma. G -
ləng dolma.
I faza qulaqcıqların sistolası. (A, davamı 01S). Sinus
düyünün peysmeyker hüceyrələri depolrizasiya edir və oyanma
qulaqcıqların əzələsinə yayılır. EKQ-da P deşiyi qeyd olunur (şəkil
5 aşağı hissəsinə bax). Qulaqcıqların yığılması təzyiqi artırır və
mədəciyə əlavə olaraq (öz axınından əlavə) qanın daxil olmasına
səbəb olur. Bu zaman mitral (taylı) qapaqlar açıq, aorta aypara
qapaqları isə bağlı olur. Qulaqcıqların sistola fazası 0,1 san davam
edir. Normada venalardan qanın 75%-i mədəciklərə qulaqcıqlar
yığılana qədər öz axını ilə, 25%-i isə
65
downloaded from KitabYurdu.org
qulaqcıqlar yığılandan sonra daxil olur. Bu zaman mədəciklər
diastola vəziyyətində olur. Taylı qapaqlar açıq, aypara qapaqlar
bağlı olur.
Şəkil 5. Ürək tsiklin xarakteri.
A - qulaqcığın sistolası. B - izovolemik
yığılma. C - tez qovulma. D - ləng qovulma. E - izovolemik boşalma. F - tez dolma. G -
ləng dolma.
II faza mədəcikləri sistolası. (B-D, müddət 0,33S). Oyan-
ma dalğası AV-düyündən keçən Hiss dəstəsinə, Purkine liflərinə və
ürək əzələsinin hüceyrələrinə çatır. Mədəciklər in de-
polyarizasiyası EKQ-da QRS kompleksində özünü əks etdirir.
Mədəciklərin yığılmasının başlanması mədəcikdaxili təzyiqin
66
downloaded from KitabYurdu.org
artması, qulaqcıq-mədəcik qapaqlarının bağlanması və 1 ürək
tonunun yaranması ilə müşayiət olunur. Mədəciklərin sistolası iki
dövrə: 1) gərginləşmə, 2) qanın damarlara qovulması dövrlərinə
bölünür. Mədəcik əzələsinin təqəllüsü asinxron - yuxarıdan aşağıya
doğru tədricən və izometrik-bütün əzələ lifləri eyni vaxtda təqəllüs
edir. Bu dövrün əvvəlində mədəciklərdə təzyiq 60-65 mm civə
sütununa qədər olanda taylı və aypara qapaqlar bağlı olduğu üçün
mədəciklər müvəqqəti olaraq (0,04-0,06 san) damar sistemi ilə
əlaqəsini kəsir. Bu dövrə Şovo intersis- tolası deyilir. Sonra
mədəciklərdə təzyiq yüksəlir, sol mədəcik- də 115-125 mm civə
sütunu, sağ mədəcikdə isə 25-30 mm civə sütunu olur, yəni aorta
və ağciyər arteriyasındakı təzyiqdən yüksək olduğu üçün qan
əvvəlcə sürətlə (0,05-01 san), sonra isə ləng (0,2 san) damarlara
qovulur. Beləliklə, mədəciklərin sisto- lası 0,3 saniyə müddətində
baş verir. Bundan mədəciklərin gərginləşmə dövrünə 0,05-0,08
saniyə, qanın qovulma dövrünə isə 0,22-0,25 saniyə vaxt sərf
olunur. Bu fizioloji prosesi mədəciklərin sistolasım daha ətraflı
aşağıdakı kimi izah etmək olar.
/// faza - qulaqcıq və mədəciklərin bir yerdə ümumi pauzası
və ardıcıl boşalması və ya mədəciklərin ümumi dias- tolası dövrünü
əhatə edir. Bu zaman taylı qapaqlar bağlı olur. Aypara qapaqlar isə
mədəciklərdən qanın tədricən qovulması başa çatdıqdan sonra
bağlanır. Bundan sonra 0,08 san müddətində mədəciklərin damarlar
ilə əlaqəsi kəsilir. Şovo intersisto- lası yenidən baş verir.
Ümumi diastola, yəni mədəciklərin diastolası-protodi-
astolik və izometrik diastola dövrlərinə bölünür. 0,04 saniyə çəkən
protodiastolik dövr taylı qapaqların bağlı olduğu vəziyyətdə
mədəciyin boşalmağa başlaması anından aorta və ağciyər arteriyası
aypara qapaqların tam bağlandığı ana qədər davam edir. Bu
vəziyyətdə həm taylı, həm də aypara qapaqlar 0,08 san bağlı olur.
Lakin bu müddətdə belə mədəciklərin boşalması davam edir və
izometrik diastola (gərginliyin düşməsi) dövrü adlanır. Tədricən
boşalmanın sonunda mədəciklərdəki təzyiq qulaqcıqlardakı
təzyiqdən aşağı düşür, taylı qapaqlar açılır və qanın venalardan
mədəciklərə passiv dolması dövrü
67
downloaded from KitabYurdu.org
başlayır (0,3 san). Lakin bu qan aypara qapaqları bağlı olduğu üçün
arteriya damarlarına keçə bilmir. Bundan sonra qulaqcıqların
yığılması nəticəsində qanın mədəciklərə fəal, aktiv dolma dövrü
başlayır. I, II və III fazaların ardıcıllığı və həmin vaxt cədvəl 1-də
verilmişdir.
Cədvəl 1
Qulaqcıqların
sitolası - 0,lsan.
~
“
Mədəciklərin
sistolası - 0,33
san.
Gərginləşmə fazası - 0,08 san.
Mədəciklər-
dən
qanın
qovulması - 0,25 san.
Asinxron təqəllüs - 0,05 san., izometrik
təqəllüs - 0,03 san. Qanın sürətlə
qovulması - 0,12 san. Qanın tədricən
qovulması - 0,13 san.
Mədəciklərin
diastolası - 0,47
san.
Protodiastolik dövr - 0,04 san.
İzometrik di- astola dövrü -
0,08 san. Qanın mədəciklərə
dolma dövrü-0,25san.
Sürətlə dolması - 0,09 san. Tədricən
dolması - 0,16 san.
Beləliklə, qulaqcıqların sistolası (I faza) 0,1 saniyə, mə-
dəciklərin sistolası (II faza) 0,3 saniyə, onların diastolası 0,5 saniyə
davam edir. Bütün ürəyin, yəni qulaqcıqlar və mədəcik- lərın
birlikdə diastolası III faza - 0,4 saniyə davam edir. Deməli, bir ürək
döyünməsinə 0,8 saniyə vaxt sərf olunur. Normada sağlam adamın
ürəyi bir dəqiqədə 70-75 dəfə döyünməlidir (şəkil 4 B).
Izovolemik (izometrik) yığılma dövrü. (0,02-0,03 san
müddətində). Mədəciklərin yığılmasından sonra onda təzyiq kəskin
yüksəlir, lakin mədəcikdaxili həcmdə dəyişiklik baş vermir, bu
zaman bütün qapaqlar sıx bağlı olur. Məlumdur ki, bu müddət
ərzində mədəciklər yığılır, lakin qanın qovulması baş vermir.
«İzovolemik (izometrik) dövrün»də ürək mə- dəciklərinin əzələ
liflərinin gərginliyi artır, lakin onlar qısalmır.
Qanın qovulma dövrü (şəkil 4 C.D). Sol mədəcikdə təzyiq
80 mm.Hg.st. (sağ mədəcikdə 8 mm.Hg.st.) yüksək olan kimi,
aypara qapaqlar açılır. Taylı qapaqlar bu zaman bağlı
68
downloaded from KitabYurdu.org
olur. Qan sürətlə mədəcikləri tərk edir. Qanın 70%-i qovulma
dövrünün üçdə birində mədəciklərdən vurulur, qalan 30%-i isə
sonrakı üçdə ikisində aorta və ağciyər kötüyünə qovulur. Ona görə
də birinci üçdə biri qanın tez qovulma dövrü (C), lakin qalan üçdə
ikisi isə qanın ləng qovulma dövrü adlanır (D).
Sistolanın sonu ürəyin II tonunun başlanması ilə eyni vaxta
düşür. Aypara qapaqların istiqamətində qanın geriyə cərəyanı
başlayır və onları bağlayır. Mədəciklərin boşluğunda təzyiqin tez
aşağı düşməsi və qapaqların bağlanması ürəyin II tonunun
yaranmasına səbəb olan, onların gərginləşmiş hissələrinin
titrəməsinə səbəb olur.
Mədəciklərin diastolası (E-G). 0,47 san müddətində baş
verir. Bu müddətdə EKQ sonrakı PQRST kompleksinin baş-
lanmasına qədər əmələ gələn izoelektrik xətt qeydə alınır.
İzovolemik (izometrik) boşalma dövrü. (E) Bu dövrdə
bütün qapaqlar bağlıdır, mədəciklərin həcmi dəyişməyib. Təzyiq
izometrik yığılma dövründə qalxdığı kimi demək olar ki, elə də tez
aşağı düşür.
Belə ki, mədəciklərin diastolasında qan venoz sistemdən
qulaqcığa daxil olmaqda davam edir. Qulaqcıqlarda təzyiq isə öz
maksimum səviyyəsinə yaxınlaşır.
Dolma dövrü (FG). Tez dolma dövrü (F) — mədəciklərin
qanla tez dolma müddəti dövrüdür. Təzyiq mədəciklərdə
qulaqcıqlarda nisbətən azdır, qulaqcıq-mədəcik qapaqları açıq olur,
qan qulaqcıqdan mədəciklərə daxil olur və mədəciklərdə həcm
yüksəlməyə başlayır. Mədəciklərin qanla dolmasının ölçüsündən
asılı olaraq ürək əzələsinin divarının elastikliyi və dolma sürəti
azalır (ləngdolma dövrü, (G).
Həcmlər. Diastola müddətində hər bir mədəciyin həcmi orta
hesabla 110-120 ml-ə qədər artır. Bu həcm son diastolik həcm kimi
məlumdur. Mədəciklərin sistolasından sonra qanın həcmi 70 ml-ə
qədər azalır. Buna ürəyin vurğu həcmi deyilir. Mədəciklərin sistolası
başa çatdıqdan sonra qalan son-sistolik həcm 40-50 ml təşkil edir.
Əgər ürək əvvəlkinə nisbətən güclü yığılarsa, onda son-
sistolik həcm 10-20 ml azalır. Əgər distola müddətində ürəyə
69
downloaded from KitabYurdu.org
çoxlu miqdarda qan daxil olarsa, onda mədəciklərin son- diastolik
həcmi 150-180 ml-ə qədər yüksələ bilər. Son diastolik həcmin
summar artması və son-sistolik həcmin azalması ürəyin vurğu
həcmini normaya nisbətən iki dəfə artıra bilər.
10.9.
Ürəkdə diastolik və sistolik təzyiq
Sol mədəciyin mexaniki işi onun boşluğunda diastolik və
sistolik təzyiq ilə təyin edilir.
Diastolik təzyiq. Sol mədəcik boşluğunda diastolik təzyiq
qanın miqdarının proqressiv artması ilə yaranır; sistoladan əvvəl
olan təzyiqə son-sistolik təzyiq deyilir. Necə ki, yığılmayan
mədəcikdə qanın həcmi 120 ml çox olmayana qədər, diastolik
təzyiq praktiki olaraq dəyişmir və bu həcmdə qan sərbəst olaraq
qulaqcıqlardan mədəciklərə daxil olur.
Sol mədəcikdə sistolik təzyiq. Mədəciklərin yığılması za-
manı sistolik təzyiq hətta az həcmi şəraitində belə artır, lakin
mədəcikdə həcm 150-180 ml olanda maksimuma çatır. Əgər həcm
daha əhəmiyyətli dərəcədə artarsa, onda sistolik təzyiq düşür, belə
ki, ürək əzələsinin liflərinin aktin və miozin fıla- mentləri həddən
artıq dartılır. Normada sol mədəcik üçün maksimal sistolik təzyiq
250-300 mm.Hg.st. təşkil edir. Sağ mədəcikdə normada sistolik
təzyiq 60-80 mm.Hg.st. təşkil edir.
10.10.
Ürəyin qovduğu qanın
miqdarı (sistolik, dəqiqlik,
sutkalıq həcm)
Normal halda ürək hər dəfə sistola etdikdə sağ və sol
mədəcik eyni miqdarda 70-80 ml qan qovur. Sistola zamanı hər bir
mədəciyin damarlara vurduğu qanın həcminə, ürəyin sistolik həcmi
deyilir. Əgər ürəyin sistola zamanı qovduğu qanın miqdarını və bir
dəqiqədə ürək döyünmələrinin sayını bilsək, onda dəqiqəlik həcmi
təyin etmək asandır. Məsələn, sol mədəciyin sistola zamanı aortaya
vurduğu qanın həcmi 75ml, ürək döyünmələrinin sayı isə 75-80-a
bərabərdirsə onda ürəyin də
70
downloaded from KitabYurdu.org
qiqəlik həcmi (ÜDH) — sistolik həcm (SH)X ürək döyünmələrinin
sayı. Onda dəqiqəlik həcm 1) 75x75—5635ml—5,6/, 2)
75x80=6000ml=6/ bərabər olacaqdır. Orta yaşlı adamlar üçün bu
dəqiqəlik həcm 4-6/ bərabər olur. Bir gün müddətində isə 8-10 min /
qan qovur. Ağır fiziki iş zamanı qovulan qanın həcmi 4-7 dəfə artır.
İnsanda dəqiqəlik həcmi təyin etmək üçün klinikalarda bu həcmi Fik
tərəfindən təklif olunan üsuldan istifadə edirlər. Fik üsulunda
dəqiqəlik tutumu tapmaq üçün arterial və venoz qanda oksigenin
miqdarı faizlə fərqi tapılır. Sonra bir dəqiqə ərzində insanın sərf
etdiyi oksigenin həcmi müəyyən edilir. Tutaq ki, bir dəqiqədə
ağciyərlərdən qana 400 ml oksigen daxil olmuş və oksigenin arterial-
venoz qan arasındakı fərqi 8%-dir, onda bir dəqiqədə ağciyərlərdən
1QQ
'
4Q0
- = 5000 -ml qan keçməlidir. Qanın bu miqdarı dəqiqə-
8
lik tutum hesab olunur.
Hesablamalar göstərir ki, ürək dəqiqədə 60-80 dəfə vurarsa,
sol mədəcik aortaya dəqiqədə 6, saatda 360, bir gündə 8,640 litr qan
qovur. 70 il yaşayan adamın ürəyi təxminən 2.600 milyon dəfə vurur
və 150.000 ton qan qovur. Fiziki işdə ürəyin vurğusu xeyli artır.
Məsələn, yarış zamanı idmançıların ürəyi dəqiqədə 250 dəfədən çox
vurur.
Ürək vurğusunun sayı yaşla da əlaqədardır. Bir yaşa qədər
uşaqlarda ürək vurğularının sayı dəqiqədə 100-200, 10 yaşda 90-120
və daha yuxarı yaşlarda 60-80, qocalarda isə yenə də tezləşərək 90-
95-ə çatır.
Ürəyin nasos funksiyasına nəzarətin əsasını 1) ürəyə axan
qanın həcminin dəyişməsinə ürəyin xüsusi tənzimləyici
mexanizminin cavabı (Frank-Starlinqin qanunu), 2) ürəyin tezliyi və
iş qüvvəsinin avtonom sinir sistemi vasitəsilə idarə
olunması təşkil edir.
.
Frank-Starlinq qanununa görə ürəyin əzələ lifləri ona daxil
olan qanın hesabına nə qədər çox dartılarsa, ürəyin yığılma qüvvəsi
bir o qədər çox olur və arterial sistemə bir o qədər çox qan daxil olur.
Beləliklə, ürəkdə əzələ lifinin uzunluğunu dəyişən özünütənzim
mexanizminin olması, ürəkdə het-
7 1
downloaded from KitabYurdu.org
rometrik özünü tənzimdən danışmağa imkan verir.
Təcrübədə (şəkil 6 A) bunu müşahidə etmək üçün
F.Starlinqin təkmilləşdirdiyi ağciyər-ürək preparatından istifadə
edilir.
A
B
Şəkil 6.
Frank-Starlinq mexanizmi. A - Eksperimentin sxemi («ürək-
ağciyər» preparatı). 1 - müqavimət kontrolu; 2 - kompression kamera; 3 - rezervuar; 4 -
mədəciklərin həcmi. B - İnotrop effekt.
Bunun üçün cərrahi yolla heyvanda aorta və boş venaları
bağlamaqla böyük qan dövranı fəaliyyəti dayandırılır. Kiçik qan
dövranı isə zədələnməmiş şəkildə qalır. Aorta və boş venaya şüşə və
rezin borulardan ibarət sistemlə əlaqələndirilmiş kanyula salmır. Sol
mədəcikdən aortaya ötürülən qan bu sistemlə axaraq əvvəlcə boş
venaya, sonra isə sağ qulaqcığa və sağ mədəciyə gəlir. Buradan isə
kiçik qan dövranına keçərək oksigenlə zənginləşir və nəhayət, sol
mədəciyə qayıdır. Beləliklə, ağciyər-ürək preparatı ürəyin yükünü
istənilən formada dəyişməyə imkan verir.
Belə ki, ürəyə axan qanın miqdarı artdıqca ürək əzələsi daha
çox dartılır və onun təqəllüs qüvvəsi çoxalır. Nəticədə ürəyin
sistolik və dəqiqlik tutumu artır. Ürək əzələsinin bu xü
72
downloaded from KitabYurdu.org
susiyyətini «Ürək qanunu» (Frank-Starlinq qanunu) adlandırmışlar.
Beləliklə, ürək əzələsinin təqəllüs qüvvəsi və sistolik tutum
diastola zamanı mədəciklərin qanla nə dərəcədə dolmasından asılı
ola bilər.
Ürəyin fəaliyyəti əzələnin mexaniki olaraq genişlənməsi ilə
deyil, sinir sistemi vasitəsilə tənzim edildiyi üçün Starlinqin «ürək
qanunu» məhdud dərəcədə əhəmiyyətlidir. Ürəyin dəqiqəlik və
sistolik tutumu onun gördüyü işdən asılı olaraq dəyişə bilər.
Məsələn, əzələ işində dəqiqəlik tutum daha çox, yəni 25-
30L-Ə
qədər
arta bilər.
10.11.
Ürək tonları
Stetofonedoskopla döş qəfəsinin sol yarısına qulaq asmaq,
ürəyin iki tonunu eşitməyə imkan verir:
Ürəyin I sistolik, II diastolik tonu. I ton mədəciklərin
sistolasının əvvəlində qulaqcıq-mədəcik qapaqlarının bağlanması
və vətər tellərinin çırpınıb gərginləşməsi ilə əlaqədar olur. Sistolik
ton sürəkli, uzun və alçaq olur. II ton sistolanın sonunda aorta və
ağciyər arteriyalarının aypara qapaqlarının bağlanması ilə əlaqədar
olur. Diastolik ton qısa, yüksək və zildən eşidilir.
I və sistolik ton 0,14S, 11-0,1 İS davam edir. Ürəyin II tonu
I tona nisbətən daha yüksək tezliyə malik olur. I və II tonların
eşidilməsi «tap-tup» səslərinin tələffüzünə yaxın olur. I və II
tonlardan başqa bəzən ürəyin patologiyasını əks etdirən əlavə III və
VI tonlarda eşitmək olar.
Ürək tonlarının dəqiq analizi elektron cihazlarının tət-
biqindən sonra mümkün olmuşdur. Əgər döş qəfəsi üzərinə
gücləndirici və ossiloqrafla birləşmiş həssas mikrofon yerləşdirsək,
hərəkət edən fotokağız və ya fotoplyonkada ürək tonlarının yazısını
almaq olar. Bu üsul fonokardioqrafıya adlanır. Fonokardioqramda
qulaqda eşidilən birinci və ikinci tonlardan əlavə, iki zəif (üçüncü
və dördüncü) ürək tonları da ayırd
73
downloaded from KitabYurdu.org
edilir. Üçüncü ton ikincidən 0,011-0,18 saniyə sonra meydana çıxır
və mədəciklərin qanla aktiv dolması nəti-cəsində ürək divarlarının
titrəməsini əks etdirir. Dördüncü ton isə birinci tondan əvvəl
qulaqcıqların diastolası zamanı mədəciklərin qanla passiv
dolmasından əmələ gəlir. Bu zaman onlara küy əlavə olunur və ton
təmiz eşidilmir. Buna səbəb qapaqların kip bağlanmaması və qanın
geri qayıtmasıdır.
Ürəyin tonlarına ayrı-ayrılıqda qulaq asmaq olar. Sis- tolik
tona sol mədəciyin, yəni ikitaylı qapağın səsinə ürəyin zirvəsində
məmə xəttindən 1-1,5 sm sağa doğru qulaq asmaq olar. Sağ
mədəciyin və üçtaylı qapağın səsinə III, VI qabırğanın döş
sümüyünə birləşdiyi yerdə qulaq asılır. İkinci tona - diastolik tona,
yəni aorta aypara qapaqlarının səsinə ikinci qabırğaarası nahiyədə
döş sümüyündən sağda qulaq asmaq olar. Ağciyər arteriyası aypara
qapaqlarının bağlanmasından əmələ gələn səsə II (döş) qabırğaarası
nahiyədə, sol tərəfdə qulaq asmaq olar.
10.12.
Ürəyin qanla təmin olunması
Ürəyin divarını qanla sağ və sol vena (koranar) arteriyaları
təmin edir. Hər iki vena arteriyaları aortanm əsasından (aorta
qapaqlarının kənarlarının birləşdiyi yerə yaxın) başlayır. Sol
mədəcyin arxa divarı, arakəsmənin bir sıra hissələri və sağ
mədəciyin çox hissəsi sağ vena arteriyası ilə qanla təmin olunur.
Ürəyin qalan şöbələri qanı sol vena arteriyası vasitəsilə alır.
Sol mədəciyin yığılması (sistolası) zamanı ürək əzələsi
vena arteriyasını sıxır və ürək əzələsinə qanın daxil olması praktiki
olaraq dayanır - ürəyin boşalması (diastolası) və damar divarının
aşağı müqaviməti zamanı vena arteriyasının qanın 75%-i ürək
əzələsinə çatır.
Adekvat koronar qan cərəyanı üçün qanın diastoliq təzyiqi
60 mm.Hg.st. aşağı düşməlidir.
Fiziki iş zamanı koronar qan təzyiqi güclənir, bu əzələ
74
downloaded from KitabYurdu.org
ni oksigen və qidalı maddələrlə təmin etmək üçün ürəyin fəa-
liyyətinin artması ilə əlaqədardır. Koronar venası, ürək əzələsinin
çox hissəsindən qanı toplayaraq koronar sinisuna və sağ qulaqcığa
tökülür. Daha çox «sağ ürəkdə» yerləşən bir sıra nahiyələrdən qan
birbaşa ürək kameralarına daxil olur.
10.13.
Ürəyin işi və gücü
Ürək fəaliyyətdə olduğu zaman gördüyü iş qanın mə-
dəciklərdən qovulmasına və damarlarda hərəkətinə sərf olunur. Bu
zaman əmələ gələn enerjinin bir hissəsi damar divarında potensial
enerjiyə, digər hissəsi isə hərəkət edən qanda kinetik enerjiyə
çevrilir. Digər tərəfdən ürək qanı qovduğu zaman müəyyən
müqavimətə rast gəlir. Buna əsaslanaraq ürəyin işini aşağıdakı
formula ilə hesablamaq olar:
PV
2
W - PR +
— - — ;
burada:
W-iş;
P - dəqiqəlik tutum;
R - orta qan təzyiqi;
V - qanın hərəkət sürəti; g
- ağırlıq gücünün sürəti.
Tutaq ki, dəqiqəlik tutum 5.000 ml-ə, orta qan təzyiqi 200
sm su sütununa, qanın orta hərəkət sürəti 50 sm/san-ə, ağırlıq
gücünün sürəti təxminən 1.000 sm/san-yə bərabərdir, onda
PR=5000.200= 1.000.000 q.sm. və ya 10 kq/dəq.
pv
2
ü—=5000750/2—2.1000=6250 q.sm=0.0625 kq, m/dəq.
Göründüyü kimi sol mədəciyin göstərilən müqavimətə
qarşı sərf etdiyi iş, qanın hərəkət sürətinə sərf etdiyi işdən artıq olur.
Ürəyin sağ mədəciyinə sol mədəcik qədər qan qovmasına
baxmayaraq, ağciyər arteriyasında təzyiq 5 dəfə az olur,
75
downloaded from KitabYurdu.org
PV
2
odur ki, sağ mədəcik üçün PR=2kqm/dəq ---------
2*
ilə hesablamaq
olar.
Beləliklə, ürəyin işi sakitlik zamanı 10+2=12 kqm/dəq
(117,6 c).
Məşq etmiş idmançılar intensiv fiziki iş görərkən ürəyin
gücü dəqiqədə 65 kqm-ə və ya 38,2 kvt-a qədər arta bilər.
Fəaliyyətdə olan ürəyin gücü 70 kiloqram çəkisində olan
adamı 6 saat ərzində 25-ci mərtəbəyə, 20 gün müddətində isə uca
zirvəli Elbrus dağma qaldıra bilər.
Dostları ilə paylaş: |