42
downloaded from KitabYurdu.org
amilləri (prokoaqulyantlar), mürəkkəb hemokoaqulyasiya kaska- dı
formalaşdıraraq, fıbrinogenin koaqulyasiyasmı və tromb əmələ
gəlməsini formalaşdırır (şəkil 9). Trombinin əmələ gəlməsinə
səbəb olan kaskad reaksiya ola bilsin ki, iki yolla reallaşa bilər:
xarici (şəkildə solda və yuxarıda) və daxili (şəkildə sağda və
yuxarıda). Reaksiyanın xarici yolla inisiyasiyası üçün toxuma
amillərinin monositlərin və endotlin trombositlərinin plazmatik
membramnm xarici səthinə çıxması lazımdır.
Fibrinogen
Həll olan librin
--------------- (Xllla)
Kibrin
Şəkil 9. Hemokoaqulyasiya kaskadı.
XII amilin fəallaşması daxili
(təmas) mexanizmi işə salır; toxuma amilinin xaric olması, VII amilin fəal- laşması isə
laxtalanmanm xarici mexanizmini işə salır. Hər iki yol X amilin fəal- laşmasma səbəb
olur. Düzbucaqlıda dairəyə alınmış bucaqda-laxtalanmAnın plazma amillərinin
nömrələri verilib. Ferment komplekslər-düzbucaqlı ilə bir sırada yerləşmiş sərhəd bütöv
və qınq xətlərlə verilmişdir.
43
downloaded from KitabYurdu.org
Daxili yol XII amilin, endotelin zədələnmiş üst səthi ilə
təmasda olması ilə başlayır. Laxtalanmada daxili və xarici yol
anlayışı səthidir, başqa sözlə qanın laxtalanmasımn kaskad
reaksiyası bir-birindən nisbi asılı olmayan yolla deyil, əsasən xarici
yolla gedir.
Laxtalanmanın plazma amilləri-qan laxtalanmasımn
əmələ gəlməsini reallaşdıran plazmanın müxtəlif komponentləri.
Laxtalanma amillərini rum rəqəmi ilə işarə edirlər (amili fəal-
laşdıran rəqəmə adi hərf «a» əlavə edilir).
I
- həll olan fıbrinogen-trombinin (Ha) təsirindən həll
olmayan fibrinə çevrilir. Qaraciyərdə əmələ gəlir. Qanda 200400
mq% fıbrinogen olur.
II
- protrombin (proferment), Kompleks amillərin Xa,
trombositlərin membranmm fosfolipidlərinin və digər hüceyrələrin,
Ca
2+
və Va amilinin təsiri altında proteazaya çevrilir. Vitamin K-nm
iştirakı ilə qaraciyərdə əmələ gəlir.
III
- toxuma trompoplastini. Toxuma amilləri kompleksi,
fosfolipidlər, VII a amili və Ca
2+
laxtalanmanın xarici mexanizmini
işə salır. Öz təbiətinə görə fosfolipiddir. Damarların endotel
qişasında və zarında əmələ gəlir.
IV
- Ca
2+
amili və akselerin. Qanın laxtalanmasımn bütün
fazalarında iştirak edir.
V-VI - proakselerin-akselerinin sələfi (Va)- membran
kompleksi Xa- Va- Ca
2+
fəallaşdıran zülal. Bunları bir yerdə
akselerator-qlobini adlandırırlar, qaraciyərdə əmələ gəlir. He-
mokoaqolüasiyanm 1-ci və 2-ci fazalarında iştirak edir.
VII
- prokonvertin (proferment) Vlla-proteaza, X və IX
amilləri fəallaşdırır: K vitamininin iştirakı ilə qaraciyərdə əmələ
gəlir. Toxuma protrombozinasınm əmələ gəlməsində iştirak edir.
VIII
- fəallaşmayan antihemofıl qlobulin A-VIIa amilinin
sələfi Villa (fəal antihemofıl qlobulin) - membran kompleksi IXa-
VIIIa- Ca
2+
fəallaşdıran zülal. VIII amilin genetik çatışmazlığı
ancaq kişilərdə rast olunan klassik hemofiliya A inkişafına səbəb
olur. Qan protrominazasının əmələ gəlməsində iştirak edir.
44
downloaded from KitabYurdu.org
IX
- fəallaşmayan antihemofılik qlobulin B (fəallaşmayan
kristas amilinin, profetminti) - fəal antihemofılik amil B sələfi
(Kritsmasın fəal amili) - proteaza, X amili fəallaşdırır, IX amilinin
çatışmazlığı hemofiliya B (Kristsmas xəstəliyi) inkişafına səbəb
olur. K vitaminin iştirakı ilə qaraciyərdə əmələ gələrək
hemokoqulyasiyanın fazasının əmələ gəlməsində iştirak edir.
X
- fəallaşmayan Stuarta-Prauer amili (fəal forma - Xa
amili. Proteaza, fəallaşdırıcı amil II), Stuarta amilinin çatışmazlığı
laxtalanmada qüsura səbəb olur. K vitamininin iştirakı ilə
qaraciyərdə qan və toxuma protrombinazasmm əmələ gəlməsinə
səbəb olur.
XI
- qanın laxtalanmasının təmas yolu profermenti-
tromboplastinin fəal olmayan plazma sələfi (fəal forma - Xla amili
- IX amili IXa amilinə çevirən kükürdlü proteaza). K vitamininin
iştirakı ilə qaraciyərdə əmələ gəlir. XI amilin çatışmazlığı
qanaxmaya səbəb olur və hemofiliya S adlanır.
XII
- fəal olmayan Hageman amili zədələnmiş damarın
səthinə toxunduqda fəallaşır, qanın laxtalanma təması yolu
profermenti, fəal forma - Xila amili - (fəal Hageman amili) - XI
amili fəallaşdırır, prekllikrein (proferment qanın laxtalan- masının
təmas yolu ferment, plazminogen). XII amilin çatışmazlığı
Hageman xəstəliyinə səbəb olur. Təsir obyekti XI amilidir.
XIII
- fibrinstabirləşdirici amil (Laki-Qoren amili) -
trombinlə fəallaşdıran XIII amil (XlIIa amili), fibrin monemer- lər,
fibrin və fibro-pektin molekullar arasında amil əlaqələrinin əmələ
gəlməsini katalizə edərək həll olmayan fibrin əmələ gətirir. Bu amil
trombin və kalsium ionlarının iştirakı ilə fəallaşır. Qanın
laxtalanmasmda xarici yol mərkəzi yer tutur.
Beləliklə, qeyd edilənlərdən belə məlum olur ki, fibri-
nogenin fibrinə çevrilməsi üçün trombin lazımdır. Trombin qa-
raciyərdə sintez olunan protrombindən əmələ gəlir. Protombin isə
protrombinazanın təsiri ilə trombina çevrilir (şəkil 10).
Şəkil 10-dan görünür ki, qanın laxtalanmasının I fazasında
trombositlər parçalandıqdan sonra qan, toxuma zədə
45
downloaded from KitabYurdu.org
ləndikdən sonra isə toxuma protombinası müxtəlif amillərin iştirakı
ilə əmələ gəlir. Beləliklə, qanın laxtalanma prosesi
I
faza - fəal protrombinazanın əmələ gəlməsi;
II
faza - passiv protrombininin fəal trombina çevrilməsi;
III
faza - fıbrinogenin fibrinə çevrilməsi.
Toxuma və damarlann zədələnməsi
i
i
Trombositlərin
parçalanması
1
qan tromboplastini
toxuma zədələnməsi
I
IV
amil
V
amil X
amil
I faza
VIII
amil
IX
amil
IV amil
XI
amil
XII
amil
► qan protrombinazası
toxuma tromboplastini
V
amil
VI
amil
VII amil
IV amil
X amil
II faza
III faza
L
retraktozim
i
retraksiya
► toxuma protrombinazası
i
protrombin + V amil + X amil + IV amil
1
,
trombın
i
fıbrinogen + IV amil + XIII amil
i
----------------- fibrin
Şəkil 10. Qanın laxtalanma sxemi.
46
downloaded from KitabYurdu.org
Bundan sonra IV faza, yəni əmələ gələn qan laxtasının
retraksiyası bərkiyib damarın ağzım tutması, sonra isə fıbrino-
lizi, yəni fibrinin tədricən reazmin fermenti ilə parçalanıb, da-
marın zədə yerinin sağalması baş verir.
Beləliklə, hemostaz prosesində 3 komponent: qan da-
marları divarı, qanın formalı elementləri və plazmanın ferment
sistemi birgə iştirak edir.
Qanın laxtalanmasında iştirak edən trombostar amillər
aşkar edilmişdir.
Bunlardan biri tombositlər parçalandıqda ayrılır və qanın
laxtalanmasının 1 fazasında iştirak edir.
3-
cü amil trombositar tromboplastin amilidir. Bu amil qan
lövhəciklərinin zarında və dənələrində olur.
4-
cü heparini birləşdirməklə hemokoaqulyasiya prosesini
sürətləndirən antiheparin amilidir.
5-
ci trombositlərin adgeziya (yapışmaq) və aqreqasi-
yasını (toplaşma) təmin edən laxtalandırıcı amil və ya fıbri- nogen
amilidir.
6-
cı trombostenin - qan laxtasının bərkiməsinə və qı-
salmasına kömək edən, öz xüsusiyyətinə görə skelet əzələsi ak-
tomiozinini xatırladan amildir.
10-cu qandan trombositlərə adsorbsiya olunan damar-
daraldıcı serotoninin amilidir.
11 -ci damar zədələnməsində trombositləri bir yerə top-
layan aqreqasiya amilidir. ADF-dən başqa son zamanlar tapılmış
tromboksan aqreqasiya prosesinin ən güclü stimul- yatorudur.
Digər tərəfdən aqreqasiyanm daha güclü inqibitoru damarın
endotelisində olan prostasiklindir. Bu maddələr arasındakı
müvazinət qan lövhəciklərinin toplanmasını təmin edir.
Hemostazda eritrositlər və leykositlər də iştirak edir.
Eritrositlərin tərkibində trombostenindən başqa, trombositdə olan
bütün faktorlar tapılır.
Lakin leykositlərin sayı eritrositlərə nisbətən az oldu-
ğundan onların sağlam adamların hemostazında rolu o qədər də
nəzərə çarpan olmur.
47
downloaded from KitabYurdu.org
Fermenlərin fəallığı dövran edən qanda profermentlər olur
(II, VII, IX, X amilləri). Zülallar-ko amilləri (Va, Villa, həmçinin
toxuma amilləri - amil III) profermentlərin ferment- lərə
çevrilməsinə Ca
2+
ionlarının iştirakı ilə kömək edir (serin
proteazası). Ca
2+
ionlarının iştirakı olmadan qan laxtalanmır. Məhz
buna görə də qanın laxtalanmasının qarşısını almaq üçün sitrat və
ya oksalat turşusu ilə Ca
2+
deionzatsiya edilərək çökdürürlər, onun
qanda qatılığım aşağı salırlar.
Vitamin K. Vitamin K çatışmazlığı qanın laxtalanması- nı
ləngidir və dərialtı və daxili qanaxma ilə müşayiət olunur. Kliniki
təcrübədə trombozun, qanaxmanın qarşısını almaq üçün istifadə
olunur.
Qanaxmanın
dayandırılmasında
damar-trombositar
hemostazı da iştirak edir. Bu prosesdə əvvəlcə reflektoru olaraq
damar divarının daralması, sonra tromobistlərin zədə yerinə
yapışması, toplanması və axırda əmələ gələn və qan laxtasının
(trombun) bərkiyib damardakı zədənin ağzını tutması baş verir.
Qanın əks laxtalanma sistemi. Fizioloji antikoaqul- yantlar
qanın laxtalanmasının ya blokadasına, ya da ləngiməsinə səbəb
olurlar.
Fibrinolitik sistem fıbrin laxtasının həll olmasını (lizis)
reallaşdırır.
Fizioloji inqibitorlar qanın maye halında saxlanması və
trombun damarın zədələnmiş nahiyəsində ətrafa yayılmasına mane
olur. Qanın laxtalanması zamanı əmələ gələn trombun
formalaşmasını təmin edir. Sonra qanın laxtalanmasının fer- ment
inqibitorları ilə qarşılıqlı təsirdə trombini aktivləşdirir və eyni
zamanda trombun əmələ gəlməsini tormuzlayır, antkoa- qulyasiya
fazasını fəallaşdırır.
Qanın laxtalanmasında iştirak edən fermentlərin fizioloji
inqibitorları damarın zədələnmə nahiyəsində əmələ gələn trombun
yayılmasının qarşısını alır (antitrombin III, heparin, a
2
-
makroqlobulin, antkonvertin, a
l
-antitripsin).
Fibrinolitik sistem. Tromb əmələ gəldikdən bir neçə gün
sonra həll olur. Fibrinoliz zamanı - fıbrin liflərinin fermenta-
48
downloaded from KitabYurdu.org
tiv parçalanması nəticəsində - həll olunan peptidlər əmələ gəlir.
Fibrionoliz plazminin serin proteazasının təsiri altında baş verir,
daha dəqiq - fibrinin, plazminogen və plazmogenin toxuma
fəallaşdırıcısı ilə qarşılıqlı təsiri zamanı fibrionoliz baş verir.
Hemostaz sisteminin laboratoriya göstəriciləri. Sağlam
insanın qanı in vitro 5-10 dəq. laxtalanır. Onunla əlaqədar
protrombinaz kompleksinin əmələ gəlməsi 5-8 dəq, protrom- binin
fəallaşması 2-5 dəq. və flbrinogenin fıbrinə çevrilməsi 2-5 dəq. vaxt
aparır.
Qanın laxtalanmasında iştirak edən amilləri hazırlayan
orqanlar və toxumaların fəaliyyəti əsasən vegetativ sinir sistemi ilə
tənzim olunur.
Qeyd etmək lazımdır ki, qanın həcminin və formalı ele-
mentlərin sayını sabit saxlayan funksional sistem fəaliyyət göstərir.
Bu sistemin fəaliyyətinin normal saxlanılması ilk növbədə
maddələr mübadiləsinin normal gedişi üçün olduqca vacibdir.
Qanın həcmi və formal elementlərinin miqdarında əmələ
gələn hər hansı dəyişikliyi hipotalamusda və qan sisteminin
(sümük, dalaq, limfa düyünləri, damarlar və s.) müvafiq resep-
torları tərəfindən qəbul edilir. Oyanmalar reseptorlardakı sinir
mərkəzlərinə verilir. Nəticədə hipotalamus sinir-humoral yollarla
qan sisteminin öz-özünü tənzim edən mexanizmini (hipotalamus,
qabıq, hipotalamus, limbiq retikulyar strukturlar), aparatını işə
salır.
Laxtalanmada iştirak edən amillərin hər hansı birinin
olmaması və ya çatışmamasında qanın laxtalanma qabiliyyəti
pozulur.
Müəyyən amillər qanın laxtalanmasma mane olur. Soyuqda
divarlarına parafin çəkilmiş hamar qabda qanın lax- talanması xeyli
ləngiyir. Heparin və zəlinin ağız suyundakı hi- rudin maddəsi də
laxtalanmaya mane olur. Heparin, Hirudin, sintetik şəkildə alman
(məsələn, dikumarin, pelentan preparatlar və s.) vardır ki, bunlar
qaraciyərdə protombin və VIII faktorun sintezini blokada etməklə
fibrinin əmələ gəlməsinə
49
downloaded from KitabYurdu.org
maneçilik göstərir.
Qandan kalsium duzlarım limon turşusunun natrium duzu
və Şavel turşusunun ammonium duzu ilə çökdürməklə ayırdıqda
qan laxtalanmır. Belə halda protrombinaza və trombin əmələ
gəlmir. Odur ki, həmin duzlarla 1:4 nisbətində qarışdırıldıqdan
sonra alınan konservləşdirilmiş qanı uzun müddət saxlamaq olur.
Konservləşdirilmiş qanı uzağa aparmaq, yaralılara və xəstələrə
vaxtında köçürmək olar.
O, qeyri-fəal vəziyyətdə bədənin əksər toxumalarında
profibrinolizin şəklində olur və fıbrinokinaza ilə fəallaşdırır.
Yuxarıda qeyd edilən qanın laxtalanmasını ləngidən
amillərlə bərabər, həm də laxtalanmanı sürətləndirən amillər
fəaliyyət göstərir.
Bir sıra amillər - yüksək temperatur, damar səthinin kələ-
kötür olması, o cümlədən suda həll olan kalsium duzları (məsələn,
CaCh), K vitamini və jelatin qanm laxtalanma qabiliyyətini xeyli
yüksəldir. Buna görə də fasiləsiz qanaxma zamanı və bəzi
operasiyalardan əvvəl kalsium və K vitamini verilir.
50
downloaded from KitabYurdu.org
X FƏSİL
ÜRƏK-DAMAR SİSTEMİ
Ürək-damar sisteminin əsas funksiyası orqanizmin hüceyrə
orqan və toxumalarında həyat fəaliyyətini davam etdirməsi üçün
onlara qanda olan qida maddələrini çatdırmaq, oradan isə
metabolitləri və hormonları qan vasitəsilə nəql etməkdir. Həm də
toxumalardan CCh-nı ağciyərlərə, metobo- lizmin digər
məhsullarını isə böyrəklərə, qaraciyər və digər orqanlara çatdırıb
zərərli maddələrin bədəndən xaric olunmasını təmin edir. Bu sistem
həmçinin qanda olan hüceyrələri daşıyır. Başqa sözlə bu sistemin
əsas funksiyası - nəql etməkdir. Bu sistem, həmçinin daxili mühitin
sabitliyini tənzim etmək üçün lazımdır (məsələn, bədən
temperaturunu və turş-qələvi müvazinətini saxlamaqla). Ürək həyat
üçün öz mühüm funksiyasını, ancaq ardıcıl ritmik hərəkəti
sayəsində yerinə yetirir. İnsanda və onurğ- alı heyvanlarda qanın
hərəkəti sirkulyator xarakterə malikdir. Ürək qanın hərəkətini təmin
edən mühərrikdir, nasosdur. O, sağ və sol ürəkdən ibarətdir.
Həkim İmqotenin papirusundan məlum olur ki, misirlilər o
zamanlar insanın anatomiyası haqqında müəyyən biliyə və ürək
haqqında bəzi təsəvvürlərə malik idilər. Misirlilər mumiyalama
zamanı ürəyi də beyin kimi daha mühüm orqan hesab edib, öz
yerində saxlayırdılar.
Təbabətin atası sayılan Hippokrat (460-377-ci illərdə) bəzi
patoloji hallarda güclü arteriya-nəbz vurğusuna diqqət yetirmişdisə
də, onun ürək fəaliyyəti ilə əlaqədar olduğunu bilməmişdir.
Aristotel (384-332-ci illərdə) ürəyi həyatın istilik mənbəyi
və bütün bədən funksiyalarının ən mühüm orqanı saymışdır.
Erazistrat (340-240-cı illərdə) ürəyi nasos adlandırmış və
müəyyən etmişdir ki, ürəkdən xeyli uzaqda yerləşən arteriyalara
nisbətən, ürəyə yaxın arteriyalarda nəbz daha tez aşkara çıxır. Daha
sonra o göstərmişdir ki, arterial və venoz damarlar zəif şaxələrlə -
anostomozlarla birləşmişdir və patoloji hallarda keçiricilik kəsb
edirlər. Eramızın 130-201 -ci illərində yaşamış
51
downloaded from KitabYurdu.org
Roma həkimi Klavdi Qalen nəbz vurğularının artmasım bədən
istiliyinin yüksəlməsi ilə əlaqələndirmişdi. Ürəyin tac arteriyalara
malik olması ona bəlli idi. O, belə hesab edirdi ki, qan qaraciyərdə
əmələ gəlir və boş venalarla orqanlara paylanır, bir hissəsi isə iki
hissədən ibarət olan ürəyin sağ mədəciyindən sol mədəciyinə
arakəsmələrdə olan gözəgörünməz məsamələrlə keçir. Kiçik qan
dövram ona bəlli deyildi.
Leonardo Davinçi (1452-1519) eksperimental təcrübə ilə
ürəyin 2 hissədən - mədəciklərdən ibarət olması haqqında Qalenin
fikirləri ilə razılaşmayıb, ürəyin 4 hissədən - 2 qulaqcıq və 2
mədəcikdən ibarət olduğunu göstərib.
Andrey Bezali meyidləri yarmaqla ürək-damar sistemi
haqqında daha ətraflı məlumat əldə edib. Kiçik qan dövranının kəşfi
Servetsinin adı ilə bağlı olsa da bu ondan qabaq su- riyalı ərəb
həkimi İbn-Ən-Naffıs Əl-Kavaranazi tərəfindən (1290) kəşf
edilmişdir. O, kiçik qan dövranı haqqında düzgün məlumat verib.
V.Harvey (1578-1657) ilk dəfə olaraq əvvəlki alimlərin
elmi işlərini nəzərə alaraq əsas diqqətini ürəyin işi və qanın qan
damarları ilə hərəkəti prosesinin öyrənilməsinə həsr etmişdir.
1628-ci ildə ilk dəfə olaraq «Heyvanda ürək və qanın
hərəkəti haqqında anatomik məlumat» adlı kitabını çap etdirib. Qan
damarlarının kəşfi və qapalı olması onun adı ilə bağlıdır. O, isbat
etdiyi arteriya və vena qan-damarları sistemi ayrı olmayıb, bir-biri
ilə əlaqədardır.
İtalyan alimi Malpiqi 1661 -ci ildə arteriya və venaları
birləşdirən kapillyarlan kəşf etdi.
XX əsrin 40-ci illərindən qan dövranı fiziologiyasının daha
ətraflı öyrənilməsinə başlanmışdır. Bu dövrdən etibarən qan damar
sistemi fəaliyyətinin qrafik qeydi, qan təzyiqi və qanın hərəkət
sürəti və müxtəlif faktorların əhəmiyyəti, qan dövranımn sinir-
humoral yolla tənzim olunması öyrənilməyə başlandı.
10.1.
Qan dövranının inkişafı
Ana uşaqlığında inkişaf edən embrion yaşamaq üçün qida
maddələrinə möhtacdır. İlk dəfə qida maddələri yumurta
52
downloaded from KitabYurdu.org
sarısı kisəciyindən göbək müsariqə damarları vasitəsilə em- briona
daşınır və diffuziya yolu ilə hüceyrələr arasında yayılır. Buna ilk
dövran və ya yumurta sarısı qan dövranı deyilir. Bu növ qan dövranı
xaricə yumurtlayan heyvanlarda bütün em- brion boyu davam edir.
Məməli heyvanlarda, o cümlədən, insanlarda embrionun 2
həftəliyində trofoblastdan əmələ gələn qişalardan yeni qan
damarları inkişaf etməyə başlayır. Bununla bərabər, embrionun
daxilində mezoblastdan inkişaf edən qan damarları allontois
vasitəsilə birləşərək nəticədə, allontois və ya xovlu qişa qan
dövranını əmələ gətirir.
Hamiləliyin ikinci ayında xovlu qişanın uşaqlığa birləşən
hissəsindən cift əmələ gəlir. Sonra cift-plasenta fetal və ya döl qan
dövranı fəaliyyətə başlayır. Bu dövran anadan olanadək fəaliyyət
göstərir (Tənəffüs bəhsində şəkil 13-ə bax).
Beləliklə, qan damarları sistemi embrional dövrdə həm
embrion daxilində və xaricində inkişaf etdiyi üçün iki hissəyə ay-
rılır: embrion xarici qan dövranı sistemi yumurta sarısının və xovlu
qişanın mezenxim ünsürlərindən əmələ gəlir. Embrionun daxili
qan-damar sistemi isə mezoblast ünsürlərdən inkişaf edir.
Mezoblast və mezenxim ünsürlərdən ilk dəfə qan ada-
cıqları əmələ gəlir. Qan adacıqlarının mühiti hissəsi sıxlaşaraq qan
damarlarını, mərkəzi hissəsi isə yumşalaraq ilk qan ünsürlərini -
hemoqoniləri əmələ gətirir.
Mezoblast və mezenxim ünsürlərdən əmələ gələn he-
moqonilər nüvəli olurlar. Lakin ikinci ayın axırında qaraciyərin
mezenximindən əmələ gələn nüvəsiz qırmızı qan cisim- cikləri ilə
əvəz olunurlar.
Embrional dövrün ikinci yarısından etibarən əvvəlcə
dalaqda, sonra qırmızı sümük iliyində qan cisimcikləri əmələ gəlir.
Qan adacıqlarmdan əmələ gələn damarlar əvvəlcə em- brionda tor
təşkil edir, sonra iri damarlar meydana çıxır. Beləliklə, müxtəlif
diametrli damarlar meydana çıxır.
Döl anadan olandan sonra cift qan dövranı - neofetal qan
dövranı ilə əvəz olur. Bu qan dövranı insanın ömrünün axırına kimi
fəaliyyət göstərir.
İnsan və heyvan orqanizmində qan öz hərəkətini çox
Dostları ilə paylaş: |