9.10.
İmmunitet və immun cisimlər
Orqanizmin xəstəliklərə qarşı davamlılığı, müqavimət
qabiliyyəti immunitet adlanır. Orqanizmin xəstəliklərə qarşı
müqavimət - qoruyucu vəzifəsini təkcə bakteriyaları udan ley-
kositlər deyil, digər hüceyrələr də görür.
Bir çox yoluxucu xəstəliklərdən (qızılca, su çiçəyi, skar-
latina, səpgili yataqlar və s.) sonra orqanizmdə antitel-əks-
32
downloaded from KitabYurdu.org
cisim adlanan xüsusi maddə yaranır. Bakteriyalar orqanizmə
düşdükdə isə onlara qarşı toksin (zəhər) əmələ gəlir. Bunlara
immun cisimlər də deyilir. Toksinləri neytrallaşdırmaq üçün
orqanizmdə əks zəhər - antitoksin hazırlanır. Bəzi antitoksin- lər
qanda onun tərkib hissəsi kimi illərlə qalır, ona görə də həmin
şəxslər yoluxucu xəstəliklərə ikinci dəfə təkrar tutulmur.
Patogen amilin əks cisimlərlə birləşməsi nəticəsində onun
quruluşu və xassələri xeyli dəyişir, hətta orqanizm üçün zərərsiz
hala düşür.
İmmunitet təbii və süni olur. Təbii immunitet anadangəlmə
və ya postnatal inkişaf dövründə xəstəliklərdən sonra yaranır.
İmmun cisimlər uşağın qanma anadan keçir və ya yoluxucu
xəstəlikləri keçirdikdən sonra (qazanılmış immunitet) əmələ gəlir.
İmmunitet bəzi xəstəliklərə qarşı irsi xüsusiyyət daşıya
bilir. İmmuniteti süni yolla (peyvənd etməklə), yəni orqanizmə
kiçik dozada toksin yeritməklə əldə etmək olar. Bu zaman qanda
antitoksin əmələ gəlir. Odur ki, xəstəlik keçirmiş insanın və ya
heyvanın qan zərdabından müalicə məqsədilə yeni xəstələnmiş
adama yeritdikdə antitoksin toksinləri neytrallaşdırır və sağalma
baş verir.
Limfositlər. Limfositlər (şəkil 1 D) qanın ümumi leyko-
sitlərinin 20-45%-ni təşkil edir. Qan-limfoid sistemi və digər
orqanların arasında limfositlərin dövran etdiyi mühitdir. Lim-
fositlər damarlardan birləşdirici toxumalara daxil ola bilər,
həmçinin bazal membrandan miqrasiya edə bilər, bağırsaqların
selikli qişasına təsir edə bilər. Limfositlərin ömrü bir neçə aydan,
bir neçə ilə qədər ola bilər. Limfositlər orqanizmin immun müdafiə
reaksiyalarından əvəzolunmaz əhəmiyyəti olan hüceyrələrdir.
Funksional nöqteyi-nəzərdən B-limfositlər, T-limfosit- lər
və NK-hüceyrələr i ayırd edilir. B-limfositlər sümük iliyində
yaranır. Qanda olan limfositlərin 10%-dən azmı təşkil edir.
Toxumalarda olan B-limfositlərin çoxu plazma hüceyrələrinin
33
downloaded from KitabYurdu.org
klanına diferensirovka olurlar. Hər bir klan, ancaq bir antige- nə-
Ar qarşı antitela-AT sintez və sekresiya edir. Başqa sözlə,
plazmatik hüceyrələr və onların ifraz etdiyi AT humoral immuniteti
təmin edir.
T-limfositlər. T-limfositlərin sələfi-hüceyrələr sümük ili-
yindən timus və ya çəngələbənzər vəzə daxil olur. T-limfosit- lərin
diferensirovkası timus vəzində gedir. Yetişmiş T-lim- fositlər
timusu tərk edir və onlara mühiti qanda (80% və bütün limfositlərə)
və limfoid orqanlarda aşkar edilir. T-limfositlər B-limfositlər kimi
müəyyən Ar reaksiya verir, başqa sözlə B- limfositlərdən fərqli
olaraq, T-limfositlərin immun reaksiyalarda iştirakı başqa
hüceyrələrin membranlarında əsas kompleksin zülallarının
mononuklyar sistemində MMS histo- loji uyğunluğunu tanıması
lazımdır. T-limfositlərin əsas funksiyası - hüceyrə və humoral
immunitetdə iştirak etməkdir. Belə ki, T-limfositlər öz
orqanizminin anomal hüceyrələrini məhv edir, allerqik
reaksiyalarda iştirak edir, yad transplan- tantı (dəri, qan, sümük)
məhv edir.
T-limfositlərin arasında TD4
+
limfositlər və ya T-xelper
limfositlər B-limfositlərin proliferasiyası və diferensirovkasını
təmin edir və həm də hazırladığı sitotoksin T-limfositlərin əmələ
gəlməsini stimulə edir, həmçinin supressor T-limfo- sitlərin
proliferasiya və diferensirovkasına səbəb olur.
9.11.
Trombositlərin funksiyaları
Trombositlər (yunanca tromos - laxta) və ya qan və ya
Bissosera lövhəcikləri - qırmızı sümük iliyində və dalaqda yerləşən
meqakarositlərdə əmələ gəlirlər. Qan yaxmasında qan
lövhəciklərinin ölçüsü 3-5 mkm, dövran edən qanda isə onların
miqdarı 150-405x10
9
/ və ya sağlam insanların lmkm qanında qan
lövhəciklərinin sayı 220000-400000 olur. Gündüzlər fiziki işlə
əlaqədar olaraq onların sayı artır, gecələr isə azalır. Qan
lövhəciklərinin üçdən ikisi qanda olur, qalan hissəsi isə dala
34
downloaded from KitabYurdu.org
qda deponirə olur. Trombositlərin yaşama müddəti 8-12 gündür.
Yaşlı trombositlər dalaqda, qaraciyərdə və sümük iliyində
faqasitoza uğrayırlar, yəni faqositlər tərəfindən tutulub həzm
edilirlər. Qanda sirkulyasiya edən (dövran) trombositlər qan
axmaları zamanı fəallaşırlar. Fəallaşmış trombositlər qanın
laxtalanmasında və damarın zədələnmiş divarının tamlığının
bərpasında iştirak edirlər. Fəallaşmış qan lövhəciklərinin ən
mühüm xassələrindən biri onların qarşılıqlı adqeziya və aq-
reqasiya qabiliyyəti, həmçinin qan damarlarının divarının ad-
qeziyasıdır. Qanda trombositlərin sayının artmasına trombozi- toz,
azalmasına isə trombopeniya deyilir. Fizioloji şəraitdə trombositlər
passiv vəziyyətdə olurlar, başqa sözlə qanda sərbəst dövran edirlər
və bir-birilə adqeziya etmirlər. Lakin qan damarlarının zədələnməsi
zamanı trombositlər, qanın laxtalan- masınm plazma amilləri ilə bir
yerdə qanaxmanın qarşısını alan qan laxtası - tromb əmələ gətirir.
Qan lövhəciklərinin damarın zədələnmiş yerinə dəyib
parçalanması nəticəsində damar büzücü maddə-serotinin (5-
hidrooksitriptamin) xaric olur. Qanaxmanın dayandırılması 3
mərhələdə baş verir. 1. Əvvəlcə qan damarlarının deşiyinin da-
ralması baş verir. 2. Sonra damardakı zədə nahiyəsində trom-
bositlər damarın divarına birləşib, bir-birinin üzərinə yapışaraq,
trombositar hemostatik tıxac (ağ tromb) əmələ gətirirlər. Bu hadisə
geri dönəndir. Belə ki, zəif birləşmiş trombositlər qopub qan
cərəyanına qayıda bilərlər. 3. Nəhayət, həll olan fibrinogen həll
olmayan fibrinə çevrilib, hansı ki üçölçülü toru formalaşdırır. Onda
qan hüceyrələri, o cümlədən eritrositlərdə olur; bu fib- rinli-qırmızı
trombdur və ya qırmızı laxtadır.
9.12.
Eritrositar antigenlər və qan qrupları
Əvvəllər dəfələrlə insan qanını heyvana ya heyvanmkı- nı
insana, habelə insanın qanını insana köçürmək cəhdləri mü-
vəffəqiyyətsizliyə uğramış və çox vaxt ölümlə nəticələnmişdir.
35
downloaded from KitabYurdu.org
Eritrositlərin bir-birinə yapışaraq çökməsinə aqlütina- siya
deyilir.
Aqlütinasiya reaksiyasının səbəbi yalnız avstraliyalı
K.Landşteynerin tədqiqatından sonra aydınlaşdırıldı. K.Land-
şteyner insanın qan zərdabında yalnız bu növ qana məxsus iki
aqlütinin-antitel tapmış və bunları latın əlifbasının iki kiçik («a»
və»b») hərfləri ilə işarə etmişdir. Bu aqlütininlər eritrosit- ləri
birləşdirmək, yapışdırmaq qabiliyyətinə malikdir. Eritrositlərin
tərkibində olan reseptor aqlütinogenlər isə latın əlifbasının iki
böyük («A» və «B») hərfləri ilə işarə edilmişdir.
1910-cu ildə Din-qern və Hirçfold eritrositlərin tərki-
bindəki aqlütinogenləri latınca «A» və «B» hərfləri, qan seru-
munun tərkibindəki aqlütininləri isə yunanca a və (5 hərfləri ilə
işarə etmişlər. 1907-1908-ci illərdə Y.Yanski 1910-cu ildə Moso
Yanskidən xəbəri olmadan müxtəlif insanlarda aqlüti- nasiyanm
yalnız özünəməxsus reaksiya verməsini əsas götürərək bütün
insanlarda dörd qan qrupu ayırmışdır.
Belə zənn edirlər ki, insan qanının serumunda insanın öz
antigen-aqlütinogenlərinə qarşı antitel-aqlütinin yoxdur. İnsan
qanının eritrositləri normal halda qalıb aqlütinasiyaya uğramaması
da bununla izah edilir.
Aqlütinasiya yalnız iki qanın qarışığından eyniadlı aq-
qlütinogenlər və aqlütininlər (A- a , B- /?) olduqda baş verir.
Eritrositlərin səthində olan qlikoproteinlər və qlükoli-
pidlərin tərkibində yüzlərlə antigen determinantlar və ya anti-
genlər (Ar) mövcuddur. Hansı ki, onlardan çoxu qanın hansı qrupa
aid olduğunu müəyyən edir (qan qrupları). Bu antigen- lər qanın
zərdabında olan, uyğun gələn antitellə (AT) qarşılıqlı təsirdə olur.
Lakin qanda müəyyən insan üçün belə qarşılıqlı təsir baş vermir,
çünki immun sistemi həmin antitelanı sekrat- siya edən plazma
hüceyrəsinin klonunu oradan çıxarmışdır.
Əgər uyğun gələn AT qana düşərsə (məsələn, yad adamın
qanı və onun komponentlərini köçürdükdə) və nəticədə eritrositar
Ar ilə və zərdab AT arasında qarşılıqlı əks təsir nəticəsində qorxulu
nəticələri olan reaksiya baş verir (qan qrupları uyğun gəlməyəndə).
Xüsusi ilə, bu zaman eritrositlərin aq-
36
downloaded from KitabYurdu.org
lütinasiyası (bir-birinə yapışması) və sonra isə onların hemolizi baş
verir. Məhz buna görə də köçürülən qanın və qan köçürülən şəxsin
qan qrupunu bilmək çox vacibdir. Qan verən adama donor, qan
köçürülən adama resipient deyilir.
Yüzlərlə eritrositar Ar-nin qan köçürmə üzrə beynəlxalq
Cəmiyyətə (The İnternational Sosiety of blood Transfu- zion)
2003-cü ildə aşağıdakı aid edilmişdir (Əlifba sırası ilə): AYO.
ABO - sistemi Eritrositar Ak-i sistemi ABO-A və O-
qlükofinlər sinfinə aiddir. Onların polisaxarid halqası Ar saxlayır -
determinant-aqlütinogenlər. A və B aqlütinogenin A və B
formalaşması ABO antigeni ilə kodlaşdırılan qlükoziltrans-
ferazanm təsiri ilə baş verir. Bu gen üç polipeptidi (A, B, O)
kodlaşdırır, onlardan ikisi (qlükozitransferaza A və B) qlüko-
ferinlərin polsaxarid zəncirini modifikasiya edir, polipeptid
funksional cəhətcə fəal deyil. Bundan başqa belə uyğunsuzluq digər
qan qruplarında da yarana bilər. Məhz buna görə də qan köçürmə
zamanı eyni qrupun qanından istifadə etmək olar. Ona görə də
nəzəri olaraq təcrübədə 0(1) qan qrupu «universal donor» haqqında
təsəvvür saxlanır. Nəticədə müxtəlif adamların eritrositlərinin üst
səthi ya aqlütinogen A, ya aqlütinogen B və ya hər iki aqlütinogenə
(A və B) malik olur və ya nə aqlütinogen A, nə də aqlütinogen B
saxlamır. Ekspessiya qrupuna uyğun olaraq eritrositlərin üst
səthində olan aqlütinogenlər A və B görə AB sistemində 4 qan
qrupuna uyğun rum rəqəmləri ilə işarə edilən I, II, III və IV qan
qrupları müəyyən edilmişdir. I qan qrupunun eritrositləri nə
aqlütinogen A, nə də aqlütinogen B-yə malik olmur, onun
qısaldılmış adı 0(1). IV qan qrupunun eritrositlərinə hər iki
aqlütinogen-AB(IV), qrup II- A(II), qrup III-B(III) saxlayır. İlk
dəfə olaraq üç qan qrupunun 1901-ci ildə Landşteyner, dördüncü
qan qrupunu isə, bir az sonralar Dekastrello və Sturil müəyyən
etmişdir.
Aqlütinlər. Qanın plazmasında aqlütinogenlər A və B, AT
saxlaya bilər (uyğun olaraq a və /? - aqlütininlər), Qanın
plazmasında qrup 0(1) a və /?- aqlütininlər; qrup II(B)- /?-
aqlütininlər, B(III) - a- aqlütinin plazmasında qan qrupu
37
downloaded from KitabYurdu.org
AB(IV) olan aqlütininlər saxlamır. Beləliklə, müəyyən adamın
qanında AT eritrostar Ar sistemi ABO qarşı eyni vaxtda AT olmur
(cədvəl 2). Lakin donordan qan qrupu eyni olmayan resipientə qan
köçürdükdə hadisə ola bilər, yəni resipientin qanında eyni vaxtda
həm Ar və həm də AT olur. Məhz buna görə də Antigen başqa
sözlə, uyğunsuzluq vəziyyəti törəyir.
Cədvəl 2
Müxtəlif qan qrupların (ABO sistemində) aqlütinogenlər
Ar və aqlütininlərin (AT) tərkibi
Qrupların
beynəlxalq
təsnifatı
Eritrositlərdə
aqlütinogenlər
Antigenlər
Plazmada
aqlütinlər
Antigenlər
Yanskiyə görə
qrupların təsnifatı
0(1)
O
a ,
/3
I
A(II)
A
P
II
B(IH)
B
a
III
AB(IV)
A,B
O
IV
Hazırda qan qruplarının xüsuyyətlərini müəyyən etmək
üçün bu cədvəldən istifadə olunur (cədvəl 3). Qan qruplarının
xüsusiyyətlərinə bu nöqteyi-nəzərdən yanaşdıqda görünür ki,
birinci qrupda A və B aqlütinogenləri olmayıb, yalnız
a
və /?
aqlütinləri olur (A və B aqlütinogenlərin qrupda olmaması böyük
«0» qərəmi ilə işarə edilir). İkinci qrupda A aqlütinoge- ni və (5 -
aqlütinini, üçüncü qrupda B aqlütinogeni və a -aq- lütinini,
dördüncü qrup qanda isə A və B aqlütinogenləri olduğu halda,
aqlütinin rast gəlmir (bu qrupda da aqlütininin olmaması kiçik «o»
rəqəmi ilə ifadə edilir).
Aqlütinasiya reaksiyası müsbət (+), onun olmaması isə
mənfi (-) işarəsi ilə qəbul edilərsə, müxtəlif qan qruplarının bir- biri
ilə nə dərəcədə uyğun gəlməsi aşağıdakı cədvəldən görünür.
38
downloaded from KitabYurdu.org
Cədvəl 3
Zərdab (aqlütininlər)
Eritrositlər (aqlütinogenlər)
KO)
II (A)
III (B)
IV (AB)
l a
və/7
-
+
+
+
II (
P )
-
-
+
+
III (a)
-
+
-
+
IV (0)
-
-
-
-
9.13.
Rezus faktoru
1940-cı ildə ilk dəfə Landşteyner və Viner əntər meymunun
(Masasus rhesus) eritrositlərini dovşanın qanma köçürdükdə
eritrositlərin aqlütinasiyaya uğradığını müşahidə etmişlər.
Eritrositlərin daxilində olan yeni faktor-aqlütinogen əntər
meymunun adı ilə rezus faktor (Rh) adlandırılmışdır. Rezus-faktor
insanların 85%-də təsadüf edilir (müsbət rezuslu adamlar); əhalinin
qalan 15%-i mənfi rezuslu adamlardır. Bəzi Cənubi-Şərqi Asiya
ölkələrinin və Okean adalarının sakinlərində rezus mənfi olur.
Bu aqlütinogenin təcrübi əhəmiyyəti ondadır ki, mənfi
rezuslu adamlara təkrar müsbət rezuslu qan yeridildikdə A və B
aqlütinogenlərin, habelə alfa və beta aqlütinlərin uyğun olmasına
baxmayaraq hemoliz əmələ gəlir. Bəzən daha ağır fəsadlar, məsələn,
hematransfuzion şok baş verir. Hemolizə səbəb mənfi rezuslu
adamlarda xüsusi antirezus aqlütinin əmələ gəlməsidir. Rezus amili
nəsildən-nəslə keçir və hamiləlik dövründə böyük əhəmiyyətə malik
olur. Belə ki, əgər atanın qanı rezus müsbət, ananınkı rezus
mənfidirsə, döldə atanın müsbət rezusu olur. Cift vasitəsilə dölün
rezusu anaya keçir və onun qanında spesifik antirezus aqlütinin
əmələ gətirir. Antirezus aqlütinin dölə qayıdaraq, onun qanında
eritrositləri aqlütinasiyaya və ya hemolizə uğradır. Bu isə çox
hallarda uşağın ölü doğulmasına və ya hemolitik anemiya
xəstəliyinə səbəb olur. Odur ki, doğuş zamanı qan köçürüldükdə bu
faktorun
39
downloaded from KitabYurdu.org
nəzərə alınmasının xüsusilə böyük əhəmiyyəti vardır.
Rezus faktoru olmayan valideynlərin uşaqlarında da bu
faktor olmur. Rezus aqlütinogeni rüşeymin 3-4-cü aylarında əmələ
gəlir və həyatın axırma qədər dəyişmir.
Rh-sistemi. Hər bir insan Rh-müsbət və ya Rh-mənfı ola
bilər, bunu onun genotipi və ekspressiya edən Ar Rh- sistemi təyin
edir.
Antigen 6 altılı və 3 genlər sistemini Rh ilə kodlaşdırır. Ar:
C, C. d, D, e, E. Hesaba görə çox az rast gələn Ar sistemi Rh-in bu
sistemdə 47 fenotipi mümkündür. Antitela sistemi Rh L
8
G sinfinə
aid edilir (ancaq Ar d-də AT müəyyən edilməmişdir).
Rh-müsbət və Rh-mənfı şəxslər. Əgər müəyyən adamın
genotipi heç olmasa Ar C, D və E ilə kodlaşırsa, belə şəxsdə rezus
müsbətdir (təcrübədə rezus müsbət eritrositlərin səthində Ar D-
güclü immunitet olan şəxslər hesab olunur). Beləliklə, antitela-AT
nəinki «güclü» Ar D-yə qarşı, həm də «zəif» Ar c, C, e və E-yə
qarşı da yarana bilər.
Rezus - mənfi, ancaq fenotipi cde (cde(rr) olan şəxslərdə
olur. Rezus-mübadiləsi (uyğun gəlməyən) Rh-müsbət donorun
qanını, Rh-mənfı resipientə köçürən zaman meydana gəlir və ya
döldə, təkrar hamilə olan Rh-mənfı ana və Rh- müsbət olan döl
arasında özünü göstərir (birinci hamiləlik və ya Rh-müsbət cinsi
döllə). Belə hallarda yeni anadan olmuş uşaqlarda hemolitik
xəstəlik inkişaf edir.
Rezus faktor əsasən üç variantda ola bilər. Rh°; Rh
1
; Rh
11
.
Eritrositlərində rezus faktor olmayan adamların qanında onun əksi
olan antirezus faktor (Hr) tapılmışdır. Bu faktor da Viner
nomenklaturasına görə üç varianta bölünür: Hr°; Hr
1
; Hr
11
.
Fişer-Reys nomenklaturasına görə rezus aqlütinogen- lər
(Rh) D, S, E hərfləri ilə antirezus faktor (Hr) isə d, s, e - hərfləri ilə
işarə edilir.
Qan köçürmədə 4 qan qrupu, Rh və Hr faktorları daha
böyük əhəmiyyətə malikdir.
Qan qrupları da nəsildən-nəslə verilir. Əgər ata və ananın
qan qrupları eynidirsə, uşağınkı ona müvafiq olur. Atanın
40
downloaded from KitabYurdu.org
qanı I qrup, ananınkı II qrup olarsa, uşaqda I, ya II qan qrupuna rast
gəlinir.
9.14.
Qan qruplarının təyini
və
qanköçürmə
Qan qrupunu təyin etmək üçün əldə II və III qrup qa-
nın zərdabı olmalıdır (şəkil 7). Qan
qrupu təyin ediləcək adamın qanından
bir damcı götürüb ikinci və üçüncü qrup
zərdabı ilə qarışdırdıqda əmələ gələn
aqlütinasiyaya görə onun qrupunu təyin
etmək olar.
Qan serumlarmm heç biri erit-
rositləri yapışdıra bilmədikdə qan bi-
rinci qrupa məxsusdur və 1(0) ilə göstə-
rilir. Eritrositlər II qrupda aqlütinasiya-
ya uğramayıb III qrupun zərdabında
birləşirsə, belə qan II qrupa aid olur və
II (A) ilə işarə edilir. Əksinə, eritrositlər
II qrupda aqlütinasiyaya uğrayıb, III
qrupun zərdabı ilə aqlütinasiya verməzsə
belə qan III qrup olur və III (B) ilə gös-
tərilir. Eritrositlər in həm II və həm də III qrupun zərdabları
ilə birləşib aqlütinasiyaya uğraması IV qrup qanda təsadüf
edilir və IV (AB) ilə işarə edilir.
Beləliklə, I qrup qana malik insanlar bütün qruplara
qan verir və yalnız özündən qan ala bilir. Odur ki, bu qrupdan
olan adamlar universal donorlar adlanırlar. II qrupdan olan-
lar özünə və IV qrupa qan verir, özündən və I qrupdan qan
alırlar. III qrupa məxsus şəxslər özünə və IV qrupa qan verir,
özündən və I qrupdan qan alır. IV qrupa bütün qruplardan
qan köçürülür. Onlar yalnız qan verə bilir. Bu qrupu olan
adamlar universal resipient adlanır (şəkil 8).
ar
z:
»o
“
O
•o
■"
O
Şəkil 7.
Qan qruplarının
təyini.
41
downloaded from KitabYurdu.org
Şəkil 8. Qanköçürmə sxeminin təsviri.
Müxtəlif ölkələrdə aparılan statistik məlumata görə orta
hesabla I qrup qan 40%, II qrup 39%, III qrup 15% və IV qrup qan
6 % adamda təsadüf edilir.
9.15.
Hemostaz - qanın laxtalanması
Qanın laxtalanması orqanizmi qanitirmədən qoruyur.
Hemostaz termini (yun. haima - qan, status - dayanma) xüsusi
proses qanın axmasının dayanmasını göstərmək üçün istifadə edilir.
Hemostaz sisteminə amillər və üç qrup mexanizm daxil edilir:
Laxtalanma, əkslaxtalanma və fıbrinolitik.
İnsan bədənindən xaric olan qan 3-4 dəqiqə ərzində
laxtalanır.
Qanın laxtalanma prosesinin əsasını plazmada həll olmuş
halda fıbrinogen zülalının həll olmayan formaya-fıbrinə çevrilərək,
liflər şəklində çökməsi təşkil edir. Əgər xaric olmuş qanı bir dəstə
nazik çubuqla qarışdırıb fıbrin liflərini çıxarsaq, yerdə qalan qana
fıbrinsizləşmiş qan deyilir. Defıbrinləşmiş qanın tərkibində formalı
elementlər və qan zərdabı olur. Qan zərdabı plazmadan fıbrinogen
zülalının olmaması ilə fərqlənir. Plazma da qan kimi laxtalanma
qabiliyyətinə malikdir.
Qanın laxtalanma mexanizmi 1972-ci ildə A.A.Şmidt,
1905-ci ildə P.Moravits tərəfindən aydınlaşdırılmışdır. Şmidt-
Moravits nəzəriyyəsinə görə plazmanın həll olmuş fıbrinogen zü-
lalı, həll olmayan fıbrinə fermentativ çevrilmələr yolu ilə keçir.
Qanın laxtalanması əsasən 3 fazada gedir: əvvəlcə pro-
trombinaza, sonra trombin, bunun ardınca fıbrin əmələ gəlir.
Laxtalanma sistemi, məhz qanın laxtalanmasının plazma
Dostları ilə paylaş: |