53
downloaded from KitabYurdu.org
mürəkkəb yolla - böyük və kiçik qan dövranı ilə başa çatdırır.
Ürək-damar sistemi ilə qanın dövranını ürəyin nasos
funksiyası yerinə yetirir.
Böyük qan dövranı sol mədəcikdən bədəndə ən iri diametrli
aorta damarı ilə başlayıb, hüceyrə, toxuma və orqanlara oksigen və
qida maddələri ilə arterial qanı çatdırır. Maddələr mübadiləsindən
sonra əmələ gələn karbon qazı ilə zəngin ve- noz qanı venulalara,
venalara toplayır, aşağı və yuxarı boş venalar vasitəsilə sağ
qulaqcığa gətirir. Bu qan kiçik qan dövranının arteriya damarı ilə
ağciyərə daxil olur.
Ürəyin sağ mədəciyindən ağciyər arteriyaları vasitəsilə
ağciyərlərə, oradan da dörd ağciyər venaları ilə sol qulaqcığa
qayıdan damar sisteminə kiçik qan dövranı deyilir. Beləliklə, qan
kiçik qan dövranı kapillyarlarmdan keçərək karbon qazını verib
oksigenlə doyur (şəkil 1).
Şəkil 1.
İnsanda qan dövranının sxemi.
1-aorta; 2-qaraciyər; 3-bağırsaq arteriyası; 4-böyük
dövranın kapillyar toru; 5-qapı venası; 6-qaraciyər venası; 7-aşağı boş vena; 8-yuxarı boş vena; 9-
sağ qulaqcıq; 1 O-sağ mədəcik; 11-ağciyər arteriyası; 12-ağciyər dövranının kapillyar toru; 13-
ağciyər venası; 14-sol qulaqcıq; 15-sol mədəcik.
54
downloaded from KitabYurdu.org
İnsanın həyatı boyu ürəyi 4 milyard dəfə yığılaraq aor- ta
vasitəsilə orqan və toxumalara 200 mln./ qan daxil olmasına səbəb
olur.
Fizioloji şəraitdə ürəyin aortaya vurduğu qan şəraitdən asılı
olaraq dəqiqədə 3-dən 30 / qədər təşkil edir.
10.2.
Döl qan dövranı
Hamiləliyin 2 aylığından etibarən döl qanmı ciftdən alır.
Ciftin eni «15-20 sm, qalınlığı 3 sm, çəkisi 500 qramdır. Ciftin döl
hissəsi xovlu qişanın uşaqlıq divarına bitişən hissədən inkişaf
edərək xovlu qişa zarından və xüsusi xovlardan təşkil olunmuşdur.
Ciftin uşaqlıq hissəsi də vardır. Giftdən arterial qan göbək venası
vasitəsilə dölə doğru axır. Bu damar göbək çiyəsi vasitəsilə gedərək
göbəkdən qarın boşluğuna daxil olur. Qarının ön divarının döl səthi
ilə yuxarı qalxaraq qaraciyərin qapısına çatır və burada 3 şaxəyə
bölünür.
Şaxələrdən biri qapı venasına, o biri isə venoz axacaq adı
ilə aşağı boş venaya açılır. Beləliklə, göbək venası ilə axan arterial
qanın bir hissəsi aşağı boş venadakı venoz qan ilə qarışır. Digər
hissəsi isə qapı venasındakı venoz qan ilə qarışıb, qaraciyərə daxil
olur. Qaraciyərdə kapillyar sistemini keçdikdən sonra qaraciyər
venaları vasitəsilə yenə aşağı, baş venaya tökülür. Bunun
nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial
qan alır. Ona görə də embrionda artıq dərəcədə inkişaf etmiş olur.
Aşağı boş venadakı qarışıq qan sağ qulaqcığa tökülür. Burada qanın
az hissəsi sağ mədəciyə, çox hissəsi isə oval dəlik vasitəsilə sol
qulaqcığa keçir. Sol qulaqcıqda ağciyər venaları ilə gələn qan ilə
qarışdıqdan sonra sol mədəciyə tökülür və buradan aortaya keçir.
Qanın sağ qulaqcıqdan sol qulaqcığa keçməsinə aşağı boş
venanın açılan yerindəki qapaqcıq səbəb olur. Başdan, boyundan,
yuxarı ətrafdan və döş qəfəsindən gələn venoz qan yuxarı baş vena
vasitəsilə sağ qulaqcığa tökülür. Burada aşağı boş vena qanı ilə bir
az qarışdıqdan sonra sağ mədəciyə, buradan da ağciyər kötüyünə
keçir.
55
downloaded from KitabYurdu.org
Embrionun ağciyəri sıxlaşmış halda olduğu üçün ağciyər
kötüyündəki qanın az hissəsi nazik ağciyər arteriyaları vasitəsilə
ağciyərlərə gedir. Çox hissəsi isə arterial axacaq (bo- tal axacaq)
vasitəsilə aorta qövsünə tökülür. Beləliklə, qalxan aorta ilə aorta
qövsündəki qanın tərkibində arterial qanın miqdarı çoxdur, ancaq
enən aortaya axan qan arterial axacaq ilə gələn qarışıq qan ilə
qarışdığı üçün onun tərkibində arterial qanın miqdarı azalır. Ona
görə aorta qövsünün şaxələn ilə başa, boyuna, yuxarı ətrafa gedən
qanın tərkibindəki arterial qan çox, ancaq enən aorta şaxələri ilə
qarın boşluğu üzvlərinə - çanağa və aşağı ətrafa gedən qanın
tərkibində az olur. Bunun nəticəsində baş, boyun, yuxarı ətraflar
gövdəyə və aşağı ətraflara nisbətən yaxşı inkişaf edir.
Enən aorta ilə axan qarışıq qan qarın boşluğu üzvlərinə-
çanağa və aşağı ətrafa getməklə bərabər, kiçik çanaqda bir cüt
göbək arteriyaları vasitəsilə ciftə qayıdır.
Göbək arteriyaları göbək çiyəsi vasitəsilə ciftə çatır. Heç
bir üzv xalis arterial qan almır. Döl anadan olandan sonra cift və ya
döl qan dövranı daimi qan ilə əvəz olur. Bu dəyişiklik bundan
ibarətdir: göbək çiyəsi kəsildikdən sonra göbək arteriyaları 2-3 gün
və göbək venası 6-7 gün ərzində ob- literasiya olur və əvəzində
göbək arteriyalardan sidiklik göbək bağları, göbək venalarından
qaraciyərin girdə bağı hasil olur.
Döl anadan olan kimi nəfəs aldığı üçün bir tərəfdən ağciyər
arteriyaları genəlir və qan sağ mədəcikdən ağciyərlərə axmağa
başlayır. Digər tərəfdən sol qulaqcıqda qanın təzyiqi sağ
qulaqcıqdakı qanın təzyiqi ilə bərabərləşdiyi üçün artıq qan sağ
qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa yox, tamamilə sağ
mədəciyə tökülür. Nəticədə, oval dəlik və botal axacaq yavaş-yavaş
daralıb 6-7 gün müddətində tamamilə tutulur və əvəzində
birincidən oval çuxur, ikincidən bağ əmələ gəlir. Bəzən bunlarda
anamaliya olur və həyatın axarına qədər açıq qalır, nəticədə ürək
qüsurları əmələ gəlir.
56
downloaded from KitabYurdu.org
10.3.
Ürəyin filogenezi
Ürək fılogenetik dövrdə bağırsaq borusunun ön tərəfində
yerləşmiş boylama damarın müəyyən hissəsindən inkişaf edib.
Balıqlarda başın yaxınlığında yerləşir. Ali heyvanlarda boyun
inkişaf etdikcə quyruq tərəfə yerini dəyişir. Onurğalı- lardan
balıqlarda qan-damar sistemində mərkəzi üzv - ürək meydana çıxır.
Bunlarda ürək 2 kameralıdır: bir qulaqcıq, bir mədəcik. Arxada
qulaqcıq torbayabənzər venoz cib ilə və öndə mədəcik əzələvi boru-
arterial konus ilə rabitədə olur. Arterial konusun davamını arterial
kötük və ventral aorta təşkil edir.
Balıqlarda ürək 2 kameralıdır: qulaqcıq, mədəcik, venoz cib,
arterial konusdan, eninəzolaqlı əzələlərdən əmələ gəlib.
Amfibilərdə ürək 3 kameralıdır. Sağ qulaqcıq xüsusi
qapaqla dəlik vasitəsilə venoz cib ilə birləşir, qulaqcıq-mədəcik
dəliyi 2 taylı qapaqla tutulmuş olur. Arterial konus üfüqi arakəsmə
vasitəsilə arxa və ventral hissəyə bölünür. Adətən, qu- laqcıqarası
arakəsmədə dəlik olur.
Sürünənlərdə qulaqcıqlar bir-birindən tamam ayrılır,
arakəsmə bütöv olur. Mədəcikdə tam olmayan arakəsmə əmələ
gəlir. Bu arakəsmə timsahda bütöv olur. Sürünənlərdə venoz cib
reduksiya olub, sağ qulaqcığın divarını təşkil edir. Arterial konus 2
müstəqil hissəyə ayrılır: sağ və sol aorta qövslərini əmələ gətirir.
Quşların ürəyi 4 kameralı olur: sağ və sol ürəyə bölünür, 2
qulaqcıq, 2 mədəcik. Venoz cib tamam reduksiya edir və venaları
bilavasitə sağ qulaqcığa açılır. Sağ qulaqcıq-mədəcik dəliyindəki
zarlı qapaq reduksiya olur. Əvəzində əzələvi qapaq əmələ gəlir. Sol
qulaqcıq-mədəcik dəliyindəki zarlı qapaq həmişə qalır, əvəzində 3
ayrı-ayrı taylara bölünür.
Sağ mədəcikdən ümumi kötük vasitəsilə ağciyər arteri-
yaları, sol mədəcikdən sağ aorta qövsü başlanır. Sürünənlərdə olan
sol aorta qövsü quşlarda tamamilə reduksiya olub itir.
Quşlarda arterial və venoz qanın cərəyanı ürəkdə, hətta
damarlarda da tamamilə bir-birindən ayrılır.
Məməlilərin ürəyi də quşların ürəyi kimi 4 kameralıdır.
57
downloaded from KitabYurdu.org
Burada da arterial və venoz qanın cərəyanı ürəkdə və damarda
ayrıdır. Məməlilərdə sağ aorta qövsü reduksiya olur, ancaq sol aorta
qövsü qalır. Ağciyər arteriyası ümumi kötük vasitəsilə sağ
mədəcikdən, sol aorta qövsü isə sol mədəcikdən başlayır. Venoz
cib sağ qulaqcığa qarışır, onun arxa divarını təşkil edir və aralarında
olan qapaq (cib-qulaqcıq qapağı) aşağı boş vena və tac-cib
qapaqlarına çevrilir. Sağ qulaqcıq-mədəcik qapağı 2 taya
bölünərək, 3 taylı və sol qulaqcıq mədəcik qapağı 2 taylı qapaq
adını alır.
10.4.
Ürəyin quruluşu və funksional təşkili.
Miokardial strukturun təqəllüs və digər fizioloji xüsusiyyətləri
Qan özünün həyat üçün mühüm olan vəzifələrini ancaq
ürəyin fasiləsiz və daimi hərəkəti şəraitində yerinə yetirə bilir.
İnsanda və onurğalı heyvanlarda qanın hərəkəti sirkulyasiya
xarakteri kəsb edir. Qapalı qan-damar sistemində ürək qanı nasos
kimi damarlara vuraraq dövran etdirir. O qan-damar sisteminin
hərəki hissəsidir. Ürək əzələsinin bir dəfə yığılıb boşalması onun
döyünməsi adlanır. Bu fəaliyyət nəticəsində əzələlərin kimyəvi
birləşmələrinin enerjisi qanı hərəkət etdirən mexaniki enerjiyə
çevrilir. İnsanın işçi miokardı 100 mikron uzunluğunda, 14 mk
diametrində olan silindrik formalı eninə- zolaqlı əzələ liflərindən
təşkil olunmuşdur. Hər bir lif üst tərəfdən membrana-sarkolemma
ilə əhatə olunmuşdur. Hər bir lifin tərkibində çox uzununa
yerləşmiş miofibrinlər - yığıcı, işçi zülallar vardır.
Ürəyin xüsusi təqəllüs edən əzələləri sarkomerlərdən ibarət
olan miofibrinlər hesab olunur. Hər bir sarkomer 2 tünd xətdən
ibarət olub, bir-birindən təxminən 1,5 mikron aralı olan Z xətti ilə
aralanır. Sarkomer protein mioziddən əmələ gələn Z xətti ilə
nəhayətlənən açıq və tünd zolaqdan ibarətdir. Mərkəzi a zolağı
protein miozin lifindən ibarətidir, i zolağı a zolağının kənarında
yerləşib, protein-aktin lifindən təşkil olunmuşdur. Aktin lifi hissəvi
olaraq miozin lifindən
58
downloaded from KitabYurdu.org
təşkil olunmuş zolaqların arasına girir, a zolağının mərkəzində
miozin lifini qalmlaşdıran n zolağı yerləşir.
Əzələ təqəllüsü aktin və miozinin aktinomiozin əmələ
gətirən dönən birləşməsindən ibarətdir. Bu proses energetik
cəhətdən Ca-un iştirakı ilə ATF parçalanması prosesində təmin
olunur.
Müəyyən şəraitdə miozin lifinin körpücükləri aktin lifinin
spesifik məntəqələri ilə əlaqə yaradır. Bu zaman yoğun miozin və
nazik aktin lifinin uzunluğu dəyişmir. Lakin onların bir-birinə
nisbətən yerdəyişməsinin nəticəsində sarkomer- miofıbrinlər
yığılır.
Beləliklə, aktin və miozinə əzələnin yığıcı zülalı deyirlər.
Lakin onlar özləri yığıla bilmirlər, ancaq aktinomiozin kompleksi
yığıla bilir, o zaman ki, aktin lifləri miozin liflərinin arasına girir
(əzələ bəhsində daha ətraflı tanış olmuşsunuz).
Biokimyaçı Engelqart müəyyən etmişdir ki, ATF-i par-
çalayan ferment aktinomiozin aktivləşir və o, ATF-ni ADF-yə və
fosfat turşusuna parçalayaraq bu zaman ayrılan enerjidən özünün
yığılması və boşalması üçün istifadə edir. Əzələnin yığılması
zamanı kimyəvi enerjinin hamısı mexaniki enerjiyə çevrilmir. Onun
bir hissəsi istilik şəklində xaric olaraq orqanizmin qızmasına sərf
olunur.
Ürək əzələsi tək təqəllüs edir, refraktor dövrü uzun olur,
lakin qurbağa bədənindən hazırlanmış sinir-əzələ preparatını
qısamüddətli elektrik qıcığı ilə qıcıqlandırdıqda o, tez və müddətli
yığılır və boşalır. Əgər əzələyə bir qıcıq göndərilərsə tək təqəllüs
edir. Saniyədə 50-100 dəfə qıcıq göndərildikdə isə tetanik təqəllüs
almır.
Bədənimizdəki bütün hərəkətlər skelet əzələlərinin tetanik
təqəllüsünün nəticəsidir.
Skelet əzələsində saya əzələdən fərqli olaraq bütün liflər
bir-birindən izolə olunmuşdur. Ona görə də oyanma bir əzələ
lifindən digərinə keçmir. Saya əzələ liflərində isə oyanma bir əzələ
lifindən digərinə keçir, yığılması qeyri-iradidir. Ürək əzələsi qeyri-
iradi olsa da eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur, lakin
bu əzələ liflərinin bir sıra xüsusiyyətləri
59
downloaded from KitabYurdu.org
vardır. Ürək əzələsi də qıcıq təsirinə cavab olaraq oyanma,
nəqletmə, təqəllüs, elastikliyə və dartılarkən uzanma qabiliyyətinə
malikdir.
Aşağı sinif onurğasız heyvanlarda orqanizm ilə onu əhatə
edən xarici mühit arasında maddələr mübadiləsi bilavasitə toxuma
mayesi vasitəsilə həyata keçirilir. Onurğasız heyvanlarda, həlqəvi
qurdlar müstəsna olmaqla, qan-damar sistemi açıq, xordalılarda
qapalı olur. Soxulcan və xordalılarda damarları təqəllüs etdirən
saya əzələ sistemi təkamülün sonrakı mərhələsində xüsusi
metamorfoza edərək boşluğu olan əzələvi üzvi - ürəkdə (cor)
eninəzolaqlı əzələ kimi meydana çıxır.
Ürək. Uzunluğu 12-15 sm, eni 9-11 sm olan ürək yas-
tılaşmış, konusabənzər, əzələvi bir üzv olub, döş qəfəsində sol
tərəfdə, ağciyərlərin arasında, diafraqmanın vətər mərkəzi üzərində
asimmetrik bir vəziyyətdə yerləşmişdir (şəkil 2). Hər bir sağlam
insanın ürəyi öz yumruğu boyda ola bilər.
Şəkil 2. Ürəyin quruluş sxemi.
1-yuxarı boş vena; 2-aşağı boş vena; 3-sağ
qulaqcıq; 4-sol qulaqcıq; 5-sağ mədəcik; 6-sol mədəcik; 7-ağciyər arteriyası; 8-ağciyər
venaları; 9-üçtaylı qapaq; 10-mitral və ya ikitaylı qapaq; 11-aorta.
10.5.
Ürək, onun quruluş xüsusiyyətləri
60
downloaded from KitabYurdu.org
Onun 2 ucu, 2 səthi və 2 kənarı vardır. Enli ucu - əsası
yuxarı, sivri ucu - zirvəsi önə doğru gedir. 250-300 qram ağırlığında
və ya insanın öz yumruğu boyda olur.
Ön döş qabırğa səthi çıxıqdır və döş sümüyü ilə III, VI
qabırğa qığırdaqlarına söykənmişdir. Aşağı diafraqma səthi əksinə
olaraq yastılaşmışdır və diafraqmanın vətər mərkəzinə
söykənmişdir. Ön mədəcikarası şırımda ürəyin sol tac arteriyası, dal
şırımda isə sağ tac arteriyası yerləşir. Ürək quşlarda, məməlilərdə
və insanda müxtəlif arakəsmələr vasitəsilə 4 kameraya bölünür.
Yuxarı hissələrinə sağ və sol qulaqcıq, aşağı hissələrinə sağ və sol
mədəcik deyilir. Sağ qulaqcıq sol qulaqcıqdan qulaqcıqarası
arakəsmə və sağ mədəcik sol mə- dəcikdən mədəcikarası arakəsmə
ilə ayrılmışdır. Lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq
sol mədəcik ilə dəliklər vasitəsilə birləşir. Ürəyin əsasında sağ
qulaqcığa aşağı və yuxarı boş venalar, sol qulaqcığa ağciyər
venaları açılır. Sol mə- dəcikdən aorta, sağ mədəcikdən ağciyər
kötüyü başlayır.
Sağ mədəcikdən ağciyər kötüyü vasitəsilə kiçik qan
dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı
başlayır.
Sağ qulaqcıq ilə mədəcik arasındakı qapağa sağ qu- laqcıq-
mədəcik qapağı və ya 3 taylı qapaq, sol qulaqcıqla sol mədəcik
arasındakı qapağa sol qulaqcıq-mədəcik qapağı və ya 2 taylı qapaq,
ağciyər kötüyü dəliyində olan qapağa ağciyər arteriyasının aypara
qapağı, aorta ilə sol mədəcik arasındakı qapağa isə aortanın aypara
qapağı deyilir.
Taylı qapaqlar qanın mədəciklərdən qulaqcıqlara, aypara
qapaqlar isə damarlardan mədəciklərə, yəni geriyə qayıtmasına
mane olurlar. Yrəyin divarı 3 qişadan təşkil olunub.
10.6.
Ürəyin qişaları
Ürək kisəsi (perikard) içərisində yerləşən dördkameralı
ürəyin üç qişası var: endokard (daxili), miokard (orta əzələ) və
epikard (xarici).
61
downloaded from KitabYurdu.org
Endokard qişa qulaqcıqları mədəcikləri və iki, üçtaylı aorta
və ağciyər kötüyünün aypara qapaqlarını daxildən örtür.
Ürək əzələsi (miokard) işçi (yığıcı), nəqledici və sekretor
kardiomiositlərindən ibarətdir.
İşçi kardiomiositlər - yığıcı aparat və Ca
2+
deposuna
(sarkoplazmatik retikulumun balon və bor uçuqları) malikdir. Bu
hüceyrələr hüceyrəarası (dayaqdisklərin) təmasların köməyilə ürək
əzələsi adlandırılan liflərə birləşir - funksional sin- siti (ürəyin hər
bir kamerasından kənarda kardiomiositlərin cəmi).
Nəqledici kardiomiositlər - ürəyin aparıcı - idarəedici
sistemini əmələ gətirir.
Sekretor kardiomiositlər. Qulaqcıqların kardio-miosit-
lərin bir hissəsi (xüsusilə sağ qulaqcığın) arterial təzyiqi tənzim
edən vazodilatator atriopeptini sintez və sekresiya edir.
Miokardın funksiyaları. Müxtəlif qıcıqların təsirləri altında
(sinir sistemi, hormonlar) miokardin oyanıcılıq, avtoma- tizm,
nəqletmə və yığılma funksiyası dəyişir: bu dəyişikliklərə ürəyin
döyünməsinin tezliyi (başqa sözlə avtomatizmi) artır və bu
«xronotrop təsir» termini ilə işarə edilir, ürəyin qulaqcıq və mədəcik
əzələlərinin yığılma qüvvəsinə (başqa sözlə yığılmasına) - inotrop
təsir, qulaqcıq-mədəciklərin əzələsinin nəqletmə qabiliyyəti dəyişir.
«Dromotrop təsiri», oyanma qabiliyyətini artırır, «batmotrop təsiri»
misal göstərmək olar. Bu təsirlərin hər biri müsbət və mənfi ola
bilər.
Epikard ürəyin xarici səthini örtür və paretal perikardı
formalaşdırır - paretal ürək kisəsinin içində 5-20 ml paretal maye
olur.
Qulaqcıqların daxili səthində daraqlı əzələlər, mədə-
ciklərin daxili səthində isə məməyəbənzər əzələlər vardır. Mə-
məyəbənzər əzələlərin zirvələrindən nazik vətər telləri başlayaraq
yuxarıda göstərilən taylı qapaqların kənarlarına bağlanırlar və
mədəciklər sistula edərək qapaqlar örtüldüyü zaman məməyəbənzər
əzələlərin fəaliyyəti nəticəsində gərginləşib onların qulaqcıqlara
doğru açılmasına mane olurlar.
Ürəyin normal fəaliyyəti sinir və humoral yolla tənzim
62
downloaded from KitabYurdu.org
olunur. Bu tənzim pozulduqda orqan, toxuma və hüceyrələrin qanla
təmin olunmasına təsir edir. Deməli, insanın sağlamlığı və normal
fəaliyyəti ürəyin normal işindən çox asılıdır.
10.7.
Ürək qapaqları
Ürəyin effektiv nasos funksiyası mədəciklərin həm giriş,
həm də çıxışında yerləşən dörd ürək qapağı tərəfindən qanın
venalardan qulaqcıqlara, oradan mədəciklərə və damarlara doğru
birtərəfli hərəkətindən asılı olur (şəkil 3).
Aorta qapağı
Ağciyər
arteriyasının
qapağı
Aorta
qapağı
Mitral
(ikitaylı)
qapaq
DİSTOLA
Ağciyər
arteriyasının
qapağı
Aorta
qapağı
Mitral
(ikitaylı)
qapaq
SISTOLA
Ağciyər
arteriyasının
qapağı
. Sol qulaqcıq
Mitral
(ikitaylı)
qapaq
Ağciyər
arteriyasının
qapağı
Sol qulaqcıq
Mitral
(ikitaylı)
qapaq
Şəkil 3. Ürəyin qapaqları.
Solda - ürəkdən sakital (horizontal vəziyyətdə) kəsiyi,
güzgüdə nisbətən çevrilmiş sağdan sxemi. Sağdan - ürəkdən frontal kəsik. Yuxarıda -
diastola, aşağıda - sistola.
63
downloaded from KitabYurdu.org
Qulaqcıq-mədəcik qapaqları. Sağ mədəcikdə üçtaylı qa-
paqlar, sol qulaqcıqda ikitaylı (mitiral) qapaqlar qanın mə-
dəciklərdən qulaqcıqlara geri qaytarılmasına mane olur.
Mədəciklərdə təzyiq qulaqcıqlardan yüksək olan zaman
qapaqlar bağlanır. Qulaqcıqlarda təzyiq mədəciklərdən yüksək olan
zaman isə taylı qapaqlar açılır.
Aypara qapaqlar - aortanın aypara qapaqları sol mə-
dəciyin, ağciyər arteriyasının aypara qapağı sağ mədəciyin çıxışında
yerləşirlər. Onlar qanın arterial sistemindən mədə- ciklərin
boşluğuna geri qayıtmasına mane olurlar.
Hər iki qapaqlar üç aypara formalı «cibcikləri» olan qapaq
həlqəsinə (dairəvi simmetrik) çox sıx və möhkəm birləşmişdir.
«Cibciklər» aorta və ağciyər kötüyünün deşiyinə açılır, ona
görə də nə vaxt ki, bu iri damarlarda təzyiq mədəciklərdə- ki
təzyiqindən yüksək olanda «cibciklər» qanla dolur və təzyiq altında
və özünün sərbəst kənarları ilə dəliyə sıx söykənir və nəticədə
qapaqlar bağlanır.
10.8.
Ürəyin nasos funksiyası və
döyünməsinin fazaları
Ürdk tsikli. Ürək tsikli sinus - qulaqcıq düyünündən baş-
layır və bir yığılmanın əvvəlindən sonrakı yığılmanın əvvəlinə qədər
davam edir. Elektrik impulsu ürək əzələsinin oyanmasına və onun
yığılmasına səbəb olur. Oyanma əvvəlcə bütün qulaqcıqları əhatə
edir və qulaqcıqların sistolasına səbəb olur. Sonra oyanma Atrio-
ventikulyar AV-düyündən (AV-ləngimədən sonra) mədəciklərə
yayılır və mədəciklərin sistolasına səbəb olur. Onlarda təzyiqin
artmasına və qanın aortaya və ağciyər arteriyasına qovulmasına
səbəb olur. Qanın qovulmasından sonra ürək əzələsi boşalır, onların
boşluğunda təzyiq aşağı düşür və ürək sonrakı yığılmaya hazırlaşır.
Ürək əzələsinin bir dəfə yığılıb-boşalması ürək döyünməsi
adlanır. Ürək əzələsinin yığılmasına, yəni qulaqcıq və mədəciklərin
yığılmasına sistola, onların boşalmasına isə diastola
Dostları ilə paylaş: |