12.7.
Qəlsəmə tənəffüsü
Bu tip xarici tənəffüs su mühitində yaşayan onurğasız və
onurğalı heyvanların bir sıra növlərində (qurdların bəzi növləri,
molyuskalar, xərçəngkimilər, balıqlar) inkişaf etmişdir.
Qəlsəmələr xarici tənəffüs orqanı kimi dəri və traxeyalar ilə
müqayisədə daha mürəkkəbdir. Qəlsəmə aparatı xarici dəri epitel,
dayaq və vəz hüceyrələrindən ibarət olan qəlsəmə toxumasından
əmələ gəlmişdir. O suyun sürətlə fıltrasiyasını təmin edən xüsusi
tənəffüs artımları və ya çıxıntıları, büküşlər və qan-damar şəbəkəsi
ilə təchiz olunmuşdur. Tənəffüs artımları formasına görə səfhəli
(lövhəli), ləçəkvarı və şüalı (dəstvarı) ola bilər, onlar nazik epitel
qişası ilə örtülüdür və sıx yerləşən qan kapillyarlarına ma
156
downloaded from KitabYurdu.org
likdir (şəkil 3c). Tənəffüs artımları arasında qalan dar sahələr -
qəlsəmə yarıqları suyun bütövlükdə qəlsəmə aparatından sir-
kulyası üçün münasib şəkildə qurulmuşdur.
Qəlsəməli tənəffüs onurğalı heyvanların ağciyərli tənəffüs
ilə müqayisədə əhəmiyyətli nasos ilə xarakterizə olunur. Quruda
yaşayan onurğalı heyvanların ağciyərlərinə daxil olan atmosfer
hava selinin hər litrində 21 ml O
2
olduğu halda, 1 litr təmiz bulaq
suyunda cəmi 7 ml, 1 litr dəniz suyunda isə təxminən 5 ml O
2
mövcud olur. Buna görə də, qəlsəmə vasitəsilə tənəffüs edən hər bir
heyvan tənəffüs səthinin sü cərəyanı ilə fasiləsiz olaraq
təmizlənməsini təmin edən xüsusi mexanizmə malik olur.
C
Şəkil 3 c. Qəlsəmə tənəffüsü (Balıqda). 1.
Qəlsəmə artımları. 2.
Epitel qişası. 3. Qan kapillyarları. 4. Ox işarələri ilə O
2
sudan qana, CO
2
qandan suya
diffuziyası göstərilmişdir.
Bəzi balıqlarda suda O
2
kifayət qədər olmaması zamanı
suyun səthinə doğru istiqamətlənməsi, bir neçə udqunma hə-
rəkətlərini icra etməsi ilə xarakterizə olunur. Bunun sayəsində
atmosferin havası qəlsəmələrdən axan suyu oksigen ilə təmin
edirlər.
Balıqlarda əlavə tənəffüs orqan kimi üzmə qovuğu çıxış
edir.
12.8.
Ağciyər tənəffüsü
Ali onurğalı heyvanlarda və insanda əsas tənəffüs növü
ağciyərlərlə tənəffüsdür.
157
downloaded from KitabYurdu.org
Sürünənlər, quşlar və məməlilərdə, o cümlədən insanda
tənəffüs ağciyərlədir. Onlarda dəri tənəffüsü həddən ziyadə zə-
ifləyir və ya baş vermir. Ağciyər tənəffüsü xarici hava mühiti -
atmosfer ilə orqanizm arasında baş verən qazlar mübadiləsinin ən
mürəkkəb formasıdır və bir sıra ardıcıl mərhələrdən ibarətdir.
Əvvəlcə atmosfer havası ilə ağciyərlərdəki hava arasında qazlar
mübadiləsi gedir (xarici tənəffüs), bunun ardınca isə ağciyərlərin
havası ilə qan arasında qazlar mübadiləsi baş verir, aralıq tənəffüs,
daha sonra qan vasitəsilə orqanizmdə qazların daşınması, qan ilə
toxuma və hüceyrələr arasında qazlar mübadiləsi və nəhayət,
hüceyrələr tərəfindən O
2
mənimsənilməsi və CO
2
ayrılması
prosesləri (toxuma və ya hüceyrə tənəffüsü) həyata keçir.
Şəkil 3ç. Quruda yaşayan onurğalı heyvanlarda qazlar
mübadiləsi. (Q.Vİ11İ, B.Dete, 1974). 1.
Vena. 2. Kapillyarlar. 3. Al- viola.
4. Arteriya. 5. Hava. 6. Qazlar.
12.9.
Ağciyərlərin quruluşu və funksiyası
Ağciyərlər tənəffüs (qaz mübadiləsi) orqanıdır. Onların
başlıca vəzifəsi havadan O
2
venoz qana, venoz qandan CO
2
havaya
keçməsini təmin etməkdir (şəkil 3d).
Ağciyərlər bədənin döş qəfəsində yerləşir, bronxlar,
traxeya, qırtlaq qapağı, evstaxi borusu, ağız və burun boşluq- ları
vasitəsilə xarici hava mühiti ilə əlaqəlidir. Onlara xarici tənəffüs
yolları deyilir. İnsanda qırtlaq və bronxlar arasında yerləşən traxeya
15 sm-dən uzun olur. O, şaxələnərək iki bron- xa ayrılır, bronxların
hər birisi ağciyərlərin bir payına daxil
158
downloaded from KitabYurdu.org
olur. Bronxlar ağciyər toxuması içərisinə doğru dərinləşdikcə xırda
bronxlara şaxələnir, onlar isə öz növbəsində daha nazik qollara -
bronxiollara ayrılırlar. Onlar da alviol kisəciyi ilə qurtarır.
Bronxiolun diametri 0,3-0,5 mm-ə yaxındır. Bütün bronxiolların
ümumi sayı 250-300 milyona (mln) çatır (şəkil 4,5). Alveolun
diametri təxminən millimetrin üçdə birinə bərabərdir, onun divarı
epitel qişa və qan kapillyarları ilə əhatə olunmuşdur. Alveolların
ümumi tənəffüs səthi insanda təxminən 50-100 m
2
təşkil edir.
Ağciyərlərdə alveolların səviyyəsində qan ilə alveol havası
arasında çox nazik səd, alveolyar- kapillyar baryer mövcuddur.
Buradan O
2
və CO
2
əks istiqamətlərdə diffuziya edir.
Onurğalılarda ağciyərlər və onlara birləşən tənəffüs or-
qanlarının quruluş, xassə və əlamətlərə görə növ xüsusiyyətlərilə
yanaşı, ümumi xüsusiyyətlərə də malikdir. Nəfəs yolları ardıcıl
olaraq yerləşən və şaxələrə bölünən borucuqlar sistemidir.
Bronxlar ağciyərlərin içərisinə doğru dərinləşdikcə çoxsaylı,
getdikcə qısalan və nazikləşən çıxıntılara ayrılır. Ali onurğalı
heyvanların ağciyərlərinin quruluşunda bu prinsip daha aydın
müşahidə edilir. Quşların tənəffüs orqanları bir qədər başqa quruluş
prinsipə əsaslanır. Quşlarda ağciyərlərin hər bir payına bir əsas
bronx daxil olur, sonra vestibülüm adlanan ampulayabənzər
genişlənmə və metabronx ilə nəhayətlənir. Əsas bronxdan,
vestibulumdan və metabronxdan ikinci dərəcəli bronxlar ayrılır,
onlar ön (ventral) və arxa (dorsal) ağciyərlərdən keçərək bədənin
müvafiq tərəflərində yerləşən hava qovucuqlarına (dorsal) açılır.
Quşlarda hava qovucuqları tənəffüs üçün ehtiyat hava rezervuarları
funksiyası daşıyır. Quşlarda ağciyərlərdən kənarda (əzələ,
sümükarası boşluqda) hava kisələrinin əmələ gəlməsi, onların digər
onurğalılardan fərqli olaraq iki qat tənəffüs etməsi səbəb olur. Yəni
onlarda həm nəfəs alanda (ağciyərlərdə olan), həm də nəfəs verəndə
(hava kisəsində olan havanın hesabına) qan oksigenlə zənginləşir.
Ağciyər toxumasının özü çoxlu sayda havaaparıcı nazik ka-
pillyarlar ilə doludur, onlar qan kapillyarları ilə əhatə olunmuşdur
ki, qaz mübadiləsi onların arasında baş verir.
159
downloaded from KitabYurdu.org
Şəkil 4. İnsanda ağciyərlərin traxeyadan bronxiollara
qədər sürətini görmək olar.
Şəkil 5. İnsanda tənəffüs yolları. 1 - qırtlaq; 2 - nəfəs bo-
rusu; 3 - bronxlar; 4 - alviollara keçən bronxlar; 5 - alveol.
160
downloaded from KitabYurdu.org
Məməlilərdə nəfəs yollarının daxili səthləri selikli qişa ilə
örtülmüşdür. Selikli qişada 2 tip hüceyrələrə rast gəlinir. Onlardan
biri titrəyən kirpikli epitel hüceyrələri, digəri isə selik və seroz
maye ifraz edən vəz hüceyrələridir. Sekretor hüceyrələri tərəfindən
ifraz edilən maye nəfəs yollarına girən havanı nəmli edir, selik və
havadakı tozu və digər hissəcikləri tutub saxlayır, havanı yad
cisimciklərdən təmizləyir. Epitel hüceyrələrinin kirpiklərinin
birtərəfli titrək hərəkətləri isə nəfəs yollarında yığılan çirkli selik
tullantılarının nəfəs yollarından xaric edilməsinə xidmət edir. Nəfəs
yollarından keçən hava, həm də bədən temperaturu səviyyəsində
qızır.
Nəfəs yolları sisteminin başlıca vəzifəsi, qəbul edilən
havanın ağciyərlərdə qaz mübadiləsi aparan səthə çatdırmaqdır.
Nəfəs yolları belə səthlərə malik deyil və qaz mübadiləsində iştirak
etmir, ona görə də onlara anatomik ölü sahə deyilir. Onun hava
tutumu 150 ml-ə yaxındır. İnsanda traxeyadan başlayaraq
ağciyərlərin qaz mübadiləsi səthinə (alveollara) qədər olan şaxəli
bronxial sistemdə (E.R.Weibel, 1963) 23 dərəcəyə ayrılır. Bu
dərəcələr iki zonaya bölünür. Biri hava daşıyıcı zona, digəri keçid
və tənəffüs zonası adlanır. Birinci sahə 0-16, ikinci sahə 14-23-ə
qədər olan pillələri əhatə edir. Alveol- lar olan və qaz mübadiləsi
orqanı son sahə tənəffüs sahəsi adlanır. Burada ağciyərlərin
elementar anatomik vahidləri- asinuslar yerləşir. Onlar alviol
salxımları şəklində formalaşmışdır. Bronxiolun sonu ilə salxımdakı
axırıncı alveol arasındakı məsafə təxminən 5 mm-ə bərabərdir.
12.10.
Tənəffüs hərəkətlərinin mexanikası
Tənəffüs hərəkətləri nəfəsalma və nəfəsvermə aktlarından
ibarətdir. Ağciyərlərə hava diffuziya yolu ilə dolub- boşalır. Fəal
diffuziya üçün ağciyər alveollarındakı havanın təzyiqi ilə xarici
mühit arasındakı havanın təzyiqi artıb-azalmalıdır. Nəfəsalma
zamanı atmosfer havası ağciyərlərə daxil olur, nəfəsvermə zamanı
ağciyərdəki hava atmosferə qaytarılır. Nəfəsalma bir çox hallarda
orqanizmdən fəal tənəffüs hə
161
downloaded from KitabYurdu.org
rəkətlərinin icrasını tələb edir, nəfəsvermə aktı isə bir qayda olaraq
passiv prosesdir.
Nəfəsalma zamanı döş qəfəsinin həcmi üç istiqamətdə:
frontal (yanlara), sagital (öndən arxaya) və vertikal (yuxarıdan
aşağıya) istiqamətlərdə böyüyür. Nəfəsvermə zamanı isə həmin
istiqamətlərdə kiçilir (şəkil 6).
Şəkil 6. Nəfəsalma (sağda) və nəfəsvermə (solda) zamanı
döş qəfəsi və diafraqmanm vəziyyəti:
1-xarici qabırğaarası əzələlər; 2-daxili
qabırğaarası əzələlər; 3-diafraqma.
Bu proseslərdə xarici və daxili qabırğaarası və diafraq- ma
əzələləri əsas rol oynayır. Belə ki, MSS-nin təsiri ilə tənəffüs
əzələləri yığılır, nəticədə döş qəfəsinin həcmi frontal və sa- kital
istiqamətlərdə böyüyür. Bunu qabırğaların təsir sxemini göstərən
dörd oxlu çərçivə (şəkil 7,8) və diafraqmanm rolunu nümayiş
etdirən Donders modelində müşahidə etmək olar (şəkil 9).
Bunu müşahidə etmək üçün şüşə balon götürüb əvvəlcə
onun dibini rezin pərdə ilə əvəz edirik. Şüşə balonun ağzına şüşə
boru keçirilmiş mantar tıxac keçirilir. Şüşə borunun balon- dakı
ucuna isə dovşanın ağciyəri ilə birlikdə nəfəs borusunu bağlayırıq.
Sonra balonun dibinə bağlanmış rezin pərdənin düyməsindən tutub
aşağı dartdıqda balonun həcmi böyüdüyü üçün onda təzyiq atmosfer
təzyiqindən az olduğu üçün, hava ağciyərlərə daxil olur və o
böyüyür. Yəni nəvəsalma baş verir.
162
downloaded from KitabYurdu.org
Rezin pərdəni buraxdıqda o əvvəlki vəziyyətinə qayıdır. Bu anda
balonda təzyiq atmosfer havasındakı təzyiqdən yüksək olduğu
üçün, ağciyərlər sıxılır və ona dolmuş hava xaric olur. Yəni
nəfəsvermə baş verir.
Şəkil 7. Nəfəsalma zamanı qabırğaların mexaniki hərəkəti.
A və C-qabırğaların fəqərəyə birləşdiyi yer; B və D-qabırğalar; Oxlarda qabırğaların
hərəkət istiqaməti göstərilmişdir.
Şəkil 8.
Xarici qabırğaarası əzələ təqəllüsü zamanı qabırğalar yuxarı və irəli
yerini dəyişir. Nəticədə döş qəfəsi həm eninə, həm də uzunu istiqamətdə böyüyür. Daxili
qabırğaarası əzələlər yığılanda əksinə proses baş verir.
163
downloaded from KitabYurdu.org
Şəkil
9. Tənəffüs aktlarının mexaniki nümayişi üçün Donders modeli.
Ağciyər tənəffüsü həyata keçirən orqanizmlərdə nəfəs-
alma aktlarının mexanikası bəzi fərqli xüsusiyyətlərə malikdir. Dəri
tənəffüsü ilə yanaşı, ağciyər tənəffüsü edən yerüstü qurbağalar
atmosfer havanı udma hərəkətləri ilə qəbul edir, havanı ağız
boşluğuna alır və ağız boşluğunu sıxmaqla onu ağciyərlərə itələyir.
Bu, havaya artıq təzyiq edilməsi hesabına baş verir. Bir çox
reptililərdə havanın ağciyərlərə keçməsi döş boşluğu sayəsində baş
verir. Nəfəsalma (inspirasiya) hərəkətinin icrası üçün diafraqmanm
böyük əhəmiyyəti vardır. Bu ən mühüm inspirator (nəfəsalma üçün
cavabdeh olan) əzələsidir. Döş və qarın boşluqları arasında yerləşən
bu güclü əzələ pərdəsinin tağı döş boşluğuna tərəf yerləşir. O
yığılanda, adi halda 1, ekster hallarda 4-5, bəzən də 10 sm-ə qədər
aşağı enir, qarın boşluğu orqanlarını aşağı sıxaraq döş boşluğunun
həcmini artırır. Xarici qabırğaarası əzələlər yığıldıqda qabırğalar
yuxarı və önə dartmır, bu zaman döş boşluğu yan və ön-arxa
istiqamətlərində genəlir. Diafraqma və qabırğalararası əzələlərdən
başqa nəfəsalma aktlarında yardımçı inspirator əzələlər (məsələn,
döş sümüyünü qaldıran döş sümüyü-körpücük sümüyü - məməyə-
bənzər əzələ) iştirak edir. Onların nəfəsalmada rolu fiziki və idman
hərəkətləri zamanı daha fəallaşır.
Sakit tənəffüs zamanı nəfəsvermə (ekspirasiya) passiv baş
verir. Ağciyərlər və döş qəfəsi gərilmə xassəyə malikdir və
164
downloaded from KitabYurdu.org
ona görə də nəfəsalma zamanı onlar fəal olaraq genişləndikdən
sonra tezliklə əvvəlki vəziyyətə qayıdırlar. Bu, vaxt etibarilə dia-
fraqma və xarici qabırğaarası əzələlərin boşalması fazasına düşür.
Fiziki iş və ya ağciyərlərin iradi hiperventilyasiyası nəfəs- verməni
fəallaşdırır. Nəfəsalma zamanı xarici qabırğalararası əzələlər yığılır,
qabırğalar qalxır və önə dartılır, döş boşluğu bu zaman genişlənir,
onun döş qəfəsinə doğru köndələn tağı aşağı, qarın boşluğuna tərəf
enir, nəticədə döş boşluğu genəlir, onun ardınca isə döş boşluğunun
daxili səthinə plevra pərdəsi ilə bitişik olan ağciyərlər genəlməyə
başlayır. İnsanda diafraqmanın lsm aşağı enməsi nəticəsində döş
boşluğunun həcmi 250-300 ml artır. Döş boşluğu genişləndikcə
ağciyərlərin həcmi də artır, onlar döş qəfəsinin divarına sıxılırlar.
Ağciyərlərin həcmi artdıqca bronx və alviollarda təzyiq
azalır və ona görə də atmosfer havası təzyiqlə ağciyərlərə dolur.
Nəfəsvermə aktı zamanı qabırğalararası əzələlər və dia-
fraqma əzələləri boşalır, nəticədə qabırğalar aşağı enir, dia-
fraqmanın tağı yuxarı qalxır, genəlmiş ağciyərləri geriyə doğru
basır. Bu halda ağciyərlərin həcmi kiçilir, onlarda havanın təzyiqi
atmosfer təzyiqə nisbətən artır, alviolyar havanın çox hissəsi nəfəs
yolları ilə xaric edilir. Sakit halda nəfəsvermə əsasən passiv gedir,
bəzi hallarda isə bu, fəal xarakter daşıyır. Qarın divarı əzələlərinin
yığılması, qabırğaların enməsi və döş sümüyünün fəqərə sütununa
doğru dartılması nəticəsində fəal nəfəsvermə baş verə bilər.
Nəfəsalma və nəfəsvermə aktlarının icrasında ağciyərləri
əhatə edən plevra pərdəsi ilə ağciyərlərin səthi arasında qalan
sahədə yaranan mənfi təzyiqin dinamik dəyişilməsi müəyyən rol
oynayır (şəkil 10). Plevraarası mənfi təzyiq ontogenez prosesində
döş qəfəsinin əzələ və sümüklərinin ağciyərlərə nisbətən tez
böyüməsi, ağciyərlər tərəfindən döş boşluğunu tamamilə tuta
bilməməsi nəticəsində əmələ gəlir. Plevradaxili boşluq həm
atmosfer mühitindən, həm də ağciyərlərin daxili toxuma sahəsindən
təcrid olunduğuna görə onda mənfi təzyiq (boşluq təzyiqi) yaranır.
Nəfəsalma zamanı plevradaxili mənfi təzyiq aşağı düşür,
nəfəsvermə zamanı, əksinə, artır. İnsanda
165
downloaded from KitabYurdu.org
nəfəsvermə vaxtı onun qiyməti atmosfer təzyiqdən 7mm, nəfə-
salma vaxtı isə 9 mm civə sütunu qədər aşağı olur. Döş qəfəsi
zədələnmiş insanda atmosfer havası plevral boşluğa keçir. Bu
hadisəyə pnevmatoroks deyilir. Pnevamatoroks zamanı tənəffüs
hərəkətləri dayanır, çünki ağciyərlərin daxilində və xaricində
atmosfer təzyiq tarazlaşır, ağciyərlər artıq hava qəbul edə bilmir.
İkitərəfli pnevmatoroks zamanı insan və heyvana vaxtında yardım
edilməzsə ölüm baş verir.
transpulmona
l
lozyiq
Nəfəs alana qədər
Elastiki
dartılma qüwosi
Plevradaxili təzyiq
monfıdir
Alviolarada
almasfer
lozyiqi
Nəfəs alanda
Nəfəs verəndə
Ağciyərin elastiki
dartılma qüvvəsi
azalır
Döş divarının
əzlisinin yığılması
Alviol təzyiqi
atmasferdən azdır
Diafraqmanın
yığılması
Ağciyərin elastiki
dartılma qüvvəsi
azalır
Plevradaxili təzyiq
daha az mənfidir
Alviol təzyiqi
atmasferdən çoxdur
Diafraqmanın
boşalması
Şəkil 10.
Qüvvənin tənəffüs tsiklinin axınına doğru istiqaməti.
12.11.
Tənəffüsün tipləri
Uşaq anadan olandan sonra göbək çiyəsi kəsilən kimi, döl
qan dövranı, daimi qan dövranı ilə əvəz olan andan tənəffüs əzələsi
yığılır və ilk tənəffüs - nəfəsalma baş verir. Sonrakı inkişaf
dövründə yaşdan, cinsdən, fiziki işdən asılı olaraq müxtəlif tənəffüs
tipi üstünlük təşkil edir. Kişilərdə daha çox dia- fraqma, qadınlarda
qabırğaarası əzələlər, uşaqlarda hər ikisi tənəffüsdə daha üstünlük
təşkil edir. Tənəffüsdə hansı əzələlərin iştirak etməsindən asılı
olaraq a) qabırğa və ya döş, b) dia- fraqma və ya qarın, v) qarışıq
tənəffüs tipləri ayırd edilir.
166
downloaded from KitabYurdu.org
Fiziki əməklə məşğul olan qadınlarda döş tipli tənəffüs qarın
və ya qarışıq tipli, hamilə qadınlarda isə döş tipli tənəffüslə əvəz
olunur.
12.12.
Ağciyərlərin ventilyasiya həcmi
O
2
və CO
2
qazlarının ağciyərlərdə mübadiləsinin insan və ya
heyvan orqanizmi üçün müstəsna həyat əhəmiyyəti vardır.
Ağciyərlərdə havanın dinamik və statik vəziyyətləri tənəffüsdə
mühüm rol oynayır. Bu vəziyyətlərin bəzi göstəricilərini spirometr
adlanan cihazın köməyilə təyin etmək olar. Qeyd edilmişdir ki, bu
cihaz vasitəsilə ancaq ağciyərlərin ümumi tutumu, tənəffüs tutumu
və həyat tutumu haqqında nisbi təsəvvür əldə edilir, amma
ağciyərlərin funksional qalıq tutumu və ölü qalıq tutumu təyin etmək
üçün əlavə üsul - qazın (əsasən helium qazının) durulaşdırılması
metodunu tətbiq
edirlər.
„
Spirometr vasitəsilə ağciyərlərin hava tutumlarının Öl-
çülməsi, nəfəsvermə və nəfəsalma aktları zamanı həyata keçirilir.
Ölçmə aparmaq üçün tədqiq edilən adamın xarici nəfəs yolları
spirometr ə birləşdirilir. Spirometr içərisində su olan və o suya
üstdən zəngvarı qapaq geydirilmiş şilindir və ona birləşdirilmiş
özüyazan aparatdan ibarətdir (şəkil 11).
Ağciyərlərin həyat tutumu təyin edilən adamın xarici nəfəs
yolları spirometrin borusu ilə birləşdirilir. Nəfəsvermə zamanı
spirometrin qapağı yuxarı qalxır, özüyazan aparatın qələmi aşağı
düşür. Sakit tənəffüs zamanı aparatın kağız lentinə yazılan tezlik
amplitudu ağciyərlərin tənəffüs həcmini ifadə edir. Əgər tədqiq
edilən şəxs maksimal dərindən nəfəs alarsa və sonra maksimal
dərindən nəfəs verərsə, onda qeyd edilən həcm ağciyərlərin həyat
tutumuna müvafiq gəlir. Yəni dərindən nəfəs aldıqdan sonra
dərindən nəfəs verən zaman ağciyərlərə daxil və xaric olan havanın
cəminə - ağciyərlərin həyat tutumu deyilir. Bura tənəffüs havası 500
sm-
5
, əlavə hava 1500 sm
3
, ehtiyat hava 1500 sm
3
daxildir. Ümumi
həyat tutumunun üzərinə qalıq havanı da əlavə etsək (3500+1500)
onda ağciyər
167
downloaded from KitabYurdu.org
lərin ümumi həyat tutumu 500 000 ml təşkil edir. Lakin maksimal
nəfəsalma və nəfəsvermə aktlarından sonra da ağciyərlərdə
müəyyən qədər hava qalır. Ona qalıq həcm (100-1500 ml) deyilir.
Adi (normal) nəfəsvermə aktından sonra ağciyərlərdə qalan qazların
həcmi funksional qalıq tutumu adlanır.
Şəkil 11. Ağciyərlərin həcmi.
İnsanda hər bir sakit nəfəsalma (adi, normal nəfəsalma) aktı
zamanı ağciyərlərə 500 ml-ə yaxın hava daxil olur. Adi
nəfəsvermədə o qədər hava ağciyərlərdən xaric olur. Bu
ağciyərlərin tənəffüs həcmi hesab olunur. Tənəffüsün dərinliyindən
asılı olaraq müxtəlif adamlarda onun qiyməti 300-800 ml arasında
dəyişə bilər. Normal nəfəs alandan sonra adam dərindən maksimum
nəfəs alsa, ağciyərlərə əlavə olaraq 1500 ml hava daxil olur, ona
əlavə hava deyilir. Dərindən maksimum nəfəsvermə zamanı isə
ağciyərlərdən 1500 ml hava xaric olur, ona isə ehtiyat hava deyilir.
Tənəffüs, əlavə və ehtiyat
168
downloaded from KitabYurdu.org
havada ağciyərlərin ümumi həyat tutumu və ya dəqiqlik həcmi
deyilir. Ağciyərlərə daxil olan havanın ümumi həcmi, xaric olan
havanın ümumi həcmindən bir qədər artıqdır. Belə ki, al-
veollardan qana sorulan O
2
qandan alveollardan keçən CO
2
nisbətən çoxdur. Adi halda qəbul edilən havanın miqdarı 500 ml-ə
bərabərdirsə və 150 ml hava anatomik ölü zonada qalırsa, onda
ağciyərlərin tənəffüs səthinin (alviollara) (500-150) ■ 15=5250 ml
atmosfer havası keçir. Buna aveolların ventilya- siyası deyilir.
Ağciyər tənəffüsünün effektivliyi başlıca olaraq bu həcmdən
asılıdır, çünki onun qiyməti alveollarda qazlar mübadiləsi üçün
yararlı olan «təzə hava»nm miqdarını əks etdirir. Əslində, alveolyar
ventilyasiya qəbul edilən havanın miqdarı ilə deyil, xaric edilən
havanın miqdarı ilə ölçülür. Hərçənd ki, bunlar arasındakı fərq
minimaldır.
Dostları ilə paylaş: |