Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

12.13.

 

Alveollarda qazların mübadiləsi 

Qazların atmosferdən alveollada və əsksinə hərəkəti xarici 

tənəffüs kimi təzahür edir. Aralıq tənəffüs isə ilk olaraq alveollara 

daxil  olan  atmosfer  havası  və  alveollarm  divarlarına  vena 

kapillyarları ilə gələn qan arasında başlanır. 

İnsanın ağciyərlərində 300 mln-a qədər alvol olir. Hər bir 

alveolun  diametri  0,3mm-ə  yaxındır,  onların  ümumi  sahəsi 

(tənəffüs səthi) 50-100 m

2

-ə  çatır.  Bu  insan  orqanizmində  ayrılıb 



xarici hava mühiti ilə təmasda olan ən geniş səthdir. İnsanın dəri 

səthi bundan 50 dəfə azdır. 

Ağciyərlərin qan damarları bronxlar kimi sıx şaxələnən və 

getdikcə  nazikləşən  borucuqlar  sistemidir.  Ağciyər  arteriyaları 

(onlarda  CO

2

  ilə  zəngin  olan  venoz  qanı  axır)  arteriya  ka- 



pillyarlarına  qədər  bölünürlər,  sonra  isə  birləşərək  ağciyər  vena 

kapilyarlarım əmələ gətirir (onlarda artıq O

2

 ilə zəngin olan və CO



2

 

təmizlənmiş  arteriol  qanı  axır).  Ürəkdən  ağciyərlərə  gələn  bronx 



arteriyaları ilə axan arterial qan ağciyər toxumasının hüceyrələrini 

qidalandırır və oksigenlə təmin edir. 

Beləliklə, ağciyərlərə hər iki - həm kiçik, həm də böyük 

169 

downloaded from KitabYurdu.org



qan dövranı ilə qan daxil olur. Kiçik qan dövranı ağciyər arteriyaları 

ilə  ağciyər  alveolların  kapillyarlarına  qaz  mübadiləsi  üçün  venoz 

qanı çatdırır. Böyük qan dövranı isə bronx arteriyaları ilə ağciyər 

toxumalarını qidalandırmaq üçün arterial qanı çatdırır. 

Alveolların  xarici  səthi  qan  kapillyarları  ilə  əhatə  olun-

muşdur. Kapillyarların divarının qalınlığı 10 mkm-ə çatır. Alveol 

səthində  olan  bəzi  kapillyarlar  o  qədər  qısadır  ki,  fasiləsiz  qan 

təbəqəsi  əmələ  gətirir.  Bu,  qazlar  mübadiləsi  üçün  əlverişlidir. 

Kapillyar qanındakı hər bir eritrosit (alveol havasmdakı 0

2

 əsasən 



ona diffuziya edir) çox ani bir zaman müddətdə (saniyənin 

l

qədər 

olan vaxt ərzində) alveol səthində qalır. Bu qısa an alveol havası ilə 

kapillyar qanı arasında və 0

2

 və C0



2

 diffuziya tarazlığı üçün praktik 

olaraq kifayət edir. 

Alveol  və  kapillyar  divarlarından  əks  istiqamətlərə  doğru 

qaz diffuziyası divar toxumasının və diffuz edən qazın təbiətindən 

xeyli  asılıdır.  Diffuziya  sabiti  (konstantı)  öz  növbəsində  qazın 

mayedə həllolma dərəcəsi ilə düz, onun mole- kulyar kütləsi ilə tərs 

mütənasibdir.  C0

2

  həllolma  qabiliyyəti  0



2

  nisbətən  yüksəkdir, 

onların molekul kütlələri arasındakı fərq isə azdır, ona görə də C0

2

 



oksigendən  təxminən  20  dəfə  tez  diffuz  edir.  Diffuziya  konstantı 

həm  də  iki  mühit  arasında  (alveol  və  qan  kapillyarı  arasında) 

yerləşən  toxuma  pərdəsinin  qalınlığından  asılıdır.  Bu  baryer  nə 

qədər nazikdirsə qazın dif- fuziyasının sürəti bir o qədər yüksəkdir. 

Fik  qanununa  əsasən  alveolyar  -  kapillyar  baryeri  səviyyəsində 

diffuziyanın  sürəti  baryerin  qalınlığı  ilə  tərs  mütənasibdir.  Digər 

tərəfdən, qandan alveola keçən C0

2

 geriyə qana diffuz edə bilməz, 



0

2

 qandan alveola keçməsi də mümkün deyil. Bura verilmiş qazların 



verilmiş mühitlərdə parsial təzyiqləri arasında yaranan fərq mühüm 

rol oynayır. Alveol-kapillyar baryeri atmosfer havasında olan azot 

(N

2

) üçün, demək olar ki, keçilməzdir. Azot oksidi (N



2

0) 


VƏ 

karbon 


mono  oskidi  (CO)  kimi  qazlar  üçün  həmin  baryer  nisbətən 

keçiricidir.  Alveol  divarından  qana  diffuz  edən  N

2

0  eritrositlərə 



keçib hemoqlobin ilə birləşmir və onun tənəffüs funksiyasına təsir 

edə bilmir. CO (dəm qazı) əksinə, 



170 

downloaded from KitabYurdu.org



alveoldan qana daxil olaraq hemoqlobinilə intensiv surətdə birləşir, 

onun O


2

 daşıyıcısı funksiyasını pozur. Dəm qazı oksigenə nisbətən 

hemoqlobinlə  tez  birləşir  və  orqanizmdə  zəhərlənmə  vəziyyəti 

yaradır. 



Alveol - kapillyar baryerdən O

2

 və CO



2

 diffuziyası prinsip 

etibarilə  bədən  səthində  (dəri,  membran)  və  qəlsəmə-  lərdə  bu 

qazların diffuziyasına çox bənzəyir (şəkil 29 d.v.). Prosesi bir qədər 

ətraflı olaraq nəzərdən keçirək. 

Tutaq ki, alviol boşluğuna yığılan atmosfer havasının qazlar 

qarışığında O

2

 porsial təzyiqi (P



02

) 100 mm civə sütununa, alveola 

gələn kapillyar qanda isə onun parsial təzyiqi 40 mm civə sütununa 

bərabərdir. Bu halda diffuziya qanunlarına əsasən O

2

 parsial təzyiqi 



yüksək olan mühitdən (alvioldan) parsial təzyiqi aşağı olan mühitə 

(qanda) intensiv  olaraq keçəcəkdir. Əslində burda bir maraqlı hal 

yaranır. Normal şəraitdə O

2

 diffuziyası zamanı onun alveoldakı və 



alveol kapillyar- larındakı parsial təzyiqləri və ya konsentrasiyaları 

arasındakı  fərq  minimallaşır.  Belə  olan  halda  qanuna  görə  O

2

 

diffuziyası  da  minimallaşmalıdır.  O



2

  ilə  doymuş  qan  tezliklə 

axdığına və  yerinə az O

2

  olan  qan  daxil  olduğuna  görə  diffuziya 



əvvəlki kimi davam edir. Digər tərəfdən, bu ağciyərlərdən qana O

diffuziyası üçün külli vaxt ehtiyatı yaradır. 



Alveol  kapillyar  səviyyəsində  CO

2

  qandan  alveol  diffu- 



ziyası O

2

 nisbətən yüksəkdir. Bu, onun mayelərdə yaxşı həll olması 



ilə  əlaqədardır.  Digər  tərəfdən  qanda  CO

2

  miqdarı  atmosfer 



havasmdakı miqdarından demək olar ki, yüz dəfə artıqdır. Belə olan 

halda  CO

2

  diffuziyası  çox  asan  getməlidir.  Əslində  isə,  bu  qazın 



qandan xaric olması, müəyyən çətinliklərlə qarşılaşır. CO

2

 qan ilə 



birləşməsi və onun qandan ayrılması mürəkkəb prosesdir. Normada 

ağciyər  kapillyarlarına  gələn  qanda  PCO

2

  45  mm  civə  sütunu, 



alviolyar  havada  isə  40  mm  civə  sütunu  qədər  olar.  Bu  təzyiqlər 

arasında  tarazlaşmanm  yaranması  ümumən  oksigendə  olduğu 

kimidir. 

171 

downloaded from KitabYurdu.org



12.14.

 

Qazların qan vasitəlsilə daşınması 

Parsial  təzyiq  fərqlərinə  uyğun  olaraq  ağciyərlər  alveol- 

larından  O

2

  qana  və  CO



2

  qandan  alveolyar  havaya  keçir.  Hər  iki 

proses qanda bu qazların qatdığından çox asılıdır. Ona daxil olan 

oksigenin az hissəsi onun maye mühitində plazmada həll olur, çox 

hissəsi qan hüceyrələrinin bir növü olan eritrosit- lərə diffuziya edir. 

Burada  oksigen  qismən  eristrositlərin  sto-  plazmasında  həll  olur, 

amma  onun  əsas  kütləsi  eritrositlərdəki  hemoqlobin  zülalı  ilə 

birləşir. 

Hemoqlobin (Hb) xromoproteid təbiətli zülal və ya tənəffüs 

piqmenti  olub,  O

2

  daşmmasınba  çox  böyük  rol  oynayır.  Böyük 



ölçüləri və qlobal  halında fəza konformasiyası  olan He molekulu 

özündə 4 atom dəmir (Fe

++

) saxlayır. Bu dəmir atomları onun hem 



adlanan qeyri-zülal hissəsində yerləşir və O

2

-Ə çox hərisdir. Onunla 



tez  (0,2  saniyədə)  oksidləşir  və  FeO-ə  çevrilir.  Nəticədə 

oksihemoqlobin  (Hb02) adlanan da-  vamsız birləşmə əmələ  gəlir. 

100  ml  qanda  olan  Hb  19-20  ml  O

2

  daşıya  bilər.  Alveol 



kapillyarlarda olan hemoqlobin oksi- gentutucu əsas substratdır. 

Hb + 0

2

^Hb0

2

 

Oksigen  ilə  zəngin  olan  qan  orqanizmin  toxuma  və  or-

qanlarına çatdıqda qida maddələri ilə birlikdə mühitin porsial təzyiq 

və ya konsentrasion fərqlərinə görə ona diffuziya edir. Bu zaman 

qandakı 02-nin çox hissəsi, o cümlədən Hb ilə dis- sosiasiya etmiş 

atomlar  oksigeni  qandan  toxuma  mayesinə  keçir.  Hb  oksigenin 

ayrılması reaksiyası (Hb02-nin disossiasiya- sı) tez həyata keçir, Hb 

bərpa olur və O

2

 ayrılır. 



Hb0

2

<^Hb + 0

2

 

Oksigenin  hüceyrələrə  diffuziyası  zamanı  hüceyrələrin 

metobolik prosesləri nəticəsində əmələ gələn CO

2

 qana keçir və O



2

 

kimi qismən qanın plazmasmda həll olur, qismən tez bir zamanda 



Hb  ilə  birləşir,  nəticədə  karbooksihemoqlobin  (HbC02)  adlanan 

davamsız  birləşmə  əmələ  gəlir.  Orqan  və  toxumalarda  CO

2

  ilə 


zənginləşən qan ağciyər kapillyarları və al- 

172 

downloaded from KitabYurdu.org



veolları  səviyyəsində  ondan  azad  olur,  alveol  havasının  tərkibinə 

keçir.  Alveol  kapillyarlarında  qandakı  HbCCh-nın  Hb  və  CO

2

 

dissosiasiyası tez baş verir: 



HbC0

2

 -» Hb + C0



2

 

Bərpa  onlunan  Hb  burada  tezliklə  oksigenlə  birləşir  və 

orqan və toxumalara doğru daşınır. Oksigen və karbon qazının qan 

vasitəsilə  və  əks  istiqamətlərə  daşınması  orqanizm  üçün  olduqca 

vacib prosesdir. Böyük və kiçik qan dövranları qazların daşınmasını 

təmin edən əsas sirkulyativ mexanizmdir. Ümumi qan dövranının 

həcmi  və  sürəti  qazlar  mübadiləsi  üçün  mühüm  amillər  hesab 

olunur. 


12.15.

 

Daxili toxuma (və ya hüceyrə) tənəffüsü 

Çoxhüceyrəli orqanizmlərdə bədən hüceyrələrinin ço- xusu 

daxili orqan və toxumaların bütün hüceyrələri xarici mühitdən 02-

ni bilavasitə ala bilmir. Dəri, qəlsəmələr və ağciyərlər ilə tənəffüs 

edən heyvanlarda, o cümlədən insanda orqanizmin hüceyrələri 

02

-



ni ancaq tənəffüs orqanlarının köməyilə ala bilirlər. 

Orqanizmin  daxili  maye  mühitini  (toxuma  mayesi,  he- 

molimfa, qan) keçən O

2

 bu mühitlərdə bilavasitə və ya müəyyən ara 



mərhələləri  keçərək  hüceyrələrin  xarici  örtük  mem-  branlarından 

(plazmatik  membranlardan)  sitoplazmaya  doğru  diffuziya  edir. 

Oksigenin qandan hüceyrələrarası mayeyə nüfuz etməsi nəticəsində 

burada onun miqdarı artır, hüceyrədəki  O

2

  daim  sərf  olunduğuna 



görə burada onun qatılığı azalır, nəticədə plazmatik membranın hər 

iki tərəfində yaranan parsial təzyiq fərqləri qanın hüceyrəni əhatə 

edən  maye  mühitindən  hüceyrənin  daxilinə  doğru  diffuziyasma 

səbəb olur. 

İnsanda arterial qanın hər 100 ml-də 19-20 ml həll olunmuş 

və ya hemoqlobinlə birləşmiş O

2

 olur. Venoz qanın hər 100 ml-də 



isə oksigenin miqdarı 12 ml-ə yaxındır. Deməli, hüceyrələr arterial 

qandan təxminən 7 ml-ə qədər O

2

 mənimsəyə bilir. İnsan orqanizmi 



sakit halda dəqiqədə 250 ml, fiziki 

173 

downloaded from KitabYurdu.org



iş zamanı 5000-4000 ml O

2

 sərf edir. Orqanizmin müxtəlif or- 



qan və toxumalarının O

2

-Ə olan tələbatları müxtəlifdir (cədvəl 1). 



Ona görə də, hər bir növ hüceyrə daxilində oksigenin konsen- 

trasiyası müxtəlifdir və qazm diffuziyası bundan sox asılıdır. 

02

-nin hüceyrə membramndan daxilə nüfuz etməsi ümumi dif- 



fuziya qanunları üzrə həyata keçir. 

Cədvəl 1 

İnsan orqanizminin bəzi toxuma və orqanlarında O

2

 sərfi 


Toxuma və ya orqanlar

 

O



2 sərfi (orqanizmdə olan ümumi O2 

görə %-lə)

 

Baş-beyin toxuması

 

Skelet əzələləri Ürək əzələsi 

Böyrəklər Qaraciyər

 

25% (4 yaşdan kiçik olan uşaqlarda 50%-



ə qədər)

 

Ağciyərlər

 

5%-dən  (sakit  tənəffüs  zamanı)  30%-ə 

kimi (iradi hiperventiliyası zamanı)

 

Hüceyrələrə daxil olan oksigen əvvəlcə onların  daxili maye 



mühitində  (sitoplazmasında)  həll  olur  və  sonra  əsasən 

mitoxondrilərin,  onların  daxili  matriks  hissəsinə  diffuziya  edir. 

Mitoxondrilərin  xarici  membranı  hüceyrə  membranı  Kimi  O

2

-  ni 



asanlıqla  özündən  keçirə  bilir.  Mitoxondrilərdə  müxtəlif  tənəffüs 

fermentləri  var  və  onlar  oksigenin  metobolik  reaksiyalara 

qoşulmasını  təmin  edir.  Mitoxondrilərdə  həyata  keçən  Krebs 

tsikllərinə  aid  metobolik  reaksiyalar  zənciri  qida  maddələrini 

mono- və disaxaridlərin (qlükoza, saxaroza və s.) yağ turşuları və 

aminturşuların oksidləşərək parçalanması  çoxlu O

2

  tələb  edir.  Bu 



reaksiyalar  nəticəsində  hüceyrələrdə  orqanizm  üçün  lazım  olan 

enerji  hasil  olur.  Daxili  tənəffüsün  əsas  fizioloji  funksiyası  bu 

proseslərin təmin olunmasına yönəlmişdir. 

Orqanizmin  hüceyrələrində  oksigenin  mənimsənilməsi  ilə 

əlaqədar  olaraq  CO

2

  əmələ  gəlir.  Onun  əsas  mənbəyi  qida 



maddələrinin oksidləşməsi və parçalanmasıdır. Hüceyrədə hər bir 

qlükoza molekulu tam oksidləşdikdə (yandıqda) 6 moleku- la H

2



və 6 molekula CO



2

 ayrılır: 



174 

downloaded from KitabYurdu.org



C

6

H

l2

0

6

 + 60

2

 -» 6H



2

0 + 6C0

2

 T 

Bu qayda ilə hüceyrələrdə çoxlu miqdarda CO

2

  yığılır  və 



onlar  bundan  azad  olmalıdır.  Daxili  tənəffüsün  bir  tərəfi  O

mənimsəməkdirsə, o biri tərəfi CO



2

 hüceyrələrdən xaric etməkdir 

(şəkil  12A).  Yüksək  metobolik  aktivliyi  olan  hüceyrələrdə  (sinir 

hüceyrələri, əzələ lifləri və s.) CO

2

 daha çox əmələ gəlir. O zərərli 



məhsuldur  və  hüceyrələrdən  mütləq  çıxarılmalıdır.  CO

2

  qana 



keçməsi  və  ağciyərlərə  daşınması  daxili  və  xarici  tənəffüsdə 

mühüm yer tutur. 

Toxuma  və  hüceyrələrdə  karbon  qazının  miqdarı  qana 

nisbətən çox olduğuna görə o asanlıqla qanın plazmasına keçir və 

hemoqlobinlə  birləşir.  Qeyd  edildiyi  kimi  CO

2

  diffuz  qabiliyyəti 



oksigeninkindən  20  dəfə,  bəzi  məlumtlara  görə  hətta  30  dəfə 

çoxdur. Venoz qanda bu qazın parsial təzyiqi alveol havasında olan 

CO

2

 parsial təzyiqindən 6-8 mm civə sütunu qədər yüksəkdir, ona 



görə venoz qanından CO

2

 alveollara diffu- ziyası baş verir. 



Qanın plazmasında ancaq cüzi miqdarda (~3%) karbon qazı 

həll  olur,  10%-ə  qədər  CO

2

  karbooksihemoqlobin  (HbCCh)  ilə, 



qalan hissəsi isə karbon turşusu (H

2

CO



3

) halında daşınılır. Alveol 

kapillyarlarında H

2

CO



3

 dissosiasiyaya uğrayaraq Hb, H

2

O və CO


2

 

ayrılır. Əmələ gələn CO



2

 alveol mem- branlarından xaricə diffuziya 

edilir.  Orqanizmdə  daxili  tənəffüsün  intensivliyi,  orqanizmdən 

karbon qazının xaric edilməsi ilə sıx bağlıdır. CO

2

 nə qədər sürətlə 



xaric  edilərsə,  qan  bir  o  qədər  sürətlə  oksigenləşir,  hüceyrələrdə 

metobolik oksid-  ləşmə prosesləri  bir o qədər artır. Belə bir faktı 

qeyd  edək.  CO

2

  toxumalardan  qana  daxil  olması  sayəsində 



hemoqlobinin  02-ə  olan  hərisliyi  xeyli  aşağı  düşür.  Qanda  O

2

 



yüksək parsial təzyiqi CO

2

 parsial təzyiqindən xeyli asılıdır. 



Venoz  qanda  olan  karbon  qazının  çox  hissəsi  karbonat 

turşusu  qazları  şəklində  plazma  və  qırmızı  qan  cisimciklərin 

tərkibində  az  bir  hissəsi  isə  həll  olmuş  və  karbohemoqlobin 

şəklində olur. 

Toxuma  hüceyrələrində  əvvəlcə  eritrositlərin  membra- 

nında 


HCO3 

turşusu  əmələ  gəlir.  Qanda  əmələ  gələn 

H2CO3 

davamsız birləşmə olub, H



+

 və 


HCO-3 

ionlarına parçalana bi- 



175 

downloaded from KitabYurdu.org



lir-C0

2

+H

2

0<^H

2

C0

İ

-^H

+

HC0

İ

  ■  Eritrositlərdə  gedən  bu  re-

aksiyanı,  ancaq  atmosfer  təzyiqdə,  oksigen  aclığı  zamanı  fəallığı 

artan karboanhidraza fermenti sürətləndirir. Nəzərə almaq lazımdır 

ki,  toxuma  kapillyarlarında  CO

2

  gərginliyi  çox  olduğundan  H



2

eritrositə keçir. Ağciyərlərdə əksinə olduğu üçün H



2

O eritrositdən 

plazmaya  daxil  olur.  Lakin  bu  prosesdə,  yəni  CO

2

  qana,  ordan 



alveola keçməsində yaranan təzyiqlər fərqi əsas rol oynayır. Bu fərq 

CO

2



 üçün toxuma mayesində 60 mm. Hg.st, arterial qanda isə 40 

ml  Hg.st  təşkil  edir  və  nəticədə  CO

2

  qana  diffuziya  edir. 



Ağciyərlərdə  Hb  hamısı  HbCh  çevirdiyi  üçün  CO

2

  xaric  olması 



sürətlənir.  Toxumalarda  isə  qanda  olan  HbCE-inin 

02

-ni  qandan 



toxuma  hüceyrəsinə  verir,  mübadilə  məhsulu  olan  CO

2

  isə  qana 



keçir (şəkil 12 A, B). 

Eritrosıt 

Plazma Hüceyrə 

 

Eritrosit 



Plazma Alveolyar 

 

Şəkil 12. 

Qazlar mübadiləsində (toxuma və ağciyərlərdə) 

eritrositlərin iştirakı. 



176 

downloaded from KitabYurdu.org



12.16.

 

Bətndaxili inkişaf dövründə tənəffüs 

Embrional  inkişaf  dövründə  dölün  qaz  mübadiləsi  ana 

uşaqlığı ilə döl arasında əlaqə  yaradan cift və ya döl qan dövranı 

vasitəsilə həyata keçirilir (şəkil 13). Bunun üçün ana qanı uşaqlıq 

arteriyası ilə kiçik boşluqlara - xovlararası sahələrə və ya lakunalara 

axır. Dölün qanı isə göbək çiyəsi arteriyası vasitəsilə ciftə verilir. 

Burada xovlararası sahədə kapillyar toru əmələ gətirir. Ana ilə döl 

qanı arasında diffuziya baryerinin qalınlığı 3,5 mkm təşkil edir. 

 

Şəkil 13. İnsanda döl qan dövranı. 

Rəqəmlər qanda 

P

 

uyğun gəlir (mm.Hg.st). 



GA - göbək çiyəsi arteriyası; ABV - 

aşağı boş vena; 

Qar V - qaraciyər venası; 

AA - ağciyər arteriyası; 

1- sağ mədəcik; 

3 - sağ qulaqcıq; 

GV - göbək çiyəsi venası; 

QV - qapı venası; 

YBV - yuxarı boş vena; 

Ar. A - arteriya axacağı (Botal axacaq); 

2 - sol mədəcik; 

4 - sol qulaqcıq. 

177 

downloaded from KitabYurdu.org



Qaz mübadihsi. Ana qanı xovlararası nahiyələrdə P

0j

 

qarışığı yerli fərqlər hesabına sirkulyasiya edir, alveollarda isə qaz 



qarışığı diffuziya hesabına daimi yerini dəyişir. 

_  Göbək  çiyəsi  venası  (GV)  venoz  axar  (VA)  vasitəsilə  həm 

aşağı boş venaya (ABV), həm də qapı venasından (QV) axan qana 

tökülür,  nəticədə  qaraciyər  venası  (qar.  V)  ilə  venoz  qan  qa-

raciyərlərdən  ABV  qayıtdığı  üçün  qanda  oksigenin  miqdarı  xeyli 

azalır. Sonra qan sağ qulaqcığa (SQ) tökülür və burada yuxarı boş 

vena (YBV) ilə gələn dezoksiqennizasiya olunmuş qan ilə qarışır. 

Lakin YBV və ABV vasitəsilə sol qulaqcığa daxil olan qanın çox 

hissəsi sağ qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa, ordan isə 

beynə və ürəyə istiqamətlənir. 

Qanın  müəyyən  hissəsi  isə  sol  qulaqcıqlardan  ağciyər  ar-

teriyası  ilə  ağciyərlərə  gedir.  Lakin  onun  çox  hissəsi  ağciyərə 

çatmadan arteriya və ya Botal axacağı ilə digər orqanlara verilir. 

Döldə ağciyərlər tənəffüsdə iştirak etmir. Oksigenlə zəngin 

qanı isə daha çox qaraciyər, beyin və ürək alır. 

Uşaq anadan olandan sonra, göbək ciyəsinin kəsilməsindən 

sonra, uşaq orqanizmində hipoksiya və P

co

 miqdarı 

çoxalır  (hiperkapniya).  Ola  bilsin  ki,  anadan  olandan  sonra 

xemoreseptorlara qarşı hissiyyat artır, qanda P



co

 artması hu- 

moral  yolla,  mühitin  ana  bətni  ilə  müqayisədə  mühitin  soyuq 

temperaturunun  dəri  reseptorlarma  təsiri  nəticəsində  əmələ  gələn 

oyanmalar  baş-beynin  uzunsov  beyindəki  nəfəsalma  (insprator) 

mərkəzinə verilir. Uzunsov beyindən oyanmalar  sinirlər vasitəsilə 

tənəffüs əzələlərinə nəql olunur. Nəticədə, tənəffüs. əzələsi yığılır, 

döş  qəfəsi  böyüyür,  hava  ağciyərlərə  daxil  olur,  ilk  tənəffüs  - 

nəfəsalma baş verir. Bu proses uşağın anadan sağlam doğulduğunu 

göstərir. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin