Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Nazik bağırsaqlarda həzm prosesi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

 

Nazik bağırsaqlarda həzm prosesi 

Nazik bağırsaq uzun boru şəklində olub (insanda bədənin 

uzunluğundan 4-5 dəfə çox olur), mədədən başlayan hissəsi 48 mm, 

yoğun bağırsağa açılan hissəsi isə 27 mm-ə qə- 

 

Şəkil 13. 

Nazik bağırsağın divarının quruluşu. 

Qişalar: 



- Selikli, 

II 

- Selikaltı, 

III 

- Əzələ, 

IV 

- Serroz. 1 - xovlar, 



- çıxıntı, 



- epiteli, 



- selikli qişanın xüsusi qatı, 



- əzələ qatı, 



- damar toru, 



- limfa toru, 8 - sinir lifi, 9-10 - selikaltı 

və əzələ sinir kələfi. 

253 

downloaded from KitabYurdu.org



Nazik  bağırsağı  anatomik  olaraq  üç  hissəyə  bölürlər:  1) 

onikibarmaq  bağırsaq  insanda  25-30  sm,  2)  acı  bağırsaq,  bütün 

nazik bağırsağın uzunluğunun 2/5-ni təşkil edir, 3) qalça bağırsaq 

isə bağırsağın  qalan 3/5-nü təşkil  edir. Nazik  bağırsaqların  divarı 

selikli,  selikaltı,  əzələ  və  seroz  qişalardan  ibarətdir.  Nazik 

bağırsaqların  divarının  quruluşu  şəkil  9-da  yerilmişdir.  Uqolyevə 

(1963,  1967,  1972)  görə  mikroxovlar  nəinki  bağırsağın  sorma 

səthini artırır, o həm də katalizator rolunu oynayır, həmin zona divar 

önü (membran) həzmi və sorulma funksiyasını həyata keçirir. Nazik 

bağırsağın sekretor funksiyası onun bütün şöbələri tərəfindən yerinə 

yetirilir.  Bağırsaq  şirəsi,  mədəaltı  şirə  və  öd  onikibarmaq 

bağırsaqda  mədədən  oraya  daxil  olan  himus  ilə  qarışır.  Bağırsaq 

şirəsinin tərkibinin yüz illər boyu öyrənilməsinə baxmayaraq, əsas 

nəticə  I.P.Pavlovun  laboratoriyasında  enteroginoza  fermentinin 

kəşfi ilə əldə edilmişdir. Brünner vəziləri onikibarmaq bağırsağın 

proksimal  hissəsində  yerləşir.  Brunner  vəzilərinin  ifraz  etdiyi 

şirənin  tərkibində  mutsin  və  turş  mühitdə  zülal  maddəsini 

parçalayan və südü çürüdən pepsinəoxşar  ferment  olur. Bu vəzin 

ifraz etdiyi maddə onikibarmaq bağırsağın selikli qişasını örtməklə 

qoruyucu funksiyanı yerinə yetirir. 

Bütün  nazik  bağırsaq  boyu,  onun  selikli  qişasında  li- 

berkyun vəziləri yerləşir və bunların ifraz etdiyi şirə onikibarmaq 

bağırsaqda qidanın həzmini asanlaşdırır. 

13.36.

 

Bağırsaq 

şirəsinin tərkibi və 

xassələri 

Təmiz  bağırsaq  şirəsini  xüsusi  operasiya  olunmuş  hey-

vandan almaq olar. Bu zaman Tri-Vella üsulu ilə heyvana narkoz 

verilib  onun  qarın  boşluğu  açılır  və  kiçik  bir  hissəsi  elə  kəsilib 

götürülür ki, müsariqə zədələnməmiş və qan təchizatı pozulmamış 

olsun. Bağırsağın kəsilmiş uclarını bir-birinə tikirlər və bağırsağın 

qidanı keçirmək qabiliyyəti bərpa olunur. 

254 

downloaded from KitabYurdu.org



Kəsilmiş bağırsağın uclarını xaricə çıxarıb dəriyə tikirlər, heyvanın 

yarası  sağaldıqdan  sonra  bağırsağın  təcrid  olunmuş  hissəsindən 

təmiz bağırsaq şirəsi yığmaq mümkün olur. Təmiz bağırsaq şirəsi 

tutqun,  rəngsiz  maye  olub  duru  hissədən  və  selik  topalarından, 

degenerasiya  etmiş  epitel  hüceyrələrindən  və  xolisterin 

kristallarından  ibarətdir.  Duru  hissəni  tədqiq  etmək  üçün  intensiv 

şirə ifrazına səbəb olan yerli mexaniki təsirdən istifadə edirlər. Duru 

hissənin reaksiyası qələvidir. Bağırsağın selikli qişasının şirəsində 

qida  maddələrinin  həzmində  iştirak  edən  22-yə  qədər  ferment 

vardır. 


1.

 

Enteroginaza  -  bu  ferment  çox  miqdarda,  nazik  ba-

ğırsağın  şöbələrində,  xüsusilə,  onikibarmaq  bağırsaqda  sintez 

olunur. Yoğun bağırsaqda sintez olunmur. 

O,  mədəaltı  vəzinin  şirəsinin  tərkibindəki  təsirsiz  tripsi- 

nogeni fəal tripsinə çevirir. 

2.

 

Peptidaza  qrupu  -  digər  proteolitik  -  əvvəllər  erepsin 

adlandırılan  bu  maddə  böyük  əhəmiyyətə  malikdir.  Onun  əsas 

nümayəndələrindən  biri  leysinoaminopeptidaza  olub,  xüsusən 

zəncirin  sonunda  leysin,  norleysin  və  norvalin  qalığı  olan  pep- 

tidləri daha böyük sürətlə parçalayır. Leysinoaminopeptidaza həm 

bağırsağın selikli qişasında, həm də onun şirəsində çoxlu miqdarda 

olur. 

3.

 

Katepsinlər  -  zəif  turş  mühitdə  zülal  maddələrini  par-

çalayır. 



4.

 

Qələvi fosfataza - qələvi mühitdə orta fosfat turşusunun 

monoefırlərini hidroliz edir. 



5.

 

Turş fosfotaza - turş mühitdə qələvi fosfatazanm təsirinə 

oxşar təsirə malik olur. 



6.

 

Nukleaza turşuları depolimerizə edir. 

7.

 

Lipaza  -  neytral  yağları  qliserin  və  yağ  turşularına 

parçalayan fermentdir. 



8.

 

Müəyyən  edilmişdir  ki,  xolisterin  ancaq  sərbəst  halda 

sorulur. 

9.

 

Amilaza  -  nişastanı  disaxaridlərə  parçalayır.  Bağırsaq 

şirəsində çox az miqdarda olur. Belə hesab edirlər ki, buraya qanın 

plazmasından keçir. 

255 

downloaded from KitabYurdu.org



10.

 

Laktaza - süd şəkərinin  qlükoza və qalaktozaya qədər 

parçalayır. 



11.

 

Maltaza - maltozanı parçalayır. 

Beləliklə,  birbaşa  bağırsağın  selikli  qişasına  təsir  edən 

mexaniki və kimyəvi qıcıqlandırıcılar bağırsaq şirəsinin artmasına 

səbəb olur. 

Bağırsağın  şirə  ifrazı  eyni  zamanda  qida  maddələrinin 

parçalanma məhsullarının təsiri ilə də  əmələ  gəlir. Məsələn, qida 

maddələrindən  süd  şəkəri,  sabun,  duz  turşusu,  zülalın  həzm 

məhsulları və sair belə maddələrdəndir. 

Nasset  göstərmişdir  ki,  bağırsaq  vəzilərinin  şirə  ifrazına 

səbəb  sekretin  hormonundan  da  yaxşı  təsirə  malik  olan  və 

bağırsağın  selikli  qişasında  əmələ  gələn  enterokrin  hormonunun 

təsiridir. 



13.37.Nazik bağırsaqların 

hərəkətinin tipləri və motor 

funksiyası 

Bağırsaqların motor funksiyası iki qrup hərəkət sayəsində 

yerinə yetirilir. Birinci - qida kütləsinin qarışmasını və sürtülməsini, 

digəri qida kütləsinin bağırsaqda hərəkətini təmin edir. Birinci qrup 

seqmentşəkilli,  ikinci  qrup  isə  -  peris-  taltik  hərəkətdir.  Bağırsaq 

hərəkətlərinin  bütün  növləri  dörd  tipə  bölünür:  1)  ritmik 

seqmentasiya, 2) kəfkirvarı hərəkət, 3) pe- ristaltik hərəkət, 4) anti-

peristaltik hərəkət. 

Bağırsaqların  divarları  ikiqat  saya  əzələ  təbəqəsindən 

ibarətdir. Xarici qat uzununa əzələ liflərindən, daxili qat isə həlqəvi 

əzələlərdən  təşkil  olunur.  Əzələlərin  yığılması  qida  horrasının 

qarışmasına, həlqəvi əzələlərin yığılması qidanı yoğun bağırsaqlara 

tərəf hərəkət etdirməyə xidmət edir. 

iki növ əzələ yığılması: kəfkirvarı və peristaltik yığılma ilə 

tanış olaq. 

Bağırsaqların kəfkirvarı hərəkəti uzununa və həlqəvi əzə-

lələrin yığılması ilə əlaqədardır. Bağırsağın hər hansı bir hissəsinin 

uzununa  əzələləri  yığıldıqda  bu  hissə  qısalır  və  genişlənir.  Bu 

əzələlər boşaldıqda isə həmin hissə uzanır və daralır. Həlqəvi 

256 

downloaded from KitabYurdu.org



əzələlər  yığıldıqda  isə  bir  neçə  dairəvi  əzələ  lifləri  bir-birindən 

müəyyən  məsafədə  yığılır.  Qida  horrası  ayrı-ayrı  hissələrə  par-

çalanaraq  bir  sıra  seqmentlər  əmələ  gətirir.  Boylama  və  həlqəvi 

əzələlərin  yığılması  bir-biri  ilə  əlaqədardır.  Bunlar  növbə  və 

müəyyən ritmlə yığılır və qida horrasının qarışmasına kömək edir. 

Bu isə qidanın daha yaxşı və tez həzm olunmasına kömək edir. 

1 1  

Şəkil 14. Mədə-bağırsaq borusunun divarının köndələn kəsiyinin sxematik təsviri. 

1. Müsariqə; 2. Serroz qat; 3. Birləşdirici serroz qatı; 4. Dairəvi əzələ qatı; 5. Göndəoən 

əzələ qatı; 5. Auerbax kələfi; Meysner kələfi; 8. Dairəvi qat; 9. Selikaltı toxuma; 10. iri 

vəzin axarlarının çıxarı; 11. Selikli vəz; 12. Selikaltı vəz. 

Peristaltik  və  ya  qurdabənzər  hərəkət-bağırsağın  bir 

hissəsinin həlqəvi əzələləri yığılarkən ondan aşağıda olan hissənin 

genişlənməsindən ibarətdir. Qida horrası bağırsaqların genişlənmiş 

hissəsinə  itələnir,  sonra  həmin  bu  hissə  yığılaraq  qida  horrasını 

bağırsaqların  genişlənmiş  digər  hissəsinə  qovur.  Nazik 

bağırsaqların peristallik yığılması və bir-birinin dalınca gələn belə 

yığılmalar  dalğası  qida  horrasının  yoğun  bağırsağa,  oradan  isə 

yoğun bağırsaqların  hərəkəti sayəsində onun son  hissəsi  olan düz 

bağırsağa keçir. 

Bağırsaq  hərəkətinə  təsir  göstərən  humoral  qı-cıq- 

landırıcılara nazik bağırsağın selikli qişasında əmələ gələn və 

 





257 

downloaded from KitabYurdu.org



həzm zamanı qana daxil olan xolin, serotonin, entrokrinini kimyəvi 

maddələrə turşular, qələvilər, öd, sabunlar, duzlan göstərmək olar. 

Bağırsaqlar  avtomatik  hərəkətə  malikdir,  yəni  bir  parça  bağırsaq 

kəsib  qidalı  məhlula  daxil  etsək,  orqanizmlə  heç  bir  əlaqəsi 

olmamasına baxmayaraq onun vaxtaşırı yığılması davam edəcəkdir. 

Şəkil 15. Azan (A) və Simpatik (B) sinirin qıcıqlandırılmasının nazik bağırsaqların 

motor fəaliyyətinə təsiri. 

Bağırsaq  əzələlərinin  hərəkətləri  reflektorı  və  humoral 

yollarla  oyana  və  tormozlana  bilər.  Mərkəzi  sinir  impulsları 

bağırsaq divarının əzələlərinə azan və simpatik sinirlərlə daxil olur. 

Elektrik qıcığı ilə azan sinirin (n. vagus) qıcıqlandı- rılması əzələ 

hərəkətini qüvvətləndirir və tonusunu artırır (şəkil 15A). Simpatik 

sinirin  {n.  splachnius)  qıcıqlandırılması  bağırsaq  hərəkətinin 

tormozlanmasma  və  tonusun  kəskin  azalmasına  səbəb  olur  (şəkil 

15B). İnsanda və heyvanlarda emosional vəziyyət zamanı, məsələn, 

qəzəb,  qorxu,  ağrı  zamanı  simpatik  sinir  sisteminin  oyanması  ilə 

əlaqədar bağırsaq hərəkətləri zəifləyir. 

Yoğun  bağırsaqlarda  qida  kütləsi  peristaltik  və  ya  qur- 

dabənzər  hərəkətin  təsiri  altında  qarışır,  suyun  sorulması  nə-

ticəsində qatılaşır və bakteriyalarm təsiri altında sonrakı par 

 

13.38.

 

Yoğun bağırsaqlar 

258 

downloaded from KitabYurdu.org



çalanmağa  məruz  qalır.  Qidanın  həzm  olunmamış  qalığı  isə  kal 

(nəcis) kütləsi halında düzbağırsağa doğru hərəkət edir. 

İnsanın  yoğun  bağırsağının  uzunluğu  120-150  sm,  onun 

diametri isə korbağırsaq nahiyəsində 6-9 sm olub, distal hissəsində 

azalır. Yoğun bağırsağın korbağırsaq nahiyəsində himus duru olub, 

bakteriyaların  təsirinə  və  sorulmaya  daha  çox  məruz  qalır.  Bu 

proses  qalxan,  köndələn  və  enən  çənbərbağırsaqlarda  da  davam 

edir. Siqmayabənzər (8-ə bənzər) və düzbağırsaq əsasən rezervuar 

rolunu  oynayır.  Yoğun  bağırsaq  iki  sfinekter  vasitəsilə  qurtarır. 

Bunlardan proksimal hissədə olan - ileose- kal (bauqinov) sfinekter 

və  distal  hissəsində  olan  anal  sfinek-  ter.  Anal  sfmekterin  daxili 

hissəsi saya əzələdən, xarici hissəsi isə eninəzolaqlı əzələdən əmələ 

gəlib. 

Yoğun  bağırsaqların  selikli  qişasında  mikroxovlar  olmur. 



Selikli  qişa  çoxlu  selikli  epitel  və  az  miqdarda  endokrin 

hüceyrələrilə örtülmüş 0,7 mm qalınlığında büküşlər əmələ gətirir. 

Hüceyrələr büküşlərin dərinliyindən zirvəsinə qədər qalxır və orada 

ömrünü başa vurur. Nazik  bağırsaqlarda bu prosesə 3-4 gün vaxt 

sərf  olunduğu  halda,  yoğun  bağırsağda  5-7  gün  çəkir.  Yoğun 

bağırsağın  təqəllüsünün  xarakteri  onun  saya  əzələlərinin 

potensialının dəyişməsi və s. onun fəaliyyət cərəyanının asta dalğası 

və vegetativ  sinir sisteminin modulyasiya təsirilə müəyyən edilir. 

Parasimpatik siqnallar yoğun bağırsaqların təqəllüsünü fəallaşdırır. 

Simpatik  stimulyasiya,  noradre-  nalin  isə  əksinə,  əzələ 

hüceyrəsində  parasimpatik  (siqnallar)  kimi  fəaliyyət  cərəyanının 

depolyarizasiyasma deyil, hiper- polyarizasiyasma və bu, əzələnin 

boşalmasına  səbəb  olur.  Yoğun  bağırsaqların  təqəllüsü  mədə-

bağırsaq  polipeptidlərin-  dən  qastrin  və  xolesistokini  gücləndirir, 

sekretin  və  qlükaqon  isə  ləngidir.  Yoğun  bağırsaqlarda  asta 

dalğalanmanın  tezliyi  nazik  bağırsaqlara  nisbətən  güclüdür. 

Xolinerqiq  və  peptider-  qiq  neyronlarm  mediatorları  P  maddəsi, 

enkefolin və somoto- sitin stimulyasiyaedici təsir edir. İnkişaf etmiş 

ölkələrin insanları ilə, Afrikanın kənd yerlərində yaşayan insanlarla 

müqayisədə yoğun bağırsaqda ileosekal qapaqlardan düzbağırsağa 

qədər himusun hərəkəti vaxta görə fərqlənir. Bu müddət inki- 

259 

downloaded from KitabYurdu.org



şaf etmiş ölkələrdə 2-3 gün, Afrikada isə, orta evakuasiya vaxtı 36 

saat çəkir. 



Daxilolan Tüpürcək Qida İdxal olan 

 

 



 

Acı bağırsaq ES&

 

5000 ml


 

2000 ml

 

 



Acı bağırsaq

 

 



 

1000 ml 


100 ml 

Şəkil  16. 

Mədə-bağırsaq traktında  maye  balansı.  Ümumi  mayenin  miqdarında  mədə-

bağırsaq sisteminə daxil olan qida ilə (2 1) və en- dogen sekret vasitəsilə (7 1). 

Bundan nəcis vasitəsilə ancaq 100 ml xaric olur. 

Yağlarla zəngin kalorili qidalar yoğun bağırsağın hərəkətini 

qüvvətləndirir, sulu-karbonatlar və zülallar ona təsir etmir. Mədə-

bağırsaq refleksi yeməkdən 10 dəqiqə sonra baş 



260 

downloaded from KitabYurdu.org



layır. Gün ərzində korbağırsağa himusla birlikdə 1,5 1 qədər maye 

daxil  olur.  Onun  90%-ə  qədəri  yoğun  bağırsağa  sorulur,  100  ml 

qədəri isə nəcis ilə xaric olur (şəkil 16). Elektrolitlər və su yoğun 

bağırsaqlarda hətta çox yüksək osmotik qradientə qarşı belə daha 

effektli  sorulur.  Buna  yoğun  bağırsaqların  epi-  telinin  yüksək 

potensial fərqi hesabına yaranan sıxlığa kömək edir. İnsanın yoğun 

bağırsağında  potensiallar  fərqi  30-40  mB,  acı  bağırsaqda  isə  2-4 

mB təşkil edir. Na

+

 ionları sadə diffu- ziya yolu ilə hər gün yoğun 



bağırsağa  5-10  mmol  K

+

  daxil  olur.  Nəcis  kütləsi  ilə  isə  10-15 



mmol  xaric  olur.  Korbağırsa-  qda  150  mmol  Na

+

  daxil  olur,  2-4 



mmol  isə  ekskretsiya  olur.  Xloridlər  və  bikarbonatlarda,  yoğun 

bağırsaqlarda fəal sorulur. Hər gün yoğun bağırsağa 60 mmol Ck 

ionları daxil olur, nəcis vasitəsilə isə 2 mmol qədər xaric olur. 

Su  və  mineral  duzlardan  başqa  yoğun  bağırsaqlara  nazik 

bağırsaqlarda  sorulmamış  üzvi  maddələr  də  daxil  olur.  Belə 

maddələrə  bitki  lifləri  və  digər  bitki  komponentləri-  sellülo-  za, 

hemisellüloza  və  insan  amilazası  ilə  parçalanmayan  sulu 

karbonatlar  (pektin  və  liqnin).  Onlar  bağırsaq  bakteriyaları 

tərəfindən parçalanır. Bağırsaq bakteriyaları ileosekal qapaqlardan 

sonra yoğun bağırsaqda acı bağırsağa nisbətən (10

6

 - qarşı) 10



n

-ll


12

 

təşkil edir. Yoğun bağırsaqların bakteriyalarm çox hissəsi anaerob 



bakteriyalardır.  Bura  Bifıdüs  və  Baktero-  des  aiddir  (spor  əmələ 

gətirməyən  qram  müsbət  və  qram  mənfi)  Aerob  bakteriyalar-E 

coul.  Entrokoki  və  Lakto  bakteriya-  lar  yoğun  bağırsağın 

bakteriyalarının  1%-ə  qədərini  təşkil  edir.  Yoğun  bağırsaqlarda 

nəcisin quru kütləsinin 30-50%-ni təşkil edən 400-ə qədər bakteriya 

növü  mövcud  olur.  Anaerob  bak-  teriyalar  bitki  liflərini  yağ 

turşusuna qədər parçalayır. 

Düzbağırsağa  daxil  olmuş  nəcis  kütləsi  reflektoru  olaraq 

defekasiya  aktına  səbəb  olur.  Qərb  ölkələrinin  insanlarında 

defekasiya aktının normal tezliyi gün ərzində 3 dəfədən, həftədə 3 

dəfəyə  qədər  arasında  tərədüd  edir.  Çoxlu  miqdarda  su  yoğun 

bağırsağa daxil olaraq diareyaya-ishala səbəb olur. 



261 

downloaded from KitabYurdu.org



13.39.

 

Yoğun bağırsaqlarda həzm 

Qeyd  etmək  lazımdır  ki,  yoğun  bağırsaqlarda  ancaq  az 

miqdarda  nazik  bağırsaqlardan  fermentlərlə  hopdurulmuş  qida 

maddələrinin  bir  hissəsi  qana  keçir.  Burada  əsasən  su  sorulur. 

Suyunu  itirmiş  həzm  olunmayan  qida  qalıqları  bağırsaqların 

səthində  qopan  hüceyrələr,  ifraz  olunan  selik  bağırsaqların  işini 

başa  çatdırmaqla  yanaşı,  həm  də  yoğun  bağırsaq  mikroflorasında 

orqanizmin başqa fizioloji prosesləri üçün mühüm əhəmiyyəti olan 

vitaminlər  sintez  olunur.  Burada  bakteriyaların  fəaliyyəti 

nəticəsində heç bir mexaniki, kimyəvi və fermentativ təsirə məruz 

qalmayan  hüceyrəsinin  sellüloza  yoğun  bağırsağın  öz  şirəsi  və 

nazik bağırsaqdan az da olsa axan şirənin tərkibindəki fermentlərin 

təsirilə parçalanır və qana sorulur. 

Yoğun bağırsaqlar anatomik cəhətdən həzm sisteminin nazik 

bağırsaqlardan  sonra  gələn  şöbəsi  olub,  aşağıdakı  hissələrdən 

ibarətdir (şəkil 1): 

1.

 

Korbağırsaq soxulcanabənzər çıxıntısı ilə birlikdə; 



2.

 

Çənbərbağırsaq  (bu  öz  növbəsində  qalxan,  köndələn, 



enən, s-ə bənzər şöbələrindən təşkil olunur). 

3.

 



Düzbağırsaq. 

İnsanda  yoğun  bağırsaqların  uzunluğu  1,5-2,0  m-ə  qədər 

olub, eni başlanğıc hissədə 7 sm, son hissəsində isə 4 sm-ə çatır. 

Yoğun bağırsaqların da divarı nazik bağırsaqlarda olduğu 

kimi  selikli,  selikaltı,  əzələ  və  serroz  qişalardan  ibarətdir.  Selikli 

qişada xovlar olmur. 



13.40.

 

Yoğun bağırsaqların sekretor fəaliyyəti 

Aydın  olmuşdur  ki,  yoğun  bağırsaqların  şirəsində  nazik 

bağırsaqlarda olduğu kimi duru və bərk hissələr vardır. Şirənin duru 

hissəsi qələvi xassəyə malik şəffaf mayedir (pH 8,59,0). 



262 

downloaded from KitabYurdu.org



Orta  hesabla  duru  hissənin  98,6  %-ni  su,  0,63  %-ni  üzvi 

maddələr, 0,68 %-ni qeyri-üzvi maddələr təşkil edir. 

Şirənin  bərk  hissəsi  seliklə  qarışıq  olan  qonur-sarı  rəngli 

kütlədən ibarətdir. Histoloji tədqiqatlardan müəyyən edilmişdir ki, 

yoğun  və  həm  də  nazik  bağırsaqların  şirəsinin  bərk  hissəsini 

bağırsaq  divarlarının  ölmüş  epitelli  hüceyrələri  və  az  miqdarda 

limfoid elementləri təşkil edir. Qeyd etmək lazımdır ki, şirənin bərk 

hissəsində  fermentlərin  miqdarı  duru  hissəyə  nisbətən  8-10  dəfə 

çoxdur. 

Yoğun  bağırsaqların  şirəsinin  tərkibində  enterokinaza  və 

saxaroza (alfoqlikozidaza) olmur. Lakin az miqdarda ka- tepsinlərə, 

peptidozlara,  lipaza,  amilaza,  nukleaza,  ureazaya  və  s.  təsadüf 

olunur.  Bunların  içərisində  daha  yüksək  təsirə  malik  olan  qələvi 

fosfatazanm aktivliyidir. Fosfatazaların sekresiyasının intensivliyi 

nazik bağırsaqların yuxarı hissələrində- kinə nisbətən zəifdir. 

Yoğun bağırsaqlarda şirə ifrazı nazik bağırsaqlara nisbətən 

yerli xarakter daşıyır. Belə ki, mexaniki qıcıqlandırma əhəmiyyətli 

dərəcədə yoğun bağırsaqlarda şirə ifrazını artırır. 



13.41.

 

Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti 

Yoğun bağırsaq mikroflorası müxtəlif qrup bakteriya- larla 

zəngindir.  Bu  bakteriyalar  aşağıdakı  funksiyaların  yerinə 

yetirilməsində yaxından iştirak edirlər: 

1.

 

Müdafiə vəzisi daşıyan bakteriyalar. 



2.

 

Həzm  şirəsinin  komponentlərinin  parçalanmasında 



iştirak edən bakteriyalar. 

3.

 



Vitaminlərin,  fermentlərin  və  digər  fizioloji  aktiv 

maddələrin sintezində iştirak edən bakteriyalar. 

Bağırsağın  normal  mikroflorası  patogen  mikroblara  və 

onların  toksinlərinə  qarşı  kəskin  antaqonist  aktivliyə  malik 

olmaqla, həm də sahibin orqanizmini həmin patogen mikrob- ların 

bədənə  daxil  olmasından  və  onların  çoxalmasından  qoruyur.  Bir 

çox xəstəliklər, məsələn, ishal, qarın yatalağı, bağır 

263 

downloaded from KitabYurdu.org



saq  iltihablarında  həm  bağırsaq  mikroflorasının  tərkibi,  həm  də 

antaqonist  xassəsi  dəyişə  bilər.  Xüsusilə,  orqanizmə  antibiotiklər 

daxil olduqda bakteriyaların antaqonistik xassəsi kəskin zəifləyir. 

Həzm şirələri və onların aktiv komponentləri (ferment- lər, 

fosforlu  birləşmələr,  öd  turşuları  və  s.)  öz  fizioloji  vəzifələrini 

yerinə  yetirdikdən  sonra  bunların  bir  hissəsi  nazik  bağırsaqların 

sonunda  geriyə  sorulur,  digər  qismi  isə  ximusla  birlikdə  yoğun 

bağırsağa  daxil  olur.  Bu  şöbədə  bəzi  birləşmələr  sorulur  və  ya 

mikrofloranın müxtəlif təsirlərinə məruz qalır. 

Yoğun  bağırsaq  florasının  mikrob  kütləsini  parçalayan 

digər şirələrdən biri də öd hesab olunur. 

Öd  turşusu  qaraciyərdə  sintez  olunaraq  qlikohol  və  ya 

tauroal turşusu şəklində öd ilə birlikdə ifraz olunur. Lakin nəcisdə 

öd turşusu sərbəst halda olur. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin