Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


axacağı; 15 - onikibarmaq bağırsağın yuxarı üfüqi hissəsi; 16 - onikibarmaq bağırsağın enən hissəsi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

axacağı; 15 - onikibarmaq bağırsağın yuxarı üfüqi hissəsi; 16 - onikibarmaq bağırsağın enən hissəsi; 

17  -  onikibarmaq  bağırsağın  aşağı  üfüqi  hissəsi;  18  -  onikibarmaq  bağırsağın  acıbağırsağa  keçən 

hissəsi; 19 - acı bağırsaq. 

Həzm üçün son dərəcədə əhəmiyyəti olan pankreas vəzinin və 

qaraciyərin  hazırladıqları  həzm  şirələri  bu  axacaq  vasitəsilə 

onikibarmaq bağırsağa açılır. 



13.28.

 

Mədəaltı vəzinin həzmdə rolu 

Pankreas və ya mədəaltı  vəzi. Bu vəzi  əsas  etibarilə mə-

dənin alt və arxa hissəsində yerləşir (şəkil 12). Çəkisi təxminən 70-

100 qr-a qədərdir. Xaricdən seroz qişa ilə örtülmüşdür. Vəzi əmələ 

gətirən hüceyrələr 2 qrupa ayrılır. Axacağı olmayan iri hüceyrələr 

zəngin qan kapillyarları ilə əhatə olunmuşdur. Adi gözlə baxdıqda 

belə  bu  hüceyrələr  nöqtələr  şəklində  görünür.  Bu  hüceyrələrə 

insulyar  hüceyrələr  və  ya  Langer-Hans  adacıq-  ları  deyilir. 

Hazırladıqları  bioloji  fəal  maddəyə  hormon  deyilir.  Hüceyrələrin 

hazırladığı hormonlar hüceyrələrin divarlarından qana keçir. Qan 

vasitəsilə bədənə yayılır. Bu vəzin 



243 

downloaded from KitabYurdu.org



hüceyrələri  insulin  və  qlükoqon,  lipokain,  sentropenin,  vaqar- 

tonin, retardin və s. hormonları hazırlayır. Bu hormonlar insulin və 

qlükoqon şəkər mübadiləsini nizama salır. İnsulin sadə şəkərlərin 

hüceyrələr  tərəfindən  mənimsənilməsinə  və  onların  mürəkkəb 

şəkərə çevrilməsinə səbəb olduğu halda, qlükoqon hormonu əksinə, 

mürəkkəb şəkərləri sadə şəkərlərə qədər parçalayır, axarı olan kiçik 

hüceyrələr  isə  pankreas  şirəsi  hazırlayır.  Hüceyrələrdən  başlayan 

kiçik axarcıqlar birləşərək böyük axarcıqlara keçir və onikibarmaq 

bağırsağa açılır. İtlərdə başqa heyvanlardan fərqli olaraq pankreasm 

iki  axarı  olur.  Bunlardan  əsas  axar  onikibarmaq  bağırsağın  orta 

hissəsinə  açılır.  İkinci  əlavə  axar  nisbətən  qısa  olub,  öd  axarı  ilə 

birləşərək,  onikibarmaq  bağırsağın  yuxarı  hissəsinə  açılır.  Bağır-

sağa  açılan  nahiyələrində  axar  divarlarının  həlqəvi  lifləri  və 

bağırsaq  əzələləri  birlikdə  qalınlaşaraq,  büzücü  əzələ  -sfinktor 

əmələ gətirir. 

1879-cu ildə İ.P.Pavlov və ondan bir il sonra Hayden- Hayn 

xroniki şəraitində pankreas şirəsini əldə etməklə bərabər, həm də 

şirə ifrazı mexanizmini tədqiq edə bilmişlər. 

Qida  mədədən  nazik  bağırsağa  evakuasiya  olunduqdan 

sonra  intensiv  həzmə  məruz  qalır  və  bu  prosesdə  həlledici  rolu 

mədəaltı  vəzinin,  öd  kisəsinin  və  nazik  bağırsağın  özünün  sek-

resiyası  oynayır.  Mədəaltı  vəzinin  şirəsinin  mühütin  komponenti 

olan  -  biokarbonatları  turş  himusu  neytralaşdırmaqda,  həzm 

fermentləri  isə  qidanın  tərkibində  olan  əsas  maddələri 

parçalamaqda  mühüm  rol  oynayır.  Mədəaltı  vəzinin  şirəsinin 

ifrazını əsasən sekretin və xolisistokinin hormonu, həmçinin azan 

sinir tənzim edir. 

Pankras şirəsi bir sıra elektrolit və duzlara malikdir. Onun 

tərkibində olan əsas anionlara Ch və 

HCO-3, 


kationları - Na

+

 və K



+

 

aiddir. 



Mədəaltı  vəzinin  şirəsinin  zülallarının  90%-ni  həzm  fer-

mentləri və müxtəlif qidaları parçalayan hidrolazalar təşkil edir. 

Lipaza,  amilaza  və  ribonukluaza  fəal  formada  sekresiya 

olunur.  Onikibarmaq  bağırsağın  selikli  qişasından  ifraz  olunan 

entroginaza-entopeptidaza mədəaltı vəzin şirəsində 

244 

downloaded from KitabYurdu.org



passiv  halda  olan  tripsinogeni  trpisinə  katalizə  edir.  Patoloji 

vəziyyətdə (pankratit) mədəaltı vəzinin fermentləri onun özünü həll 

edərək dağıdır və bu hal onun parçalanmasına və ölümə səbəb olur. 

Mədəaltı  vəzinin  ekzokrin  hissəsi  üçün  daha  təsirli  stimulyator 

sekretin və xolesitokinin hormonları hesab edilir. Sekretin hormonu 

bikarbonat ionlar və su sekresiya edən hüceyrələri stimulyasiya edir. 

Xolesistokinin  hormonu  isə  ferment  sekresiya  edən  hüceyrələri 

stimulyasiya edir. 

Mədəaltı  vəzinin  polipeptidi  samatostatin  və  qlükoqon 

mədəaltı vəzin şirə ifrazını ləngidir. 

Mədəaltı vəzinin sinir tənzimi azan sinir vasitəsilə həyata 

keçirilir.  Neyromediator  rolunu  asetilxolin  yerinə  yetirir.  Atropin 

vasitəsilə bu şirə ifrazı ləngidilir. 

Sağlam insanlardan təmiz pankreas şirəsi  almaq  mümkün 

olmur.  Pankreas  vəzin  fəaliyyətini  tədqiq  etmək  məqsədilə 

onikibarmaq  bağırsağa  nazik  rezin  zond  daxil  edirlər.  Bundan 

ümumi klinikada geniş istifadə edilir. 

1935-ci ildə pankreas fıstulası olan bir neçə xəstə üzərində 

təcrübə aparmışlar. Təmiz pankreas şirəsi alınmış və vəzin fəaliyyəti 

öyrənilmişdir. 



13.29.

 

Mədəaltı vəzinin şirəsinin tərkibi 

Mədəaltı  vəzinin  şirəsi  rəngsiz,  şəffaf,  qələvi  reaksiyaya 

malik bir mayedir. Bu şirənin PH-7,8-8,4 arasında dəyişir. Pankreas 

şirəsinin qələvi reaksiyaya malik olması onun tərkibində bikarbonat 

duzlarının olması ilə əlaqədardır. 

Şirənin tərkibində üzvi və qeyri-üzvi maddələr vardır. Üzvi 

maddələrin çox hissəsini zülallar və selikli maddə təşkil edir. Qeyri-

üzvi  maddələrdən  şirənin  tərkibində  ən  çox  bikarbonat  duzları  və 

başqa duzlar olur. Üzvi maddələrin miqdarı müxtəlif şərtlərdən asılı 

olaraq  0,5-8  %  arasında  dəyişir.  Bu  şirənin  tərkibində  zülallar, 

şəkərlər və yağları parçalayan külli miqdarda fermentlər vardır. 

Zülalları parçalayan tripsin fermenti bir neçə ferment- dən 

ibarətdir. 

245 

downloaded from KitabYurdu.org



Polipeptidləri  parçalayan  ximotripsin,  karbooksipoli- 

peptidaza,  orta  zülalları  parçalayan  erepsin,  sulu  karbonları 

parçalayan  amilaza,  maltaza,  laktaza,  nuklein  turşularını  par-

çalayan nukleaza, yağları parçalayan lipaza fermentləri vardır. 

Bilavasitə pankreas axarından alınan şirənin tərkibində olan 

tripsinogen və ximotripsinogen qeyri-fəal  formada olub,  zülalları 

parçalaya bilmirlər. 

Bu fermentlər bağırsaq şirəsinin tərkibində enterokina- za 

fermenti  ilə  birləşir,  qeyri-fəal  formadan  fəal  tripsinə  və  xi- 

motripsinə  çevrilir.  Enterokinaza  fermentini  1899-cu  ildə 

I.P.Pavlovun laboratoriyasında N.l.Pavlenko kəşf etmişdir. Pavlov 

bu fermenti, «fermentlərin fermenti» adlandırmışdır. 

Tripsin və ximotripsin fermentləri zəif qələvi mühitdə uzun 

müddət  təsirini  saxlayır.  Mədə  şirəsinin  tərkibində  olan  pepsin 

fermentindən  fərqli  olaraq  tripsin  və  ximotripsin  fermentləri 

mürəkkəb və orta zülalları amin turşusuna qədər parçalayır. Tripsin 

fermenti  yalnız  orta  zülallara  təsir  edir,  onları  amin  turşularına 

qədər parçalayır. 



13.30.

 

Mədəaltı vəzinin şirə ifrazının fazaları 

Qida  haqqında  fikirləşəndə,  onun  görünüşü  qoxusu  və  s. 

nəticəsində əmələ gələn beyin fazasında 1) bikarbonatlar 10- 15% 

yüksəlir, fermentlər isə 25%-ə qədər çoxalır. Bu faza azan sinirin 

reflektoru oyanması ilə əlaqədar olur, ona görə də ancaq atropin və 

ya  vaqotomiya  vasitəsilə  ləngidilə  bilər.  Qida  mədəyə  daxil  olan 

zaman, 2) mədə fazası başlayır və azan sinir və qastirin təsiri ilə 

mədəaltı vəzinin şirə ifrazı daha da çoxalır. Mədəaltı vəzinin şirə 

ifrazı üçün daha mühüm olan, 3) bağırsaq fazasıdır. Bağırsaq fazası 

onikibarmaq bağırsağa himusin daxil olması ilə başlayır. Bu zaman 

nazik  bağırsağın  hüceyrələri  sekretin,  xolesistokinin  ifraz  edir. 

Mədəaltı  vəzi  çox  böyük  funksional  fəallığa  malikdir.  O, 

fermentləri qidanın həzm olunmasına lazım olan miqdardan da 10 

dəfə çox hazırlayır. Ona görə də vəzinin 90%-ni çıxardıqdan sonra 

belə, qalan 

246 

downloaded from KitabYurdu.org



10%-i  qidanı  həzm  etmək  üçün  lazım  olan  fermenti  hazırlamağa 

kifayətdir. 

Yağları  parçalayan  lipaza  fermenti  nisbətən  qeyri-fəal 

formada olur. Öd turşusunun duzları ilə birləşdikdən sonra fəallaşır, 

yağları  qliserin  və  yağ  turşularına  qədər  parçalayır.  Pankreas 

şirəsinin  tərkibində  sulukarbonları  parçalayan  fer-  mentlər  fəal 

olurlar. Amilaza fermenti mürəkkəb şəkərləri orta şəkərlərə qədər; 

maltaza,  laktaza,  fermentləri  orta  şəkərləri  sadə  şəkərlərə  qədər 

parçalayır.  İnsanın  pankreas  vəzi  sutkada  600-800  ml,  gövşəyən 

heyvanlarda 6-7 1, donuzlarda 8 1, itlərdə 200-300 ml-ə qədər şirə 

ifraz edir. 

13.31.

 

Mədəaltı vəzinin şirə ifrazının mexanizmi 

Qidanın  çeynənməsi,  udulması  və  yeyilməsi  mədəaltı 

vəzinin şirə ifrazına səbəb olduğu kimi qidanın görünüşü, qoxusu, 

eləcə  də  qidalanma  ilə  əlaqəsi  olan  qıcıqlar  vəzinin  şirə  ifrazına 

səbəb olur. 

Buradan aydın olur ki, mədəaltı vəzi mürəkkəb şərti, şərtsiz 

reflektorı yolu ilə oynayır və şirə ifraz edir. 

I.P.Pavlov pankreas axarı xaricə çıxardılmış itlər üzərində 

apardığı  tədqiqatlardan  aydın  etmişdir  ki,  veğetativ  sinir  sistemi 

mədəaltı  vəzinin  fəaliyyətinə  təsir  göstərir.  O,  xroniki  təcrübə 

şəraitində itin boyun nahiyəsinin bir tərəfindəki azan sinirini kəsib 

periferik ucunu dərinin altına tikib, onun digər ucunu zəif induksion 

cərəyan ilə qıcıqlandırdıqda, əvvəlcə şirə ifrazının tormozlandığını 

müşahidə etmişdir. Bu tədqiqatın  nəticəsi  göstərir ki,  azan sinirin 

tərkibində  tormozlayıcı  və  oy-  andırıcı  liflər  vardır.  Sekretor 

tormozlayıcı  liflər  oyandırıcı  liflərə  nisbətən  tez  oyanıb  tez  də 

yorulurlar.  Bu  sinir  liflərinin  degenerasiya  müddəti  də  biri 

digərindən fərqlənir. Sekretor tormozlayıcı liflər sekretor oyandırıcı 

liflərə  nisbətən  tez  degenerasiya  edir.  Buna  görə  azan  sinirinin 

kəsilmiş periferik ucunu kəsdikdən 3-4 gün sonra qıcıqlandırdıqda 

həmin vaxtda sekretor tormozlayıcı liflər degenerasiyaya uğradığı 

üçün, qıcıqlandırma şirə ifrazına səbəb olur. Azan və simpatik sinir 



247 

downloaded from KitabYurdu.org



lərlə  mədəaltı  vəziyə  gələn  impulsların  təsiri  altında  vəzi  oyanır, 

şirə ifraz edir. 

Azan sinir kimi simpatik sinirin də oyanması az miqdarda 

üzvi  maddələrlə  zəngin  qatı  şirə  ifrazına  səbəb  olur.  Bu  sinirlər 

nəinki  penkreasın  şirə  hazırlayan  hüceyrələrinə,  eləcə  də  vəziyə 

gələn  qan  damarlarına  daxil  olan  liflər  büzücü,  oyandırıcı  və 

genəldici təsir göstərir. 

Mədəaltı vəzi reflektoru olmaqla yanaşı humoral yol ilə də 

şirə  ifraz  edir.  Humoral  yol  ilə  mədəaltı  vəzin  şirə  ifraz  etməsi 

qidanın  mədədən  onikibarmaq  bağırsağa  keçməsilə  başlayır.  Bu 

zaman  onikibarmaq  bağırsaqda  hazırlanan  bioloji  fəal  maddələr 

sorulur, qan vasitəsilə mədəaltı vəzinin fəaliyyətinə təsir göstərir. 

Heyvanların  üzərində  aparılan  təcrübələrdən  aydın  olmuşdur  ki, 

onikibarmaq bağırsağa NaCl daxil etdikdə külli miqdarda pankreas 

şirəsi ifraz olunur. 

1902-ci  ildə  ingilis  fizioloqlarından  Beylis  və  Starlink 

mədəaltı  vəzinin  humoral  yol  ilə  şirə  ifrazı  mexanizmini  öyrənə 

bilmişlər. Məlum olmuşdur ki, nazik bağırsağın  yuxarı hissəsinin 

selikli  qişasında  yerləşən  hüceyrələr  istiyə  davamlı  pro-  sekretin 

maddəsi  hazırlayır.  Bu  maddə  qeyri-fəal  şəkildə  olduğu  üçün 

bağırsaqdan qana sorula bilmir. Mədədən bağırsağa keçən HCl-ın 

təsiri  ilə  bu  maddə  fəallaşıb,  sekretinə  çevrilir.  Sekretin  qana 

sorulur, qan vasitəsilə mədəaltı vəziyə oyandırıcı təsir göstərir. Bu 

yol ilə mədəaltı vəzi 4-9 saata qədər şirə ifraz edir. 



13.32.

 

Qaraciyərin həzmdə 

rolu ödün əmələ gəlməsi və 

ifrazı 

Qaraciyər orqanizmdə maddələr mübadiləsində ən mərkəzi 

yer  tutan  orqandır.  O,  orqanizmdə  40-dan  çox  funksiya  yerinə 

yetirir.  Zülal,  karbohidratların,  yağ,  hormon  və  vitaminlərin 

mübadiləsində  iştirak  edir,  həmçinin  çoxlu  endogen  və  ekzogen 

maddələri zərərsizləşdirir. Onun ən mühüm funksiyalarından biri də 

öd  ifrazı  funksiyasıdır.  Ödün  tərkibi  sudan,  mineral  duzlardan, 

selik, xolesterol yağları və lesetin və 



248 

downloaded from KitabYurdu.org



iki  növ  spesifik  komponentdən  -  öd  turşusu  və  piqmentlərdən 

ibarətdir.  Öd,  yağların  həzmində  mühüm  rol  oynayır.  Bilirubin 

hemoqlobinin  parçalanmasının  son  məhsulu  olub,  nəcis  və  sidik 

vasitəsilə xaric olur, 90%-ə qədəri yenidən qana sorulur, onun 90% 

-i qaraciyərə qayıdır. 

Qaraciyər bədənimizdə ən iri vəzi olub, çəkisi 1,5 kq- dır. 

O,  sağ  qabırğaaltı  nahiyədə,  diafraqmamn  altında  yerləşir. 

Qaraciyər  hüceyrələrinin  hazırladığı  öd,  öd  kapillyarları  ilə  öd 

kisəsinə, buradan isə ümumi öd axacağı ilə onikibarmaq bağırsağa 

tökülür (şəkil 10). 

İ.P.Pavlovun  ümumi  öd  axarına  fistula  qoyulması  və  bu 

üsulun  təkmilləşməsi  yolu  ilə  aparılan  təcrübələr  ödün  əmələ 

gəlməsi,  onun  tənzimi  mexanizmi,  ekskretor  funksiyası  və  həzm 

sisteminin qaraciyərin digər üzvləri ilə əlaqəsi və onların sinir və 

humoral yolla tənzimi haqqındakı bilikləri xeyli inkişaf etdirdi. 

Qaraciyərin  struktur  vahidi  onun  paylarını  təşkil  edən 

paycıqdır. Bunların sayı 500 minə qədərdir. Qaraciyər simpatik və 

parasimpatik sinir sistemi tərəfindən əsasən günəş kələfi vasitəsilə 

tənzim olunur. Günəş kələfindən çıxan liflər ön və arxa qaraciyər 

kələfini  əmələ  gətirir.  Ön  kələf  qaraciyər  arteriyası  və  onun 

şaxələri, arxa kələf isə qapı venası və öd yolları ilə gedir. Bundan 

başqa qaraciyərə azan və həmçinin diafraq- ma siniri daxil olur. 

Beləliklə, onikibarmaq bağırsağa mədəaltı vəzin şirəsindən 

əlavə  öd  də  ifraz  olunur.  Öd  qaraciyər  hüceyrələrinin  sekretor 

fəaliyyətinin məhsuludur. Öd qaraciyərdə arası kəsilmədən əmələ 

gəlir və onikibarmaq bağırsağa ancaq həzm prosesində tökülür. Öd 

həzm  prosesi  qurtardıqdan  sonra  öd  kisəsinə  toplanır.  Bir  gün 

müddətində  insanda  500-1200  ml.  öd  hazırlanır,  öd  əmələ  gəlir. 

Ödün reaksiyası (pH 7,3-8,0), xüsusi çəkisi 1,008-1,015-dir. Ödün 

tərkibi aşağıdakı kimidir (faizlə): 

Su-97,5; 

Quru qalıq - 2,5; 

Mineral maddələr - 0,8 Na, K, Mg, C1 göstərmək olar. 

Öd turşusu - 0,9-qlikoxol, tauraxol-qaraciyərdə xoliste- 



249 

downloaded from KitabYurdu.org



rinin parçalanmasında əmələ gəlir; 

Piqmentlər - 0,4-biliverdin, bilirubin; 

Xolisterin -0,1; 

Mutsin -0,1; 

Lesitin - 0,05; 

Yağ turşusu və 

Neytral yağlar - 0,15. 

Qeyd  olunan  maddələrdən  başqa  ödün  tərkibində  sabun, 

sidik cövhəri, sidik turşusu və s. vardır. 

Öd  turşuları  orqanizmdə  xolisterinin  parçalanmasından 

əmələ  gəlir.  Qaraciyərin  ekstripasiyası  ilə  isbat  edilmişdir  ki,  öd 

piqmenti  biliverdin  və  bilirubin  qanda  eritrositlərin  par-

çalanmasından sonra ayrılan hemoqlobindən əmələ gəlir. Qaraciyər 

bədəndən  çıxarıldıqdan  sonra  da  piqmentlərin  miqdarının 

azalmaması,  onu  göstərir  ki,  qaraciyərdən  başqa,  sümük  iliyində, 

dalaqda, limfa düyünlərində də əmələ gəlir. 

Öd  iki  cür  olur:  kisə  ödü,  yəni  öd  kisəsindən  bağırsağa 

tökülən öd və qaraciyər ödü. Kisə ödü daha qatı olur. Qaraciyər ödü 

əmələ  gələn  kimi  öd  kisəsinə  tökülmədən  bilavasitə  bağırsaqlara 

axır, onun rəngi zəif sarı olub açıq çay rənginə bənzəyir. Öd həzm 

prosesində  aşağıdakı  funksiyaların  yerinə  yetirilməsində  iştirak 

edir.  Ödün  təsiri  ilə  bütün  fermentlərin,  o  cümlədən  zülal, 

karbohidrat və yağ fermentlərinin təsiri güclənir, yağları parçalayan 

lipazanm təsiri 20 dəfə artır. Öd yağ turşularının həll olmasına və 

sorulmasma yardım göstərir. Mədədən bağırsağa keçmiş turş qida 

horrasını  neytrallaşdırır.  Ödün  təsiri  ilə  bağırsaqların  hərəkəti 

güclənir,  mədəaltı  vəzin  şirəsinin  ifrazı  artır,  qana  sorularaq 

qaraciyərə təsir edib, öd əmələ gəlməsini gücləndirir. Öd bağırsağa 

dezinfeksiyaedici təsir göstərir. 

Hormonlar  ödün  əmələ  gəlməsinə  əhəmiyyətli  dərəcədə 

təsir  edir.  Vazopressin,  AKTH  və  insulin  stimulaedici  təsir  edir. 

Belə hesab edirlər ki, azan sinir ödün əmələ gəlməsini əhəmiyyətli 

dərəcədə artırır, simpatik sinir isə onu tormozlayır. 

Ödün  əmələ  gəlməsi  beyin  qabığının  təsiri  ilə  şərti  ref- 

lektor yolla da arta bilər. 

250 

downloaded from KitabYurdu.org



Ödün  arası  kəsilmədən  əmələ  gəlməsinə  baxmayaraq 

bağırsaqlara öd ancaq orada qida olan zaman daxil olur. Ödün ifrazı 

yeməkdən bir qədər sonra başlanır. Ət yedikdə öd 8 dəqiqə, çörək 

yedikdə 12 dəqiqə, süd içdikdə isə 3 dəqiqə sonra ifraz olunmağa 

başlayır. Süd və ət yedikdə öd 5-7 saat, çörək yedikdə isə 8-9 saat 

müddətində ifraz olunur. Ödün ifrazı reflektoru yolla tənzim edilir. 

Qida  bağırsaqlara  daxil  olduqda  onların  selikli  qişasında 

yerləşən  reseptorlar  qıcıqlanır.  Bunlarda  əmələ  gəlmiş  oyanma 

mərkəzi  sinir  sisteminə,  oradan  da  azan  və  simpatik  sinirlər 

vasitəsilə  öd  kisəsinin  və  ümumi  öd  axacağının  sfinik-  toruna 

gələrək onların açılmasına səbəb olur. 

13.33.

 

Nazik bağırsaqların motorikası. 

Nazik bağırsaqların hərəki fəallığı 

Onun  divarının  xarici  qatını  təşkil  edən  uzununa,  daxili 

qatının isə həlqəvi və ya dairəvi əzələlərinin təqəllüsü sayəsində baş 

verir.  Yəni,  uzununa  əzələ  liflərinin  təqəllüsü  qida  horrasının 

qarışmasına,  həlqəvi  əzələ  liflərinin  təqəllüsü  isə  onun  yoğun 

bağırsağa doğru hərəkətinə səbəb olur. 

Beləliklə,  nazik  bağırsaqda  kəfkirvarı  və  soxulcanvarı 

(peristaltik)  hərəkətlər  müşahidə  edilir.  Nazik  bağırsaqların  həm 

daxili, həm də xarici tənzimində Averbax kələfi xüsusi rol oynayır. 

Nazik bağırsaqların hərəki fəaliyyətində əsas rol oynayan sirkulyar 

(həlqəvi  və  dairəvi)  əzələ  fəallığına  ləngidici  təsir  edən  mediator 

rolunu  asetilxolin  oynayır.  Əgər  həmin  ləngidici  təsiri  (təcrübədə 

sinir  lifində  fəaliyyət)  göstərməni  tet-  radoksin  təsiri  ilə  (aradan 

qaldırmaq yolu ilə) aradan qaldırsaq bağırsaqlar yavaş dalğa tezliyi 

ilə  qüvvətli  fizoloji  şəraitdə  asetilxolinin  tormozlayıcı  təsiri  ola 

bilsin  ki,  vazoaktiv  intesti-  nol  polipeptid  vasitəsilə  təmin  edilir. 

Asetilxolin  uzunsov  əzələ  qatına  əks  təsir  göstərir  və  s.  onun 

təqəllüsünü stimulasiya edir. Onurğa beynin 

T9-10 

seqmentlərindən 



çıxan simpatik sinir sisteminin və qarın, musariqəsinin düyünlərinin 

sinapslarından 



251 

downloaded from KitabYurdu.org



çıxan  liflər  nazik  bağırsaqların  hərəki  fəallığını  ləngidir,  para-

simpatik  sinir  sistemi  isə  (azan  sinir)  ona  stimulyasiyaedici  təsir 

edir. 

Nazik bağırsaqların hərəki funksiyasının tənzimində, yəni 



ləngidici və ya stimulyasiyaedici təsir edən çoxlu hormonlar iştirak 

edir.  Qidanın  bağırsaqlarda  ritmiki  seqmentasiya  və  peristaltik 

(rəqsi)  hərəkətində,  mədə-bağırsaq  traktınm  hormonlarından 

qastrin və xolitsistokinin əsas rol oynayır. 

Qida fazasında hərəki fəallığın müddəti və intensivliyi həm 

də qidanın tərkibindən və onun kaloriliyindən də asılı olur. Nazik 

bağırsağın qalça bağırsaq şöbəsinin sonunda 4 sm məsafədə qidanın 

nazik  bağırsaqdan  yoğun  bağırsağa  daxil  olmasına  nəzarət  edən 

hissə  yerləşir.  Həmin  hissədə  qalça  bağırsaqla  yoğun  bağırsağ 

arasında iki aypara büküşü olan və ya qapağı olan ileosekal sfınkter 

yerləşir.  Bu  sfnikter  vasitəsilə  qida  kütləsi  ritmik  olaraq  nazik 

bağırsaqdan yoğun bağırsağa daxil olur. 



13.34.

 

Nazik bağırsaqlarda sorulma 

Sorma  səthi  qan  cərəyanı.  Büküş  və  xovların,  mikro- 

xovcuqların  nazik  bağırsaqların  sorma  səthini  600  dəfə  artıraraq 

200  m

2

  çatdırır.  Nazik  bağırsağın  epiteli  daha  böyük  sürətlə 



bölünən  və  təzələnən  hüceyrəyə  aiddir.  Diferensiya  olunmamış 

silindirik  hüceyrələr  həmin  büküşlərin  dərinliyində  əmələ  gəlir, 

sonra xovların zirvəsinə miqrasiya edir. Bu yerdəyişmə 24-36 saata 

mümkün  olur.  Qida  komponentlərinin  sorulması  əsasən  xovların 

yuxarı hissəsində, sekresiya prosesi isə büküşlərdə baş verir. Mədə-

bağırsaq  traktınm  im-  munokompiten  limfatik  toxuması  ilə 

formasına  görə  M-hü-  ceyrələr  adlanan  hüceyrələri  əlaqələndirir. 

Xovların zirvəsində olan bu hüceyrələr 3-6 gün fəaliyyət göstərir 

və  sonra  yeniləri  ilə  əvəz  olunur.  Beləliklə,  bir  neçə  gün 

müddətində bağırsağın bütün səthi təzələnir. 

Nazik  bağırsaqların  selikli  qişası  əsas  etibarilə  üst  mu- 

sariqə arteriyası ilə, onikibarmaq bağırsaq qarın arteriyası ilə, 



252 

downloaded from KitabYurdu.org



qalça  bağırsaq  üçün  isə  alt  musariqə  arteriyası  ilə  qanla  təmin 

olunur. Bu damarların şaxələnməsində xovların mərkəzi damarını 

əmələ  gətirir  və  hansı  ki,  suberitelial  kapillyara  şaxələnir.  Nazik 

bağırsaqda  əmələ  gələn  qan  ürəyin  vurğu  həcminin  10-15%-ni 

təşkil edir. Qəbul olunan qidanın xarakterindən və həcmindən asılı 

olaraq,  qanın  cərəyanı  30-130%  artır  və  himu-  sun  harda 

olmasından asılı olaraq o bağırsağa bölüşdürülür. 

Suyun, elektrolitləri, digər maddələrin sorulması zülal, yağ 

(lipid), karbohidrat sorulması. 

13.35.


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin