201
downloaded from KitabYurdu.org
13.3.
Həzm sistemi filogenezi
Həzm sisteminin filogenezi - (tarixi inkişaf) cəhətdən digər
üzvlər və sistemlərə nisbətən daha qədimdir.
Təkhüceyrəlilərdən amyöbda həzm prosesi hüceyrənin
daxilində gedir. Amyöb qidanı təkhüceyrəsi vasitəsilə tutur. Sonra
bu qidanı protoplazmaya daxil edir. Həzm şirəsi ilə qidanı əhatə
edib, həzm vakuolunda onu həzm edib, sitoplazma tərəfindən
mənimsənilməmiş lazımsız hissə bədən səthi ilə xaric edilir.
Süngərlərdə, bağırsaqboşluqlarda gedən hü- ceyrədaxili həzm
1877-ci ildə ilə dəfə İ.İ.Meçnikov tərəfindən kəşf edilmişdir.
Çoxhüceyrəli heyvanlardan hidrada həzm prosesi hüceyrə
xaricində, həzm boşluğunda gedir. Hidra qidanı ağızətrafı qolcuqlar
vasitəsilə tutur və sonra bu yem bağırsağa keçir. Qida hüceyrələr
tərəfindən (qamçılı hüceyrələr qidanı amyöbvarı hüceyrəyə ötürür)
tutulur və həzm vakuolu əmələ gəlir. Lazımsız hissə ağızla xaric
edilir. Deməli, bağırsaq boş- luqlulardan hidrada həm
hüceyrədaxili, həm də hüceyrəxarici həzm gedir.
Onurğalıların əksəriyyətində və bir çox onurğasızlarda həzm
prosesi hüceyrədən xaric həzm boşluğunda gedir. Ali qurdlarda
həzm kanalını (ağız-udlaq, qida borusu - çinadan, bağırsaq, anus)
üç şöbəyə bölmək olar: ön, orta, arxa.
Xordalılarda - Neştərçədə həzm sistemi ağız deşiyi ilə
başlanır. Qida ağızdan udlağa, oradan orta bağırsağa, lazımsız hissə
anusla xaric edilir.
Balıqlarda - Baş bağırsaq, gövdə, bağırsaqlara (ön, orta,
arxa) bölünür. Baş bağırsağa aid olunan ağız-udlaq şöbəsi həzm
vəzifəsindən əlavə, tənəffüz vəzifəsini də yerinə yetirir. Baş
bağırsaqdan suda yaşayan heyvanlarda tənəffüz vəzifəsini ifadə
edən qəlsəmə, quruda yaşayan heyvanlarda isə ağciyərlər inkişaf
edir. Qida borusu və mədəni ön bağırsaq əmələ gətirir. Orta
bağırsaq şöbəsi qaraciyər, mədəaltı vəziyə malikdir. Arxa bağırsaq
yoğun bağırsaq şöbəsi adlanır. Və həzm olunmayan maddələri anus
vasitəsilə xaricə atır.
Amfibilərdə (suda-quruda yaşayanlar) ön bağırsaq (qida
202
downloaded from KitabYurdu.org
borusu, mədə), orta bağırsaq ayrı-ayrı şöbələrə bölünməmişdir.
Arxa bağırsaq genişlənərək kloakaya açılır. Öd kisəsi, qaraciyər,
mədəaltı vəzi vardır.
Reptililərdə (sürünənlər) - Ağız-udlaq şöbəsi ikinci sərt
damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğundan
ayrılır. Ağız boşluğu udlaqdan ayrılmır. Orta bağırsaq ilgəkləri
çoxalır. Arxa bağırsaq - korbağırsaq və kloakaya ay-
nhr.
w
Quşlarda -Baş bağırsaq şöbəsinə aid edilən ağız və udlaq
yumşaq damaq vasitəsilə bir-birindən ayrılır.
Ön bağırsağın başlanğıcı, yəni qida borusu xeyli uzun olub
döş boşluğuna daxil olmamışdan qabaq bəzi quşlarda genişlənərək
çinadan əmələ gətirir. Qida borusundan sonra mədə gəlir ki, bu da
iki hissədən ibarətdir (vəzili mədə, əzələvi mədə). Orta bağırsaq
xeyli uzun olub, onikibarmaq, acı və qalça bağırsaqlara bölünür.
Arxa bağırsaq şöbəsində iki ədəd kor- bağırsaq vardır. Arxa
bağırsağın sonu genişlənərək kloaka əmələ gətirir. Bura həm də
sidik və cinsiyyət üzvlərinin axarları açılır.
Msməlihrdə - Ağız-udlaq nahiyəsində burun boşluğunun
ayrılması aydın görünür. Lakin udlaq tənəffüs, həm də həzm üçün
müştərək yol olaraq qalır. Qida borusu mədəyə açı-
hr.
_
M
Orta bağırsaq (onikibarmaq, acı və qalça) bağırsaq şöbə-
lərinə bölünür. Arxa bağırsaq olduqca böyük dəyişikliyə uğrayır.
Korbağırsaq, çənbərbağırsaq və düzbağırsaq şöbələrinə *
bölünmüşdür. Bəzi məməlilərdə (gəmirici, meymun, yırtıcı hey-
vanlarda və insanlarda) korbağırsağm aşağı hissəsi uzanaraq
soxulcanabənzər çıxıntı appendiks əmələ gətirir.
İnsanda appendiks 2-26 sm olur. Həzm sisteminin fılo-
genezini nəzərdən keçirdikdən sonra, onun dörd bağırsaq şö-
bəsindən ibarət olduğunu görürük:
1)
Baş bağırsaq şöbəsi - ağız, udlaq;
2)
Ön bağırsaq şöbəsi - qida borusu, mədə;
3)
Orta bağırsaq şöbəsi — nazik bağırsaqlar (onikibarmaq
bağırsaq, acı, qalça);
203
downloaded from KitabYurdu.org
4)
Arxa bağırsaq şöbəsi - (kor, çənbər, düz) yoğunba-
ğırsaqlar aiddir.
Otyeyən heyvanların həzm kanalı, ətyeyənlərdən uzun olur.
Şirinki bədənindən 3, itinki 5, qoyununku 25-28, qara- malınkı öz
gövdəsindən 20 dəfə uzundu. Yemin həzmi itlərdə 12 saat,
gövşəyənlərdə 7-8 gün, atlarda 3-4 gün çəkir.
Həzm kanalının mayası - ilk bağırsaq borusu endoblas- tik
qovucuğun rüşeym daxilinə soxulan hissəsindən əmələ gəlir. Həzm
kanalı rüşeym inkişafının ilk dövründə sadə boru şəklində olur.
Bağırsaqda diferensasiya embriogenezin ilk mərhələlərində
başlayıb, postnatal inkişafın 6-7-ci ilində başa çatır.
MƏDƏ-BAĞIRSAQ TRAKTININ FUNKSİYALARI HAQQINDA
ÜMUMİ TƏSƏVVÜRLƏR
13.4.
Tənzim mexanizmləri
Daxili və xarici sinir sistemi. Mədə-bağırsaq sistemi xüsusi
entral və ya daxili, həmçinin «bağırsaqbeyni» adlanan sinir
sisteminə malikdir. Bu sistem vegetativ sinir sistemindən asılı
olmadan fəaliyyət göstərir, mədə və bağırsağın motor və sekresiya
fəallığını təmin edir. Bu sinir toru iki şöbədən ibarətdir.
1)
Əzələarası Averbax torundan - Uzunsov və sirkulyar
(üzükvarı və ya dairəvi) əzələ qatları arasında yerləşir.
2)
Selikatlı Meysner torundan sirkulyar əzələ (uzunvarı və
ya dairəvi əzələlər) qatla, selikaltı, əzələ qat arasında yerləşir (şəkil
2).
Averbax torunun lifləri saya əzələ efferent lifləri uzunsov və
sirkulyar əzələ qatlarının hüceyrələrində qurtarır; onlar əzələlərin
tonusunun və onların təqəllusunun ritmini tənzim edir. Selikaltı, tor
- yəni Meysner toru isə əsas epitel hüceyrələrinin sekretor fəallığını
tənzim edir. Hər iki torun afferent lifləri me- xanoreseptorlar və
ağrı reseptorlarından sensor siqnalları
204
downloaded from KitabYurdu.org
MSS-nə nəql edir.
Mədə-bağırsaq traktınm hərəki və şirə ifrazı fəallığına xarici
vegetativ sinir sistemi əhəmiyyətli dərəcədə təsir edir.
Mədə-bağırsaq traktı parasimpatik və simpatik sinir sis-
teminin lifləri ilə zəngin təmin olunmuşdur. Azan sinir uzunsov
beyindən çıxan preqanqlionar lifləri qida borusu, mədə, nazik
bağırsaqlar, yoğun bağırsağın proksimal hissəsini, qaraciyər, öd
kisəsi və mədəaltı vəzini innervasiya edir, amma onurğa beyninin
oma nahiyəsindən çıxan liflər isə S-ə bənzər bağırsağı, düz
bağırsağı və anal dəlik nahiyəsini innervasiya edir. Mədə-bağırsaq
traktım innervasiya edən parasimpatik sinir lifləri intramural (üzv
daxili) torun düyünlərində və ya tüpürcək vəzilərin divarında və
qaraciyərdə yerləşən düyünlərdə qurtarır. Preqanqlionar sinirlər
üçün neyromediator rolunu düyün hüceyrələrinin membranında
lokalizə olunan niko- tin reseptorları ilə qarşılıqlı təsirdə olan
asetılxolin yerinə yetirir. Asetilxolin postqanqliyonar sinir ucları
üçün də mediator rolunu oynayır. Lakin bu halda o effektor
hüceyrələrin mus- karin reseptorları ilə qarşılıqlı təsirdə olur. Çoxlu
digər bioloji fəal mediator, peptidlər, həmçinin postqanqliyonar
mediator rolu yerinə yetirən maddələr mövcuddur; buna misal,
vazofəal intersistal polipeptidi (VİP), enkefalinləri, P maddəsini və
se- rotonini göstərmək olar.
Mədə-bağırsaq traktım sinirləndirən preqanqlionar simpatik
sinir lifləri, onurğa beynin 5-12 ya döş və 1-3-ə qədər bel
seqmentlərindən xaric olur. Onlar (qida borusu, mədə, oniki-
barmaq bağırsaq və mədəaltı vəzi) yuxarı (nazik bağırsaq və yoğun
bağırsağın yuxarı hissəsi) və aşağı müşariqə düyünündə (yoğun
bağırsağın aşağı hissəsi və analdəlik) qurtarır. Preqanqlionar liflər
üçün - asetilxolin, postqanqlionar, liflər üçün isə noradrenalm
neyromediator rolu oynayır.
Həm azan, həm də simpatik sinirlər həmçinin visseral af-
ferent liflərə malikdir. Bu liflər vasitəsilə mərkəzi sinir sisteminə
daxil olan siqnallar hissiyatm yaranmasında iştirak edir.
205
downloaded from KitabYurdu.org
13.5. Mədə-bağırsaq traktının hormonları və peptidləri
Mədə-bağırsaq traktı həm onu təmin edən hormonların
təsirinin müxtəlifliyinə, həm də nəticənin diapozonuna görə daha
çox hormonların təsirinə məruz qalan orqanlara aid edilir. Hazırkı
vaxtda mədə-bağırsaq traktında və mədəaltı vəzidə selikli mədə-
bağırsaq traktının fəaliyyəti üçün mühüm olan hormonlar və
peptidlər hazırlayan 18 növ hüceyrə müəyyən edilmişdir. Mədə-
bağırsaq traktının klassik hormonlarına qa- strin, sekretin və
xolesistokinin aid edilir; spesifik amillərin təsiri ilə qana ifraz
olunan bu maddələr müəyyən effektor orqanlara təsir edir. Son illər
həmçinin hormonlar kimi təsir edən bir sıra mədə-bağırsaq traktma
bioloji fəal peptidlərin olduğu isbat edilmişdir (cədvəl 1.1). Bu
peptidlərin bir çoxu parakrin yolla təsir edir, b.s. əmələ gəldiyi
hüceyrədən, qonşu effektor hüceyrəyə daxil olur. Digər peptidlər
neyrokrin yolla təsir edir; b.s. sinir uclarından onlar təsir etdiyi yerə
xaric olur. Əvvəllər belə hesab edirdilər ki, bir sıra neyropeptidlər
(enke- falin, endorfınlər) ancaq beyində olur, lakin indi onların
resep- torları bağırsaqlarda da tapılmışdır. Hormonlar və
peptidlərin ifraz olunması azan sinirin iştirakı ilə baş verir. Bundan
başqa, mədə-bağırsaq traktının endokrin hüceyrələri bağırsağın
boşluğunda spesifik maddələrlə təsirdə olan reseptorlara malikdir.
Bu maddələrin təsiri ilə hüceyrənin bazal hissəsindən hormonla
dolu qranulalar xaric olur və sonra kapillyarlara daxil olur. Mədə-
bağırsaq traktının hormonlarının əmələ ğəlməsinin tənzimi digər
endokrin sistemlərindən onunla fərqlənir ki, bu hormonların
sekresiyası həmin hormonların qatılıgmdan daha çox, peptidlərin
qanda endokrin hüceyrələri ilə həzm traktında qidanın
komponentlərinin qarşılıqlı təsirindən asılı olur.
Mədə-bağırsaq traktının hormonları və peptidlərini
aminturşusu ardıcıllığına görə iki qrupa ayırmaq olar. Birinci qrupa
beş eyni aminturşusu qalığına malik olan qastrin və xolesistokinin
aiddir.
Hər iki birləşmə hüceyrənin səthində olan eyni reseptora
oxşar nəticə ilə təsir edir, lakin onların təsirinin effektliyi re-
206
downloaded from KitabYurdu.org
septorların spesifikliyindən asılı olaraq ola bilsin ki, müxtəlif ola
bilər. Belə ki, məsələn, qastrin pariyetal hüceyrələrə xolesi-
stokininə nisbətən qüvvətli təsir edir, xolesistokinin isə öd ki-
səsinin yığılmasına qastrinlə müqayisədə daha qüvvətli təsir edir.
İkinci qrupa hormonlara və peptidlərin daha xarakter nümayəndəsi
sekretin hesab edilir. Elə bu qrupa həm də vazo- aktiv intestinal
polipeptid, qlükogen və qlükozadan asılı insu- linotrop peptid
daxildir - hamısı polipeptid zəncirdə eyni cür aminturşusu
ardıcıllığının olmasına görə sekretinlə yaxındır. Bu iki qrupun
hormonları bir halda, biri-birinə nəticələr effektlərinə qarşı
antaqonist kimi, digər halda sinergist kimi təsir edir. Sinergistliyə
misal - bu hormonların mədəaltı vəzinin asinus hüceyrələrinə
təsirini göstərmək olar (şəkil 4). Mədəaltı vəzinin fermentlərinin
ifrazını həm birinci qrupun hormonları (qastirin və xolesistokinin),
həm də az dərəcədə ikinci qrupun bir az sıra hormonlar (sekretin
və VİP) stimulyasiya edir. Nəticədə bütün bu “birinci vasitələrin”
onların reseptorları ilə qarşılıqlı təsiri nəticəsində kalsiumun
(qastrin, xolesistokinin) hüceyrədaxili qatılığı artır və ya SAMF
(sekretin və VİP) əmələ gəlməsi çoxalır. Öz növbəsində axırıncı
“ikinci vasitəsi” kimi təsir edərək mədəaltı vəzinin hüceyrələrinin
fermentlərini sekresiyasını stimulyasiya edir.
Sekretin
Vazoaktiv
İoteııstına
l
Polipeptid
|
B
Asetilxolin
n
Xolesistokinin! [“}
Qastrin j [_$
Fermentin
sekresiyası
Şəkil 4.
Fermentlərin müxtəlif hormonlar, mediyatlar vasitəsilə
sekresiyasının stimulyasiyası və onların təsirinin hüceyrədaxili mexanizmi
207
downloaded from KitabYurdu.org
Cədvəl 1.1
Mədə-bağırsaq traktının hormonları və bioloji fəal peptidləri
Hormonlar
Əsas funksiyalar
Qastrin
Sekretin
Xolesistokinin
Mədə sekresiyasını stimulyasiya edir və troftik
effektə səbəb olur.
Mədəaltı vəzin sekresiyasını stimulyasiya edir
(bikarbonat).
Mədəaltı vəzinin sekresiyasını və öd kisəsinin
yığılmasını stimulyasiya edir (fer- mentləri).
Bioloji fəal peptidlər (hormonların
namizədləri) Somotostatm
pankraatik po- lipeptid uroqastron
Enteroqlyukaqon
Neyrotenzin
QİP (qlükozadan asılı insuli- notrop
peptid)
Sekresiyanı zəiflədir (mədə, mədəaltı vəzi).
“ ” (mədəaltı vəzinin şirəsini, ödü). “ ” (mədənin).
“ ” (mədənin mədəaltı vəzinin), öd ifrazını
stimilyasiya edir.
Mədənin sekresiyası və boşalmasını zəiflədir.
İnsulinin ifrazına səbəb olur.
13.6.
Mədə-bağırsaq traktmm motorikası
Peristaltikanın növləri. Mədə-bağırsaq traktında həzm və
sorulma, onların əzələlərinin yığılma və boşalması ilə əlaqədər olan,
onun divarının konfiqurasiyasını daha yüksək dərəcədə
dəyişməsindən asılı olur.
Peristaltikanın əsas növləri şəkil 5-də göstərilib.
Qida kütləsinin ağız dəliyindən, anal dəliyinə doğru hərəkəti
dairəvi və uzunsov əzələlərin bağırsaq boyu dalğavarı yığılması ilə
əlaqədə olub, daha doğrusu onu həm ritmik yığılma, həm də
boşalma dalğası müşayiət edir.
Qida kütləsinin həzm şirəsi ilə qarışması. Kiçik olmayan
bağırsaq sahəsində baş verən ritmik seqmentasiya sayəsində
mümkün olur. Seqmentasiya bir-birinə yaxın olan bağırsağın gah bu
və gah da digər sahələri arasında üzükvarı və ya dairəvi əzələlərin
növbələşən yığılması və boşalması sayəsində baş verir. Çünki
bağırsağın yuxarı hissəsindən aşağısına doğru yığılma tezliyi azalır
və qurdabənzər hərəkət sayəsində qida kütləsi
208
downloaded from KitabYurdu.org
anal dəliyə doğru tədricən yerini dəyişir. Həzm boşluğunun
funksional cəhətdən bir-birindən fərqlənən nahiyələrin tonik
təqəllüsü və xüsusi şöbələrin (sfinkterlərin) dövrü boşalması
sayəsində bir-birindən ayrılır. Məsələn, mədə ilə bağırsaq arasında
qida borusunun aşağı sfmkteri olur, lakin qalçabağır- saqla
korbağırsaq arasında - ileotsekal (Bauqineva) sfınkter olur. Bu
sfinkterlərin təqəllüsü sayəsində qida ancaq bir istiqamətdə hərəkət
edir. Peristaltikanın tənzimi mədə-bağırsaq traktının saya əzələ
hüceyrələrin membramndakı sükunət potensialının spontan ritmik
depolyarizasiya ilə xarakterizə olunur. Bu depolyarizasiya əzələdə
mexaniki cavaba səbəb olmur, lakin əgər onun üzərinə qısamüddətli
fəaliyyət potensial əlavə olunursa, onda Ca
+2
ionlarının hüceyrəyə
daxil olması nəticəsində əzələ təqəllüsü inkişaf edir. Təqəllüsün
qüvvəsi fəaliyyət potensialının qüvvəsindən asılı olur. Bununla
əlaqədar olaraq əzələnin hər bir təqəllüsü ləng dalğaların yaranması
ilə korrelyasiya olunur. Ləng dalğanın əsas ritmi mədə-bağırsaq
traktının müxtəlif şöbələrində mədədə, onikibarmaq bağırsaqda və
acıbağırsaqda da dövr edir və buna uyğun olaraq dəqiqədə 3, 12 və
8 təqəlluş təşkil edir.
Peristaltika
Ritmiki seqmenlasiya
Tonik təqəllüs
H Qısa məsafəyə
5
itələmə və ya
f f
1
yerdəyişmə yaxud £ ’ 8
əks peristaltika *
jj^l Bölünmənin ^
Şəkil 5. Mədə-bağırsaq traktının peristaltikasının növləri və
onların funksional əhəmiyyəti.
209
downloaded from KitabYurdu.org
13.7.
Bağırsaqda nəqliyyatın əsas mexanizmləri
Bağırsağın əsas funksiyası - suyun, mineral maddələr və
həzm olunmuş qida maddələrinin məhsullarının sorulmasıdır. Bu
prosesdə nazik və yoğun bağırsaqlar müxtəlif funksiyalar yerinə
yetirirlər. Nazik bağırsaqların əsas funksiyası- energetik materialın,
su, mineral duzların, öd turşusu və vitaminləri nəql etməsidir.
Yoğun bağırsaq kal-nəcis üçün rezervuar rolu oynayır, həmçinin
bağırsaqdan mayenin sorulmasınm tənzimində mühüm rol oynayır.
Nazik və yoğun bağırsaqlar arasında anatomik və funksional fərqlər
olmasına baxmayaraq, onların epitelindən nəqliyyatın mexanizmi
prinsip üzrə eynidir.
Suyun sorulması - mədə-bağırsaq traktı boyunca suyun hər
iki istiqamətdə daşınması-selikli qişa səthindən, seroz qişa səthinə
doğru (sorulma) və seroz qişa səthindən selikli qişa səthinə doğru
(sekresiya) - bu, təmiz passiv xarakter daşıyır. Aydındır ki, suyun
hüceürələrarası daşınması daha mühüm əhəmiyyətə malikdir.
Suyun transepitelial daşınması üçün hərəkətverici qüvvə
natriumun bağırsağın məsaməsi ilə hü- ceyrəarası sahədə fəal
nəqliyyatı zamanı yaranan hidrostatik və əsasən osmotik qradiyent
xidmət edir.
Natriumun hüceyrədən bazolateral membrandan fəal xaric
edilməsi nəticəsində hüceyrəarası maye hipertonik olur. Suyun
cərəyanı hüceyrəarası boşluqda hidrostatik təzyiqin qradiyentini
yaradır. Beləliklə, məhz hüceyrəarası boşluqda yaranan hidrostatik
təzyiq suyun və həllolunmuş maddənin subepitelial kapillyara
hərəkəti üçün hərəkətverici qüvvə rolunu oynayır və bu hərəkət
ancaq hidrostatik təzyiq, kapill- yarlarında olan fıltrasiya
təzyiqindən çox olanda mümkün olur. Mineral duzlar və suyun
bağırsağın boşluğuna maddələrin ifraz olunması seroz səthindən
selikli səthə doğru əks istiqamətə nisbətən çoxlu maye daşınanda
müşahidə edilir. Bu proses mayenin cərəyanın selikli səthindən
serozlu səthə doğru az olduğu zaman mümkündür. Bir halda ki,
suyun daşınması - tam passiv prosesdir, ona görə də sorulmanın
sekresiyaya çev
210
downloaded from KitabYurdu.org
rilməsi üçün osmotik və hidrostatik qradiyentin istiqaməti
dəyişməlidir. Beləliklə, suyun sekresiyası üçün həmişə elektro-
litlərin sekresiyası xidmət edir. Mayenin sekresiyası üçün bir neçə
mümkün mexanizm mövcuddur: 1) anionlarm fəal sekresiyası; 2)
fəal sorulmanın zəifləməsi; 3) bağırsağın mənfəzində yüksək
osmolyarlığın olması; 4) seroz səthdə hidrostatik təzyiqin
yüksəlməsi; 5) ionlar üçün sıxtəmasların keçiriciliyinin artması.
Elektrolitlərin fəal sekresiyasında mərkəzi rolu AMF (SAMF)
oynayır.
13.8.
Aclıq, toxluq və
susuzluğun fizioloji
əsaslan
Orqanizmin qida maddələrinə olan tələbi fizioloji bir proses
olan aclıq nəticəsində, yəni orqanizmin qəbul etdiyi qida
maddələrinin miqdarını dövran edən qanda və depoda
azalmasından sonra üzə çıxır.
Aclıq subyektiv olaraq xoşagəlməz hisslərin: ürək qalxma,
baş ağrısı, baş gicəllənməsi, ümumi zəiflik və s. əmələ gəlməsi
özünü göstərir. Aclıq obyektiv olaraq, aclıq hissini aradan
qaldırmaq üçün, qida axtarışına xidmət edən davranış reaksiyasıdır.
Aclığın istər obyektiv, istərsə də subyektiv olaraq hiss olunmasına
səbəb, mərkəzi sinir sisteminin müxtəlif şöbə və səviyyələrində
yerləşmiş neyronların qıcıqlanmasıdır. İ.P.Pavlov bu neyronların
cəmini həzm mərkəzi adlandırmışdır. Bu mərkəzin vəzifəsi qidanın
axtarışı və qəbulu ilə əlaqədar həzm davranışını tənzim etməkdir.
Həzm mərkəzi-mürəkkəb hipotalamo - limbiko-retikulokortikal
sistemdir. Bütün həzm mərkəzinin aktivasiyası hipotalamusun
lateral nüvəsinin oyanması ilə başlayır. Belə ki, hipotalamusun
lateral nüvəsinin dağılması qidadan imtina etməyə (Afaqiya) səbəb
olduğu halda, onun qıcıqlanması isə güclü qida tələbinə (hiper-
faqiyaya) səbəb olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, demək
olar ki, hipotalamusun lateral nüvəsində aclığı hiss edən mərkəz
yerləşir.
Dostları ilə paylaş: |