Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   9   10   11   12   13   14   15   16   ...   58



ortodrom ^ 

antidrom 

siqnalların hərəkət 

istiqaməti 



Şəkil 12. 

11.12.

 

Damar hərəki mərkəzlər 

1871-ci  ildə  Sif  və  Ovsyaninkov  itin  və  pişiyin  uzunsov 

beyini  və  onurğa  beyni  arasında  kəsik  apardıqda  maksimal  qan 

təzyiqi  120  mm.  Hg.  sütunundan  60-70  mm  civə  sütununa  enir. 

Deməli, damarların hərəki mərkəzi uzunsov beyindəki IV 

135 

downloaded from KitabYurdu.org



mədəciyin  dibində  və  hipotalamusun  arxa  (pressor)  və  ön  (de- 

pressor) nüvələrində yerləşir. Damarların hərəki mərkəzinin pressor 

şöbəsini  qıcıqlandırdıqda  damarlar  daralır,  depressor  hissəni 

qıcıqlandırdıqda  isə  genəlir.  Uzunsov  beynin,  retu-  kulyar 

formasiyası  və  körpünün  aşağı  üçdə  birində  yerləşən  neyronların 

qrupunu «damar hərəki mərkəzi» adı altında birləşdirirlər (şəkil 12 

V).  Bu  mərkəz  ürəyə  parasimpatik  təsiri  azan  sinir  vasitəsilə  və 

simpatik təsiri isə onurğa beyni və mühiti simpatik sinirlərlə həm 

ürəyə  və  həm  də  bütün  qan  damarlarına  nəql  edir.  Damar  hərəki 

mərkəz  iki  hissədən  -  da-  mardaraldan  (vazokonstruktor)  və 

damargenəldən (vazodili- tator) mərkəzdən ibarətdir. 

Damardaraldan mərkəz simpatik damarbüzən sinirlə daima 

siqnalları  0,5-dən  2  hs  qədər  tezliklə  verir.  Bu  daimi  oyanmanı 

damardaraldan  simpatik  tonus  termini  ilə  adlandırırlar.  Qan 

damarların  sayaəzələ hüceyrəsinin  (SƏH) daimi  his- səvi  yığılma 

vəziyyətini isə vazamator tonus adlandırırlar. 



Ürək. Damar hərəki mərkəzi eyni vaxtda ürəyin fəaliyyətinə 

də  nəzarət  edir.  Damar  hərəki  mərkəzin  lateral  hissəsindən 

oyandırıcı  siqnallar  simpatik  sinirlərlə,  ürəyə  verilir.  Simpatik 

sinirin  ürəyə  təsirindən  onun  fəaliyyəti  sürətlənir  və  qüvvətlənir. 

Damar  hərəki  mərkəzinin  medial  hissəsi  sinirin  motor  hərəki 

nüvəsindən  azan  sinirin  lifləri  vasitəsilə  parasimpatik  impulsları 

ürəyə nəql olunur. 

Azan  sinir  lifləri  ilə  nəql  olunan  parasimpatik  impulslar 

ürəyin  fəaliyyətinin  döyünmələrinin  sayı  və  tezliyini  zəiflədir  və 

ləngidir.  Ürəyin  yığılmasının  tezliyi  və  qüvvəsi  damarların  da-

ralması  ilə  eyni  vaxtda  artır,  damarların  boşalması  ilə  isə  eyni 

vaxtda azalır. 

Damarhərəki mərkəzə təsir edən amillər. 

1)

 



Birbaşa stimulyasiya (CO

2

, hipoksiya). 



2)

 

Sinir  sisteminin  baş-beyin  qabığından  hipotalamus 



vasitəsilə,  ağrı  reseptorları  və  əzələ  reseptorlarmdan,  karotid 

sinusun  xemoreseptorlarından  və  aorta  qövsündən  oyandırıcı 

təsirlər. 

3)

 



Sinir sisteminin baş-beyin yarımkürələrinin qabığı 

136 

downloaded from KitabYurdu.org



vasitəsilə  hipotalamusdan,  ağciyərdən,  karotid  sinusun  baro- 

reseptorlarından,  aorta  qövsü  və  ağciyər  arteriyaları  vasitəsilə 

inqibirə edici təsiri. 

11.13.

 

Qan damarlarının innervasiyası 

Divarında sayaəzələ hüceyrəsi (kapillyarlar və venula- ların 

bir hissəsi də olmamaqla) olan bütün qan damarları daxili avtonom 

(vegetativ)  sinir  sisteminin  simpatik  şöbəsinin  sinirlərinin  hərəki 

lifləri ilə innervasiya olunur. Kiçik arteriya və arteriolların simpatik 

innervasiyası toxumalarda qan cərəyanı və arterial təzyiqi tənzim 

edir.  Venoz  həcmli  damarları  innervasiya  edən  sinirlər  venalarda 

depanirə olunan qanın həcmini idarə edir. 



Noradrenerqiq liflər. Onların təsiri ilə damarların mən- fəzi 

daralır (şəkil 12 A). 



Damargenəldici  simpatik  sinir  lifləri.  Skelet  əzələlərinin 

rezistiv  damarları,  damardaraldıcı  simpatik  liflərdən  başqa, 

simpatik sinirlərin tərkibinə daxil olan damargenəldici xoliner- gik 

sinirlərlə  innervasiya  olunur.  Ürək,  ağciyərlər,  böyrək  və  uşaqlıq 

qan  damarları  həm  də  simpatik  xolinergik  sinirlə  innervasiya 

olunurlar. 



Tonus.  Damargenəldən  sinir  lifləri  həmişə  oyanma  və-

ziyyətində, yəni tonusda olmur, lakin damardaraldan liflər, qanuna 

uyğun  olaraq  tonik  fəallıq  göstərir.  Əgər  simpatik  siniri  kəssək 

(sipatoektomiya)  onda  qan  damarları  genişlənir.  Damarların 

əksəriyyəti  damarların  genlənməsi  damar  büzən  sinirlərdə  tonik 

tezliyin dərəcəsinin azalması nəticəsində baş verir. 



Akson-refleks.  Dərinin  mexaniki  və  kimyəvi  qıcıqlan- 

dırılması damarların lokal genişlənməsi ilə müşayiət olunur. Belə 

hesab  edirlər  ki,  dərinin  mieliniz,  nazik  ağrı  liflərinin 

qıcıqlandırılması zamanı fəaliyyət potensialı (FP) mərkəzəqa- çan 

istiqamətdə (ortodrom), həm də efferent kolleterallar (an- tidrom) 

vasitəsilə həmin sinirlə tənzim olunan dəri sahəsinin 



137 

downloaded from KitabYurdu.org



qan  damarlarına  daxil  olur.  Bu  yerli  sinir  mexanizminə  akson- 

refleks deyilir. 



11.14.

 

Arterial təzyiqin tənzimi 

Arterial  təzyiq  əks  əlaqə  prinsipinə  əsasən  fəaliyyət  gös-

tərən reflektoru mexanizmin köməyilə lazım olan iş səviyyəsində 

saxlanılır. 



Baroreseptor  refleks.  Arterial  təzyiqə  nəzarət  edən  yaxşı 

məlum olan sinir mexanizmlərindən biri - baroreseptor reflek- sdir. 

Döş qəfəsinin və boyunun bütün iri arteriyaları və xüsusilə karotid 

sinusu  və  aorta  qövsündə  çoxlu  baroreseptorlar  olur.  Karotid 

sinusun və aorta qövsünün baroreseptorlarmda O-dan 60-80 qədər 

mm. Hg.st.  səviyyəsində arterial  təzyiq  qeyd olunur. Təzyiqin bu 

səviyyədən  artıq  olması  cavab  reaksiyasına  səbəb  olur.  Arterial 

təzyiq maksimum 180 mm. Hg.st. qədər yüksələ bilir. 

Normal  arterial  təzyiq  (onun  sistolik  səviyyəsi)  110-120 

mm.  Hg.st.  səviyyəsində  olur.  Bu  səviyyədən  azca  fərqlənmələri 

baroreseptorların  oyanmasını  qüvvətləndirir.  Beləliklə,  ba-

roreseptorlar  təzyiqin  stabil  səviyyəsinə  nisbətən  dəyişilməsinə 

daha həssasdırlar. 

Baroreseptorlardan  arterial  təzyiqi  yüksəldən  qüvvətli 

impulslar  uzunsov  beyinə  daxil  olur,  uzunsov  beynin  da- 

mardaraldan  mərkəzini  tormozlayır  və  azan  sinirin  mərkəzini  isə 

oyadır.  Nəticədə  arteriollarm  mənfəzi  genişlənir,  ürəyin  dö-

yünməsinin tezliyi və qüvvəsi azalır. 

Aşağı  arterial  təzyiq isə  əksinə təsir  göstərir, bu  isə onun 

normal  səviyyəsinin  reflektoru  olaraq  yüksəlməsinə  səbəb  olur. 

Karotid  sinir  və  aorta  qövsü  səviyyəsində  təzyiqin  enməsi 

baroreseptorları  fəallaşdırır  və  onlar  damar  hərəki  mərkəzlərə 

tormozlayıcı  təsir  etmirlər.  Nəticədə  axırıncı  fəallaşır  və  arterial 

təzyiqin yüksəlməsinə səbəb olur. • 



Karotid  sinusun  və  aortanın  xemoreseptorları.  Xemore- 

septorlar - oksigenin çatışmazlığını, karbon qazı və hidrogen 



138 

downloaded from KitabYurdu.org



ionlarının  çoxluğunu  kimyəvi  hissedici  hüceyrələri  -  karotid  və 

aorta cisimlərində yerləşir. 

Müəyyən edilmişdir ki, aorta qövsü refleksogen zonasında 

təzyiqə  həssas  baroreseptorlar  yerləşir.  Aortada  qan  təzyiqi 

yüksəldikdə  aortanın  divarları  genəlir,  buradakı  baroreseptorlar 

oyanır.  Əmələ  gəlmiş  oyanma  depressor  sinir  vasitəsilə  uzunsov 

beyinə  verilərək  yayılır,  ürək  fəaliyyətini  tənzim  edən  damarın 

hərəki mərkəzlərini əhatə edir. Nəticədə ürək fəaliyyəti ləngiyir və 

damarlar genəlir. 

Xemoreseptor  sinir  lifləri  karotid  və  aorta  cisimlərdən 

baroreseptor  liflərlə  bir  yerdə  uzunsov  beynin  damar  hərəki 

mərkəzinə  gedir.  Arterial  təzyiqin  səviyyədən  aşağı  olmasını 

xemoreseptorlar  hiss  edir,  nəticədə  qan  cərəyanının  azalması  O

2

 



miqdarının azalmasına və CO

2

  və  H



+

  qatılığının  artmasına  səbəb 

olur.  Beləliklə,  xemoreseptorlardan  daxil  olan  impulslar  damar 

hərəki  mərkəzini  oyadır  və  arterial  təzyiqin  yüksəlməsinə  səbəb 

olur. 

Təcrübə  ilə  müəyyən  edilmişdir  ki,  ümumi  yuxu  arte-



riyasının xarici və daxili yuxu arteriyasına şaxələndiyi yerdən (şəkil 

12)  sinokarotid  və  ya  herinq  siniri  dil-udlaq  sinirinin  tərkibində 

beyinə daxil olur. 

Qan  təzyiqinin  artması  ilə  sinokarotid  refleksogen  zo- 

nadakı  baroreseptorlar  oyanır.  Oyanma  uzunsov  beynə  verilir, 

buradan  əvvəlcə  ürək  fəaliyyətini  idarə  edən  mərkəzə,  sonra  isə 

damarın hərəki mərkəzinə yayılır, nəticədə damarlar genələrək qan 

təzyiqinin enməsinə səbəb olur. 



Ağciyər  arteriyası  və  qulaqcıqlardan  reflekslər.  Hər  iki 

qulaqcığın divarı və ağciyər arteriyalarında gərginlik reseptor- ları 

vardır (aşağı təzyiqi hiss edən reseptorlar). Aşağı təzyiqi hiss edən 

reseptorlar  arterial  təzyiqin  dəyişməsi  ilə  eyni  vaxtda  baş  verən 

dəyişikliyi  qəbul  edir.  Bu  reseptorlarm  oyanması  ba- 

roreseptorlarm refleksi ilə paralel reflekslərə səbəb olur. 



Böyrəklərin fəaliyyətini fəallaşdıran qulaqcıq refleksləri. 

Qulaqcıqların  gərginləşməsi  böyrəklərin  afferentgətirici  yu- 

maqcıq arteriollarının reflektoru genişlənməsinə səbəb olur. Eyni 

vaxtda siqnallar qulaqcıqlardan hipotalamusa daxil ola 



139 

downloaded from KitabYurdu.org



raq, antidüaretik hormonun (ADH) sekresiyasını azaldır. 

İki  amilin  kombinasiyası  -  yumaqcıq  fıltrasiyanın  artması 

və mayenin reabsorbsiyanın azalması - qanın həcminin azalmasına 

və onun normal səviyyəyə qayıtmasına səbəb olur. 



Ürək döyünmələrinin sayına (ÜDS) nəzarət edən qulaqcıq 

refleksləri. Sağ qulaqcıqda təzyiqin artması reflektoru olaraq ürək 

döyünmələri  tezliyinin  artmasına  səbəb  olur  (Beyn-  brincin 

refleksi). 

Qulaqcıqların  reseptorların  gərginləşməsinə  səbəb  olan 

Beynbincin  refleksləri,  azan  sinir  vasitəsilə  afferent  siqnalları 

uzunsov beynə verir. Sonra oyanma simpatik yolla ürəyə qayıdaraq, 

ürəyin  yığılmasının tezliyini və qüvvəsini artırır. Bu ref- leks sağ 

qulaqcığa  açılan  boş  venalarda  və  ağciyərlərin  venalarında 

durğunluğunun həddindən artıq olmasının qarşısını alır. 

Arterial  hipertenziya.  Normal  sistolik  və  diastolik  təzyiq 

120/80  mm.  Hg.st.  təşkil  edir.  Sistolik  təzyiq  140  mm.  Hg.st., 

diastolik  təzyiq  isə  90  mm.  Hg.st.  yüksək  olduqda,  bu  vəziyyətə 

arterial  hipertenziya  deyilir.  İ.P.Pavlov  müxtəlif  şəraitdə  qan 

təzyiqinin  dəyişilməsini  öyrənərkən  müəyyən  etmişdir  ki,  qan 

təzyiqinin yüksəlməsi və ya enməsi baro və ya xemoresep- torları 

qıcıqlandırır,  bunun  nəticəsində  reflektor  sürətdə  yenidən  normal 

qan təzyiqi bərpa olunur. Yəni qan təzyiqinin öz- özünə tənzimi baş 

verir. İ.P.Pavlovun müəyyən etdiyi öz-özünə tənzim prinsipi yalnız 

qan  dövranına  deyil,  orqanizmin  başqa  funksiyalarına  da  aiddir.

 



Ürək ritminə nəzarət. Praktiki olaraq arterial təzyiqə (AT) 



nəzarət  edən  bütün  mexanizmlər,  bu  və  ya  başqa  ölçüdə  ürəyin 

ritmini  dəyişdirir.  Ürəyin  ritmini  dəyişdirən  stimullar,  həmçinin 

arterial təzyiqi də artırır. Ürəyin  yığılma ritmini dəyişən stimullar 

arterial təzyiqi də aşağı salır. 

Belə  ki,  qulaqcıqların  gərginlik  reseptorlarının  qıcıq- 

landırılması  ürək  döyünmələrinin  tezliyini  artırır  və  arterial 

hipotenziyaya  səbəb  olur,  amma  beyin  daxili  təzyiqin  artması 

bradikardiya  və  arterial  təzyiqin  yüksəlməsinə  səbəb  olur.  Ar-

teriyalarda,  sol  mədəcik  və  ağciyər  arteriyasında  baro-resep- 

torlarm fəallığının azalmasına, qulaqcıqlarda gərginlik re- 



140 

downloaded from KitabYurdu.org



septorlarmın fəallığının artması, nəfəsalma, emosional oyanma ağrı 

qıcığı, əzələ işi, noadrenalin, adrenalin, qalxanvarı vəzi hormonları, 

Beynbricin  refleksi  və  qəzəb  hissi  ürəyin  Rit-  mini  artırır, 

nəfəsvermə uculu sinirin ağrı lifinin qıcıqlanması və beyin daxili 

təzyiqin  artması;  arteriyalarda  baroreseptorla-  rın  fəallığının 

artması,  sol  mədəcik  və  ağciyər  arteriyalarında  fəallığın  artması 

ürəyin ritminin azalmasına səbəb olur. 

141 

downloaded from KitabYurdu.org



XII FƏSİL 

TƏNƏFFÜS 

Bəzi  anaerob  mikroorqanizmləri  istisna  etmək  şərtilə, 

demək  olar  ki,  bütün  canlı  orqanizmlər  aerob  tənəffüs  edirlər. 

Tənəffüs funksiyası əsasən xarici və daxili tənəffüs mərhələsində 

baş  verir.  Xarici  tənəffüs  orqanizm  ilə  xarici  mühit  arasındakı 

qazlar mübadiləsini, daxili tənəffüs isə qanla orqanizmin toxuma və 

hüceyrələri  arasında  C>

2

-dən  istifadə  və  C02-nin  ifraz  olunması 



prosesini təmin edir. 

Deməli,  orqanizm  tərəfindən  ətraf  mühitdən  oksigen 

qazının  mənimsənilməsi  və  özündə  əmələ  gələn  karbon  qazının 

xaric  edilməsi  proseslərinin  məcmusu  tənəffüs  adlanır.  Tənəffüs 

canlı Varlıqlara xas olan ən ümdə həyat xassələrindən biridir. Yer 

üzündə  yaşayan  bitki  və  heyvan  orqanizmlərinin  demək  olar  ki, 

hamısı  (çox  az  sayda  orqanizmlər  istisna  olmaqla)  tənəffüs  üçün 

zəruri olan sərbəst molekulyar oksigenin (O

2

) olduğu hava, su və 



torpaq  şəraitlərində  yaşamağa  uyğunlaşmışdır.  Onlara  aerob 

orqanizmlər  deyilir.  Orqanizmlərdə  gedən  maddələr  mübadiləsi 

proseslərində,  üzvi  maddələrin  ok-  sidləşib  parçalanması 

reaksiyalarının  son  məhsullarından  biri  kimi  karbon  qazı  (CO

2



karbon dioksid) əmələ gəlir. Bu, zərərli kimyəvi amil olduğundan 



orqanizm tənəffüs prosesində ondan azad olur. 

İnsan  və  ya  heyvan  orqanizmi  tənəffüs  etməzsə  tez  tələf 

olar.  Xarici  mühitin  heç  bir  fiziki,  mexaniki,  kimyəvi  və  qida 

faktoru  orqanizm  üçün  tənəffüs  qədər  əhəmiyyətli  ola  bilməz. 

Oksigen orqanizmin hüceyrələrində üzvi maddələrin tez «yanması» 

-  oksidləşməsi  və  bioloji  enerjinin  daşıyıcıları  olan  makroergik 

biomolekulların (ATP) əmələ gəlməsi üçün zəruridir. Bioloji enerji 

olmasa  orqanizmin  həyat  fəaliyyəti  sönür.  Ona  görə  də 

orqanizmlərin  oksigenə  olan  tələbatları  böyükdür.  Oksigen 

çatışmayanda  orqanizmin  enerjiyə  olan  ehtiyacı  azacıq  da  olsa 

oksigensiz yolla - anaerob qlükoliz deyilən biokim-  yəvi prosesin 

nəticəsində ödənilə bilər. Lakin bu proses çox az 



142 

downloaded from KitabYurdu.org



hallarda,  özü  də  bəzi  orqanlarda  (əzələ,  qaraciyər  və  b.)  təzahür 

edir. 


Tənəffüs  funksiyasının  daha  sadə  forması  canlı  hüceyrə 

divarları  vasitəsilə  qazların  bilavasitə  diffuziya  yolu  ilə  qaz 

mübadiləsidir (birhüceyrəli orqanizmlərdə). Heyvan orqanizminin 

quruluşunun  mürəkkəbləşməsi  ilə  tənəffüs  orqanlarının  xüsusi 

sistemi formalaşır. 

Müxtəlif növlərə aid olan heyvan orqanizmləri havadan və 

sudan  Ch-ni  mənimsəmək  və  onu  hüceyrələrə  çatdırmaq  üçün 

müvafiq  orqan  və  mexanizmlərə  malikdir.  Orqanizmdən  C

02

-nin 


çıxarılması prosesləri də onların funksiyasına aiddir. Xarici mühit 

ilə orqanizm arasında qazlar mübadiləsi bədənin səthi, dəri örtüyü 

(dəri tənəffüsü), traxeyalar sistemi (traxeya tənəffüsü), qəlsəmələr 

(qəlsəmə  tənəffüsü)  və  ağciyərlər  (ağciyər  tənəffüsü)  vasitəsilə 

həyata  keçə  bilər.  Onurğalı  heyvanların  böyük  əksəriyyəti  üçün 

ağciyər  tənəffüsü  xarakterikdir.  İnsan  orqanizmi  də  bu  yolla 

tənəffüs  edir.  Aşağıda  insanaməxsus  ağciyərlərdə  tənəffüsün 

morfo-fizioloji xüsusiyyətlərinin qısa (səh. 3-10) izahı verilmişdir. 



12.1.

 

Tənəffüs orqanları 

Tənəffüs  sistemi  -  tənəffüs  yollarından,  ağciyərlərin  res-

pirator şöbəsindən, döş  qəfəsindən (onun sümük-qığırdaq karkası 

və  sinir-əzələ  sistemi  daxil  olmaqla),  ağciyərlərin  qan-  damar 

sistemi  və  həmçinin  tənəffüsü  tənzim  edən  sinir  mərkəzlərindən 

təşkil olunmuşdur. 

Tənəffüs - xarici mühitlə orqanizm hüceyrələri arasındakı 

oksigen  və  karbon  qazının  mübadiləsi  aşağıdakı  mərhələlərdən 

keçir:  1)  xarici  tənəffüs  (tənəffüs  orqanlarında  baş  verir),  2) 

orqanizmin  daxili  mühitində  qazların  qanla  nəql  olunması  və  3) 

toxuma və ya daxili tənəffüs. 

Xarici tənəffüs - xarici mühitdən tənəffüs yolları vasitəsilə 

ağciyərlərin respirator şöbəsinə qazların daxil olması (nə- fəsalma) 

və  xaric  olması  (nəfəsvermə)  və  aerohematik  baryerdən  (yəni 

alveol boşluğu ilə və kapillyarların arasında yer 



143 

downloaded from KitabYurdu.org



ləşən  alveollararası  arakəsmədən  qan  ilə)  qazların  ikitərəfli 

diffuziyası. 

Tənəffüs  funksiyasını  tənəffüs  yolları  və  100m

2

  tənəffüs 



səthinə malik olan ağciyərlər həyata keçirir. 

Tənəffüs  yollan  (şəkil  İA)  burada  havanın  fəal  olaraq 

konveksiya (təzyiqlərin müxtəlifliyi hesabına) yolu ilə atmosferdən 

tənəffüsün respirator səthinə və əks istiqamətdə keçməsi baş verir. 

Tənəffüs  yollarının  boruları  traxeyalardan  başlayaraq  dixotomik 

(iki  yerə)  ayrılaraq  bronxları  (və  bronxiol-  ları)  əmələ  gətirir.  1 

dəqiqə ərzində 12-16 dəfə fəal nəfəsalma tənəffüs əzələlərinin işi 

hesabına  yerinə  yetirilir.  Sakit  tənəffüs  zamanı  normada 

nəfəsvermə passivdir. 

Aviol 

Kapilyar toru 



Şəkil 

1. Ağciyərlərin havadaşıyan bronxları və respirator (tənəffüs) şöbələri. A. Ağciyər 

paycıqlarının bronxial və damar şaxələrinin sxemi. Şəklin üst hissəsində  - havadaşıyıcı 

yol, aşağı hissəsində isə - 2 asinusu olan respirator (tənəffüs) şöbə. Kiçik qan dövranının 

arteriya  və  venalarının  şaxələnməsi  praktiki  olaraq  havadaşıyıcı  yolun  şaxələnməsini 

təkrar  edir.  B.  Çoxlu  elastiki  strukturların  və  kiçik  qan  dövranı  sisteminin  ka- 

pillyarlarının əhatəsində olan asinusun tərkibində olan alviol qrupu. 

144 

downloaded from KitabYurdu.org



 

 

Şəkil 1 (davamı). 



V. Alviolarası arakəsmədə yerləşən alviol qan kapill- yarlarından 

keçən 5 kəsiyin əhatəsindədir. Aerohematik baryerin tərkibində olan alviolun üst səthi 

yastı hüceyrələrdən (respirator alviolisitlər) əmələ gəlir. Çoxlu respirator alviositlərdən 

əlavə (alviositlər 1 tip), surfaktant (alviolisitlər II tip), komponentlərini sintez edən vahid 

epitel hüceyrələri alviolun divarında yerləşir, aliviolun üst səthində isə alviol makrofaqı 

olur.  Q.  Aerohematik  baryer  (soldan  sağa  -  alviol  boşluğundan  qan  kapillyarla-  rın 

mənfəzinə  qədər)  surfaktantın  pərdəsindən,  respirator  alviolisitdən,  onun  bazal 

membramndan və endotelial hüceyrələrdən əmələ gəlir. Endo- telin və alviositlərin bazal 

membranları  arasında  hüceyrəarası  matriksin  komponentləri  iştirak  edir,  o  cümlədən 

elastiki  strukturlar),  lakin  qazların  diffuziyası  aerohematik  baryerdə  daha  təsirli  baş 

verir, onun qalınlığı minimal variantda 0,5 mkm təşkil edir. 

Nəfəsalma  -  (ingiliscə  inspirption-inspirasiya)  sakit  və-

ziyyətdə  orta  hesabla  2  saniyə  davam  edir.  Nəfəsalma  zamanı 

tənəffüs  əzələləri  həm  döş  qəfəsi  strukturu,  həm  də  tənəffüs 

yollarındakı  müqavimətə  qarşı  iş  görərək  atmosfer  havasını 

tənəffüs yollarına çəkir. Nəfəsalma zamanı döş qəfəsi boşluğunun 

aktiv və ağciyərlərin passiv genişlənməsi baş verir. 



Nəfəsvermə  (ingiliscə  expiration  -  ekspirasiya)  sakit  və-

ziyyətdə  orta  hesabla  3  saniyə  davam  edir.  Sakit  vəziyyətdə 

nəfəsvermə passiv olaraq həyata keçir (o cümlədən gərilmiş elastik 

strukturların hesabına). Orqanizm fiziki iş görərkən onun oksigenə 

olan tələbatı artır, bu zaman tənəffüs əzələlərinin əlavə işi zəruri 

olur. Nəfəsvermə zamanı döş boşluğunun və ağciyərlərin həcminin 

kiçilməsi müşahidə olunur. 

145 

downloaded from KitabYurdu.org



Tənəffüs  əzələlərini  nəfəsalma  (inspirator,  nəfəsalma 

əzələləri) və nəfəsverməni (ekspirator, nəfəsvermə əzələləri) yerinə 

yetirən əzələlərə, inspirator tənəffüs əzələlərini isə əsas və köməkçi 

əzələlərə bölürlər. 



İnspirator  əzələlər.  Bura  əsas  sakit  vəziyyətdə  nəfəsal- 

manı  təmin  edən  diafraqma,  xarici,  daxili  qığırdaqarası  əzələlər 

aiddir. Sakit vəziyyətdə nəfəsalma zamanı diafraqma- nın günbəzi 

vertikal olaraq təxminən 2 sm vəziyyətini dəyişir, sakit vəziyyətdə 

nəfəsalmadan  fərqli  dərindən  nəfəsalma  zamanı  diafraqmanın 

günbəzinin yerdəyişməsi 10 sm çata bilir. 

Beləliklə,  diafraqmanın  yuxarı  və  aşağı  hərəkəti  döş 

boşluğunun  ölçüsünü  vertikal  istiqamətdə  böyüdür  və  ya  kiçildir, 

qabırğaların qalxması və ya enməsi isə döş qəfəsinin dia- metrini 

ön, arxa və yan istiqamətlərdə böyüdür və ya kiçildir. 



Köməkçi əzələlər (pilləli, döş - körpücük məməyəbən- zər, 

trapesiyayabənzər,  böyük  və  kiçik  döş  əzələləri və  bir  sıra  digər) 

orqanizmin  oksigenə  olan  tələbatı  əhəmiyyətli  dərəcədə  artdıqda 

nəfəsalmanı  təmin  etmək  üçün  köməkçi  əzələlər  fəaliyyətə 

başlayırlar. 

Ekspirator  əzələlər,  bura  daxili,  qabırğaarası,  həmçinin 

daxili  və  xarici  çəp,  düz  və  çəp  qarın  əzələləri  aid  edilir.  Qarın 

əzələlərinin yığılması nəticəsində qarın boşluğunda təzyiq artır ki, 

bu da diafraqmanı qaldırır, nəticədə döş boşluğunun həcmi kiçilir. 



Axının xarakteri (şəkil 2) laminar, turbulent və ya bunun 

və digərinin xüsusiyyətlərini özündə cəmləşdirən aralıq tip ola bilir. 

Təcrübədə  hava  seli  (pnevmataxometriya,  floumetriya) 

pnevmotaxometrin (floumetr) köməyilə ölçülür. 



Alveollar - 70 mkm-dan 300 mkm-a qədər diametrə malik 

yarımsferik  strukturlardır.  Bütün  alveolların  (təxminən  300  mln) 

tənəffüs səthi 50 m

2

-dən 100 m



2

 qədər, maksimal həcmi 51-dən 61-

ə qədər, hansı ki, ağciyərlərin həcminin ən azı 97%-ni təşkil edir. 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin