112
downloaded from KitabYurdu.org
Qanın dövretmə sürəti dedikdə böyük və kiçik qan damar-
larından qamn dövranının başa çatmasına sərf olunan vaxt nəzərdə
tutulur. Bunu təyin etmək üçün heyvanın vidaci venasına rəngli
maddə və ya nişanlanmış natrium izotopu yeridilir və digər ətrafın
venasında rəngin göründüyü vaxt qeydə almır.
Nəbz vuruqları normal olan (dəq. 70-80) insanlarda qanın
dövretmə müddəti, orta hesabla ürəyin 27 sistolasına, 20-23
saniyəyə bərabər olur. İtlər üzərində aparılan təcrübələr göstərir ki,
bu vaxtın 1/5 hissəsi qanın kiçik qan dövranından,
4/5
hissəsi isə
böyük dövrandan keçməsinə sərf olunur.
Qan dövranının sürətini (qanın dövretmə sürəti) digər
təcrübə vasitəsilə də təyin etmək olar. Bunun üçün öd turşusunun
duzunu iynə ilə dirsək venasına vurulan andan dilin üstündə istilik
hiss olunan müddətə qədər keçən vaxtı (normada 15s.) müəyyən
edirlər (şəkil 2 A).
Şəkil 2.
Qan cərəyanının müddətinin
(A)
və pletizmoqrafıya (B) 1 - iynə vurulan yer;
2 - son nahiyə (Dil); 3 - həcmi qeyd edən; 4 - su; 5 - rezin əlcək.
Damar tutumu. Damar şaxələrinin ölçüsü damar tutumunu
təyin edir. Arteriyalar sirkulyasiya edən qanın ümumi miqdarının
10%-ni, kapillyarlar - 5%, venalar və kiçik venalar - təqribən
54
%
və böyük venalar -
21
%-ni saxlayır. Ürəyin kameraları qalan 10%-i
özündə saxlayır. Kapillyarlar və kiçik venalar böyük tutuma
malikdirlər. Bu isə onlara böyük həcmdə qanı toplamağa və effektli
rezervuar qabiliyyətinə malik olmağa səbəb olur.
Hidrodinamikanın qanunlarına uyğun olaraq mayenin
113
downloaded from KitabYurdu.org
cərəyanı borularda
2
üsulla təyin edilir:
1)
Təzyiq ilə. Hansı ki, maye onun təsiri ilə hərəkət edir.
2)
Müqavimət. Hərəkətdə olan maye borunun divarına
sürtünür, müqavimətə rast gəlir.
Birincisi təzyiqlər fərqi mayenin hərəkətinə səbəb olur,
ikincisi hidravlik müqavimət isə ona mane olur. Müəyyən vaxt
ərzində borudan axan mayenin təzyiq fərqinin müqavimətə
münasibəti maye axınının həcmi sürətini - Q-ni müəyyən edir.
Bunu aşağıdakı düsturla müəyyən edirlər:
Q =
P
' -
p ı
R
Q
- mayenin həcmi
P ı , p
2
- maye axan borunun başlanğıc və sonu arasındakı təzyiq
fərqi.
R
- axm müqaviməti.
Bu düsturdan istifadə edərək kiçik və böyük qan dövranında
periferik müqaviməti tapa bilərik. Bunun üçün, həm qan
damarlarının başlanğıc və sonundakı olan təzyiqi, həm də qanın
həcmini bilmək lazımdır.
R =
P
Q
Deməli, müxtəlif damarlarda müqaviməti təzyiq fərqinə
görə təyin etmək olar. Qanın axınının müqaviməti çox olduqca
damar boyu təzyiq də aşağı düşür. Birbaşa ölçmə üsulu ilə müəyyən
edilmişdir ki, təzyiq iri damarlarda
10
%, arteriya və damarlarda
85% aşağı düşür. Bu onu göstərir ki, mədəciklər tərəfindən yaranan
enerjinin
10
%-i qanın iri və orta həcmli damarlarda hərəkətinə,
85%-i isə arteriya və kapillyarlarla hərəkətinə sərf olunur.
Qan damarlarında qanın hərəkətini təsvir etmək üçün çox
zaman şüşə və ya rezin borulardan ibarət Marey modelindən
istifadə edilir. İçində su olan şüşə rezervura biri şüşə, digəri isə ucu
daraldılmış rezin boru birləşdirilir. Hər iki boru vasitəsilə
rezervuardan eyni vaxtda müəyyən fasilələrlə su buraxdıqda şüşə
borudan fasilələrlə, rezin borudan isə arası kəsil
114
downloaded from KitabYurdu.org
mədən axacaqdır. Rezin borudan suyun fasiləsiz axması rezin
borunun divarlarının elastik olması ilə izah edilir. Rezin boruya bir
qədər su daxil olduqda onun divarlarını genişləndirir, suyun axarı
dayandıqda rezin borunun divarlarını genişləndirən təzyiq də itir.
Borunun divarları elastik olduğu üçün əvvəlki vəziyyətə qayıtdıqda
suya təzyiq göstərib, onu arası kəsilməyən cərəyanla axıdır. Sonra
buraya yenə su daxil olub, onun divarlarını genişləndirir və s.
Rezin boruları olan modeldə müşahidə etdiyimiz qanu-
nauyğunluqları ürək-damar sisteminə tətbiq etsək, qan damar
sistemində də təxminən eyni hadisənin baş verdiyini görərik.
Beləliklə, bədənin normal həyat fəaliyyəti üçün qan da-
marlarında müəyyən dərəcədə tonus və təzyiq olmalıdır. Bu qanın
orqan və toxumalara doğru hərəkətini asanlaşdırır.
11.3.
Arteriya və arteriollarda qanın cərəyanı
Nəbz. Nəbz - sol mədəciyin sistolası zamanı arteriya
sistemində təzyiqin yüksəlməsi nəticəsində arteriya damarlarının
divarının ritmik dalğalanmasına deyilir. Ürəyin hər bir sis- tolası
zamanı sol mədəcikdən aortaya yeni qan hissəsi daxil olur. Bu
aortanın proksimal sahəsinin divarının dartılıb genişlənməsinə
səbəb olur, nəticədə qanın inersiyası qanın mühitə doğru tez
hərəkətinə mane olur. Genişlənmiş damarın daralması zamanı
aortada təzyiq artır. Nəticədə aortanın divarının dartılmasına səbəb
olan təzyiq arteriya divarı boyunca daha uzaqlara doğru yayılan
nəbz dalğasına səbəb olur. Bu proses nəbz dalğası hesab edilir, yəni
arteriya damarlarının divarının ritmiki dalğalanmasının damar
boyunca yayılması və bu ritmik dalğalanmanın mühiti damarlarda
hiss edilməsinə nəbz deyilir. Arteriyaların divarının müqaviməti
kapillyarlara doğru yayılma istiqamətində nəbz dalğasının
amplitudasım tədricən azaldır (şəkil 3).
Şəkil 3. A.B.-də nəbz dalğasının amplitudasının və təzyi-
qinin kiçik damarlar istiqamətində sönməsi baş verir.
115
downloaded from KitabYurdu.org
Şəkil 3. Arteriya nəbzi. A. Sfıqmoqramma.
ab - anakrotik;
bq - sistolik plato; de - katokratik; q - kəsik. B. Nəbz dalğasının kiçik damarlar
istiqamətində hərəkəti. Nəbz təzyiqinin sönməsi baş verir.
Sfıqmoqramma (şəkil 3 A və şəkil 4). Sfıqmoqrafıya - nəbz
dalğasını qeyd etməyə deyilir, alınan əyri isə sfıqmoq- ramma
adlanır. Aortanm nəbz əyrisində (sfıqmoqramma) sol mədəciyin
sistolası anında qanın aortaya vurulması nəticəsində törəyən qalxan
(anakrotik) və diastola anında yaranan enən əyri (katakrotik) ayırd
edilir. Mədəcikdə təzyiq aortadakı təzyiqdən aşağı olur və qan
təzyiq qradienti üzrə mədəciyə doğru istiqamətdə qayıdanda
katakrotik əyrinin üzərində çuxur əmələ gəlir. Qanın geriyə təsiri
altında aypara qapaqlar bağlanır. Qanın dalğası qapaqlara əks
olunaraq təzyiqi böyük olmayan ikincili dalğa (dikrotik əyrı-
qalxma) yaradır (şəkil 4).
Nəbz dalğasının sürəti: aortada - 4-6 m/s, arteriyada - 8-12
m/s, kiçik arteriya və arteriollarda - 15-35 m/s. ,
Nəbz təzyiqi-sistolik və diastolik təzyiq arasındakı fərqə
deyilir. Ürəyin vurğu həcmi və buna uyğun ürəyin hər bir yığılması
zamanı arterial sistemə qovduğu qanın miqdarı nə qədər çox olursa,
nəbz təzyiqi də bir o qədər yüksək olur.
116
downloaded from KitabYurdu.org
Şəkil 4. Nəbz yazısının əyrisi (sfıqmoqramma).
Üstdəki xətdə vaxt qeydiyyatı verilir.
Nəbz təzyiqinin sönməsi. Mühiti damarlarda ritmiki
dalğalanmanın getdikcə azalmasına nəbz təzyiqinin sönməsi
deyilir. Nəbz təzyiqinin zəifləməsinə qanın hərəkətinin müqaviməti
və damarların elastikliyi səbəb olur. Qanın müəyyən hissəsi növbəti
damar seqmentini dartmaq üçün nəbz dalğasından irəli hərəkət
etməsi hesabına müqavimət ritmik dalğalanmanı zəiflədir.
Müqavimət çox oduqca, bir o qədər çox çətinlik törəyir. Beləliklə,
nəbz dalğasının zəifləmə dərəcəsi, ümumi mühiti müqavimətlə
mütənasibdir.
Nəbz dalğası arteriyalar boyu yayılaraq tədricən zəifləyir və
kapillyar torunda tamamilə itir.
Arteriya nəbzi damarın bədən səthinə yaxın olan yerlərində,
biləkdə, gicgahda, boyunda, alt çənənin küncündə, barmaqları
damar səthinə toxundurmaqla, ayaqaltmda və s. yaxşı hiss etmək
olur. Nəbz dalğalarının yayılma sürəti qanın damarlarda hərəkət
sürəti ilə eyni deyil. Bir qayda olaraq nəbz dalğaları qanın yayılma
sürətini ötür. Orta yaşlı sağlam adamın qanının damar boyu hərəkəti
saniyədə 0,3-0,5 m-ə bə- rabərdirsə, nəbz dalğasının yayılma sürəti
aortada 5,5-8 m-ə, pe- riferik arteriyalarda isə 6-9,5 m/san olur.
Nəbz ürəyin işini əks etdirdiyi üçün nəbzi yoxlamaqla
bütün ürəyin fəaliyyəti haqqında fikir söyləmək olar.
117
downloaded from KitabYurdu.org
Normada nəbz 70-75-80, yeni anadan olan uşaqlarda 160-
180, sonra 10-25 yaşlarda azalır, 25-50 yaşında sabit olur. Yaşlı
adamlarda yenidən çoxalır. Günün ritminə uyğun gündüzlər çoxalır,
gecələr azalır.
Şəkil 4-də sfıqmoqrammamn anokrotik əyri mədəciyin
sistolası zamanı aortaya qovulmuş qanın aorta damarının di-
varlarının genişləndirməsindən, katokratik əyri isə ürəyin dia-
stolası zamanı aortada təzyiqin aşağı düşməsi nəticəsində əmələ
gəlir. Aortaya qovulmuş qanın bir hissəsi geriyə - ürəyə tərəf axaraq
aypara qapaqlara dəyir və yenidən aortaya qayıdır və ikincili və ya
dikrotik dalğanın baş verməsinə səbəb olur.
Vena nəbzi. Mədəciklərin sistolasında boş və ağciyər ve-
naları boşalıb yığılırlar. Bu səbəbdən də sağlam adamın vena nəbzi
mənfi vena nəbzi adlanır. Qapaqlar tamamilə bağ- lanmadıqda sağ
mədəciyin sistolası zamanı qan geriyə, venalara qayıdır, buna görə
də vena nəbzinin yüksəlişi mədəciyin sis- tolasma uyğun gəlir. Belə
nəbzə müsbət vena nəbzi deyilir.
11.4.
Arterial təzyiqin ölçülməsi. Klinikada qan təzyiqini
düzünə (qanlı), dolayı (qansız) üsulla ölçürlər.
Düzünə, bir başa (qanlı) üsul
Bir sıra kliniki hallarda arterial təzyiqi iynəni birbaşa arteriya
damarına yeritmək yolu ilə ölçürlər. Arterial təzyiqin yazılmış
əyrisində üç növ dalğa müşahidə edilir:
1)
Ürəyin vurğusuna (sistola və diastolasma) uyğun gələn -
nəbz dalğası;
2)
Tənəffüs hərəkətlərinə uyğun gələn - tənəffüs və ya Traube
Herinq dalğası. Hər tənəffüs hərəkəti bir neçə nəbz dalğasına uyğun
gəlir;
3)
Damar-hərəki mərkəzlərin tonusunu əks etdirən - daim
olmayan tədrici dalğalar və ya Meyer dalğaları. Hər dövr bir neçə
tənəffüs hərəkətini əhatə edir.
Düzünə olmayan (dolayı yolla) üsul. Təcrübədə sistolik və
diastolik arterial təzyiqi təyin etmək üçün qansız üsuldan istifadə
edirlər. Bunun üçün Pivo-Poççin ayskultativ (nəbz vuruqla-
118
downloaded from KitabYurdu.org
rına qulaq asmaq) üsulundan və Koroktovun dirsək çuxurunda
eşidilən səs tonlarına görə qan təzyiqini ölçürlər (şəkil 5).
Sistolık AT tııp-tup edən
(səsin) eşidilməsi
anma uyğun gəlir
Şəkil 5. Arterial təzyiqin təyini.
Sistolik və ya maksimal arterial təzyiq.
Diastolik (minimal) arterial təzyiq.
Arterial təzyiqin yüksəlməsinə təsir edən amillər. Emo-
sional oyanma, yaş, fiziki iş və s.
Yaş. Sağlam adamlarda sistolik AT 15 yaşa qədər 115
mm.Hg.st., 65 yaşa qədər hər il 0,5 mm.Hg.st. artıb AT 140
mm.Hg.st. qədər yüksələ bilər.
Diastolik arterial təzyiq 15 yaşma qədər 70 mm.Hg.st.
qədər, sonra hər il 0,4 mm.Hg.st. artaraq 90 mm.Hg.st. çatır. 40-50
yaşları arasında sistolik və diastolik AT qadınlarda aşağı olur.
Lakin 50 və sonrakı yaşlarda yüksək olur. Sistolik və diastolik
arterial təzyiq bədən kütləsi çox olan adamlarda yüksək olur. İnsan
birdən ayaq üstə duranda, ağırlıq qüvvəsi venoz qanın geriyə
qayıtmasına səbəb olur və bu zaman ürək vurğusu və AT azalır.
Kompensator olaraq ürək döyünməsinin sayı (UDS) artaraq,
sistolik və diastolik atrerial təzyiq (AT) və ümumi mühiti
müqavimətin yüksəlməsinə səbəb olur.
İş zamanı AT artır. Sistolik AT ürəyin qüvvətli yığıl
119
downloaded from KitabYurdu.org
ması hesabına yüksəlir. Diastolik AT əvvəlcə işləyən əzələnin
damarlarının genişlənməsi hesabına azalır, lakin sonra ürəyin
intensiv işləməsi diastolik AT yüksəlməsinə səbəb olur.
Yuxarıdakı üsullarla qan təzyiqinin ölçülməsi göstərir ki,
aortada sistolik təzyiq orta yaşlarda 110-125 mm, diastolik təzyiq
isə 60-80 mm civə sütünuna bərabərdir.
Yeni doğulmuş uşaqların sistolik təzyiqi 40 mm, bir neçə
günlük uşağmkı 70 mm, bir aylıq uşağınkı 80 mm, 10-14 yaşlı
uşağınkı
100-110
mm civə sütunu olur.
Bir yaşından sonra uşaqlarda maksimal arterial qan təzyiqi
təxmini olaraq V.İ.Molcanova görə belə təyin edilir.
P
m
= W + { 2 - n )
Burada n uşağın yaşını göstərir. Məsələn, 10 yaşlı uşağın
maksimal təzyiqi 80+2-10=100 mm civə sütununa bərabər olur.
Minimal təzyiq isə maksimal təzyiqin yarısının 2/3-si qədər olur.
Qan təzyiqinin 150 mm civə sütunundan yuxarı qalxması
hipertoniya (hipertenziya), 75-80 mm-ə qədər azalmasına
hipotoniya (hipotenziya) deyilir. Hipotoniya bəzi narkotik
maddələrlə, dərmanlarla, məsələn, xloroformla bərk zədələ- dikdə
və yandıqda, habelə çox qan itirdikdə baş verə bilər.
Qan təzyiqi mədəciklərdən uzaqlaşdıqca damarlarda təd-
ricən enir və nəhayət, venalarda mənfi olur. Əgər aortada təzyiq
130-140 mm civə sütununa bərabərdirsə, arteriyalarda 120-130
mm, kiçik venalarda
8-12
mm və nəhayət böyük venalarda hətta
mənfi olur, yəni atmosfer təzyiqindən 2-5 mm civə sütunu aşağı
düşür. Kiçik damarlarda və kapillyarlarda təzyiqin azalması qanın
böyük müqavimətinə rast gəlməsilə izah olunur.
11.5.
Venoz təzyiq
Qanın venalar ilə hərəkəti ürəyin nasos funksiyası nə-
ticəsində həyata keçirilir. Venoz qan cərəyanı həmçinin, həm də hər
bir nəfəsalma zamanı döş boşluğunda yaranan mənfi təzyiqin
hesabına (sorucu təsir) və ətrafların skelet əzələlərin venaları
sıxması hesabına (birinci növbədə ayaqları) qüvvətlənir.
120
downloaded from KitabYurdu.org
İri venalarda, xüsusilə boş venaların sağ qulaqcığa tökül-
düyü yerdə, vena təzyiqi orta hesabla 4,6 mm.Hg.st. təşkil edir.
Qan təzyiqinin səviyyəsini başlıca olaraq iki şərt-sistola
zamanı ürəyin aortaya qovduğu qanın həcmi (Q-) və aortadan axıb
gələn qanın qarşısını alan damar sisteminin müqaviməti (R)
müəyyən edir. Bu asılılıq sadə formula ilə təyin edilir:
P = QR
Ürəyin sistolası zamanı sol mədəcikdən aortaya qovulan
qanın miqdarı (Q) artıqda qan təzyiqi yüksəlir. Damarların
müqaviməti (R) dəyişdikdə də qan təzyiqi artıb-azala bilər.
Qanın hərəkətinə göstərilən müqavimət bir sıra faktor-
lardan asılıdır: müqavimət damarın uzunluğu, qanın yapış- qanlığı
və qanın axma sürəti ilə düz, diametri və elastikliyi ilə tərs
mütənasibdir.
Heyvanlarda, bəzi hallarda insanda kəskin üsulla arte- rial
qan təzyiqini ölçmək üçün arteriyalara şüşə kanyula və ya yoğun
iynə daxil edib və onu manometrlə əlaqələndirərək öyrənmək olar.
Bunun üçün heyvanın yuxu arteriyasına manometrlə birləşmiş
kanyula salmır. U-yə bənzər manometrin yarısına qədər civə
tökülür. Manometrin qan damarı ilə birləşdirilən hissəsi ilə qanm
laxtalanmasınm qarşısını alan (limon turşusunun natrium duzu)
məhlulu doldurulur. Borunun digər açıq dirsəyinə ucunda
qeydedici olan uzən üzgəc mil bərkidilir. Qan təzyiqinin dəyişməsi
civəni rəqsi hərəkətə gətirir. Bu isə qeydedicinin köməyilə
kimoqraf üzərində xarakterik əyri cızır (şəkil
6
).
r-ı
Şəkil
6
. Heyvanda qan təzyiqinin əyrisi.
Bədən səthində mayenin təzyiqi atmosfer təzyiqinə bə
121
downloaded from KitabYurdu.org
rabərdir. Bədən səthindən dərinliyə doğru istiqamətdə təzyiq artır.
Bu təzyiq suyun ağırlıq qüvvəsinin orqanizmə təsiri hesabına
yaranır. Ona görə də bu təzyiqi qravitasion (hidrostatik) təzyiq
adlandırırlar. Hidrostatik təzyiqin damar sisteminə təsiri qanın
damarlardakı çəkisinə görə əsaslandırılmışdır (şəkil 7).
Şəkil 7. Venoz qan cərəyanı.
A - Qravitasiyanın venoz təzyiqə vertikal vəziyyətdə təsiri.
B - Vena (əzələ) nasosu və venoz qapaqlarının rolu.
Aşağı ətrafın venaları skelet əzələlər ilə əhatə olunmuşdur,
belə ki, əzələlərin yığılmaları venaları sıxır. Qonşu arteriyaların
pulsasiyası da venalara təzyiq edir. Vena damarlarının divarında
olan qapaqlar qanın geriyə qayıtmasının qarşısını alır, ona görə də,
qan venalardan ürəyə doğru istiqamətdə axır. Şəkil 7 B-dən görünür
ki, vena qapaqları qanın ürəyə doğru istiqamətdə hərəkəti üçün
səmtlənmişdir.
Ürəyin yığılmasının sorucu təsiri. Sağ qulaqçıqda təzyiqin
dəyişməsi böyük venalara verilir. Mədəciklərin sistolası
122
downloaded from KitabYurdu.org
fazasında sağ qulaqcıqda təzyiq kəskin aşağı düşür. Ona görə də,
qulaqcıq-mədəcik qapaqları mədəcik boşluğuna doğru istiqamətdə
dartılaraq, qulaqcığın həcmini artırır. Nəticədə, iri venalardan qanın
qulaqcıqlara doğru sorulması baş verir və ürəyə yaxın venoz qan
cərəyanı pulsasiya edən olur.
Beləliklə, yuxarıda qeyd etdiklərimizi nəzərə alıb deyə
bilərik ki, qanın venalardan ürəyə doğru hərəkətinə səbəb
aşağıdakılardır:
1)
Ürəyin itələmə qüvvəsinin qalığı.
2)
Döş qəfəsində mənfi təzyiq nəticəsində əmələ gələn sorma
qüvvəsi.
3)
Qarın və döş boşluğunda olan təzyiq fərqi (qarın da-
marlarında təzyiq yüksək olur).
4)
Sistola zamanı ürəyin sorma qüvvəsi.
5)
Skelet və bağırsaq divarı əzələlərinin yığılması nəticəsində
damarların yığılması.
6)
Venaların divarlarında ciblərin olması.
Venaların depanirə funksiyası. Dövranda olan ümumi qanın
60%-dən çoxu venalarda olur. Çoxlu qan itirmə və arterial təzyiqin
enməsi zamanı karotid sinusun reseptorları və digər damar
sahələrin reseptorlarında venanı innervasiya edən simpatik
sinirlərinin fəallaşmasına və damarların daralması ilə nəticələnən
reflektoru reaksiyaya səbəb olur. Bu qan itirmə nəticəsində pozulan
çoxlu qan dövranı reaksiyalarının bərpa olunmasına səbəb olur.
Nəticədə, hətta qanın ümumi həcminin
20
% itirildikdən sonra belə,
qan dövranı sistemi venalarda olan ehtiyat qanın müəyyən hissəsini
dövrana daxil etməklə özünün normal funksiyasını bərpa edir.
Bütövlükdə qan dövranının ixtisaslaşmış sahələrinə («qan
depoları») bunlar aiddir:
1)
Qan dövranına bir neçə yüz ml qan buraxan - qaraciyər
2)
Qan dövranına 1000 ml qan vuran - dalaq
3)
300 ml qədər qan deponirə edən qarın boşluğunun iri venaları
4)
Bir neçə yüz ml qan deponirə etmək qabiliyyəti olan, dəri- altı
venalar.
123
downloaded from KitabYurdu.org
11.6.
Mikrosirkulyasiya
Qan-damar sisteminin əsas funksiyası orqanizmin daxili
mühitini (hemeostazı) sabit saxlamaqdır. Ürəyin və mühiti
damarların əsas vəzifəsi qanı qan və qanla toxuma mayesi arasında
mübadilə həyata keçən yerə kapillyar toruna nəql olunmasını təmin
etməkdir.
Su və maddələrin damarların divarından keçməsi diffu-
ziya, pinositoz və filtrasiya vasitəsilə həyata keçirilir.
Bu proses mikrosirkulyator vahid kimi məlum olan da-
marlar kompleksində baş verir. Mikrosirkulyator vahid ardıcıl
yerləşən damarlardan ibarətdir. Bu arteriya sonu, (terminal) -»
arterya arxası, kapillyar önü sifinkterlər -» kapillyarlar -> venulalar.
Bundan başqa, mikrosirkulyator vahidin tərkibinə artero-venoz
anastozlar daxildir.
Qan cərəyanının sürəti. Arteriollarda qan cərəyanının
sürəti 4-5 mm/s, venalarda 2-3 mm/s təşkil edir. Eritrositlər
kapillyarlardan bir-bir keçir, lakin damarların diametri kiçik olduğu
üçün formasını dəyişib, yastılaşaraq keçir.
Eritrositlərin hərəkət sürəti - 1 mm/s qədər olur. Ka-
pillyarlarda təzyiq 15-25 mm. Hg.st. olub, venoz hissədən çoxdur.
Bu təzyiq fərqinin qüvvəsi hesabına qan kapillyarlardan arterial
hissəyə süzülür və venoz hissəyə sorulur. Kapillyarla- rın xarici və
daxilinə istiqamətlənən təzyiq fərqi 13 mm. Hg.st. təşkil edir. Bu
13 mm. Hg.st. filtrasiya təzyiqini təşkil edir. Bu təzyiq plazmanın
0,5%-nin kapillyarm arterial hissəsindən in- tesitisial məkana
keçməyə səbəb olur. Kapillyarm xarici və daxilinə istiqamətlənmiş
təzyiq fərqi 7 mm. Hg.st. təşkil edir, bu kapillyarm venoz hissəsində
geriyə sorma (reabsorbsiya) təzyiqidir.
Hüceyrəarası mayedə onkotik təzyiq kapillyarlarm di-
varından hüceyrəarası boşluğa daxil olan zülalın miqdarına görə
müəyyən edilir. Burda zülalın miqdarı plazmadan bir qədər çox
olur. Hüceyrəarası mayedə kalloid-osmotik təzyiq
8
mm- kq təşkil
edir.
Reabsorbsiya təzyiqi arterial hissədə filtrasiya olunan
Dostları ilə paylaş: |