468
downloaded from KitabYurdu.org
daxili mühitinin sabitliyinin, təsirlərin izlərinin saxlanılması və
icrası şəklində meydana çıxır.
Yaddaşın təkamülündə ikinci mərhələ genetik yaddaşa
əsaslanan immun yaddaşda möhkəmlənən, məlumatların zülal
makromolekulları vasitəsilə hüceyrəarası mübadiləsinə əsaslanan
formasıdır.
Yaddaşın təkamülündə sonrakı üçüncü mərhələ sinir sistemi
olan heyvanlarda meydana çıxan sinir yaddaşıdır. Belə ki, sinir
hüceyrələri, yəni neyronda əmələ gələn oyanma elektrik impulsları
şəklində aksonun sinapsları vasitəsilə digər neyronlara nəql olunur.
Sinir yaddaşının ilk forması neyronlararası mürəkkəb şərtsiz
reflekslərə və ya instinkti təmin edən neyronlararası əlaqəyə
əsaslanır.
Sinir yaddaşının daha sonra meydana çıxan, funksional
cəhətdən daha mürəkkəb forması olan adaptiv yaddaş - emosional
möhkəmlənmə mexanizmilə idarə olunur. Sinir yaddaşı
qıcıqlandırıcının izinin mərkəzi sinir sistemində orqanizm üçün
siqnal əhəmiyyəti olan əlaqələr şəklində qalması və fıksə olun-
masıdır. İnsanda nitqin əmələ gəlməsilə əlaqədar olaraq mühitə asan
uyğunlaşan daha ali-məntiqi yaddaş forması formalaşır. Yaddaşın
bütün növləri ilk genetik strukturlar əsasında yaranır.
Beləliklə, insan və heyvan beyninə xarici aləmdən, səltə-
nətdən ölçüsü məlum olmayan, yəni onun məlumat tutumundan
100
dəfə çox siqnallar (görmə, eşitmə, qoxu, dad, dəri) daxil olsa da,
onların az bir hissəsi
1
%-ə qədər yaddaşda qalan iz salır.
Yaddaş - insan və heyvanlarda başa düşülən və düşülməyən,
dərk edilən və edilməyən, şüurlu və şüursuz səviyyədə olan mühitdə
baş vermiş genetik aparatda, MSS-də yəni bioloji sistemdə iz
qoymuş keçmiş hadisələri yadda saxlamaq, qorumaq və sonradan
lazım gəldikdə yada salmaq qabiliyyətidir.
Məlumatı bioloji sistemə daxil etmək kodlaşdırma adlanır.
Baş-beyin strukturlarına daxil olan məlumat insanın davranışına
uyğun formaya çevrilir. Yaddaş olmadan öyrənmək,
469
downloaded from KitabYurdu.org
düşünmək və heç bir fərdi davranış təcrübəsini həyata keçirmək
mümkün olmaz. İnsan fərdi təcrübə toplamadıqda onun həyatının
normal gedişi pozulur. Fərdi təcrübə toplamağa təlim deyilir. Təlim
isə yaddaş sayəsində mümkündür.
Ümumiyyətlə, yaddaşın, bütün növləri fəaliyyətdə forma-
laşmasına baxmayaraq bioloji tələbatın ödənilməsindən asılı
olmayaraq əmələ gəlir.
Onlara misal olaraq: 1) erkən izqalma (imprintinq); 2) la- tent
izqalma (menemik yaddaş); 3) qeyri-iradi yaddasaxlama və digər
halları göstərmək olar.
İmprintinq təlim almanın və yaddaşın ən ilk forması sayılır
və yeni dünyaya gəlmiş quş və ya heyvan balasının həyatlarının
məhdud zaman çərçivəsində, valideyn əhatəsi, həyatı ilə bağlı olan
görmə, eşitmə, taktil və qoxu siqnallarının beyində həkk
olunmasında ifadə olunur. Bu yaddaş izləri heyvanın sonrakı
davranışında dominatlıq kəsb edir, onları silmək, onlara düzəliş
vermək bir o qədər də asan deyil, bəzən bu heç mümkün olmur.
Yumurtadan təzə çıxmış ördək balalarına analarını bircə dəfə
görmək kifayətdir ki, onlar onun dalınca getsin. Anasının öldüyü
yeri görmüş quzu sürüdən ayrılaraq dəfələrlə həmin yerə qayıdır,
oradan uzaqlaşmaq istəmir, o sürüyə çətin uyuşur.
Latent və ya menemik yaddaş fenomeninin mahiyyətini isə
S.Beritaşvili tərəfindən aparılmış bir təcrübə doymuş iti müxtəlif
yerlərdə yem qoyulmuş təcrübə otağına buraxmışdır. Daha sonra
otaqdan yem qablarını götürmüşlər. İt acdıqda onu bir də həmin
otağa salmışlar, indi it yem qabları yerində olmasa da, tərəddüdsüz,
həmin yerləri tapır və orada yem axtarmağa başlayır. Deməli, insan
və ya heyvan hər hansı tələbatının ödənilməsinə xüsusi ehtiyac
olmadan da şərait və ya situasiya siqnallarını yadda saxlamağa
qabildir.
Sinir yaddaşı və ya neyroloji yaddaş. Bura bir neçə funksiya
- məlumatların qəbulu, onların saxlanılması və işlənməsi kimi çox
mürəkkəb proseslər daxildir.
Yaddaşın ənənəvi təsnifatında qısamüddətli (operativ) və
uzunmüddətli yaddaş formaları fərqləndirilir.
470
downloaded from KitabYurdu.org
Əgər qıcığın təsirindən yaranan məlumatlar bu orqanizm
üçün vacibdirsə, xüsusilə onun mütləq tələbatlarında^ irəli gəlirsə,
sonra o, aralıq yaddaşda işlənilir və nəhayət, uzunmüddətli yaddaşa
keçir. Əks halda o tez yaddaşdan silinir.
Qısamüddətli yaddaş bir neçə saniyədən bir neçə dəqiqəyə
qədər davam edir. Sərbəst olmur və düşüncəli nəzarətə məruz qala
bilməz.
Qısamüddətli yaddaş bir neçə saniyə və ya dəqiqə ərzində
seçilmiş məlumat hissəsini saxlamağa və icra etməyə imkan verir.
Qısamüddətli yaddaş insan, ancaq telefon nömrəsi və alınmış
məlumatlar haqqında fikirləşdiyi müddətdə davam edir. Belə hesab
edirlər ki, qısamüddətli yaddaşın əsasında sinir impulslarmın qapalı
neyron zəncirində çoxlu təkrar olunan sirkulyasiyası durur.
Uzunmüddətli aralıq yaddaş bir neçə dəqiqədən bir neçə
həftəyə qədər davam edə bilər.
Belə yaddaşa danışıq zamanı fikirlərin formalaşması,
ünvanların, telefon danışıqlarının və bəzi tapşırıqların yadda
saxlanması aid edilir. Əgər bu yaddaş təsadüfən itmirsə və onun izi
daha daimi olursa, onda o uzunmuddətli yaddaş dərəcəsini alır.
Uzunmüddətli yaddaş. Belə hesab edirlər ki, sinapsların
struktursuzlaşmasından asılı olur, hansı ki, sinir siqnallarının nəqli
zamanı onların hissiyyatının uzunmüddətli dəyişilməsinə səbəb
olur.
Uzunmüddətli yaddaş bütün həyatı boyu qorunub saxlanılır.
Subyekt üçün vacib olan, xüsusilə emossional əhəmiyyətli təsir
zamanı rənglənmiş hadisələr çox aydın uzun müddət yaddaşda həkk
olunur.
Lakin uzunmüddətli yaddaşın mexanizmini bir neçə nə-
zəriyyə ilə müxtəlif istiqamətlərdə izah edirlər.
Uzunmüddətli yaddaş MSS neyronlarmın cismində yeni
sinaptik kontaktların əmələ gəlməsi, həmçinin sinapsların öl-
çülərinin böyüməsi zamanı qliya hüceyrələrində ribonuklein
turşusunun (RNT) miqdarının artması ilə müşayiət olunur.
471
downloaded from KitabYurdu.org
Bəzi müəlliflərin apardığı mərkəzi sinir sistemi sinapsla-
rında xolinoreseptorların miqdarının artması müşahidə edilir.
Yaddaşın mexanizmində noradrenalinin və dofaminin iştirakı da
müəyyən edilmişdir. Yaddaşın möhkəmlənməsilə əlaqəli olan
proseslərdə serotoninergik mexanizmlərin iştirak etməsi inkar
edilmir.
Sinaptik yaddaşın mexanizmində, həmçinin qamma-ami- no-
yağ turşusu, qlütamin turşusu da iştirak edir.
Yaddaşın mexanizmində neyropeptidlər sinapslarda me-
diatorlarla sıx qarşılıqlı təsirdə olur.
Immunoloji nəzəriyyə. Bu nəzəriyyəyə görə immunoloji
yaddaş canlı aləmin yad maddələrlə antigenlərlə ilk qarşılaş-
masından sonra antitellərin genetik yığımı ilə zəngin olan im-
munokomponentli limfositlərin membran səthindəki bu anti- tellər
antigenlər üçün reseptor vəzifəsini daşıyır. Onların antigenlərlə ilk
qarşılaşması müvafiq limfositlərin miqdarının artmasına səbəb olur.
Yaddaşın neyron mexanizmi. XX əsrin 30-cu illərində Lo-
rente de No belə bir fərziyyə irəli sürmüşdür ki, beynə daxil olan
sinir impulsları qapalı neyron zənciri və ya sistemlərində dövrə
(reverberasiya) edə bilər. Onun fikrincə, bu sistemlərə daxil olan
impulsasiya sayəsində onlar öz-özünü fəallaşdıra və həmin halı
xeyli müddət ərzində saxlaya bilər.
Hazırda bir çox alimlər tərəfindən qəbul edilmişdir ki, beynə
daxil olan informasiya əvvəlcə eynitipli oyanma yaradır.
M.Veresanr tərəfindən inkişaf etdirilmiş təsəvvürlərə görə,
sinir siqnallarının reverberasiyası təkcə neyron ansambllarında
deyil, həmçinin qabıq və qabıqaltı törəmələr daxilində və onların
arasında yaranan qapalı dövrələrdə baş verə bilər. Qa- bıq-qabıqaltı
tipli öz-özünə fəallaşan reverberasiya dövrləri, xüsusilə qabığın
hissi mərkəzləri - assosiativ sahələri - hipno- kamp - talamus -
retikulyar formasiya arasında geniş yayılmışdır. Bəzi mülahizələrə
görə, bu cür sistemlər uzunmüddətli yaddaşın formalaşması üçün
daha əlverişlidir və ola bilsin ki, məhz bu tipli əlaqələr
informasiyaların beynin geniş sahələri çərçivəsində daha uzun
müddət dövr etməsinə səbəb olur.
472
downloaded from KitabYurdu.org
Molekulyar nəzəriyyə. Bu nəzəriyyənin tərəfdarları uzun-
müddətli yaddaş mexanizminin beyin neyronlarının genetik aparat
və qliya elementlərinin fəaliyyətilə bağlı olduğunu göstərirlər.
XX əsrin 60-cı illərinin əvvəllərində İsveç alimi H.Hiden
belə bir mülahizə irəli sürmüşdür ki, neyronlardakı dezoksiri-
bonuklein turşusu (DNT) növünə məxsus yaddaşı ribonuklein
turşusu (RNT) isə fərdi yaddaşa xidmət edir. Öz fikrini əsas-
landırmaq üçün o bir sıra biokimyəvi tədqiqatlar aparmışdır.
Tədqiqatçı siçovula məftil üzərində durmağı aşılayır, təlimdən
sonra onun vestibülyar sinir nüvəsinin neyronlarmda: PNT- nin
miqdarında və tərkibində əmələ gələn dəyişikliyi öyrənir.
Tədqiqatlar göstərmişdir ki, belə heyvanlarda nəinki PNT-nin
miqdarı artmış, hətta onun nukleotid tərkibində də dəyişiklik baş
vermişdir.
PNT-nin «yaddaş molekulu» olduğu fikrini Amerika alimi
Mak-Konellinin planari qurdları üzərində apardığı nadir təcrübələr
də təsdiq edirdi.
Müəyyən edilmişdir ki, yaddaş funksiyası müəyyən zülal
molekulları ilə əlaqədardır. Təlim keçmə zamanı spesifik poli-
peptidlər və beyinin spesifik zülallarının sintez olunduğu qeyd
edilmişdir.
Q.Unqar zülal maddələrinin yaddaşdakı rolunu aydın-
laşdırmaq üçün siçovulların beynindən 15 amin turşusu qalığından
ibarət birləşmə olan skotofobin zülalını almışdır. Sonra aşağıdakı
təcrübəni aparmışdır. Əvvəlcə elektrik qıcığı ilə qaranlıq yerdən
qaçmaq refleksi yaradılmışdır. Sonra refleksi olan qrup siçovulların
beynindən skoltofobin zülalı alınıb kontrol siçovullara
vurulmuşdur. Təcrübəni təkrar edəndə, skotofobin zülalı almış
siçovulların elektrik qıcığı olmadan da qaranlıqdan qaçmışlar.
Amerika alimləri RNT-nin sintezini 23 dəfə sürətləndirən «silert»
adlı üzvi maddə almışlar. Silertlə qidalanmış siçovullarda
başqalarına nisbətən 4-5 dəfə tez şərti refleks yaratmaq mümkün
olur. Qazandıqları refleksi uzun müddət yaddaşda mühafizə edə
bilirlər.
473
downloaded from KitabYurdu.org
Yaddaşın qüvvətləndirilməsi və ya möhkəmləndirilməsi. Qı-
samüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsi üçün bir
həftə və bir ildən sonra yenidən tələb etmək üçün onu möhkəm-
ləndirmək lazımdır. Möhkəmləndirmək üçün minimal vaxt 5 və
10
dəqiqə, davamlı möhkəmləndirmək üçün isə -
1
saat və daha çox
vaxt lazımdır. Bir saatdan sonra yaddaş, demək olar ki, tamamilə
möhkəmlənir və elektroşok onu pozmur.
Məlumatın təkrarlanması. Yaddaşın möhkəmləndirilməsi
eyni bir məlumatın təkrarı üçün vacibdir. Bunu onunla izah etmək
olar ki, çox materialı səthi öyrənməkdənsə, az materialı daha
dərindən öyrənərək, yadda saxlamaq olar. Buna tələbələrin imtahan
qabağı hazırlaşmasını misal göstərmək olar.
Sağlam və aydın düşüncəli insan yaddaşını zehni yorğun
vəziyyətdə olan insana nisbətən yaxşı üzə çıxara bilər.
20.16.
Yaddaşın anatomik topoqrafiyası
Hipokamp. Kodlaşma prosesində qısamüddətli yaddaş
uzunmüddətli yaddaşa çevrilən zaman hipokamp və ona biti-şik
olan qabığın medial gicgah hissəsi işə cəlb olunur (şəkil
20
.
2
).
A
B
Şəkil 20.2. İzahlı (deklerativ) yaddaş.
A. Uzunmüddətli yaddaşı
kodlaşdırmağa malik olan beynin sahəsi. B. Medial gicgah nahiyənin izahlı (deklerativ)
yaddaşı kodlaşdırma yolu. Qabığın görmə və digər sahələrindən parahipokampal
qırışıqdan (PQ), peripinal qabıq (PQ) və hipo- kampın entorinal qabığı (EQ) və
kodlaşdırılmış məlumatın qabığa qaytarılması (xətlənmiş sahələrdə nişanlanmışdır). A -
1. Alın payı, 2. Şəffaf arakəsmə, 3. Badamabənzər cisim, 4. Talamus. B - 5. Hipokamp.
474
downloaded from KitabYurdu.org
Məməyəbənzər cisim və talamus birbaşa və vasitəli olaraq
hipokampla əlaqədardır, həmçinin qısamüddətli yaddaşın
mexanizminə cəlb edilmişdir.
20.17.
Baş-beyin yarımkürələri qabığı
Qısamüddətli yaddaş hipokamp tərəfindən kodlaşdırılır və
funksional olaraq onun strukturası ilə əlaqədardır. Yeni beynin
müxtəlif nahiyələrində uzunmüddətli yaddaşın qorunub saxlanması
baş verir.
İzahlı (deklarativ) yaddaşın kodlaşdırılmasmın mümkün
mexanizmi işçi hipotez formasında şəkil
20
.3.-də verilmişdir.
Hipotezə görə sensor stimulun daxil olduğu baş-beyin yarım-
kürələrinin qabığının assosiativ sahəsi neyron zəncirinin oyanmış
vəziyyəti olub, adekvat sensor siqnalları inisiruya edir.
Sinir siqnalları medial gicgah payına, arxahipokampal
qırışığa, peripinal və entorinal sahəyə istiqamətlənir. Entrori- nal
qabıqdan siqnallar hipokampa daxil olur, harada ki, qısamüddətli
yaddaşın hələ məlum olmayan mexanizminin kod- laşması baş
verir.
Hipokamp entrorinal qabıq vasitəsilə birləşmiş halda qabığın
neyron zəncirilə (haradan ki, siqnallar daxil olur) uzunmüddətli
yaddaş əmələ gətirir.
Yeni qabığın funksiyaları. Bildiyimiz kimi, yaddaş və tə-
limalma funksiyasının yerinə yetirilməsində beynin çox hissəsi
iştirak edir. Lakin nitq mexanizminə nəzarət edən mərkəz yeni
beyində yerləşir. Nitq və digər intellektual funksiyalar insanda
spesifik inkişafa çatdılar. Müqayisəli anatomik baxımdan məhz
insanda 3 böyük assosiativ nahiyə (şəkil 20.2.) var.
Alın payı (perefrontal nahiyədən ön tərəfdə yerləşir), təpə-
gicgah (samatosensor nahiyə ilə görmə qabığı arasında gicgah
payına doğru yayılır) və gicgah (gicgah payının aşağı hissəsindən
limbiq sistemə qədər uzanır).
475
downloaded from KitabYurdu.org
2
t,
X
Şəkil 20.3.
Baş-beyin yarımkürələrinin qabığının birincili sensor və ma- tor və
assosiativ nahiyəsi göstərilmişdir. 1. Beyin qabığının hissəsi, 2. Beyin qabığının hissəsi, 3.
Somatik sinir nahiyə, 4. Arxa təpə nahiyəsi, 5. Beyin qabığının görmə mərkəzinin
tənzimedici səviyyəsi, 6. Birincili görmə qabığı, 7. Təpə-gicgah və ənsənin assosiativ
nahiyəsi, 8. Eşitmə qabığının mərkəzi səviyyəsi, 9. Gicgahın assosiativ nahiyəsi, 10. Alının
assosiativ nahiyəsi.
Qabığın əlaqələri. Yeni qabığın daxilində neyron əlaqələri
son dərəcə əhəmiyyətli mürəkkəb sinir toru təşkil edir. Baş- beyin
yarımkürələrinin dərin strukturu ilə zəngin aferent- efferent əlaqəsi
olur (şəkil 20.2). Baş-beyin yarımkürələri qabığı və talamus
arasında qarşılıqlı əlaqə xüsusilə əhəmiyyətlidir. Qabığın geniş sinir
əlaqəsi dəyişilməz hesab edilmir: onlar digər sahələrilə müqayisədə
qabıq nümayəndəliyinin konkret periferik strukturunun (ətraf,
barmaq və i.a.) istifadə dərəcəsini əks etdirməklə tez dəyişilə bilər.
Yarımkürələrin ixtisaslaşması və dominantlığı. Şifahi və
yazılı nitqin və onların başa düşülməsi yarımkürələrin birindən daha
çox asılı olur və dominantlıq edən
yarımkürə
adlanır.
Bununla bərabər digər yarımkürə şəxsi əşya və obyektlərin
formasına, identifıkasiyasma və musiqi səslərini tapmağa görə
məkan-zaman qarşılıqlı əlaqəsinə ixtisaslaşır və ona cavab verir.
Beləliklə,
yarımkürə
dominantlığı
haqqında
əsas
fikri
«yarımkürənin əlavə ixtisaslaşması» konsepsiyası ilə əvəz
476
downloaded from KitabYurdu.org
etmək məqsədəuyğundur.
Sol yarımkürə nitq funksiyası daxil olmaqla analitik proseslər
üçün xidmət edir. Sağ yarımkürə görmə məkan qarşılıqlı əlaqə üçün
lazımdır.
Yarımkürələrin ixtisaslaşmasının genetik müəyyən edilən
əlin əsas rolu ilə əlaqəsi var. Belə ki, 96% - sağaxay insanlar üçün
(sağaxaylar əhalinin 91%-ni təşkil edir) qəti olaraq sol yarımkürə -
əsasdır. 4% üçün isə sağ yarımkürə əsas sayılır. 15% sağaxay
insanlar üçün sağ yarımkürə dominant olur. 15% üçün isə dəqiq
laterlizasiya yoxdur, amma 70% solaxay subyektlər üçün sol
yarımkürə dominant olur. Oxu qabiliyyətinin pozulması,
solaxaylarda sağaxaylara nisbətən 12 dəfə çox rast gəlinir. Lakin
xüsusi istedadlılar solaxaylar arasında orta hesabla yüksəkdir: çoxlu
sayda sağaxay artistlərdə, musiqiçilərdə və riyaziyyatçılarda
uyğunsuzluq olur. Məlum olmayan səbəbdən solaxaylar arasında
sağaxaylara nisbətən ömür az olur.
İki yarımkürə arasında anatomik fərq sağ alın payı normada
sola nisbətən daha qalındır, lakin sol ənsə payı sağ ənsə payına
nisbətən daha enlidir. Sağaxaylarda sol gicgah payının yuxarı
hissəsinin səthi normada solaxaylara nisbətən iridir.
Kimyəvi fərq. Zolaqlı cisim ilə qara maddəarası yolda
dofaminin miqdarı yüksəkdir: sağaxaylarda sol yarımkürədə,
solaxaylarda isə - sağ yarımkürədə dofaminin miqdarı çox olur.
Xatırlama prosesinin ardıcıllığı. Hipotalamik və başqa
qabıqaltı törəmələrin qalxan təsirlərinin köməyilə beyin, xüsusilə
qabıq neyronları fəallaşır. Növbəti mərhələyə qısamüddətli yaddaş
mexanizmi daxil olur. Onun əsasını baş-beyin daxilində neyronlar
zənciri üzür, qabıq və qabıqaltı törəmələr arasında oyanmaların
reverberasiyası təşkil edir.
Yaddaş izlərinin əks etdirilməsi. Yaddaş izlərinin əks etdi-
rilməsi beyin strukturlarında saxlanılan məlumatların hər şeydən
əvvəl onun genetik aparatda ayrılması ilə xarakterizə edilir.
Orqanizmin bu və ya digər tələbatlarından irəli gələn
477
downloaded from KitabYurdu.org
motivasion oyanmalar həmçinin ayrı-ayrı neyronlarda yayılır,
onlarda spesifik zülal molekullarının ekspresiyasım fəallaşdırır.
Yadasalma prosesi. İnsanda yadasalma prosesi şüurlu və
şüursuz şəkildə baş verə bilər. Şüurlu yadasalma xarici mühit
təsirlərini tanımaq və motivasiya əsasında qurulur. Bu təsirlərin
olması zamanı subyekt özünün keçmiş təcrübəsi əsasında təsir edən
obyekti dərhal ayırd edir.
Şüuraltı yaddaş sterotipə, avtomatlaşdırılmış davranış
aktlarına daxil olur. Çox hallarda öyrənilmiş təsirlərlə (məsələn,
müsiqi əsərləri, idman məşğələləri, avtomobilin sürülməsi, şeirlərin
oxunması və s.) ilə müşayiət olunur.
Bir qayda olaraq emosional yaddaş çox tez formalaşır.
Yaddaş izlərinin ayrılmasında gicgah qabığı (qabıq və
qabıqaltı törəmələr, xüsusilə beynin limbik sistemi) mühüm rol
oynayır.
Yaddançıxarma (unutma). Yaddançıxarma funksiyası
hipokamp strukturu və beyin yarımkürələri gicgah payının
fəaliyyətilə əlaqədardır.
Hipokampı və gicgah payı zədələnmiş xəstələrdə qazanılmış
vərdişlər çox tez itirilir. Görmə qabarları zədələnmiş meymunda
belə tez yaddan çıxartma qeyd edilmir. Müəyyən edilmişdir ki,
angiotenzin II siçovullarda şərti müdafiə vərdişlərini yaddan
çıxarma prosesinin qarşısını alır.
Beynin intellektual funksiyaları. Nitq qabiliyyəti - insan
beyninin mühüm funksiyasıdır. İnsanda ikinci siqnal sisteminin
meydana çıxması xarici həqiqəti abstrakt formada - söz anlayışı və
həmçinin mülahizə, təfəkkür, şüur və nəticə çıxarmaqla həyata
keçirməyə səbəb oldu.
Danışıq funksiyasını qabığın müxtəlif sahələri, o cümlədən
verenika və broka sahələri yerinə yetirir (şəkil 4).
478
downloaded from KitabYurdu.org
Şəkil 20.4. Beyin qabığının bir sıra funksiyaları.
A. Sol yarımkürənin nitq funksiyası ilə əlaqəsi olan nahiyəsi; B. Adı çəkilən görünən
obyektin hərəkət impulslarının yolu; (beynin horizontal kəsiyində) Sağaxaylar fərdi
tanımaq üçün münasibəti olan sağ yarımkürə nahiyəsi.
A - 1. Broka nahiyəsi, 2. Vernika nahiyəsi, 3. Bucaq şırımı.
B - 1. Bioqrafık informasiyanın saxlandığı yer, 2. Şəxsin seçilmiş əlamətləri, 3. Şəxs
Dostları ilə paylaş: |