489
downloaded from KitabYurdu.org
rı və beyin suyolunun divarı, yəni ara-beyinlə orta beyin hüdudu
zədələnmişdir.
İ.P.Pavlov yuxunun beyin qabığı nəzəriyyəsini irəli
sürmüşdür. Onun fikrincə, yuxu beyin qabığında baş verən daxili
ləngimədən ibarətdir. Beyin qabığının bir nahiyəsində əmələ gələn
ləngimə bütün qabığa yayılır və oradan da beyin sütununa enib, ara
və orta-beyni tutur.
Hipnozçu yatırtmaq istədiyi adamı daima parlaq bir cismə
(gümüş qaşıq və s.) baxmaq, ancaq yuxu haqda düşünmək təklif edir
və kəsik-kəsik «yatın-yatın» əmrini verir. Beləliklə, o eyni zamanda
beyin qabığının iki nahiyəsini, yəni görmə və eşitmə mərkəzlərini
ləngitmək istəyir və bilir ki, burada əmələ gələn ləngimə dərhal
bütün beyin qabığına yayılacaq və yuxuya səbəb olacaqdır.
Pavlovun nəzəriyyəsinə əsasən yuxugörmə belə izah edilir.
Yuxu zamanı beyin qabığının ayrı-ayrı məntəqələri («növ- bətci
məntəqələr», «keşikci məntəqələr») oyaq qalır və onlar arasındakı
sahələr isə ləngimiş olur. Yuxugörmənin başlanğıcı üçün lazım olan
qıcıqlar, bədənin müəyyən hissəsində, əksərən dəridə baş verir.
Məsələn, soyuqda ayağın yorğandan çıxması, başın yastıqda narahat
olması, sidik kisəsinin dolması yuxu- görməyə şərait yaradır. Həmin
nahiyələrdən afferent impulslar beyin qabığının oyaq məntəqələrinə
çatır və onları şüursuz surətdə bir-birilə bağlayır. Nəticədə
məntiqsiz və məzmunsuz hadisələrdən ibarət yuxugörmə baş verir.
İsveç fızioloqu P.Hes talamus və hipotalamusun arxa
hissəsinə kiçiktezlikli elektrik cərəyanı verdikdə pişik tez yuxuya
getmişdir, o bununla isbat etmişdir ki, «yuxu mərkəzi» beyin
strukturlarında talamus və hipatamusda yerləşir.
Həm ləng, həm də tez yuxu ritmiki və fazalı hadisələrilə
xarakterizə olunurlar. Yaxşı məlumdur ki, materialın yatmazdan
əvvəl oxunması, onun
8
saatlıq yuxu müddətində daha yaxşı yadda
qalmasına səbəb olur. Həm də gecənin birinci yarısında ləng yuxu
zamanı daha asan qavranılır, nəinki gecənin ikinci yarısı, paradoksal
yuxu üstünlük təşkil edəndə.
Yuxunun fizioloji əhəmiyyəti. Yuxu həm sinir sisteminin,
490
downloaded from KitabYurdu.org
həm də müxtəlif orqan və sistemlərin fəaliyyətinə təsir göstərir.
Uzunmüddətli inosomiya və ya yuxusuzluq əsəbiliyə, yorğunluğa
səbəb olmaqla, hərəkətin əlaqələndirilməsini aşağı salır. Yuxu
müxtəlif vasitələrilə sinir mərkəzlərinin fəallığının normal
səviyyəsini və onların fəaliyyətinin balansını bərpa edir. Yuxu
müddətində simpatik sinir sisteminin fəallığı azalır, parasimpatik
sinir sisteminin fəaliyyəti isə yüksəlir. Yuxunun vegetativ
funksiyalarla bərpaedici təsiri
1
) arterial təzyiqin aşağı düşməsində,
2) dərinin damarlarının genişlənməsində, 3) mədə-bağırsaq
sisteminin işinin müəyyən qədər qüvvətlənməsində, 4) əzələ
tonusunun zəifləməsində, 5) ümumi mübadilənin 20-30% azalması,
ləng yuxunun II-IV fazasında anabolizm proseslərinin
yüksəlməsində özünü göstərir.
20.22. Motivasiya
Tələbat. İnsan və heyvan orqanizmlərinin yaşayış şəraitindən
asılılıqlarını təcəssüm edən bir bioloji hal kimi meydana çıxır.
İstənilən məqsədəuyğun davranış aktı bu və ya digər tələbatla
əlaqədardır. Tələbatlar kimi motivlər də, həmçinin, bioloji və
ictimai mahiyyətə malikdir.
Beləliklə, motivasiya (motive - oyatmaq, həvəs) MSS- nin
xüsusilə ali sinir fəaliyyətinin, başqa sözlə, davranışın fizio-
logiyasının öyrənilməsində mühüm rol oynayır.
Motivasiyalar iki qrupa bölünür: 1) bioloji motivasiya;
2
)
sosial və ya ictimai motivasiya.
Bioloji motivasiyaya irsi mexanizimlər əsasında formalaşan
aclıq, susuzluq, qorxu, aqressiya, cinsi həvəs, valideyn, xüsusilə
analıq həvəsi, temperatur, sidik ixracı və defekasiya aktları, ya
başqa oyanmalar aid edilir. Yəni ibtidai heyvanlar dünyaya
gələrkən aclıq, susuzluq və qorxu motivasiyalarının mexanizmləri
artıq yaranmış olur. Sonralar aqressiya, cinsi və valideyn
motivasiyaları əmələ gəlir.
Yeməkdən sonra qəfəsdə mürgüləyən erkək meymunun
yanma dişi meymun salınarsa, onun davranışı kəskin fəallaşar. Dişi
meymunun görünüşü, qoxusu və başqa qıcıqlandırıcılar
491
downloaded from KitabYurdu.org
erkəklərdə cinsi motivasiyanı stimulə edir. Cinsiyyət hormonlarının
sinir hüceyrələrinə təsirindən ilk növbədə cinsi reaksiyalar baş verir.
Sosial motivasiyalar fərdin yaşayış şəraiti, valideynlərlə və
digər canlı aləmlə əlaqəsindən yaranan anadangəlmə bioloji
motivasiya əsasında qurulur. Onların formalaşmasında xarici
mühitin müxtəlif faktorlarının təsiri, təlim və yaddaş mexanizmləri
əhəmiyyətli yer tutur.
Fizioloji müşahidələr göstərir ki, daxili, metabolik ehtiyac
hər şeydən əvvəl, müəyyən orqanların fəaliyyətində və qanın
tərkibindəki dəyişikliklərdə öz əksini tapır.
Bioloji ehtiyac haqqında hakim sinir və humoral siqnallar
baş-beynin xüsusi zonalarına gəlir. Belə zonalar, əsas etibarilə
hipotalamusda müəyyən edilmişdir.
Hipotalamik motivasion mərkəzlər beynin başqa şöbələri, ilk
növbədə, limbiq və retikulyar törəmələrlə, buradan isə baş-beynin
yarımkürələri qabığı ilə əlaqə yaradır (şəkil
8
).
Şəkil 8
. Humoral (1) və sinir (2) faktorlar əsasında formalaşan motivasion hipotalamik
mərkəzlərin retikulyar formasiya və baş-beynin qabığına qalxan fəallaşdırıcı
təsiri tələbatı ödəmək üçün məqsədyönlü davranışın əsasını təşkil edir.
Hipotalamus strukturlarında meydana çıxan ilk motivasion
oyanma baş-beyin yarımkürələri qabığına qədər yayılır.
492
downloaded from KitabYurdu.org
Hər iki lateral hipotalamus zədələndikdə heyvan qidaya
toxunmayaraq acından tələf olur.
Beləliklə, motivasiya vəziyyətinin strukturunda hipota-
lamik mərkəzlər mühüm rol oynayır.
Son illər motivasion oyanmanın mexanizmləri haqqında
təsəvvürlər xeyli dəyişikliyə uğramışdır. Müəyyən edilmişdir ki,
motivasion oyanmanın strukturunda endogen mənşəli ney-
ropeptidlər fəal iştirak edir. F.l.Cəfərova (1984-1990) görə, beynin
yan mədəciyinə (3-lipotropin (P-LPT) və onların törəmələrini
yeritdikdə ac heyvanın qida davranışı reaksiyaları ləngiyir, tox
heyvanınkı isə fəallaşır.
Susuzluq motivasiyası. Susuzluq orqanizmdə əmələ gələn
ümumi hisslərə mənsubdur. Onun reseptorları əsasən, vena
damarlarında olan baroreseptorlar, ağız boşluğunun selikli
qişasında olan baroreseptorlar, ağız boşluğunun selikli qişasında
yerləşən reseptorlar və hipotalamusdakı osmoreseptor- lar aiddir.
Su-duz balansını tənzim edən sinir törəmələri hipo- talamusda və
ona yaxın olan sahələrdə yerləşmişdir. Məhz hi- potalamusun ön
nüvələrinin (preoptik sahə) neyronlarmda çoxlu osmoreseptorlar
vardır. Hipotalamus neyronları osmo- reseptorlardan siqnalları
mərkəzi sinir sisteminin digər şöbələrinə nəql etməkdə çox mühüm
rol oynayır. Hüceyrəxarici mühitdə suyun azalmasına reaksiya
verən renin-anqiotenzin hormonal sistemin də fəaliyyəti mühüm
əhəmiyyət kəsb edir.
Böyrəklərdən geçən qanın həcmi və ya təzyiqi azaldıqda
onlarda renin hormonunun ifrazı artır, bu isə dövr edən qanda
anqiotenzin II hormonunun artmasına, o isə beynin üçüncü
mədəciyinin divarında yerləşən reseptor üzv (subfornikal üzv)
qıcıqlandırılması nəticəsində hipotalamusun susuzluq mərkəzinin
oyanmasına səbəb olur.
Aclıq motivasiyası. Mədə-bağırsaq reseptorlarmın qıcıq-
lanmaları nəticəsində qida davranışını tənzim edən vegetativ
mərkəzlər oyanır.
Aclığın baş verməsini siqnallaşdıran mühüm amillərdən biri
qanda qlükozanın azalmasıdır.
Qlükozanın təsir etdiyi reseptorlar (qlükoreseptorlar)
493
downloaded from KitabYurdu.org
mədədə, bağırsaqlarda, qaraciyərdə, aralıq beyində və xüsusilə
hipotalamusda aşkar edilmişdir. Aclıq hissi, həmçinin, termo-
reseptorlarda əmələ gələ bilər. Temperatur yüksəldikcə mə-
nimsənilən qidanın miqdarı azalır və əksinə.
Sübut olunmuşdur ki, aclıq zamanı əmələ gələn sinir və
humoral siqnallar ilk növbədə aralıq beynin qabaraltı sahəsinə -
hipotalamusa nəql edilir. Hipotalamusun lateral nüvələri «aclıq»,
ventromedial nüvəsi isə «toxluq» mərkəzi kimi qiymətləndirilə
bilər. «Aclıq mərkəzinin» qıcıqlandırılması heyvanda qida
hərəkətləri doğurduğu halda, «toxluq mərkəzi» isə əksinə, belə
halda bu cür hərəkətləri ləngidir. Aclıq mərkəzi dağıldıqda heyvan
qidadan tamamilə imtina edir (afaqiya vəziyyəti), toxluq mərkəzi
dağıldıqda isə o, fasiləsiz olaraq, çoxlu qida qəbul edir (hiperfaqiya
vəziyyəti) və nəticədə piylənmə baş verir (hipotalamik piylənmə).
Cinsi motivasiya. insan və heyvanlarda həyatın zəruri
cəhətlərindən biri də cinsi davranışdır. O, orqanizmin cinsi ye-
tişkənlik dövründə başlanır və çoxalmanı (generativ funksiyanı)
təmin edir. Cinsi əlaqəyə girmə tələbatı qanda cinsi hormonların
(androgenlər, estrogenlər) artması ilə əlaqədardır. Dişi və erkək
fərdlərdə cinsi vəzilərin fəaliyyəti hipofızin qonadotrop
funksiyasının, bu isə öz növbəsində hipotalamusun müvafiq
relizinq amillərinin tənzimləyici təsiri altındadır. Qanda dövran
edən hormonlar cinsi davranışı fəallaşdırır və cütləşməyə hazırlıq
onların hipotalamusa təsiri ilə başlanır.
20.23. Emosiya
Emosiya (emavere - sarsılıram, həyəcanlanıram) insanın ali
sinir fəaliyyətinin təzahürlərindən biridir.
Emosiyalar orqanizmə xarici və daxili qıcıqlandırıcıların,
sosial amillərin təsirindən əmələ gələn hər hansı bir hissin keçi-
rilməsi və cərəyanı deməkdir.
Emosiyalar daxili vəziyyətin və ona təsir edən xarici mühit
amillərinin çox mürəkkəb qarşılıqlı münasibətlərinin müxtəlif
təzahürləridir. İnsanın xarici mühit amillərinə qarşı müna
494
downloaded from KitabYurdu.org
sibətin təzahürü kimi keçirmiş olduğu hisslərə emosiyalar deyilir.
Emosiyanın köməyilə insan və heyvan xarici faktorların
zərərli və ya əhəmiyyətli olmasını araşdırır. Beynin limbik
strukturu, məsələn, qursaq qırışığı, badamabənzər nüvə, dəniz- atı
qırışığı, heyvanın emosional reaksiyasını müəyyən edən ən vacib
törəmələridir. Onlar zədələndikdə heyvanın qida qabiliyyəti,
duyğusu olmur. Valideynə tabe olma qaydasını itirir.
Amma, onlarda bir-birinə qarşı yüksək cinsi hissiyata malik
olurlar. Bu sistemin müxtəlif hissələrinin qıcıqlandırıl- ması və ya
dağılması heyvanlarda qida müdafiə və cinsi ref- lekslərin
pozulmasına qəzəb, qorxu, təcavüzkarlıq və digər emosiyalara
səbəb olur.
Hisslər və emosiyalar daha çox hərəkətlərdə, bədənin du-
ruşunda, səslərdə, sözlərdə, vegetativ reaksiyalarda ifadə olunur.
İnsanın müxtəlif növlü təəssüratları mənfi və müsbət xa-
rakterli emosiyalara bölünür. Mənfi emosiyalara qorxu, aclıq,
qəzəb, kədər, məyusluq, nifrət, kin (ədavət) və s., müsbət emo-
siyalara isə sevinc, həzz (zövq), sevgi və s. aid edilir.
İnsan və heyvanlar üçün müəyyən dərəcədə ümumi olan
hisslərə və emosional hallara aclıq, toxluq, həzz, həyəcan, na-
rahatlıq, hər şeylə maraqlanmaq, qorxu, qəzəb, təcavüzkarlıq və
sairə aiddir. Buraya orqanizmin digər ümdə bioloji tələbatları
(qidalanma, mübarizə, mühafizə, cinsi fəallıq, nəsi qayğısına
qalmaq, yaşayış arealına hakim olmaq) ilə əlaqədar olan kompleks
vegetativ və hərəki reaksiyalar da aiddir. Məlumdur ki, insanın hissi
və emosional sahəsi heyvana nisbətən olduqca zəngin və
rəngarəngdir.
Mənfi emosiyalar daxili enerji mənbəyi olub, çətinliklərin dəf
edilməsində insanın köməkçisidir. Əlbəttə, emosional gərginlik
uzun sürməməlidir, əks halda onlar ağır xəstəliklər törədir.
Vegetativ sinir sistemin simpatik şöbəsinin kəskin oyanması
baş verir. Qanda adrenalinin miqdarı artır, ürəyin işi qüvvətlənir və
adrenal qan təzyiqi yüksəlir, qazlar mübadiləsi
495
downloaded from KitabYurdu.org
sürətlənir, bronxlar genişlənir, oksidləşmə və energetik proseslər
qüvvətlənir.
Müəyyən edilmişdir ki, mənfi emosiya beyin neyronları- nın
neyromediatorlara və neyropeptidlərə qarşı həssaslığım dəyişdirir
və onun davamlı formaya keçməsi daha çox müqayisə şəraitində
müşahidə olunur. Ağır sosial ehtiyaclar bunu daha da çətinləşdirir.
İnsan intensiv əzələ fəaliyyətinə başladıqda, məsələn, ve-
losiped sürmək, qaçmaq və s. mənfi emosiyanı xeyli zəiflədir.
İnsan heyvandan fərqli olaraq, güclü daxili, subyektiv tə-
əssüratlar keçirə bilər.
Emosiyaların mənşəyin sinir mexanizmini və funksional
əhəmiyyətini izah etmək üçün bir sıra təcrübələr aparılmış, ideyalar
irəli sürülmüşdür.
Emosiyanın qabıqaltı mərkəzlər nəzəriyyəsi emosiyanı
beynin ən dərin strukturları ilə əlaqələndirir.
Emosiyanın qabıq nəzəriyyəsi heyvanlarda baş-beyin
qabığını çıxardıqda aqressiv reaksiya xüsusilə güclü alınır.
Emosiyanın periferik nəzəriyyəsinə görə emosiyanın for-
malaşmasında daxili orqanlardan mərkəzi sinir sisteminə gedən
təsirlər mühüm rol oynayır.
Emosiyanın inteqrativ, qabıq-qabıqaltı nəzəriyyəsinə görə
qabıqaltı törəmələrin emosiyagen zonalarının qıcıqlandırıl- ması
beyin qabığının bütün neyronlarınm fəaliyyətində əks olunur.
Hər hansı emosiya baş-beyin yarımkürələri qabığına qalxan
istiqamətdə çatmaqla, insanın psixiki fəaliyyət formasında öz əksini
tapır. Emosional oyanma həmişə limbiq strukturlardan enən
istiqamətdə somatik və vegetativ sinir sisteminə, beyin
strukturlarının və hipofizin müvafiq hormonları vasitəsilə eninə
zolaqlı əzələlərə, daxili sekresiya vəzilərinə və daxili orqanlara
gəlir. Beləliklə, emosional oyanma periferik komponentləri özünə
qoşur.
Emosiyanın periferik komponentlərinə, iradi tənzim olunan
(mimiki hərəkətlər, əks reaksiyaları, göz yaşı ifrazı və tənəffüs) və
qeyri-iradi tənzim olunan (ürəyin və mədə-bağır
496
downloaded from KitabYurdu.org
saq traktının fəaliyyəti, damar mənfəzinin dəyişməsi, ağciyər saya
əzələlərinin təqəllüsü) komponentlər aid edilir.
Başqa bir maraqlı fərziyyə J.Peypesə görə irəli sürmüş in-
sanda və ali heyvanlarda emosiyalar qabıqaltı (subkortikal) limbik
törəmələrin, ilk növbədə talamus, hipokamp, beyin tağı, mamillyar
cisim və qurşaq qırışığının funksiyaları ilə sıx bağlıdır. Bu
törəmələr arasında sinir oyanmalarının qapalı dövranı mövcuddur
ki, bunlar emosiyaların formalaşması üçün zəmin yaradır.
ea
Ö
'
^^^Limbik si stc
■
r
»
B
-S
Şəkil 9.
Emosional-motivasiya davranışının mərkəzi periferik
sinir-humoral mexanizmlərinin ümumi sxemi (K.Sudakova görə,
1975).
Bunu müxtəlif tədqiqatçılar tərəfindən beynin müxtəlif
törəmələrinə - qabırğa, badamcıq, hipotalamus, hipokamp, talamus,
mikroelektrodlar qoparmaqla aparılan təcrübələri təsdiq edir. Belə
ki, K.Pribramın siçovullarda qurşaq qırışığını zədələdikdən sonra
onlarda nəsil qayğısına qalmaq hissinin
497
downloaded from KitabYurdu.org
çox xaotikləşdiyini, ana siçovulun qəfəsə səpələnmiş balaları bir
yerə yığa bilmədiyini, bir hərəkəti qurtarmamış tamam başqa
hərəkətə
keçdiyini
müşahidə
etmişdir.
Makak-rezus
meymunlarında badamcığın çıxarılması qida davranışının sönməsi,
hiperseksuallıq əmələ gətirməklə yanaşı, təcavüzkarlığın
azalmasına da səbəb olmuşdur.
C.Delqado radio ilə idarə edilən elektrik qıcıqlandırıcıla- rı
ilə meymunların badamcığın qıcıqlandırılması sürü başçısında
tabelik, üzvlərində isə əksinə hakimçilik hissləri doğurmuşdur.
C.Olds öz-özünə qıcıqlandırma metodu ilə siçovulların baş-
beynində, xüsusilə hipotalamusda müxtəlif emosional reaksiyalar
doğuran
mərkəzlər
aşkar
etmişdir.
Tədqiqatçı
onları
«mükafatlandırma» (və ya «cənnət») və «cəzalandırma» (və ya
«cəhənnəm») mərkəzləri kimi xarakterizə etmişdir. «Mükafat-
landırma» mərkəzlərinin qıcıqlandırılması müsbət emosiyalara
(həzz, rahatlıq və s.), «cəzalandırma» mərkəzlərinin qıcıqlan-
dırılması isə mənfi emosiyalara (qorxu, süstlük və s.) səbəb olur.
Bütün bu təcrübi dəlillər göstərir ki, emosiyalar, bilavasitə,
beyin fəaliyyətinin nəticəsidir. Həm müsbət, həm də mənfi
emosiyaların visseral, somatik və psixi hadisələrə təsiri insanın
çoxcəhətli həyat fəaliyyətini daha məzmunlu və ifadəli edir.
498
downloaded from KitabYurdu.org
ƏDƏBİYYAT
Əsas:
1.
®H3HOJiorna nejıoBeıca. YMeÖHHK (no,a penaıc.
r.H.KocHU- Koro) M. Me^HUHHa, 1985.
2.
®H3HOJioraa HenoBeıca. yneÖHoe nocoöne
B
4-
HX
TOMax.
(non peaaıc. P-IÜMH^Ta
H
T.TeBca, M: Mnp, 1985, I
T
., 272
c., II
T
., 240 c., III
T
., 286 c., IV 312 c.
H
M, Mnp.
3.
O
ÖUIHH
Kypc
4
>n
3
HOjıorHH MeuoBeKa
H XCHBOTHMX
.
yneÖHHK, B 2
KH
. (riofl pe^ax. A./I.Ho
3
ApaHeBa
(M.Bwcmaa niKOJia, 1991, 512 c.).
4.
BopOHHH JI.F. «®H3HOJIOrHH BblCHieft HepBHOH
ZieaTejIbHO-
CTH
». YueÖHoe nocoöne. M.Btıcmaa ımcojıa,
1972, 312 c.
5.
K
O
CTIOK n.r.
«®H3HOJIOrHfl
UeHTpajIbHOH
HepBHOH
CHCTe-
MM
».
yneÖHoe nocoöne, KneB, Bbicmaa niKOJia, 1977, 318 c.
6.
Qarayev A.İ., Mustafayev M.K. «Mərkəzi sinir sisteminin
fiziologiyası». Dərs vəsaiti, ADU nəşriyyatı, 1961,290 s.
7.
Guvton M.D. Medical physiology. Textbook. (7 edition) New-
York, 1986, IV-776 pp. IIV- 1534.
8.
Carola R, Harlev Charles R. Human anatomy and physiology.
(2 edition). Textbook 129, New-York, 1994, 716 p.
9.
Basic physiology. Handbook (Edited by P.D.Strurie, New-
York, 1981,556 F.
10.
Davson H.A., Textbook of General Physiology, Uth ed,
London, Chur Chill, 1976, 400 P.
11.
Cəfərov F.İ. İnsan fiziologiyası. Tibb universitetinin nəşriyyatı.
2001, H.I. 4825, H.II. 485 s.
12.
Qarayev M.A. İnsan fiziologiyası. Bakı: I hissə (2004) 283 s.
II hissə (2005) 395 s.
13.
Əliyev Ə.H., Cəfərov H.İ., Məhərrəmov Ş.A. Həzmin fi-
ziologiyası, Bakı: İrşad, 1996, 172 s.
14.
Əliyev Ə.H. Bakı Dövlət Universitetində insan və heyvan
fiziologiyasının inkişaf tarixi haqqında (1919-1998). Azər-
baycanda fiziologiya elminin inkişaf tarixi. XX əsr, Bakı: 1999,
s. 249-260.
.
15.
Həsənov H.H., Hacıyev Ş.M., Qəribov A.İ. Mərkəzi sinir
sisteminin fiziologiyası. «Maarif» nəşr., Bakı: 1998, 360 s.
499
downloaded from KitabYurdu.org
16.
OpjıoB P.C., Ho3^paneB. HopMajibHaa (j)H3HOJiorHa.
yaeÖHHK /uw By30B. MocKBa, H
3
AaTejib. rpynna
«F30TAP-Me,ziHa» 2005, 687 c.
17.
®H3HOJiorHfl nejıOBCKa (yaeÖHHK /ura By30B).
Fİ
OKPOBCKHH
B.M.,
K
OPOTBKO
r.O. pe^., M.MezmıiHHa
2003, 2005.
18.
KoraH A.B. «O
CHOBBI
<|)H
3
HOJiorHH BBicmen HepBHOH
/ıea- TenbHocTH», yneÖHHK, H. Bbicmaa niKOJia, 1988,
368c.
19.
BanaöojiKHH M.H. ƏH^oKpHHOJiorHa. yaeÖHoe nocoöne.
M. Mea., 1989, 408 c.
20.
EpecnaB H.C., T
JICÖOBCKHH
P.^. Peryaaıına /ibixaHHa. JI.
Hayıca, 1981, 230 c.
21.
raHÖOB T./J. H3
HCTOPHH
Ka^e^pbi 4>H3HOJiornH nenoBeKa
H
acHBOTHbix, A3rocyHHBepcHTeTa, yneHbie
3
anncKH
Ary, ce- pna
ÖHOJI
.
HayK. 1969, N°2, c.49.
22.
EpMOJiaeB F.A. «Bo
3
pacTHaa (J)H
3
HOJiorHa». yaeÖHoe
noco-
6
ne fljıa nefl. PİHCTHTyTOB. M. Bbicmaa mKOJia,
1985, 384 c.
23.
Chearman K.P. Clinical Reproductive Endocrinology Churchill
Livingstone Edinburgh London. Metbume and New-York,
1985.
24.
Hensel H. Thermoreception and Temperature Requlation
London. Akademik press, 1981.
25.
KoraH A.B.
3
jıeıapo
4
>H
3
HOjıorHa. yaeÖHHK M. Bbicmaa
ımcojıa, 1969, 365 c.
26.
Kyıjxjmep C., HnKOJibc ^ac.
Dostları ilə paylaş: |