567
downloaded from KitabYurdu.org
69.
Hipoalgeziya - ağrı hissiyyatının azalması.
70.
Hiperesteziya - hissiyyatın qıcıqlanma həddinin artması.
71.
Hipoesteziya - hissiyyatın qıcıqlanma həddinin azalması.
72.
Hamiləlik - bu qadın orqanizmində mayalanmış yumurta
hüceyrə və dölün inkişafı ilə əlaqədar olan fızoloji prosesdir.
Orta hesabla 280 gün davam edir. Doğum bəzi hormonlarla
idarə olunan mürəkkəb bir prosesdir. Bununla əlaqədar dölün
böyrəküstü vəziləri və hipofızin arxa payın ifraz etdiyi
hormonlar uşaqlığın həssaslığını yüksəldərək onun yığılmasına
şərait yaradırlar. 20 dəqiqədən sonra cift uşaqlıqdan xaric olur
və qişaları ilə bir yerdə xaricə çıxır. Yeni anadan olmuş
oğlanlarda toxumluğun çəkisi 0,3 qr, 18 yaşında 20 qr qədər
olur. Yeni doğulmuş qızlarda yumurtalıq 0,3 qr (400 minə
qədər yetişməmiş yumurta hüceyrələr olur), 18 yaşında 14 qr
olur və ancaq 350-400 yumurta hüceyrə yetişir.
73.
Heyvan rüşeymi - (yunanca embrion) orqanizmin ilkin inkişaf
dövrü - yumurtanın mayalanmasından qişadan çıxana qədər
keçən dövr.
74.
İnsulin - (latınca insulo - adacıq) mədəaltı vəzinin (endok- rin
hissəsində (3-hüceyrələri tərəfindən sintez olunan) hor-
monudur. Orqanizmdə energetik mübadilənin əsas hor-
monudur. Sulu karbon, lipid və zülal mübadiləsinə nəzarət edir.
Bu hormonun əsas hədəf orqanı qaraciyər, skelet əzələsi və piy
toxumasıdır. Qanda şəkərin miqdarı normadan çox olduqda,
onun qlükogenə çevrilməsinə səbəb olur.
75.
İntramural vəzilər - mədə, bağırsaq həzm borusunun diva-
rında olan və həzm şirəsini birbaşa həzm boşluğuna ifraz edən
vəzilər.
76.
İmplantasiya - rüşeymin uşaqlığın selikli qişasına batması.
77.
İnstinkt - (latınca instintus - oyanmaq) bu daha mürəkkəb
şərtsiz refleks olub, orqanizmi hazır davranış reaksiyaları ilə
təmin edir. Onlar nəsildən-nəslə ötürülür, qısa ömrə malik
heyvanlar (məsələn, həşəratlar) üçün daha əhəmiyyətlidir.
İnsan sosial mühitdə fəaliyyət göstərdiyi üçün onun instinkt
fəaliyyəti şüurun nəzarəti altında olur.
568
downloaded from KitabYurdu.org
78.
Körpücük sümüyü - yuxarı ətrafların çiyin qurşağı sümü-
yünün tərkibinə daxildir. S-varı formada borulu sümükdür. Döş
sümüyü ilə kürək sümüyü akrpmionu arasında yerləşir.
79.
Kraniologiya - kəllənin ölçüsü, forması və quruluşunu öyrənən
elm.
80.
Kapillyar - (yunan kapillaris - tük, damar) qan-damar və limfa
sistemində diametri 2,5-3 mm olan kiçik damarlardır.
Arteriyaları venalarla birləşdirir, qan dövranını qapayır. Ancaq
məməlilərdə qaraciyərdə iki vena sistemi arasında, böyrək
yumaqcıqlarda iki arteriya damarı arasında yerləşir.
81.
Kiçik ağciyər qan dövranı - qanın ağciyərlərdə oksigenlə
zənginləşməsini CCh-nin isə xaricə verilməsini təmin edir. Sağ
mədəcikdən ağciyər kötüyü ilə başlayıb, sol qulaqcıqda dörd
ağciyər venası ilə qurtarır.
82.
Katobolizm - dissimilyasiya, canlı orqanizmə qida ilə daxil
olan və özündə ehtiyat halında olan mürəkkəb üzvi maddələrin
parçalanmasına istiqamətlənmiş fermentativ reaksiyaların
cəminə deyilir.
_
83.
Korbağırsaq - uzunluğu 8-15 sm olub, eni 6-8 mm. İmmun
sistemin limfoepitel orqanlarına aiddir.
84.
Kapasatasiya - spermatozoid yumurtanın hüceyrə ilə görüşənə
qədər bir neçə saat qadın cinsiyyət yolunda hərəkət edir. Bu
zaman spermatozoidlərə qadın cinsiyyət yolunun mühitində
olan (pH, selik və s.) amillər təsir edərək, onların nəinki
miqrasiyasına, mayalanmaya qarşı qabiliyyətini qoruyur, həm
də onları fəallaşdırır. Bu proses kapasatasiya adlanır. Bu zaman
spermatozoidlərin membranma Ca
+2
ionları keçir və
spermatozoiddə miqdar artır, keçdikdən sonra qamçıların
hərəkətliyi artır.
85.
Qlükaqon - insulinin antaqonisti olan hormondur. Mədə- altı
vəzində a-hüceyrələri tərəfindən sintez olunur. Enerji
mənbələrini tez mobilizasiya edən hormondur. Qanda qlü-
kozanm miqdarı normadan az olduqda qaraciyərdə qlüko-
genin qlükozaya çevrilməsi prosesində iştirak etməklə,
qlükozanm qanda miqdarını normalaşdırır. Adrenalin və
569
downloaded from KitabYurdu.org
eyni vaxtda qanın plazmasmda yağ turşularının miqdarını
artırır.
86.
Qlyükozuriya - qanın plazmasmda qlükozanın miqdarı
normadan çox olduqda (180-200 mq%-dan və ya 10 mM çox)
sidiklə qlükoza xaric olmasına deyilir.
87.
Qırmızı qan duzu - sümük toxumasının süngər hissəsində
yerləşir. Qırmızı sümük iliyində qan yaranır.
88.
Qida məhsulları - çörək, ət, süd, yumurta, meyvə, tərəvəz və
s.
89.
Qastrin - mədənin şirə ifrazını tənzim edir.
90.
Qulaqdibi vəzi - ən iri tüpürcək vəziləri. Qulaqdibi vəziləri
5-6 sm olur, üst çənədə ikinci böyük azı dişinə əks isti-
qamətdə yanağın selikli qişasına açılır. İri ağızsuyu vəzilərinə
- qulaq yanı, alt çənə, dilaltı və ağız boşluğunun selikli
qişasında yerləşən kiçik vəzilər aid edilir.
91.
Qaraciyər - ən iri həzm vəzi olub, 40-dan çox funksiya yerinə
yetirməklə, həm də öd hazırlayır. Qapı venası ilə qaraciyərə
daxil olan qanda olan zərərli maddələrin 95%- i orada
zərərsizləşdirilir.
92.
Qida borusu - 25 sm uzunluğunda olub, udlağı mədə ilə
birləşdirir. Boyun hissəsi (5-8 sm), döş (16 sm), qarm hissəsi
(2-3 sm).
93.
Qoxu analizatoru - burunun selikli qişasının yuxarı his-
səsində yerləşən qoxu reseptorlarından - qoxu yolunun
neyronundan ibarətdir.
94.
Qastrilyasiya - rüşeym vərəqlərinin əmələ gəlməsi.
95.
Qnozis - (gnozis, yunan qnozis - biliyi dərk etmək) əşyaları,
hadisələri, onların mənası və işarələrinin əhəmiyyətini dərk
etmək.
96.
Qavrayış və ya dərketmə - canlı orqanizmin görmək,
eşitmək, lamisəni, dad və qoxunu hiss etmək qabiliyyətidir.
Xarici əlamətlərdə determinasiya olunan duyğu prosesi, hansı
ki, xarici mühitin hadisələri qavranış obrazlar və söz işarələri
növündə əks olunur. Qavrayış reseptorlardan başlayır və
MSS ali şöbəsi ilə qurtarır. Sensor məlumatın birinci qabıq
analizi qabığın müvafiq proyeksion
570
downloaded from KitabYurdu.org
zonasında həyata keçirilir. Sonra qabığın assosiativ zo-
nasında daxil olmuş məlumat yaddaşda obraz şəklində
görünməyə göndərilir və burda onun tanınması baş verir,
insanda o nitqdə əks olunan stimul və qavranış arasında
münasibət mürəkkəb xarakterə malikdir, çoxlu fizioloji və
psixoloji amillərdən asılıdır (diqqət, emosiya və s.).
97.
Letargiya - patoloji yuxu növünə aid olub, hərəkətsizlik
xəstəliyi adlanır. Xaricdən baxdıqca yuxunu xatırladır. Bu
yuxuda orqanizmin bütün funksiyaları zəifləyir. Ancaq
həkim ürək fəaliyyətinin göstəricisi olan çətin hiss olunan
nəbzi və tənəffüsü hiss edə bilər. Dneprepetrovski vilayətinin
Moqilyeva kəndindən Nadejda Lebedin qabı- qaltı ensafalit
xəstəliyi ilə 1954-cü ildə 33 yaşında latergik yuxuya
getmişdir. 1974-cü ildə onun anası vəfat etmişdir. Ona anan
ölüb, ayıl onunla vidalaş sözünü xəbər verdikdə, bu bəd
xəbəri eşidən kimi qışqıraraq yuxudan qalxmışdır.
98.
Lunatizm - yuxunun pozulması ilə özünü göstərən xəstə-
likdir. Lunatiklər gecələr yuxuda avtomatik mürəkkəb
hərəkətləri yerinə yetirirlər. Onlar əşyaları bir yerdən başqa
yerə aparır, paltarını geyinir, veyillənirlər və s.
99.
Mərkəzi sinir sistemi (MSS) - sinir sisteminin əsas hissəsi
olub, baş və onurğa beynindən ibarətdir. Yüksək diferen-
sirofka olunmuş mürəkkəb reaksiyaları - refleksləri həyata
keçirir.
100.
Melatonin - (N-asetil-5-metoksitriptamin) qana və likvo- ra
daha çox gecələr ifraz olunur. Qanın plazmasında uşaqlarda
gecələr 1-3 yaşda - 250 PQ/ml, yeniyetmələrdə -120 PQ/ml
və 50-70 yaşlarda - 20 PQ/ml təşkil edir. Bütün yaşlarda gün
ərzində melatonin miqdarı 7PQ/ml təşkil edir.
101.
Mədəaltı vəzi - qarışıq vəzilərdən olub, mədənin altında
ondan arxada yerləşir. Endokrin hissəsinə langerhans
adacıqları, ekzokrin hissəsi isə bir cüt axarla (itdə) on-
ikibarmaq bağırsağa açılır. Başcıq, cismi və quyruq his-
sələrdən ibarətdir. Onun uzunluğu 16-20 sm, kütləsi 70-
571
downloaded from KitabYurdu.org
90 qr. Ekzokrin hissəsi fermentlər, endokrin hissəsi (lan-
gerhans adacıqlar) hormonlar hazırlayır. Vəzin hormonlar
(insulin, qlükaqon və s.) orqanizmə daxil olan əsas energetik
substratların toplanması və metabolizmin əsas faktorudur.
102.
Miologiya - (mio-yun. myos-əzələ) əzələni öyrənən elm.
Eninəzolaqlı və saya əzələyə ürək və skelet əzələsi, saya
əzələlərə damarların divarı, dəri, mədə, bağırsaqlar, uşaqlıq
əzələlər bədənin hərəkətində və müvazinətin saxlanmasında
və s. iştirak edir.
103.
Miositi - (müoetius; mio+qist. Situs hüceyrə) əzələ to-
xumasının bir nüvəli struktur funksional vahidi.
104.
Miofibrillər - sitoplazmanın nazik lifləridir. Yığılma qa-
biliyyətinə malikdir.
105.
Meysner sinir kələfi - həzm borusunda selikli qişanın altında
yerləşən sinir kələfin əsas funksiyası saya əzələlər selikli və
selikaltı qişada olan vəzilərin şirə ifrazını idarə etməkdir.
106.
Lipokain - mədəaltı vəzin endokrin hormonu olub, lipid
mübadiləsini tənzim edir.
107.
Mədə - həzm borusunun ən genişlənmiş hissəsi olub, burada
qidanın mexaniki işlənməsi (emalı) və mədə şirəsinin
kimyəvi təsiri baş verir.
108.
Mensturasiya - uşaqlıqdan dövri olaraq qanaxma prosesi
(aybaşı).
109.
Menearxe - birinci aybaşının başlanması.
110.
Menopauza - amenoreya - menstruasiyanm birinci dəfə
dayanmasından sonrakı 12 ay müddətində 45 yaşdan yuxarı
qadınlarda dayanması. Axırıncı aybaşı orta hesabla 50,8
yaşında baş verir.
111.
Nəbz təzyiqi - sistolik və diastolik təzyiq arasında olan fərqə
deyilir (120-80=40).
112.
Nəbz təzyiqi - sistolik və diastolik təzyiq arasında olan fərqə
nəbz təzyiqi deyilir.
Orta arterial təzyiqi (OAT) bu formula ilə təyin edirlər.
572
downloaded from KitabYurdu.org
sistolikAT
+
2(diastolikAT)
120 + 2-80
280
Aortada orta arterial təzyiq (90-100 mm.Hg.st.) arteriya
damarlarının şaxələnmə dərəcəsindən asılı olaraq tədricən
aşağı düşür. Şaxələnmiş arteriya və arteriallarda təzyiq kəskin
düşür (orta hesabla 35 mm.Hg.st.), sonra tədricən enərək iri
venalarda 10 mm.Hg.st. təzyiqinə bərabər olur.
113.
Nazik bağırsaqlar - mədədən başlayıb, yoğun bağırsaqda
qurtarır. Uzunluğu 5-7 m ola bilər. Üç hissədən - oniki-
barmaq, acı və qalça bağırsaqdan ibarətdir.
114.
Nikah - ailə qurmağa qabil olan adamın - qız və oğlanın dövlət
və din tərəfindən qanunlaşdırılmış bərabərhüquqlu ittifaqıdır.
Bu ittifaq ömrünün axırına qədər bir-birinə qarşılıqlı
münasibət və hörmət, uşaq törətmək, onu həd- di-buluğa
çatana qədər böyütmək, həyatın bütün sevinc və çətinliklərini
ailədə bir yerdə keçirmək şəraitində davam edir.
115.
Neyron - (yunan neuron - sinir) sinir toxumasının əsas struktur
və funksional vahidi. Siqnalı qəbul etməyə, sinir impulsuna
çevirməyə və sinir digər neyronun ucuna və ya əzələyə, vəzə
(effektora) nəql etmək qabiliyyətinə malikdir. Bədən və
çıxıntılara (dendiritlərə və aksona) malikdir. Neyronun
qəbuledici hissəsi - çıxıntılı dentritlərdir. Hüceyrənin
bədənindən impulsları nəql edən neyronun hissəsi aksonla
yerinə yetirilir.
116.
Onurğa beyni - MSS-nin şöbəsidir. Onurğa kanalında
yerləşir, ağırlığı 30 qr, uzunluğu 40-45 sm, yuxarı hüdudu
böyük ənsə dəliyindən başlayır, aşağı hüdudu 11 bel fəqə-
rələri bərabərliyində qurtarır. Onurğa beynindən 31 cüt
onurğa beyni sinirləri xaric olur.
117.
Onurğa beyni mayesi - beyin mədəcikləri (uzunsov beyində
IV, ara beyində III, yarımkürələrlə yan mədəciklər)
hörümçəkaltı boşluğu dolduran şəffaf mayedir. Mədəcik-
lərin damar kələfindən produseriyetsiya olur və vena yatağına
axır.
573
downloaded from KitabYurdu.org
118.
Onikibarmaq bağırsaq - nazik bağırsaqların birinci hissəsi
olub, uzunluğu 27-30 sm, forması - nalabənzərdir.
119.
Ovulyasiya - yumurtlama (qraf qovucuğu partladıqdan sonra
yumurtanın hüceyrənin qarın boşluğuna düşməsi).
120.
Periferik sinir sistemi - sinir sisteminin bir hissəsi olub,
MSS-i ilə sensor sistemin reseptorları və effektorları arasında
əlaqəni həyata keçirir. Kəllə-beyin və baş-beyin sinirləri və
sinir düyünlərindən ibarətdir.
121.
Pereqanqliyonar liflər - düyün qabağı liflər.
122.
Postqanqliyonar liflər - düyün sonrası liflər.
123.
Prenetal inkişaf dövrü - (prenatus doğulma: antenatal dövr,
embrional dövr, bətndaxili dövr) embrional inkişaf dövrü
olub, ya yumurta qişası örtüyü altında (yumurta qoyanlarda)
və ya ana orqanizmi daxilində (diri bala doğan və insanda)
prenatal inkişafda: 1) mayalanma (zi- qotun əmələ gəlməsi),
2) xırdalanma (blastubanm əmələ gəlməsi), 3) qasturulasiya
(2 və 3 qatlı rüşeym vərəqlərin və ox kompleksin əmələ
gəlməsi), 4) toxuma və orqanların başlanğıcının qoyulması,
5) orqan və toxumaların tam formalaşması və inkişafı
dövrlərini əhatə edir.
124.
Parasimpatik sinir (azan sinir) - ürəyin fəaliyyətini ləngidir
və zəiflədir.
125.
Peristaltika - həzm borusunun divarında yerləşən saya
əzələlərin (uzununa həlqəvarı və çəpinə) yığılıb boşalması.
126.
Periton - qarın boşluğu divarlarını və üzvlərini örtən se- roz
qişa. Periton boşluğu əmələ gətirir. Bu boşluq qadınlarda
uşaqlıq borusu vasitəsilə xarici mühit ilə əlaqədar olur.
127.
Perelimfa - kimyəvi tərkibinə görə qanın plazması və lik-
vora yaxın, zülal tərkibinə görə onlar arasında aralıq yer tutur.
128.
Plasenta - cift - uşaqla ana arasında əlaqə yaradan üzv.
129.
Pollusiya - gecələr daha çox yuxuda sperma buraxma.
130.
Postnatal - anadan olandan sonrakı inkişaf dövrü.
131.
Refleks - orqanizmin qıcığa qarşı mərkəzi sinir sisteminin
iştirakı və nəzarəti altında verdiyi cavab reaksiyasına
574
downloaded from KitabYurdu.org
deyilir. Şərtsiz reflekslər daimidir, genetik kodlaşdırılmış
qıcığa qarşı cavab reaksiyasıdır. Şərti reflekslər - həyatda
qazanılmış sistemli uyğunlaşma reaksiyaları olub, şərtsiz və
şərti reflekslər arasında müvəqqəti əlaqələr əsasında yaranır.
Reseptorlar sinirlərin sərbəst ucları kimi, həm də toxumaların
dərinliyində yerləşən törəmə kimi təsvir edilə bilər.
132.
Reseptorlar - qıcıqları qəbul edən və sinir siqnallarını çevirən
spesifik hissedici törəmələrdir. Bədənimizdə foto- işıq, fono -
səs, termo - istilik, xemo - kimyəvi, stibio - qoxu, qusto - dad
reseptorlar fəaliyyət göstərir.
133.
Rəngligörmə -kolbacıqların vəzifəsidir. Üç tip kolbacıq- lar
mövcuddur, bunlardan hər biri üç müxtəlif (qırmızı, yaşıl və
göy) görmə piqmentlərindən birini saxlayır.
134.
Reseptor potensial - xariciamil reseptora təsir edərək, onun
membran səthində depolyarizasiya (qütbləşməyə) səbəb olur.
Yerli cavaba oxşar olan bu qütbləşməni reseptor və ya
generator potensial adlandırırlar. Reseptor potensial isə
reseptorlarm özündəki maddələr mübadiləsinin hesabına olur.
135.
Sinir hüceyrəsi (neyron) - sinir sisteminin struktur və
funksional vahidi. Bədəni və çıxıntılardan ibarətdir.
Uzunluğu bir neçə mkm-dən 1-1,5 m qədər çatır.
136.
Sinir - sinir liflərinin birləşdirici toxuma qişasından ibarətdir.
Hərəkət neyronlarm aksonlarından təşkil olan sinirlərə hərəki
sinirlər deyilir. Hissi sinirlərin dentridlərin- dən təşkil olan
sinirlərə hissi sinirlər deyilir. Akson və dentridlərdən təşkil
olan sinirlərə qarışıq sinirlər deyilir.
137.
Simpatik sütun - onurğa kanalı boyu onun həm sağ, həm də
sol tərəfində yerləşən simpatik sinir düyünlərin əmələ
gətirdiyi zəncir olub, kəllə əsasından, büzdümə qədər uzanır.
138.
Somatik sinir sistemi - mərkəzi və periferik sinir sisteminin,
skelet əzələləri (eninə zolaqlı), sümük və dərini in- nervasiya
edən hissəsinə deyilir.
139.
Sutkalıq ritm. Sirkadian ritm - bioloji ritmlərdən biri
575
downloaded from KitabYurdu.org
olub (sutkalıq, aylıq, fəsil və illik ritmlər) yerin sutkalıq
fırlanma dövrü ilə uyğunlaşır, 24 saata müəyyən qədər uyğun
olmur. Çoxlu fizioloji proseslə, o cümlədən hi- potalamik
neyrosekresiya, sutkalıq ritmə tabe olur.
140.
Samotastatin - mədəaltı vəzin langerhans adacıqlarında y-
hüceyrələrində hazırlanan insulin və qlükaqon hormonlarının
sintezini ləngidən hormondur.
141.
Sarı sümük iliyi - borulu sümüklərin daxilində yerləşir.
Birləşdirici toxumaya aiddir, yağla zəngindir. Sarı sümük iliyi
qanyaradıcı elementlərə malik deyil.
142.
Sümük - bir neçə toxumadan ibarət olsa da ən əsas sümük
hesab edilir. Sümüklərdən hər biri müəyyən formaya malik
olur.
143.
Simpatik sinir - ürəyin fəaliyyətini sürətləndirir və qüv-
vətləndirir.
144.
Sistolik təzyiq - sol mədəciyin maksimal yığılması zamanı
yaranır. 250-300 mm.Hg.st. təşkil edir. Bu təzyiq sisto- la
zamanı arteriya sistemində yaranan təzyiqdir. Böyük qan
dövranında maksimal sistolik təzyiq - normada 120
mm.Hg.st. bərabərdir.
145.
Sekretin - bağırsağın peristaltikasım ləngidir.
146.
Süd vəziləri - ektordermadan inkişaf edən tər vəzilərinin şəkil
dəyişməsindən formalaşır. Kişi süd vəziləri inkişaf etmir.
147.
Spermatozoid - (sperma - yunanca - sperma-semya- sperma,
zoon-canlı varlıq) canlı hoploid kişi cinsiyyət hüceyrəsidir.
Məməlilərin spermində 1667-ci ildə A.Le- ven Huk
tərəfindən kəşf edilmişdir. Termin isə 1827-ci ildə K.M.Ber
tərəfindən verilmişdir. Spermatozoid sper- matogenez prosesi
nəticəsində yaranır. Sperma ilə qarışır və yumurta hüceyrənin
mayalanmasında iştirak edir. Spermatozoid yumurta hüceyrə
ilə qarışdıqdan sonra zi- qota yaranır və rüşeym inkişaf
etməyə başlayır. Sperma- tozoidin başında nüvədə atanın irsi
əlamətləri yerləşir. Spermatozoidlər həm heyvanlarda, həm
də bitkilərdə qamçılı və qamçısız ola bilər. Bitkilərdən qıjı,
mamır,
576
downloaded from KitabYurdu.org
ayıdöşəyi və s. çoxlu qamçı olur. İnsanda da qamçılıdır.
Qamçısızlar bitkilərdə olur və spermi adlanır.
148.
Sinaps - (yunan synarsis-təmas, əlaqə) oyanan hüceyrələr
arasında ixtisaslaşmış, funksional əlaqə olub, nəql etməyə və
sinir impulslarım dəyişdirməyə xidmət edir.
149.
Dostları ilə paylaş: |