Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

Bantinq  Frederik  Qrant  (1891-1941)  Kanada  fizioloqu, 

cərrah 1923-cü ildə insulini kəşf etdi və Nobel mükafatı aldı. 



Basov  Vasiliy  Meksadreviç  (1812-1879)  mədədən  şirə  al-

maq  üçün  «süni  deşik»  mədəyə  fistula  (Basov  fıstulası)  qoymaq 

üsulunu kəşf etdi. 

Beylis  Vilyam  (1860-1924)  ingilis  fizioloqu.  Starlinqlə 

birlikdə müəyyən etdilər ki, həzm orqanları bir-birinə nəinki MSS-

i  vasitəsilə,  həm  də  hormonlardan  biri  -  sekretini  (bağırsaq 

hormonu) qana ifraz edərək humoral yolla təsir edir. 



Bıkov  K.M.  (1886-1959)  rus  fizioloqu.  Baş-beyin  yarım-

kürələri  qabığının  daxili  orqanlara  təsirini  öyrənmək  həzm  or-

qanlarının  fəaliyyətini  şərti-reflektor  yolu  ilə  dəyişmək  mümkün 

olduğunu göstərmişdir. 



Broun-Sekar  Şarl  Eduard  (1817-1894)  fransız  fizioloqu. 

1888-ci  ildə  öz  üzərində  aparılan  təcrübə  ilə  heyvanın  kanaldan 

meymun  və  dəniz  donuzunun  toxumluğundan  alınan  ikinci  cins 

əlamətlərə və müvəqqəti olaraq cavanlaşmağa təsirini göstərdi. 



Brunner Y.C. (1653-1727) İsveç anatomu. Mədəaltı vəzi və 

onikibarmaq  bağırsaqda  apardığı  elmi  işlərlə  məşhurdur.  1627-ci 

ildə  onikibarmaq  bağırsaqda  indi  onun  adını  daşıyan  Brunner 

vəzilərini kəşf etdi. 



Brodman  K.  (1868-1918)  Avstriya  fizioloqu.  1868-ci  ildə 

alman  alimi  Xerinqom  ağciyərlərə  gərilmiş  vəziyyətdə  qəflətən 

hava doldurduqda həmin anda nəfəsalma dayanır və nəfəs- vermə 

başlayır və əksinə ağciyərlərin havanın  bir hissəsini tez çıxarsaq, 

nəfəsvermə  dayanır  və  nəfəsalma  başlayır.  Sinirlərin  kəsilməsi 

üsulu ilə isbat olunmuşdur ki, reseptorlardan siqnallar hissi sinirlər 

vasitəsilə  tənəffüs  mərkəzinə  verilir,  cavab  oradan  tənəffüs 

əzələlərinə  ya  qüvvətli  nəfəs  verməyə,  ya  da  onun  dayanmasına 

göndərilir (Herinq-Breyer refleksi). 

Batımen  Y.  (1816-1892)  ingilis  oftomoloq,  anatom  və  fi- 

zioloq.  İlk  dəfə  1840-cı  ildə  eninə  zolaqlı  əzələni  morfoloji  ba-

xımdan xarakterizə etdi, 1847-ci ildə isə gözün ön sərhəd 

539 

downloaded from KitabYurdu.org



membranasını  təsvir  etdi.  1842-ci  ildə  böyrək  cisminin  kapsulu 

haqqında məlumatı çap etdirdi və filtirasiya haqqında tədqiqatları 

ilə elm aləmində məşhurlaşdı. 

Bexterev  B.M.  (1857-1927)  rus  nevroloqu  və  fızioloqu. 

Qabıqaltı  törəmələrin  emosional  və  hərəki  reaksiyalar  forma-

laşmasında  rolunu  müəyyən  etdi.  Baş-beyin  qabığında  daxili 

orqanların  hərəkəti  və  sekretsiyası  mərkəzini,  beynin  nəqledici 

yollarını kəşf etdi. 

Balakişiyev  Kamil  Əbdülsalam  oğlu  (1906-1986)  Azər-

baycan  alimi,  anatomu.  İlk  dəfə  Azərbaycan  dilində  4  cildlik 

«İnsanm normal anatomiyası» kitabını yazmışdır. Bu kitaba və elmi 

pedaqoji  fəaliyyətinə  görə  Azərbaycanda  görkəmli  alim  kimi 

tanınmışdır. 1962-ci ildə «Anatomiya, histologiya və embriologiya 

terminləri»,  1964-cü  ildə  «Anatomik  nomenkla-  tura»  kitablarını 

çap etdirmişdir. 

Əziz Məmmədkərim oğlu Əliyev (1892-1962) Azərbaycan 

alimidir. Görkəmli dövlət xadimi və elmi tədqiqatçıdır. Tibb elmləri 

doktoru,  professor,  Azərbaycan  Klinik  İnstitutunun  direktoru, 

Azərbaycan  SSR  Xalq  Səhiyyə  Komissarı,  ATU  və  ADU-nun 

rektoru və digər məsul vəzifələrdə çalışmışdır. Klinik analizlər üzrə 

kitab çap etdirmişdir. Bu kitabdan indi də klinik laboratoriyalarda 

biokimyəvi analizlər aparmaq üçün istifadə olunur. 

Ber  P.  (1833-1886)  fransız  təbiətşünası,  həkim.  Klod 

Bernarm  tələbəsi.  1869-cu  ildə  ilk  dəfə  «Tənəffüsün  müqayisəli 

fiziologiyası  haqqında  mühazirə»  kitabını  çap  etdirdi.  Havanın 

tərkibində  olan  qazların  fizioloji  təsirinin  onların  parsial 

təzyiqindən asılı olduğunu göstərdi. 

Vizel  Torsten  (1924-cu  ildə  anadan  olub)  İsveç  neyrofı- 

zioloqu. Devidom X.Xyubelom ilə birlikdə 50-ci illərdə göstərdilər 

ki, gözün torlu qişasından beyinə daxil olan qıcıqlar, torlu qişada 

alman  təsirin  xəyalın  elementlərinə  hərəkətinə,  konturuna  və 

kontrastlığına  uyğun  interpretirutsiya  olur.  Torlu  qişadan 

kodlaşdırılmış  məlumatların  görmə  qabığında  analizi  nəticəsində 

belə məlum olmuşdur ki, guya müəyyən hüceyrələr ayrıca hərfləri 

oxuyur və onlardan sonrakı hüceyrələr tə 



540 

downloaded from KitabYurdu.org



rəfindən  oxunan  heca  düzəldir.  Sonrakı  hüceyrələr  isə  hecadan 

cümlə  düzəldir  (üçüncü  hüceyrə  ilə  birlikdə).  Bu  cümlə  görmə 

xəyalı alınan beynin ali mərkəzinə nəql olunur. Vizel T. və Xyubel 

V. 1981-ci ildə görmə sistemində məlumatların yenidən işlənməsi 

mexanizminin kəşfinə görə Nobel mükafatına layiq görülmüşlər. 

Veber  Ernest  və  Eduard  (Er.H.  və  Ed.  Weber,  qardaşlar) 

alman alimləri. 1845-ci ildə azan sinirin ürək fəaliyyətinə təsirini 

müəyyən etdilər. Bu fizioloji prosesləri sinir sisteminin lə- ngidici 

(zəiflədici) təsiri sahəsində ilk tədqiqat işi idi. 



Vvedenskiy  N.E.  (1852-1922)  rus  fizioloqu.  İ.M.Seçeno- 

vun  tələbəsi.  Birinci  dəfə  sinirdən  fəaliyyət  cərəyanının  ritminə 

telefonla qulaq asdı. Sinirdə və əzələdə oyanma ritmini müqayisə 

etməklə,  optimum  və  pessimum  hadisəsini  kəşf  etdi  və  bunun 

əsasında  Labillik  və  ya  funksional  mütəhərikliyin  nisbiliyi 

haqqında qanunu müəyyən etdi. 1901-ci ildə çap olunan «Oyanma, 

ləngimə və narkoz» monoqrafiyasında para- bioz haqqında təlimi 

əsaslandırdı. 



Şumlyanski  A.M.  (1748-1795)  rus  alimi.  Böyrəyin  quru-

luşuna  aid  dissertasiya  işində  ingilis  Baumadan  xəbərsiz  damar 

yumaqcığmın kapsulunu təsvir etmişdir. 

Qalvani  Luidji  (1737-1798)  italyan  alimi.  Qalvani  L.  qur-

bağa  üzərində  apardığı  balkon  təcrübəsi  ilə  1771-ci  ildə  «Əzələ 

hərəkəti  zamanı  efektrik  qüvvəsi  haqqında  traktat»  heyvanı 

elektrikin  mövcud  olduğunu  isbat  etdi.  Bu  təcrübə  dünyada 

elektrofiziologiya elminin inkişafına təkan verdi. 

Qalen  Klavdi  (1930-2001)  italyan  alimi.  Qalenə  görə  hə-

rəkətin pozulması beynin müəyyən hissələrinin pozğunluğu (iflici) 

ilə əlaqədardır. O, ürəkdə koronar (tac) damarlarının olmasını kəşf 

etdi. Koronar fiziologiyanın əsasını qoydu. 



Qarayev  A.İ.  (1910-1968)  Azərbaycan  fizioloqu.  «Eks- 

perimental  fiziologiya»  məktəbinin  yarıdıcısı,  «Nəzəri  və  əməli 

fiziologiya»nm  banisidir.  O,  ilk  «Sulukarbonların  əzələlərin 

potensiallarının  mənbəyində  əhəmiyyəti»  dissertasiya  işində 

əzələlərin  elektrik  proseslərinin  sulukarbonlar  mübadiləsinin 

vəziyyətindən və xüsusilə-qanın şəkər səviyyəsindən asılı olma 



541 

downloaded from KitabYurdu.org



sı haqqındakı müddəanı irəli sürür. «Diafraqmanm fiziologiyasına 

dair»  ikinci  dissertasiya  işində  tənəffüs  üzvünün  sinir-  lənməsinə 

dair yeni fikirlər irəli sürdü. 1940-cı ildə «Bioelekrik hadisələrinə 

dair» tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etdi. 

Sublimunab  qıcıqların  dekrementli  ötürülməsi-yerli  ətrafa 

yayılmayan  oyanmalar  haqqında  yeni  fikirləri  ilə  «Canlı 

orqanizmdə  potensialların  mənşəyinə  dair»  xarici  alimlərin 

nəzəriyyəsinə  qarşı  çıxış  edərək,  İ.Bernşteynin  fiziki-kimyəvi 

nəzəriyyəsinə qarşı o nəzəriyyəsini irəli sürdü. 1950- 1968-ci illərdə 

visseral 

reseptorların-interoreseptorlardan 

baş-beyin 

yarımkürələrinə  daxil  olan  siqnalların  kortiko-  visseral  əlaqələri 

haqqında məlumatları «İnteroreseptorlar və maddələr mübadiləsi» 

(1957) kitabında çap etdirmişdir. 

Qarayev M.A. 1933-cü ildə Cəlilabad rayonunun Həzia- bab 

kəndində  anadan  olmuşdur.  Biologiya  elmləri  doktoru,  professor 

Qarayev  M.A,  1979-cu  ildə  Sankt-Peterburq  şəhərində  Bexterev 

adına  Eksperimental  Tibb  İnstitutunun  Elmi  Şurasında  doktorluq 

dissertasiyasını müdafiə edərək, biologiya elmləri doktoru alimlik 

dərəcəsinə  layiq  görülmüşdür.  O,  «Səthi  və  dərin  yuxunun 

çoxmərkəzli  simpatik  və  antisimpatik  təşkili»  adında  yeni  elmi-

nəzəri  ideya  irəli  sürmüşdür.  O,  bir  çox  kitab  və  proqramların 

müəllifidir. 

Qranit Raqnar (Granitr) (1900-1991) İsveç fizioloqu. 1930-

cu ildə gözün torlu qişasının bir nahiyəsinin işıqlanması- nın qonşu 

nahiyəsinin  ləngiməsinə  səbəb  olduğunu  müəyyən  etdi.  Bu 

mexanizm kontrast və fonda xəyalın olmasını gücləndirir. O, 1940-

cı ildə öz sahəsində spektin (qırmızı, yaşıl və göy) hissiyyat yüksək 

olan üç cür kolbacıqların olmasını kəşf etdi. 

Qranit Raqnar, Xolden Xartlayin və Djordi Uoldom birlikdə 

gözün torlu qişasında birincili fizioloji və kimyəvi proseslərə görə 

Nobel mükafatına layiq görüldülər. 

Qoryayev  N.K.  (1875-1943).  Qanın  formalı  elementlərini 

saymaq üçün  «Qoryayev kamerası»nı  ixtira edən hematoloq  alim 

kimi tanınır. 

Qrinqard P. amerikan fizioloqu. 2000-ci ilə dofaminin si 

542 

downloaded from KitabYurdu.org



nir  hüceyrəsinə  təsir  mexanizmini  kəşf  etdiyinə  görə  Nobel 

mükafatı  aldı.  O,  bunun  ləng  sinaptik  nəql  prosesi  ilə  əlaqədar 

olduğunu göstərdi. Belə ki, əvvəlcə zülalın kimyəvi fosforlaş- ma 

reaksiyası və dofaminin öz reseptoru ilə birləşməsi ikinci vasitəçi - 

tAMF-nın  əmələ  gəlməsinə səbəb oldu.  Bu isə sinir hüceyrəsinin 

zülalını  fosfat  molekulasmı  əlavə  etmək  qabiliyyətinə  malik 

protinakinaza  A-nı  fəallaşdırır.  Bu  hüceyrə  membranında  ion 

kanalları əmələ gətirən zülal qruplarından biridir. 

Qiymen  P.  (1924)  amerikan  fızioloqu.  1977-ci  ildə  Endro 

Şalli ilə birlikdə rilizinq faktor maddəsinin kəşfinə görə-bu maddə 

vasitəsilə hipotalamus hipofizin işini idarə edir -Nobel mükafatına 

layiq  görülmüşlər.  50-ci  illərin  axırlarında  onlar  hipotalamusdan 

xüsusi  maddə  sintez  etdilər.  Bu  maddəni  hi-  pofizə  vurduqda 

kortikotropin,  tritropin,  lüteyinləşdirici  və  folikulostimuləedici 

hormonların  ifrazına  səbəb  olur.  1970-ci  ildə  Qiymen 

Samotostatinin  strukturunu  təsvir  etdi.  Bu  hipo-  fizdən  boy 

hormonu samatropinin xaric olmasını tormozlayan ilk inqibirəedici 

(statinlərdən) faktorlardan biri idi. 

Dekart R. (1596-1650) fransız təbiətşünası və fızioloqu. İradi 

və qeyri-iradi hərəkətlərin mahiyyətini öyrənməyə səy göstərmişdi. 

Refleksi  ilk  dəfə  təsvir  etsə  də  (1949)  izahı  primitiv  olmuşdur. 

Dekarta  görə  əzələlər  içi  boş  borucuqlara  malikdir,  belə  ki,  sinir 

həmin borucuqlara hava vurur. 

Dogel  A.S.  (1852-1922)  rus  alimi.  Neyrofiziologiyanın 

əsaslarını  qoyan  alimlərdən  biri  olmuşdur.  Əsas  elmi  işləri  hiss 

üzvləri və sinir sisteminin histologiyasına həsr edilmişdir. 

Deyi H.X. (Dale H.) (1875-1968) ingilis fızioloqu. 1914- cü 

ildə parasimpatik sinirinin qıcıqlanmasının üzvlərinin fəaliyyətində 

əmələ gələn dəyişliklərə uyğun gəldiyi asetilxolin sintez etmişdir. 

O göstərdi ki, asetilxolinin vegetativ sinir sisteminin düyünlərinin 

və sinir-əzələ nəql olunmasında neyromediatoru hesab edilir. Belə 

ki,  Ottolevi  (1921)  və  Deyi  H.,  həmçinin  rus  fızioloqu 

A.B.Kibyabko  (1933)  tərəfindən  müəyyən  edilmişdi  ki,  sinapsda 

oyanma  kimyəvi  təbiətə  malik  olur.  1936-cı  ildə  Deyi  Avstriya 

fızioloqu Ottolevi oyanmanın kimyəvi ötürül 

543 

downloaded from KitabYurdu.org



məsi  ilə  əlaqədar  kəşflərinə  görə  Nobel  mükafatına  layiq  görül-

müşlər. 


Donders F.K. (Donders F.) (1818-1889) holland fıziolo- qu. 

Ağciyərlərin ventilyasiyasını nümayiş etdirən mexaniki model təklif 

etmişdir. 

Dyuboa-Reymon  Emil  Henrix  (Dubois-Reymond  E.) 

(1818-1896)  alman  fizioloqu.  1848-ci  ildə  sürüşkən  induksion 

cihazla toxumanı qıcıqlandırıb, qalvanometrlə sükunət və fəaliyyət 

potensialını qeyd etdi. 



Cəfərov  F.İ.  1940-cı  ildə  Zəngəzur  mahalının  Nüvədi 

kəndində anadan olmuşdur. ATU Normal Fiziologiya kafedrasının 

rəhbəri, tibb elmləri  doktoru, professor, AMEA-nın  müxbir üzvü, 

əməkdar  müəllim  F.İ.Cəfərov  1990-cı  ildə  Moskvada  RTEA-nm, 

P.K.Anoxin  adma  normal  Fiziologiya  İnstitutunda  doktorluq 

dissertasiyasını  müdaFıə  edib,  tibb  elmləri  doktoru  adma  layiq 

görülmüşdür.  Prof.  F.İ.Cəfərov  2000-ci  ildə  İngiltərə-Kembric 

Universitetində  «XX  əsrin  görkəmli  alimi»  fəxri  adma  və 

Beynəlxalq  Elmlər  Akademiyasının  (Münhen)  həqiqi  üzvü  və 

rəyasət  heyətinin  üzvü,  London  Diplomatik  Akademiyasının 

akademiki və Senatın üzvü seçilmişdir. 

Ç.Bella  ingilis  alimi.  F.Majanda  fransız  alimi  bir-  birindən 

xəbərsiz  1811  və  1822-ci  ildə  onurğa  beynin  ön  buynuzlarının 

hərəki,  arxa  buynuzlarının  hissi  funksiya  yerinə  yetirdiklərini 

təcrübədə göstərdilər. 



Çerniqovski Vladimir Nikolayeviç  (1907-1981) rus Fizio-

loqu.  Daxili  orqanların  funksiyasının  tənzimi,  heyvanların  qida 

davranışı  ilə  əlaqədar  interoreseptorlarm  rolu  haqqında  ilk 

təsəvvürü yaratdı. 



Ediran E.D. (Adrian E.) (1889-1977) ingilis fizioloqu. 1920-

40-cı illərdə sinir lifinin «hamısı və ya heç nə» prinsipi üzrə işləyir. 

Stimulun  qüvvəsindən  asılı  olaraq,  müxtəlif  orqanlar  sinir 

impulsunu  ciddi  standart  amplituda  üzrə  generatasiya  edir.  Daha 

qüvvəli  stimullar  daha  çox  fəaliyyət  potensialın  əmələ  gəlməsinə 

səbəb olur. Ediran hissi reseptorlarda adaptasiya hadisəsini də təsvir 

etmişdir. 1932-ci ildə məlumatların 

544 

downloaded from KitabYurdu.org



sinir  sistemində  kodlaşdırılması-neyronun  funksiyasına  aid  olan 

işinə görə Nobel mükafatına layiq görülmüşdür. 



Eduard  Cennez  (1749-1823)  insanları  çiçək  xəstəliyindən 

qoruyan  vaksini  işləyib  hazırlamış  görkəmli  ingilis  həkimi  və 

təbiətşünasıdır. O, 1798-ci ildə çiçək xəstəliyinə tutulmuş inəklərin 

yelinindəki suluqlardan alınmış mayeni sağlam adamlara köçürmüş 

və  onlarda  süni  çiçək  yoluxması  yaratmışdır.  İnfek-  sion 

xəstəliklərə qarşı ilk müalicə metodu tətbiq etmiş alimdir. 



Eykman  X.  (Eijkman  Ch.)  (1858-1930)  holland  fizioloqu. 

1929-cu ildə Vitamin Bı kəşf etdiyinə görə Nobel mükafatına layiq 

görülmüşdür. 

Eyler  U.  (Euler  U.)  (1905-1983)  İsveç  fizioloqu.  1930-cu 

illərin axırlarında sinir toxumasının ekstraktında adrenalinin sələfi 

-  noradrenalini  təyin  etmişdir.  Noradrenalinin  simpatik  sinir 

sisteminin neyro mediatoru olduğunu isbat etdi. 1970-ci ildə Nobel 

mükafatı almışdır. 

Ekkls  D.K.  (1914-1997)  Avstraliya  fizioloqu.  MSS-də 

simpatik  nəql  olunmanı  tədqiq  edərkən  oyanmanın  sinopas-  dan 

keçərkən postsinaptik membranda oyandırıcı postsinaptik potensial 

(OPSP)  əmələ  gətirdiyini  müəyyən  etdi.  Onun  tərəfindən  C1 

kanallar  hesabına  əmələ  gələn  tormozlayıcı  possi-  naptik 

potensialda  kəşf  edilmişdir.  1963-cü  ildə  ona  sinir  hüceyrəsi 

membranmın  mühiti  və  mərkəzi  hissəsində  oyanma  və 

tormozlamada  iştirak  edən  ion  mexanizminə  aid  olan  işinə  görə 

Nobel mükafatına layiq görülmüşdür. 

Eynthoven  B.  (Einthoven  W.)  (1860-1927)  Hollandiya  fi-

zioloqu.  1901-cu  ildə  ürəyin  EKQ-nı  yazmaq  üçün  simli  qal- 

vonometri düzəltdi. 1908-ci ildə ürəkdən standart aparma üsulunu 

təklif etdi. 1924-cü ildə ürəkdə baş verən elektrik proseslərini qeyd 

etmək  üsulunu  təkmilləşdirdiyinə  görə  Nobel  mükafatına  layiq 

görülmüşdür. 



Erlix  P.  (1854-1915)  alman  kimyaçısı.  İmmunoloq  və 

bakterioloq. 1908-ci ildə immunitet sahəsində tədqiqat işlərinə görə 

Nobel mükafatı almışdır. 

Fərəcov  Ə.N.  1936-cı  ildə  Masallı  rayonunun  Kürdəbaz 

kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan 



545 

downloaded from KitabYurdu.org



Dövlət  Pedaqoji  Universitetinin  İnsan  və  heyvan  fiziologiyası 

kafedrasının müdiri, biologiya elmləri doktoru, professor. 1990-cı 

ildən iki ixtisas üzrə «biokimya» və «insan və heyvan fiziologiyası» 

ixtisasları  üzrə  dissertasiya  müdafiə  edib,  b.e.d.  adma  layiq 

görülmüşdür. Prof. Ə.N.Fərəcov «2000-ci ilin ən görkəmli alimləri» 

kitabına  daxil  edilmiş  və  Kembric  Universiteti  Beynəlxalq 

Biologiya Mərkəzinin «Qızıl medalına» layiq görülmüşdür. 

Frank  O.  (Frank  O.)  alman  fizioloqu.  1895-ci  ildə  ingilis 

alimi  E.Starlinq  ilə  birlikdə  miokardin  lifinin  yığılması  onun  ilk 

yığılmazdan əvvəl uzunluğu ilə düz mütənasibdir («Ürək qanunu» 

və ya Frank-Starlinq qanunu). 



Freyd Z. (Freud S.) (1756-1939) Avstriya nevroloqu, psixiatr 

və  psixoloqu.  Psixoanalizin  əsasını  qoymuşdur.  1900-cü  ildə  ilk 

dəfə  sursuz  və  sıxışdırılmış  seksual  gərginlik  haqqında 

psixoanalizin əsas ideyaları haqqında «Yuxunun yorulması» işində 

təsvir etmişdir. 

Fallopio  Q.  (Fallopio  G.)  (1523-1562)  italyan  anatomu. 

Eşitmə və müvazinət orqanı, həmçinin reproduktiv sistem sahəsində 

apardıqları tədqiqat işlərilə məşhurdur. 

Fik  R.  (Fick  R.)  alman  alimi.  1870-ci  ildə  qanın  dəqiqəlik 

həcmini təyin etmək üsulunu hazırladı. Bu üsul orqanizmin vahid 

vaxt ərzində qəbul etdiyi oksigenə, arterial və venoz qan arasında 

oksigenin miqdarının müqayisəsinə əsaslanır. 



Funk Kazimir (Funk K.) (1884-1967) polyak biokimyaçı- sı. 

Əsas  işləri  qidalanma,  vitaminologiya,  hormonların  bio-  kimyası 

sahəsində aparlımışdır. 1911 -ci ildə düyünün toxumundan Tiamin 

amili  aldı  və  titamin  adını  verdi.  Sonralar  o,  həmçinin  «hipov 

taminozu» xarakterizə etdi. 

Kovalevski  Nikolay  Osipov  (1840-1891)  əsas  əsərləri  tə-

nəffüsün  fiziologiyası  və  qan  dövranının  tənzimi  mexanizminin 

öyrənilməsinə həsr edilmişdir. 

Kif  Ser  Artur  (1866-1955)  Şotlandiya  antropoloqu  və 

anatomu.  Ürəyin  aparıcı  sistemi  və  ürək  avtomatizmin  əsas 

mərkəzinin Kif və Flek düyünü olduğunu kəşf etmişdir. 

Korotkov Nikolay Serqeyev (1874-1920) 1905-ci ildə arte- 

546 

downloaded from KitabYurdu.org



rial qan təzyiqini təyin etmək üsulunu kəşf etdi. 

Kroq Şeek Avqust Stinberk (1874-1949) daniya fızioloqu. 

Əzələ  toxumasının  kapillyarları  qanla  dolu,  sakit  vəziyyətdə  isə 

onun  az  bir  hissəsi  qanla  dolu  olur.  1920-ci  ildə  kapillyar  qan 

damarlarının  mənfəzinin  tənzimi  sahəsində  işinə  görə  Nobel 

mükafatı aldı. 

Kennon  Uolter  (Kennon  W.)  amerikan  fızioloqu.  O,  ho- 

meostaz haqqında «fizioloji proseslərin» öz-özünə tənzimi təlimini 

yaratdı  (1929).  1932-ci  ildə  «bədənin  ağılı»  (The  Widson  of  the 

body),  hansı  ki,  hemeostazın  avtomatik tənzim  haqqında  prinsipi 

formalaşdırdı.  Hemeostaz  üçün  simpato-adrenal  sistemi  əsas 

mexanizmi kimi təsvir etdi. 



Karlsson Arvid  (1923) İsveç fızioloqu. 1950-ci  ilin axırla-

rında  heyvanla  rezerpinin  vasitəsilə  dofaminin  tükənməsinə  nail 

olduqdan  sonra  iradi  hərəkətlər  etmək  mümkün  olmadı.  Həmin 

heyvana dofominin sələfi  L-DOFA-nm vurulması  hərəkətdə olan 

pozğunluğu aradan götürdü. O, dofaminin beynində miqdarını təyin 

etmək yolu ilə dofaminin beyində ney- romediator rolu oynadığını 

müəyyən etdi. 2000-ci ildə dofaminin hərəkətin tənzimində və həm 

də  onun  çatışmazlığının  Parkinson  xəstəliyində  rolunun  kəşfinə 

görə ona Nobel mükafatı verildi. 

Kasl  U.  (1897-1979)  amerikan  həkimi.  1928-ci  ildə  ane- 

miya  xəstəliyində  mədə  potologiyalar  əsas  rol  oynayır.  Belə  ki, 

mədənin  yarısının  çıxarılmasından  sonra  bu  xəstəlik  daha  çox 

əmələ  gəlir.  O,  mal  konservini  yeyib  sonra  qusaraq  mayeni 

permsioz,  öd  anemiyası  olan  xəstələrin  qidasına  qatıb  onlara 

yedirdikdən sonra onların sağalmasında mədənin rolunu göstərdi. 

Kaslə  görə  bu  xəstəliyin  qarşısını  almaq  üçün  mədədə  iki  amil 

olmalıdır.  Bunlardan  biri  qida  ilə  daxil  olan  (xarici  amil),  digəri 

mədə şirəsində olur (daxili amil). 

Kats Bernard (1911-2003) amerikan fızioloqu. 40-cı illərin 

əvvələrində  Ekklsin  sinapsda  oyanmanın  ötürülməsinin  elektrik 

xarakterli olmasına qarşı çıxaraq, oyanmanın ney- rondan əzələyə 

neyromediator asetilxolin vasitəsilə kimyəvi yolla verilir. Müəyyən 

edildi ki, presinaptik nahiyədə bir qo- 

547 

downloaded from KitabYurdu.org



vuğun  içində  olan  kvant  mediatorda  bir  neçə  min  molekul  ase- 

tilxolin  olur.  1967-ci  ildə  Ca

2+

-m  presinaptik  membranda  keçi- 



riciliyi artırdığı onun tərəfindən müəyyən edilmişdir. 1970-ci ildə 

Bernard  Kats  İ.F.Eyler  və  D.Akseleroda  sinapasda  oyanmanın 

humoral  yolla  verilməsinə  aid  olan  kəşflərinə  görə  Nobel 

mükafatına layiq görülmüşlər. 



Langerhans Paul (1847-1988) alman alimi. İlk dəfə olaraq 

1869-cu  ildə  mədəaltı  vəzidə  onun  adı  ilə  adlanan  adacıq-  lar 

(langerhans adacıqları) olduğunu kəşf etdi. 

Landşteyner Karl (1868-1948) Avstriya hematoloqu. 1930-

cu ildə insanda qan qruplarının kəşfinə görə Nobel mükafatına layiq 

görülmüşdür. 

Levenhuk  Antoni  (1632-1723)  holland  təbiətşünası.  Mik- 

roskopun  əsasını  qoyanlardan  biri.  270-300  dəfə  böyüdən  özü 

tərəfindən  hazırlanmış  mikroskopla  ilk  dəfə  olaraq  eritrositlə-  ri, 

bakteriya, spermatozoidləri, ayrı-ayrı bitki və heyvan hüceyrələrini 

müşahidə və təsvir etdi. 1922-ci ildə A.Leven- hukun latın dilində 

«Təbiətin sirrinin açılması» («Arcana na- turedecta») kitabı çapdan 

çıxdı. 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin