558
downloaded from KitabYurdu.org
ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bi-
tirmişdir. 1979-cu ildə Moskva şəhərində Ali Sinir Fəaliyyəti və
Neyrofiziologiya İnstitutunda aspirant olmuşdur. A.Q.Qa- zıyev bir
çox elmi tədqiqat institutunun Dissertasiya Şurasının üzvü və
Beynəlxalq Beyin Tədqiqatı Təşkilatının üzvüdür. A.Q.Qazıyev
100-ə yaxın elmi əsərin müəllifidir. O, iki kitabın müəllifidir.
Qədirov Q.Q. (1929-1993) Bakı şəhərində anadan olmuşdur.
Biologiya elmləri doktoru, professor. 1951-1953-cü illərdə
universitetin insan və heyvan fiziologiyası kafedrasında laborant
işləmişdir. Sonralar müəllim vəzifəsində çalışmışdır.
1967-ci ildə «Beyin sütununun retikulyar formasiyası və
vegetativ funksiyalar» mövzusunda doktorluq dissertasiyası mü-
dafiə etmişdir. Professor Q.Q.Qədirovun elmi-tədqiqat işləri əsasən
«Kortiko-retikulyar
münasibətlərin
mexanizmlərinin
öyrə-
nilməsinə» həsr edilmişdir. O, 100-dən çox elmi əsərin müəllifi,
elmlər doktoru və elmlər namizədinə rəhbər olmuşdur.
Əliyev Ə.H. 1938-ci ildə Naxçıvan MR-in Sədərək ray-
onunun Sədərək kəndində anadan olmuşdur. 1949-cu ildə Oğlan-
qala kəndinə köçmüşdür. BDU-nun biologiya fakültəsi «İnsan və
heyvan fiziologiyası» kafedrasının və «Biostimulya- torlar» ETL-
nın müdiri, biologiya elmləri doktoru, professor. 1966-cı ildə
Biologiya fakültəsinin «lnsan və heyvan fiziolog- iyası» ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə akad. A.l.Qarayevin
rəhbərliyilə aspirant, 1992-ci ildə AMEA-nm müxbir üzvu, prof.
T.M.Ağayev və prof. T.D.Qa- yıbovun məsləhətçiliyi ilə
ümumiləşdirərək akad. A.İ.Qarayev adma Fiziologiya İnstitutunda
«Postnatal ontogenezdə anali- zatorların və epifizin funksiyasının
pozulmasından sonra qli- kemik reaksiyaların intero və
eksteroreptiv tənzimi» mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş və biologiya elmləri doktoru adma layiq
görülmüşdür.
O, elmi əsərlərin, kitabların, proqramların müəllifi, doktor və
aspirantların rəhbəri, elmi şuraların üzvüdür. «XXI əsrin tanınmış
alimi» Beynəlxalq diplomuna layiq görülmüş, «Vektor» Beynəlxalq
Elmi Mərkəzi Komitəsinin qərarı ilə
559
downloaded from KitabYurdu.org
«Azərbaycanm tanınmış alimləri» Beynəlxalq layihəsinin qalibidir.
Onun əsəri 2003-cü ildə «NATO» seriyasından olan hesabat
kitabında çap olunmuşdur.
Həsənov H.H. (1932-1995). 1932-ci ildə İrəvan şəhərində
anadan olmuşdur. Akademik, Dövlət Mükafatı Laureatı. 1968-ci
ildə yenicə təşkil edilmiş Fiziologiya İnstitutunun Elmi İşlər üzrə
direktor müavini təyin edilmiş və 1969-cu ildən 1995- ci ilə qədər
AMEA-nm A.İ.Qarayev adma Fiziologiya İnstitutunun direktoru
olmuşdur. O, «Beyin və davranış» şöbəsinə və «Davranış və təlim»
laboratoriyasına rəhbərlik etmişdir. H.H.Həsənov 300-dən artıq
elmi məqalə və 5 monoqrafiyanın, MSS-ni fiziologiyasına aid
dərsliyin və digər kitabların müəllifidir, 5 elmlər doktoru, 40-dan
artıq elmlər namizədinə rəhbərlik etmişdir.
Cəfərov H.A. 1937-ci ildə Gədəbəy rayonununda anadan
olmuşdur. Biologiya elmləri doktoru, professor. 1992-1997-ci
illərdə BDU-nun Biologiya fakültəsinin tnsan və heyvan fizio-
logiyası kafedrasının və «Biostimulyatorlar» ETL-na rəhbərlik
etmişdir. Cəfərov H.A. onlarla biologiya elmlər doktoru və
biologiya elmlər namizədinə rəhbərlik etmiş, dərslik və proqramlara
müəlliflik etmişdir.
Əhmədov Q.İ. 1942-ci ildə Naxçıvan MR-nın Şahbuz
rayonunun Qışlaq kəndində anadan olmuşdur. Moskva Dövlət
Universitetində biokimya və molekulyar biologiya ixtisası üzrə
ixtisaslaşmışdır. 1970-ci ildən BDU-da biokimya, biofizi- ka, insan
və heyvan fiziologiyası kafedralarında həmin ixtisasları tədris
etmişdir. Biologiya elmləri doktoru, prof. Q.İ.Əh- mədov son illərdə
qardaş Türkiyə Respublikasında tədris və elmi-tədqiqat işləri ilə
məşğul olur. O, onlarla tədris kitabı və proqramların, yüzlərlə elmi
məqalənin müəllifidir.
Məhərrəmov Ş.A. 1929-cü ildə İsmayıllı rayonunun Bas- kal
kəndində anadan olmuşdur. 1956-cı ildə ADU-nun biologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961 -ci ildən
müəllim, sonra dosent vəzifəsində çalışır. O, onlarla məqalə, kitab
və proqramların müəllifidir.
560
downloaded from KitabYurdu.org
TERMİNLƏR LÜĞƏTİ
1.
Akson - (axson, yun, axsis, ox) sitoplazmanın uzun çıxıntısı.
Hər bir sinir hüceyrəsindən başlayan bir uzun çıxıntısı olur.
Əsas vəzifəsi oyanmanı nəql etməkdir. Uzunluğu 1,5 m-ə çata
bilər. Aksonun ucu şaxələnərək fırça və ya salxım şəkilli olur.
2.
Artologiya - anatomiyanın sümüklərin birləşməsini öyrənən
hissəsi.
3.
Aorta - (yunan, aemiro - qaldırıram (ürək)) - böyük qan
dövranın ən böyük damarı. Sol mədəcikdən başlayır, 3 şöbəyə
ayrılır: qalxan hissə, aorta qövsü və enən hissə. Onur-
ğasızlarda (mollyuskalarda, dərisitikanlılarda) mərkəzi
pulsasiya edən orqandan başlayan ən iri damara arteriya deyilir.
4.
Ağciyər arteriyaları - ağciyər kötüyünün bölünməsi nəticə-
sində əmələ gəlir. Sağ ağciyər arteriyası soldan uzundur.
Ağciyərlərdə onlar kapillyar toruna şaxələnirlər.
5.
Arteriya - (yunan, etreria - nəfəs borusu, qan-damarı) qanı
ürəkdən orqan və toxumalara doğru hərəkət etdirən damar
(yuxu, körpücük altı, bud).
6.
Auerbax sinir düyünlərinə - həzm borusunun (bağırsaqlarda)
divarında əzələlər arasında olan sinir kələfinə deyilir və əsas
funksiyası həzm borusunun hərəki-motor funksiyasının yerinə
yetirilməsində iştirak etməkdir.
7.
Adrenalin və neyroadrenalin - mədənin, bağırsağın peris-
taltikasını azaldır, damarları genəldir.
8.
Asetilxolin - mədə-bağırsaq borusunun peristaltikasma və onda
yerləşən vəzilərin fəaliyyətinə stimuləedici təsir edir.
9.
Anabalizm - assimilyasiya, canlı orqanizmdə hüceyrə və toxu-
maların struktur hissələrinin yaranması və yenidən təzələn-
məsinə istiqamətlənmiş kimyəvi proseslərin cəminə deyilir.
10.
Adaptasiya - müəyyən bir dada qarşı oyanma nəticəsində
verilən impulsların beyində qeyd olunmasının itməsi (0,1 san.).
11.
Analgetiklər - novakain, kokain, lidokain və s. resep-
561
downloaded from KitabYurdu.org
torlardan onurğa beyninə ötürülən ağrının nəql olunmasının
qarşısını alır.
12.
Anestetiklər - efir, uretan, lumbutal və s. beyin qabığı ilə
retikulyar formasiya (torabənzər törəmə) arasını blokada
etməklə ağrı hissiyyatını aradan qaldırır.
13.
Analgeziya - ağrı hissiyyatının tamamilə itməsi.
14.
Anesteziya - dəridə, selikli qişada hissiyatm tamamilə itməsi.
15.
Amnion - rüşeym qişası. Onun ifraz etdiyi maye embrion
tərəfindən itirilən suyun qarşısını alır.
16.
Adrenarxe - böyrəküstü vəzinin cinsi yetişkənlikdə iştirak-
etmə müddəti. Bu dövr böyrəküstü vəzinin az effektli and-
rogenlərinin sintezinin və sekresiyasının çoxalması ilə xa-
rakterizə olunur.
17.
Baş-beyin - mərkəzi sinir sisteminin orqanı olub, kəllə qutusu
boşluğunda yerləşir. Beş şöbədən ibarətdir: uzunsov- beyin,
beyincik, orta-beyin, ara-beyin və baş-beyin yarımkürələri.
18.
Beynin qişaları - sərt, hörümçək və yumşaq qişalardır. Sərt
qişa - kəllə boşluğuna daxildən söykənir, onurğa və baş beyni
xaricdən örtür. Hörümçək qişa sərt qişanın altında yerləşir,
yumşaq qişa isə onurğa və baş-beyni daxildən örtür və
hörümçək qişanın altında yerləşir. Hörümçək və sərt qişa
arasında onurğa-beyni mayesi yerləşir.
19.
Boz maddə - neyronlar qişası olan bədən və qişa çıxıntılarının
toplantısı.
20.
Böyrəküstü vəzilər - qoşa daxili sekresiya vəziləri olub, qarın
boşluğunda XI döş fəqərəsi bərabərliyində böyrəklərin yuxarı
qütbündə yerləşir. Xaricdən qabıq, daxildən beyin
maddəsindən təşkil olunmuşdur. Hər bir vəzinin uzunluğu 3-7
sm, eni 3 sm, qalınlığı 2-6 sm, ümumi kütləsi 15 qr qədər.
Böyrəküstü vəzinin hormonları (mineralı və qlüko-
kortikoidlər) orqanizmin daxili mühitinin sabitliyinin sax-
lanmasına və həmçinin mühitin əlverişsiz şəraitə (stress)
uyğunlaşmasına səbəb olur.
21.
Böyük qan dövranı - orqan və toxumaları arterial qanla
562
downloaded from KitabYurdu.org
təmin edir. Ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır
və sağ qulaqcığa açılan yuxarı və aşağı boş vena ilə qurtarır.
22.
Böyük qan dövranında diastola zamanı yaranan minimal
təzyiq - orta hesabla 80 mm.Hg.st.
23.
Büllur - bəbəkdən girən işığı sındıran ikitərəfı qabarıq mühit
(linzanı əvəz edir). O, orqanizmdə qan damarları ilə təmin
olunmayıb, qidanı göz mayesindən alır.
24.
Beynin ağ maddəsi - mielin qişası ilə örtülü olan sinir liflərinin
toplantısıdır.
25.
Bioloji qocalıq - anadan olandan başlayıb, ömrün sonuna qədər
davam edir.
26.
Cinsi hormonlar - bioloji fəal maddələr olub, cinsi vəzilərdə,
böyrəküstü vəzilərdə və ciftdə hazırlanır. Cinsi diferen-
siasiyanı, birincili və ikincili cinsi əlamətləri, cinsi çoxalma və
cinsi davranışı və həmçinin maddələr mübadiləsini tənzim edir.
Kimyəvi təbiətlərinə görə - steroid və polipeptid hormonlar var.
Cinsi hormonların biosintezi əks əlaqə prinsipinə uyğun
hipofizin qonodatropin hormonu vasitəsilə tənzim olunur.
Steroid cinsi hormonlara kişi - androg- en, qadın - estrogen və
progesteron bölürlər. Kişi və qadın cinsiyyət hormonları hər iki
cinsdə əmələ gəlir. Polipeptid cinsiyyət hormonları - relaksin,
toxumluqların toxum kanalları tərəfindən ifraz olunan relaksin
və az miqdarda fol- likullarda ifraz olunan relaksin, həmçinin
hipofizin folliku- lostimuləedici hüceyrələri tərəfindən tənzim
olunur. Cinsiyyət hormonları tibbdə istifadə olunur.
27.
Cinsən qocalıq - kişilərdə 60 yaşından sonra başlayır, qa-
dınlarda 50-55 yaşından sonra başlayır.
28.
Döş qəfəsi - döş sümüyü, qabırğalar və onurğanın döş şöbəsi
fəqərələrinin iştirakı ilə əmələ gəlir.
29.
Diafraqma - əsas tənəffüs üzvü olub, döş boşluğunu qarın
boşluğundan ayırır.
30.
Damar sinirləri - qan və limfa damarlarının damar-hərəki
innervasiyası onurğa və kəllə-beyin sinirlərilə təmin edilir.
31.
Diastolik təzyiq - sol mədəcikdə qanın miqdarının artması
563
downloaded from KitabYurdu.org
nəticəsində heç bir təsir olmadan yaranan təzyiqə deyilir.
32.
Dodaqlar - xaricdən dəri, daxildən selikli qişa ilə örtülmüş
əzələvi törəmə. Ağızın dairəvi əzələsi.
33.
Diş əti - alt və üst çənənin alviol çıxıntısını örtən ağız boşluğu
selikli qişanın bir hissəsi.
34.
Dad orqanı - dad analizatorunun reseptorları dilin dad
məməciklərində, həmçinin yanağın selikli qişasında, yumşaq
damaqda və udlağm üstündə yerləşir.
35.
Dəhliz-ilbiz orqanı - səs qıcığını (səs orqanı) həmçinin başın
fəzada vəziyyətini, müvazinətini (müvazinət orqan və ya dəhliz
cihazı) analiz edən analizator. Eşitmə orqanı xarici, orta və
daxili qulaqdan ibarətdir.
36.
Dəri analizatoru - bədənin dəri hissiyyatının aparıcı yolu ağrı,
temperatur və taktil qıcıqlarını boyun və ətraflardan aparır və
onurğa-beynindən keçir.
37.
Dad kontrastı - bir neçə dad reseptorlarının eyni vaxta
qıcıqlandırılması zamanı dadların duyulmasının qarışması
fenomeni baş verir.
38.
Dendiro - (yunan dendron-ağac), neyronun qişa çıxıntıları
olub, oyanmanı neyronun bədəninə nəql edir.
39.
Duyğu - obyektiv aləmin əşyalarının reseptorlarla qarşılıqlı
əlaqədən sonra, baş-beyində subyektiv sürətdir, insanın
obyektiv aləm haqqında biliyinin gələcək mənbəyidir. Duyğu,
qavranış, təsəvvür anlayışı özünəcəlb edən dərketmənin bütöv
sisteminə bir element kimi daxil olur. Duyğu - əşya və
hadisələrin hiss üzvlərinin reseptorlarına təsiri zamanı beyində
əks olunmasıdır. Beynin müxtəlif zonalarında qıcıqlandırıcı
əlamətlərin analizi və işlənməsi baş verir. Bu məlumat
birləşdirilir və beynin assosiativ nahiyələrində onun kompleks
qiymətləndirilməsi baş verir və qıcıq- landırıcıya qiymət
verilir. Duyğunun təsnifatını yaratmaq indi də elmin qarşısında
duran həll olunmayan problemlərdən biridir. Reflektor
nəzəriyyəsinə görə duyğu öz fizioloji mexanizminə əsasən tam
reflektor aktı olub, analiza- torların periferik və mərkəzi
şöbələrində birbaşa və əks əlaqə prinsipi üzrə işləri birləşdirir.
564
downloaded from KitabYurdu.org
40.
Epifiz - ara-beynin üst artımı və ya çıxıntısı olan epifız orta-
beynin ön təpələri arasında yerləşir. Hipotalamo- hipofızar
sistemin fəaliyyətinə ləngidici təsir edir. Hormonu serotonin və
melotonindir. Orqanizmin bir çox fizioloji funksiyalarını
(mineral (su, duz), zülal, yağ, karbohidrat və digər) kordinasiya
edir. Amerikan alimi Lerner 1959-cu ildə öz əməkdaşları ilə
birlikdə ilk dəfə onun hormonunun melatonini sintez etdi və
Nobel mükafatına layiq görüldü.
41.
Ekstramural vəzilər - (ağızsuyu, qaraciyər) axarları həzm bo-
rusunun xaricində olan və həzm boşluğuna açılan vəzilər.
42.
Ekzokrin vəzilər - axarlar olan tüpürcək, tər, qaraciyər, piy,
mədəaltı və cinsiyyət vəzilərinə xarici sekresiya vəziləri
deyilir.
43.
Entroendokrin sistemi - mədə və bağırsaq traktına məxsus
xüsusi endokrin sistem.
44.
Entral sinir sisteminə - həzm borusunun divarında olan xüsusi
sinir hüceyrələri (intramural neyronlar), həmçinin xaricdə
yerləşən (ekstramural neyronlar) vegetativ sinir sisteminin
simpatik və parasimpatik lifləri daxildir.
45.
Endolimfa - lifli maye olub, iblisin zarlı kanalını doldurur və
xüsusi kanala vestibulyar cihazın endolimfası ilə birləşir.
Endolimfada K
+
qatılığı, onurğa-beyni mayesi (likrov) və
perilimfadan 100 dəfə çoxdur. Na
+
-un qatılığı isə endolimfada
10 dəfə perelimfaya nisbətən çoxdur.
46.
Embrioblast - rüşeymi əmələ gətirən mərkəzi blastomerlər.
47.
Eyakulyat - cinsi prosesdən sonra uşaqlıq yolunda alman
sperma (3,5 ml) 120 mln. qədər spermatozoid olur. Hər ml-də
ən azı 20 mln. olanda mayalanma baş tuta bilir. Spermatozo-
idlərin cinsi yolda ömrü 48 saatdan çox ola bilməz. -100° C-
dən aşağı olan mühitdə bir ilə qədər ömrü ola bilər.
48.
Embrional inkişaf - bətndaxili inkişaf dövrü.
49.
Ətrafların sümükləri - yuxarı ətrafın çiyin qurşağına kürək,
körpücük sümükləri, sərbəst hissəsinə isə bazu, said (mil,
dirsək), əl pəncəsi (əldarağı, daraqarxası, falanqalar) aiddir.
Yuxarı ətraf sümüklərinə qurşaq hissəsinə çanaq qurşağı,
sərbəst hissəsində bud, baldır (qamış, incik), ayaq-pəncə
565
downloaded from KitabYurdu.org
sümükləri (ayaqdarağı, daraqarxası, falanqalar) aiddir.
50.
Fermentlər - spesifik zülallar olub, bütün canlı hüceyrələrdə
bioloji katalizator rolunu yerinə yetirir.
51.
Görmə itiliyi - insan gözü 3-4 mikron diametrli olan deşikdən
keçən işığı qəbul edə bilər. İnsan gecələr yanan şamın işığını
(alovunu) 1 km məsafədən seçə bilir. Bu bayquşda olduğu kimi
pişikdən 4 dəfə pisdir. Lakin gündüzlər pişikdən 5 dəfə
qüvvətlidir. Almaniyada 1952-ci ildə anadan olmuş Veronika
Seyder - orta görmə itiliyindən 20 dəfə artıq olub, 1,6 km
məsafədən adamları seçir. O, heç bir cihazdan istifadə etmədən
mikrosapislərlə məşğul olur.
52.
Gözyaşı vəzi - gözyaşı vəzi və yaşı aparan kanallardan iba-
rətdir. O, 10-15 çıxarıcı kanala malikdir.
53.
Göz qapaqları - alt və üst göz qapaqları olur. Onlar xaricdən
dəri, daxildən konyuktiv (selikli qişa) ilə örtülmüşdür. Həm
qapaqların, həm də göz almasının konyuktivi olur.
54.
Göz alması - şar formasında olub, 3 qişadan - ağlı, damarla,
torlu və nüvədən təşkil olub.
55.
Göz almasının əzələləri - göz almasına birləşmiş 4 düz, 2 çəp
əzələdən ibarətdir.
56.
Gözün sinirlənməsi - üçlü sinir şaxəsilə olur.
57.
Xolisistokinin - ödün bağırsağa daxil olmasını və mədəaltı
vəzinin şirə ifrazını stimulə edir.
58.
Xayahq kisəsi - qişalarla örtülü toxumluqlar yerləşir.
59.
Xorion - rüşeym qişası. Xorion qan damarları ilə zəngin qişa
əmələ gətirərək uşaqlığın divarına yapışır. Onun vasitəsilə
rüşeym oksigeni udaraq karbon qazı və mübadilə məhsullarını
ifraz edir.
60.
Hərəki neyronlar - oyanmaları onurğa və baş-beyindən əzələ
və daxili orqanlara nəql edir.
61.
Hissi neyronlar - oyanmaları hiss orqanlarından, reseptor-
lardan, onurğa və baş-beyinə nəql edir. Hiss neyronlarm
bədənləri mərkəzi sinir sisteminə gedən yolun sinir dü-
yünlərində yerləşir.
62.
Hipofız - (latın - hypophysis - çıxıntı) beynin alt artımı olub,
baş-beynin əsasında tük yəhəri çuxurunda yerləşir.
566
downloaded from KitabYurdu.org
Onun hormonları böyümə, maddələr mübadiləsi, çoxalma
proseslərinə təsir edir. Ölçüsü 1,5-1,7 sm, kütləsi 0,05-0,07 qr,
ön, orta və arxa paylardan təşkil olunub. Digər endok- rin
vəzilərinin fəaliyyətinə tənzimləyici təsir edir.
63.
Hipotalamus - (hipo və talamus) ara-beyin şöbəsidir. Or-
qanizmin vegetativ (avtonom) və çoxalma funksiyalarının ali
mərkəzidir. Sinir və endokrin sistemlərin qarşılıqlı yeri olub
çoxlu miqdarda sinir və damar yolları və neyrohor- monları -
rilizinq hormonları var. Oksitosin, vozopresin vasitəsilə MSS-
nin yuxarı və aşağı şöbələri ilə əlaqə yaradır. Mühüm endokrin
vəzi olan hipofizlə vahid morfofun- ksional kompleks -
hopotalamo-hipofızar sistemi ilə sıx əlaqəlidir.
64.
Hipotalamo - hipofizar sistem - onurğalılarda hipotalamus və
hipofizar arasında yaranan neyroendokrin kompleksidir. Əsas
əhəmiyyəti orqanizmin vegetativ və çoxalma funksiyalarını
tənzim etməkdir. Hipotalamo-hipofizar sistemin funksiyasına
özünü neyron mərkəzləri və həmçinin beyin sütunu və MSS-in
ali mərkəzləri, məsələn, paleokor- tes tərəfindən nəzarət edilir.
Epifızin neyrohormonu tor- mozlayıcı təsir edir.
65.
Hormon - (latınca hormao-hərəkətə gətirirəm, oyandırıram)
daxili sekresiya vəziləri tərəfindən ifraz olunan bioloji fəal
maddə olub, digər orqan və toxumaların fəaliyyətinə
məqsədyönlü təsir edir. Hormon termini 1905-ci ildə E.Starlinq
tərəfindən verilmişdir.
66.
Hipotoniya - arterial qan təzyiqinin aşağı düşməsinə səbəb
olan xəstəlik.
67.
Hipertoniya - arterial qan təzyiqinin yüksək olmasına səbəb
olan xəstəlik.
68.
Həzm aparatı - qidanın mexaniki və kimyəvi dəyişlikliyə
uğramasına, işlənmiş maddələrin sorulmasını və mənimsə-
nilməyən qida maddələrinin xaric edilməsini təmin edən
orqanlar kompleksi. Onun tərkibinə daxil olan orqanlar: dil,
dişlər, damaq, udlaq borusu, mədə, mədəaltı vəzi, qaraciyər,
nazik və yoğun bağırsaqlar daxildir.
Dostları ilə paylaş: |