xüsusiyyətlərinin bioqrafık əlamətləri.
V - 1. Yarımkürələr: sağ, sol, 2. Beyin qalığının hərəki üz nahiyəsi, 3. Bucaq şırımı, 4. Görmə
qabığının yuxarı səviyyəsi, 5. Birincili görmə qabığı, 6. Dizəbənzər cismin lateral tərəfi, 7.
Qabarabənzər dəstə.
20.18.
Vernika nahiyəsi
Qabığın somatik, eşitmə və görmə assosiativ nahiyələri
gicgah payının arxa yuxarı sərhədinin üçdə birində bir-birinə
toxunur.
Beynin bu nahiyəsi, xüsusilə sağaxaylarda sol yarımkürə də
daha yaxşı inkişaf etmişdir. O, beyinin ali funksiyasında həlledici
rol oynayır - anlama funksiyası (və ya adətən belə deyirlər, ağıl).
Beynin bu şöbəsi nitqin sensor mərkəzi kimi daha çox məlumdur
(vernika mərkəzi).
■479
downloaded from KitabYurdu.org
20.19. Broka nahiyəsi
Vernika nahiyəsi qövsəbənzər dəstə vasitəsilə alın qırışığının
aşağı üçdə birində yerləşən nitqin hərəki mərkəzi ilə - Broka
nahiyəsi ilə birləşir.
Vernika mərkəzi. Sol yarımkürənin arxa yuxarı gicgah
payının zədələnməsindən sonra, insan yaxşı eşidə, hətta bəzi sözləri
tanıya bilər. Lakin o, eşitdiyinin mənasını başa düşmək
qabiliyyətini itirir. Bununla belə insan oxumaq qabiliyyətini
saxlaya bilir, lakin oxuduğunun mənasını başa düşmür. Vernika
nahiyəsinin elektrik stimulyasiyası mürəkkəb dəyişikliklərin
meydana çıxmasına səbəb olur: insan görmə sahəsi vasitəsilə görə
bilər və uşaqlığını yada sala bilər, onda eşitmə halsunasiy- ası
şəklində spesifik musiqi səsi, hətta tanış adamın sözlərini eşidə
bilər, bu müxtəlif formalı sensor təcrübələri başa düşmək üçün
vernika mərkəzinin mühüm rolunu təsdiq edir.
Broka nahiyəsi vernika nahiyəsindən alınan məlumatları
incəliklərinə qədər analiz və sintez edir. O, yerli prosesi tənzim
edərək, siqnalları hərəki qabığa istiqamətləndirir, o isə dodağın, dil
və qırtlağın uyğun gələn hərəkətinə səbəb olur.
Bucaq qırışığı (nitqin görmə mərkəzi, şəkil 20.4. A,B)
oxunan söz məlumatının akustik formada vernika nahiyəsinə
keçməsini - təmin edir. Əgər həmin mərkəzin funksiyası pozularsa,
onda insan tələffüz edilən sözü başa düşə bilər.
İnsan sözü görür və hətta bu sözün mənasını bilir, lakin onu
izah edə bilmir (disleksiya və ya söz pozğunluğu).
Sağ yarımkürənin təpə, ənsə - gicgah qabığında yerləşən
vernika nahiyəsinin zədələnməsi demək olar ki, nitq və söz simvolu
ilə əlaqədar olan bütün intellektual funksiyaların itməsinə səbəb
olur: oxumaq, riyazi və loqiq-məntiq əməliyyatları həyata keçirmək
qabiliyyəti itir, lakin gicgah payına və digər sol tərəfin
yarımkürəsinin bucaq qırışığına aid olan çoxlu qabiliyyət qalır. Belə
ki, sağ yarımkürə musiqini və interpretasiyasını başa düşməyə
verbal olmayan və görmə təcrübəsini fərdlə onu əhatə edən xarici
mühit arasındakı qarşılıqlı əlaqəni başa düşməyi təmin edir.
480
downloaded from KitabYurdu.org
"Bədənin dili" və insanın səsinin intonasiyası müxtəlif
somatik təcrübələri başa düşməyi təmin edir, lakin sağyarım- kürə
intellektual funksiyalardan başqa digər növ şüur fəaliyyətində
dominantlıq edə bilər.
Perefrontal assosiativ nahiyənin xüsusi intellektual
funksiyasının olduğunu perefrontal lobotomiya edilmiş şəxs
üzərində aparılan müşahidə ilə aydınlaşdırılmışdır. Perefrontal
lobatomiya itməsinə səbəb olur: kompleks problemlərin həlli,
mürəkkəb məsələlərin həllinin həyata keçirilməsini bir çox mə-
sələlərin eyni vaxtda həlletmə qabiliyyətinin, adekvat davranışı
qiymətləndirməyi, əhval-ruhiyyə, tez rəhmli olmaqdan rəhmsizliyə,
ağlamaqdan qəzəblənməyə doğru dəyişilir. Bundan başqa
perefrontal
nahiyə
təfəkkürün
yaxşılaşmasını,
müxtəlif
məlumatların birləşdirilməsi hesabına onun dərinliyi və abst-
raktlaşmasmın artmasını təmin edir. Məlumatın bütün müvəqqəti
elementlərini işçi yaddaşda birləşdirərək, beyin gələcək təsir və təsir
sonrası proqnozlaşdırma, planlaşdırmaqla mürəkkəb riyazi, hüquqi
və ya fəlsəfi problemlərin asan həllini seçməyə, əxlaq normasına
uyğun gələn fəaliyyətə nəzarət etməyə malikdir.
Digər funksiyaların lokalizasiyası. Sağaxaylarda şəxsi ta-
nımamaq çatışmazlığı sağ gicgah nahiyəsinin pozğunluğu zamanı
baş verir (prozonaqnoziya). Bu xəstəlikdən əziyyət çəkən adamlar,
formanı tanıya və onları yenidən istehsal edə bilir, insanları onların
səsinə görə tanıya bilir, lakin tanış adamları gördükdə onların
kimliyini müəyyənləşdirməkdə çox çətinlik çəkir.
Şəxs haqqında məlumatların işlənməsi zamanı hadisənin
ardıcıllığı (1-6) şəkil 20.4 B-də verilmişdir.
20.20.
Təfəkkür və şüur
Beyin qabığı şöbələrinin müəyyən hissəsi pozulmuş insanın
fikirləşməsinə, düşünməsinə mane olmur, lakin onların dərinliyi və
ətraf mühit haqqında hesabat dərəcəsini azaldır. Sadə düşüncələr
beynin aşağı şöbələrin iştirakı ilə müəyyən edilir.
481
downloaded from KitabYurdu.org
Deyilənə ağrı haqqında fikir yaxşı misaldır, belə ki, baş-beyin
yarımkürələrinin elektrik stimulyasiyası sadə ağrıların əmələ
gəlməsinə səbəb olduğu halda, bu zaman hipotalamusun, ba-
damabənzər cismin, ara-beynin bir sıra sahələrinin stimulya- siyası
əzabverici ağrıya səbəb ola bilir. Əksinə, bir çox düşüncəli
təsəvvürlər daha çox görmə, baş-beyin yarımkürələrində reallaşır.
Limbik sistemin, talamusun və torabənzər törəmənin oy-
naması qavrayışın xoşagələn, xoşagəlməyən, ağrı, kamfort və digər
ümumi keyfiyyət xüsusiyyətlərinə cavabdehdir.
20.21.
Yuxu
İnsan və heyvan orqanizmində müşahidə edilən bütün bioloji
ritmlər bilavasitə ətraf mühitdə baş verən müvafiq dəyişiklikləri əks
etdirən qeyri-fəal reaksiyalardır. Tədqiqatlar nəticəsində sübut
edilmişdir ki, bioloji ritmlər orqanizm xarici mühit təsirlərindən
təcrid edildikdə də yarana bilər.
Endogen bioritmlərin dövri dəyişilmələri sutkalıq ritmə,
təxminən də olsa, müvafiq gəldiyinə görə onlara sutkalıq və ya
sirkad ritmlər deyilir.
Tədqiqatlarla göstərilmişdir ki, insan və heyvanlarda çoxlu
miqdarda (
100
-ə qədər) fizioloji göstərici sirkad ritmi üzrə dəyişir.
Sutka ərzində bədən temperaturu, orqanizmin ümumi fəallığı,
hormonların ifrazı dəfələrlə artıb-azala bilər. Bəzən belə təəssürat
yarana bilər ki, orqanizmin funksiyalarında baş verən dəyişikliklər
oyaqlıq - yuxu tsiklinə tabedir. Bu, əslində heç də belə deyildir.
Çünki bir sıra fizioloji funksiyalar, hətta yuxu zamanı belə, öz
ritmik fəaliyyətini itirmir. Son tədqiqatlar göstərmişdir ki, insanda
ümumi fəallıq sutka ərzində hər iki üç saatdan bir dəyişilir.
Uzunmüddətli yuxu zamanı bir neçə saat ərzində orqanizmdə
bərpa prosesi getdiyi, bədən və beynin ümumi fəallığının zəiflədiyi
təsəvvürləri hakim olmuşdur.
Bu anlayış yuxu davranışı ilə, yəni yuxu zamanı əlverişli
vəziyyət alan insan və heyvan uzunmüddət hərəkətsiz olur,
482
downloaded from KitabYurdu.org
həmçinin bununla əlaqədar qeyd olunan EEQ-da ləng dalğalar
görünür.
Sonralar yuxuda xüsusi mərhələ paradoksal və ya tez yuxu
fazasının kəşfilə əlaqədar olaraq yuxu zamanı beynin fəallığının
zəifləməsi haqqında təsəvvürlər inkar edildi. Bu kəşf aspirant
E.Azerinski və tədqiqatçı H. Kleytmanın adı ilə bağlıdır. Hansı ki,
onlar sağlam adamlarda gecə yuxusu vaxtı gözün tez hərəkətini
təsvir etdilər. Bütün bunlar göstərir ki, yuxuya həyat fəaliyyəti
proseslərinin azalması kimi baxmaq olmaz.
Yuxu zamanı baş verən fizioloji dəyişikliklərdən ən mühümü
sinir sistemi fəaliyyətinin, xüsusilə beyin qabığı fəaliyyətinin və
eləcə də onun xarici aləmlə əlaqəsinin zəifləməsidir.
Yuxu ilə əlaqədar olaraq, baş verən dəyişikliklərdən biri də
əzələ tonusunun kəskin surətdə aşağı düşməsidir. Məhz bu
səbəbdən də adamın başı birdən-birə döşə tərəf enir, gövdəsi əyilir,
əli və ayaqları boşalır və s. Yuxuda olarkən hissiyyatın bütün
növləri görmə, eşitmə, dad, qoxu və dəri hissiyyatı kəskin surətdə
azalır, hətta adamda müəyyən bir reaksiya doğurmaq üçün ona daha
güclü qıcıq vermək lazım gəlir.
Yuxu - sensor və ya hər hansı digər amillər vasitəsilə insanın
xarici aləmlə sinir sistemi fəaliyyətinin, xüsusilə beyin qabığı
fəaliyyətinin kəsilməsi və ya düşüncəsiz hala gətirilməsi deməkdir.
Yatmış adamın beyin hüceyrələrində bioelektrik proses-
lərinin öyrənilməsi zamanı elektroensofaloqramm yazılarından
görünür ki, yuxu zamanı beynin fəallığı müəyyən dövrlərdə hətta
ayıqlığa nisbətən yüksək olur. Yuxunun lənğ və tez yuxu fazaları
ayırd edilir.
Yuxunun tez (parodoksal) yuxu və ya gözün tez hərəkəti ilə
olan yuxu fazasında əzələ tonusu aşağı düşməsi şəraitində gözün tez
hərəkəti, ətrafların və bədənin nizamsız hərəkəti müşahidə edildiyi
üçün onu paradoksal yuxu adlandırırlar.
Yuxunun çox hissəsini ləng yuxu təşkil edir. Yuxuya gedən
kimi ləng yuxu fazası başlayır və 1,5 saat davam edir. Uzunmüddət
oyaq qalandan sonra yuxunun birinci saatı dərin və sakitləşdirici ola
bilər. Ləng yuxu müddətində tez yuxu epi
483
downloaded from KitabYurdu.org
zodik olaraq müşahidə edilir və cavan adamlarda ümumi yuxunun
25%-ə qədər ini əhatə edir.
Ləng yuxu orqanizmə sakitləşdirici təsirilə xarakterizə
olunur:
1
) mühiti damarların tonusu aşağı düşür;
2
) vegetativ
funksiyaların zəifləməsi; 3) arterial qan təzyiqi aşağı düşür; 4)
tənəffüsün tezliyi və əsas mübadilə azalır.
Ləng yuxu dövründə xüsüsilə qorxulu yuxular görmək
mümkündür. Lakin tez yuxu fazasında xüsusilə səhərə yaxın
görülən yuxular yadda qaldığı halda, ləng yuxu fazasında görülən
yuxular yadda qalmır.
Oyaqhq
Ləng yuxunun 1-ci fazası
Ləng yuxunun 2-ci fazası
1
---------- --- --- --------
Ləng yuxunun 3-cü fazası
1
V
vvs
.-'
3
....... .. ....
4
VlAV/v^vV’VVVVV'
Ləng yuxunun 4-cü fazası
\A/VWv
I 10 MkV
X/\A'A^V*WVVt>\lVS
j
150MkV
>s-
W.
Tez yuxu (pa radoksal)
Şəkil
5. Yuxunun müxtəlif mərhələlərində elektroensofaloqrama və əzələ
fəaliyyətinin qeydi, 1,2-elektrookuloqrama, 3- elektro- mioqrama, EEa, 4-
pariyetal, 5- alın,
6
- ənsə.
Birinci faza - mürgüləmə və yuxuya keçid. EEQ-da yüksək
tezlikli, kiçik amplitudalı dalğalar qeyd olunur.
484
downloaded from KitabYurdu.org
İkinci faza - EEQ yuxu dalğalar görünür. Bu a -bənzər
dalğaların tezliyi 10-14 Hers, amplitudası 50 MkV olur.
Üçüncü faza - EEQ kiçiktezlikli yüksək amplitudalı
dalğaların olması ilə xarakterizə olunur (ö -dalğası).
Dördüncü faza - EEQ böyük amplitudlu maksimal ləng
8
-
dalğaları qeyd edilir. Beləliklə, dərin yuxu EEQ-da ritmik ləng
dalğalarla xarakterizə olunur, qabığın dentrit potensialların
sinxronizasiyasını göstərir.
Tədqiqat göstərmişdir ki, oyaq it yuxu vəziyyətinə keçərkən
ali sinir fəailyyətində aşağıdakı fazalar müşahidə edilir:
bərabərləşmə, paradoksal (təəccüblü) və narkotik.
Oyaq vəziyyətdə olarkən kiçik amplitudlu, yüksəktezlikli
dalğalar (P-dalğalar) rast gəlinir. Gözləri yumduqda onlar nisbətən
böyük amplitudlu a -dalğalara keçir, tədricən əzələlər boşalır, insan
huşsuz vəziyyət alır. 30 dəqiqədən sonra elek- troensefaloqramdakı
a-dalğalar iy varı xarakter alır. Yuxu dərinləşdikcə yüksək
amplitudlu teta və nəhayət, delta dalğalar əmələ gəlir (şəkil
6
).
Səthi yuxu
Dərin yuxu
Təccüblü
yuxu
Şəkil
6
. Oyaqlıqdan yuxuya keçmə zamanı elektroense-
faloqramdakı dinamiki dəyişikliklər.
Tez yuxu. Tez yuxu aydın yuxugörmə ilə əlaqədar olduğu
üçün sakitləşdirici hesab edilmir. Normal gecə yuxusu zamanı tez
yuxunun fazaları hər 90 dəqiqədən bir 5-dən 30 dəqiqəyə qədər
davam edir. Əgər insan dərin yuxu fazasında olursa, onda tez
yuxunun hər hissəsi qısa olur, bəzən isə hətta
485
downloaded from KitabYurdu.org
yox olur. Əksinə, insan gündüz yaxşı dincəlibsə, onda tez yuxunun
davamlılıq müddəti çoxalır. Tez yuxu aşağıdakı xüsusiyyətləri ilə
xarakterizə olunur:
1
) çoxlu əzələ hərəkətləri və yuxugörmə ilə;
2
)
insanı ləng yuxudan tez yuxudan oyatmaq çətin olur; 3) əzələni
tənzim edən onurğa beyni sahəsinin güclü ləngiməsi nəticəsində
bütün bədən əzələlərinin tonusu aşağı düşür; 4) ürək
döyünmələrinin və tənəffüsün sayı nizamlanır; 5) əzələnin nizamsız
təqəllüsü və gözün tez hərəkətləri müşahidə edilir;
6
) insanın
cinsiyyət orqanının erreksiya vəziyyəti müşahidə edilir; 7) beyin ən
yüksək fəaliyyət vəziyyətində olur və beynin ümumi metabolizm
qabiliyyəti 20% yüksəlir;
8
) EEQ- ma oyaqlıq vəziyyətində olduğu
kimi olur.
3-5 gün yatmamış adamlarda, qarşısıalınmaz yuxu ehtiyacı
yaranır. 60-80 saatlıq yuxusuzluqdan sonra insanda psixi
reaksiyalar zəifləyir, zehni işdə tez yorğunluq baş verir,
hərəkətlərdə dəqiqlik itir. Yuxusuzluqdan irəli gələn subyektiv
hisslər daha ağır və dözülməz olur. Vegetativ funksiyalar çox
dəyişilmir, yalnız bədən temperaturunun bir qədər azalması və
nəbzin zəifləməsi müşahidə olunur.
Yuxunun növləri və fazaları. Yuxunun bir neçə növü vardır:
1
) dövri gecə yuxusu;
2
) dövri fəsil yuxusu (heyvanlarda təsadüf
olunan qış və yay yuxusu); 3) müxtəlif kimyəvi maddələr və fiziki
amillərlə yaranan narkotik yuxu; 4) hipnoz yuxusu; 5) patoloji yuxu.
Periodik gündəlik və fəsil yuxusu fizioloji yuxu hesab edilir.
Yuxunun digər növlərisə bəzi xarici təsirlərdən əmələ gəlir.
Yaşlı adamların əksəriyyəti gündə bir dəfə (birfazalı yuxu),
bəziləri iki dəfə (ikifazalı yuxu), uşaqlar isə bir neçə dəfə (çoxfazalı
yuxu) yatırlar. Yeni doğulmuş uşaqlar günün 21 saatını yuxuda
keçirir.
6
aylıqdan 1 yaşa qədər uşaqlar 14 saat, 4 yaşlarında 12 saat,
10 yaşlarında isə 10 saat yuxuda olur. Ortayaşlı adam gündə 7-8 saat
yatır. Qoçalığa doğru yuxunun müddəti bir qədər azalır. Bəzi dahi
şəxslər məsələn, Gete, Şil- ler, Bexterev gündə 5 saat, Edisson 2-3
saat yatırmış, 3-5 gün ərzində yatmamış adam, kəskin yuxusuzluq
hiss edir: yuxunun qarşısını almaq üçün ona şiddətli ağrı qıcıqları
və ya elektrik
486
downloaded from KitabYurdu.org
cərəyanı vermək lazım gəlir.
Narkotik yuxu. Müxtəlif kimyəvi və narkotik maddələrin
(məsələn, efirlə xloroform Buxarı ilə nəfəs aldıqda bədənə spirt,
morfi və s. kimyəvi maddələr yeridildikdə), fasiləli elektrik
cərəyanının təsirindən narkotik yuxu baş verir.
Patoloji yuxu. Beynin qansızması, sıxılması, beyin ya-
rımkürələrinin şiş xəstəlikləri, beyin sütununun bəzi nahiyələrinin
zədələnməsi patoloji yuxuya səbəb olur. Patoloji yuxunun müddəti
müxtəlifdir. O, bir neçə gündən bir neçə həftəyə, aya və hətta bir
neçə ilə qədər davam edə bilər. İ.P. Pavlov (1898) 20 il letarji
yuxuda olmuş 60 yaşlı adamı müalicə etmişdir. Yuxudan əvvəl o,
cavan, qıvraq və möhkəm adam olmuş, 20 il ərzində sacı-saqqalı
ağarmış qocaya çevrilmişdir. Yuxuda olarkən qohum və tanışların
səsini eşidir, sözləri başa düşür lakin əzələ zəifliyi hərəkət etməyə
və başını qaldırmağa imkan vermirmiş, sanki əzələlərindən daş
asılmış kimi.
Patoloji yuxu zamanı əzələlərin tonusu azalır, bəzi hallarda
isə, əksinə, çoxalır. Əzələ tonusunun artması ilə gedən patoloji
yuxu
katalepsiya
adlanır.
Başqa bir müşahidə sinir xəstəliyinə tutulmuş 4 yaşlı qız 18
il letarji yuxuda olmuşdur. Maraqlı burasıdır ki, o ayılarkən oyunc-
aqlarım istəmiş və özünü 4 yaşlı uşaq kimi aparmışdır.
Hipnotik yuxu. Bu yuxunun əmələ gəlməsi üçün xarici
mühitin təsiri və hipnoz edən adamın daima yuxu ehtiyacını təlqin
etməsi lazımdır. Hipnoz zamanı huş və beyin qabığının başqa
fəaliyyətləri dayanır, xarici aləmlə əlaqə qismən saxlanılır, hissi və
hərəki fəaliyyət mühafizə olunur. Hipnotik yuxuda əzələ
fəaliyyətini idarə edən mərkəzlər həm dərin ləngimə, həm də
şiddətli oyanma halında ola bilər.
Yuxu zamanı beyin fəaliyyətinin dəyişilməsində iki əsas
mərhələ müəyyən edilmişdir. Onlardan biri alçaqtezlikli və ya
sinxronlaşmış yuxu mərhələsidir. Adından göründüyü kimi, bu
mərhələdə EEQ ritmlərinin getdikcə zəifləməsi baş verir və onda
böyük amplitudlu müntəzəm alçaq tezlikli ritmlər (ən çox delta -
ritm) təzahür edir. Bu mərhələdə yuxu dərin olur (dərin yuxu
fazası). İkinci mərhələ sürətli kiçik amplitudlu (de-
487
downloaded from KitabYurdu.org
sinxronlaşmış) bioelektrik ritmlərlə səciyyələnir. Müəyyən
edilmşidir ki, yuxu zamanı bu mərhələ dövri olaraq, bir neçə dəfə
(orta hesabla 3-4 dəfə) təkrar olunur. Bu dövrlərin hər birində
yuxunun maksimum dərinliyi səhərə yaxın azalır. De- sinxronlaşmış
yuxu mərhələsi zamanı qeyd edilən EEQ fəallığı öz əlamətlərilə
insanda və heyvanda oyaq vaxtdakı EEQ-yə bənzəyir. Lakin bu bəzi
somatovegetativ reaksiyaların fəal- laşması ilə xarakterizə edilir;
örtülü göz qapaqları arxasında göz almaları tez-tez hərəkət edir,
tənəffüs və ürək döyünmələri tezləşir, digər tərəfdən skelet
əzələlərinin ümumi tonusu, xüsusilə boyun əzələlərinin tonusu çox
aşağı düşür. Bu kimi təzahürlərə görə, ona təəccüblü (paradoksal)
və ya gözlərin tez hərəkətli yuxu mərhələsi deyilir (şəkil
7
).
,ı.ınıi)niıı mn
a
mwmmıw
X
Şəkil 7.
A-oyaqlıq, B-aşağıtezlikli dalğa, V-paradoksal (təəccüblü) yuxu fazaları zamanı
EEQ və fizioloji fəallığın müxtəlif növləri.
I-beyin qabığının sensomotor və II-eşitmə sahələri, III-hipokamp, IV-orta beynin
retikulyar formasiyası və V-varol körpüsünün EEQ-si, Vl-boyun əzələlərinin EMQ, VH-
gözün hərəki reaksiyaları, VHI-elektrokardioqram, IX-pletizmoqram, X-tənəffüs.
’
488
downloaded from KitabYurdu.org
Paradoksal yuxu fazası təkamülün yuxarı pilləsində duran
heyvanlarda, o cümlədən insanda müşahidə olunur.
Paradoksal yuxu mərhələsində oyadılmış adamların 60- 80%-
i yuxu gördüklərini söyləmişlər. Buradan belə nəticə çıxarmaq olar
ki, yuxugörmə təəccüblü yuxu fazası ilə əlaqədardır. Yuxuda
danışmaq, qorxmaq (adətən, uşaqlarda müşahidə olunur), yuxulu
halda gecə gəzmək kimi hallar, həmçinin, bu fazada baş verir.
İ.P.Pavlovun təliminə görə, yuxu və yuxugörmə öz təbiətinə
görə fəal prosesdir. O, itlərdə şərti ləngimənin müxtəlif növlərinin
inkişafı zamanı yuxunun yaranması üzərində aparılmış müşahidələr
əsasında belə bir müddəa irəli sürmüşdür ki, yuxu beyin qabığında
ləngimənin yayılması və burada bəzi oyaq nöqtələrin qalması
nəticəsində əmələ gələn xüsusi fizioloji haldır.
Beləliklə, yuxu tsiklik hadisədir, 7-8 saatlıq adi yuxu qa-
nunauyğun şəkildə bir-birini əvəz edən 4-5 tsikldən ibarətdir. Hər
tsiklin isə iki fazası - ləng və tez yuxu fazaları vardır. Yatanda ilk
dəfə ləng yuxu fazası başlayır.
Yuxu və oyaqlığın mərkəzi mexanizmi, tik dəfə Amerika
alimi V.Hess (1932) müəyyənləşdirmişdir ki, pişikdə hipotala- mik
sahəni alçaq tezlikli (3-15 hersə qədər) elektrik qıcığı ilə
qıcıqlandırmaqla yuxu yaratmaq olar.
XX əsrin 50-60-cı illərində D.Morutsi və onun əməkdaşları
yuxu və oyaq vəziyyətlərinin yaranmasında retikulyar formasiyanın
qabığa qeyri-səciyyəvi təsirinin rolunu geniş tədqiq etmişlər. Beyin
tikişi nüvələrində beynin serotonin sintezinin ləngiməsi
yuxusuzluğa səbəb olur, serotoninin sələfi olan 5- hidroksitriptofan
yeridildikdə isə yuxusuzluq dərhal aradan çıxır və i.a. Beyin tikişi
nüvələrinə
və
orta-beyin
retikulyar
formasiyasının
katexolaminergik neyronlarına isə, əksinə, oyaq- lıq və yuxunun
təəccüblü fazalarında iştirak edən sistem kimi baxılır.
Ekonomo 1916-1917-ci illərdə Avropanı bürümüş letarji
ensefalitdən ölən adamların beynində III mədəciyin arxa diva
Dostları ilə paylaş: |