439
downloaded from KitabYurdu.org
genetik olmayan səbəbləri birləşdirən toplama nəzəriyyəsində səhv
nəzərə alınır. Həmin konsepsiyaya əsasən müxtəlif amillər cinsi
zədələnmələrə səbəb olaraq ribonuklein turşusunun (RNK)
molekulunu dəyişdirir, bu isə «düzgün olmayan» zülalın sintezinə
səbəb olur. Əgər axırıncı özü-özünün zəncirinin proqramlaşmış
halqasının biosintezinə xidmət edirsə (məsələn, DNT-dən asılı
RNT-polimeraza), məlumat səhv yayılır. Zülalın dəyişməsi digər
düzgün olmayan ribonuklin turşusunun sintezini induksiya edir.
Təcrübi olaraq müəyyən edilmişdir ki, əmələ gələn səhv
kritik həddi aşanda, proses sürətlə inkişaf edir. Lakin eksperiment
göstərdi ki, belə hadisənin «özünü inqibirə etmə» mexanizmi ilə
vaxtında qarşısı alınır. Qocalma prosesini müşayiət edən zülalın
modifıkasiyası daha ətraflı öyrənilmişdir və müəyyən edilmişdir ki,
yaşla əlaqədar olaraq müəyyən fermentlərin xüsusi fəallığı onların
strukturunun dəyişməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı
düşür. Ahıl yaşlarda lazım olan ka- talitik effektə çatmaq üçün
hüceyrə böyük molekulalı ferment- ləri sintez etməlidir. Lakin
nəzərə almaq lazımdır ki, yaşla əlaqədar olaraq bir çox qrup
fermentlər nəinki dəyişikliyə uğramır, hətta digərləri öz xüsusi
fəallığını arıtırır. Ona görə də bunu qocalmaya aid etmək düzgün
olmaz. Beləliklə, demək olar ki, qocalma - bu çoxamilli hüceyrə
fenomeni olub, əsas element genetik aparatın dəyişməsidir.
Cədvəl 1
Dünyanın on inkişaf etmiş sənaye ölkəsində müxtəlif yaş
qrupları
Səbəbin
yeri
Yaş
qrup-
ları, il
0-4
5-14
15-44
45-64
65 və daha çox
1
bədbəxt
hadisələr
bədbəxt
hadisələr
bədbəxt
hadisələr
xərçəng
ürək
xəstəliyi
2
anadang
əlmə
pozğun
luqlar
xərçəng
xərçəng
ürək
xəstəliyi
insult
3
xərçəng
anadangəlmə
pozğunluqlar
ürək xəstəliyi
insult
xərçəng
440
downloaded from KitabYurdu.org
4
pnevmo-
niya
pnevmaniya
Özünə
qəsd
bədbəxt
hadisə
pnevma-
niya
5
bağırsaq
infeksi-
yası
ürək xəstəliyi
insult
yuxarı
tənəffüs
yollarının
infeksiya-
sı
yuxarı tənəffüs
yollarının
xroniki
infeksiyası
19.4 Yaşın funksional dəyişiklikləri
İnsanın yaşa dolması səviyyəsindən asılı olaraq, onun
orqanları müəyyən dəyişikliklərə məruz qalır. Onlardan heç biri çox
qorxulu olmur. Lakin yaşlı dövrlərdə patoloji inkişafa meyllik artır.
Cədvəldən görünür ki, həyatın bu yaş dövründə ölümün əsas səbəbi
ürək xəstəliyi, insult və bəd xassəli şişdir. Qocalma prosesi özü heç
bir zaman ölümə səbəb olmur; o yaşlı dövrün xəstəliklərinin
hesabına baş verir.
Qan. Burada yaşla əlaqədar dəyişikliklər birinci növbədə
formalı elementlərin yaranma sisteminə toxunur. Cavan adamlarda
qırmızı sümük illiyinin ümumi həcmi 1500 ml təşkil edir. Yaşlı
yaşdan (ahıl) əvvəl (40-60 il) onun əhəmiyyətli hissəsi yağ və
birləşdirici toxum ilə əvəz olunur və daha yaşlı adamlarda da bu
proses davam edir. 70 yaşlı insanın döş sümüyünün hüceyrə
populyasiyasının sıxlığı cavandan iki dəfə azdır. Bu nəzərdə
carpacaq dərəcədə leykopoeza nisbətən eri- tropoeza təsir edir.
Qocalmanın səviyyəsinə uyğun olaraq erit- rositlərin ümumi
hemoqlobinin və hemotokritin miqdarı aşağı düşür. Lakin
eritrositlərin ömrünün müddəti praktiki olaraq əvvəlki kimi qalır.
Metobolizm dəyişikliklər haqqında ATF- nin və 2,3-
difosfoqliseratm eritrositlərdə azalması göstərilir.
40 yaşından sonra leykositlərin miqdarı 25% azalır. Yaşlı
yaşda immunoloji komponentlərin azalması ola bilsin ki əlavə
olaraq timusun degenerasiyası ilə əlaqədardır.
Ürək. Sağlam yaşlı adamda ürəyin və bütün bədənin kütləsi
arasında münasibət dəyişmir, lakin əzələ kütləsi azalır və o
müəyyən qədər birləşdirici toxum ilə əvəz edilir.
Onlarda hüceyrə nüvəsinə yaxın linofussinin çökməsi he
441
downloaded from KitabYurdu.org
sabına xarakter degenerativ dəyişikliklər müşahidə olunur. Yaşla
əlaqədar olaraq endokard qalınlaşır. 70 yaşdan yuxarı insanlarda
ürəyin klinik əhəmiyyətli morfoloji dəyişiklikləri arasında koranar
(tac) ateroskleroz əsasdır. O, miokardın qanla kifayət qədər
təmininin çatışmazlığına səbəb ola bilər.
Ürək yığılmasının funksional pozğunluğuna çox hallarda
ürəyin nəqledici sistemində dəyişikliklərə səbəb olur. Nəticədə çox
və az dərəcədə oyanmanın nəql olunmasının blokada olunması ilə
nəticələnir. Hüceyrə membranın keçiriciliyinin dəyişməsi bu
prosesdə iştirak edən ionlar üçün (ürəyin aparıcı sistemində)
ektopik oyanma nahiyəsində ürək ritminin pozğunluğunun əmələ
gəlməsinə səbəb ola bilər. Belə funksional dəyişikliklər 50%-dən
çox yaşlı adamların EKQ-sında da dəyişiklərə səbəb olur.
Damar sistemi. Arteriyaların yaş fərqləri yaxşı məlum olsa
da, lakin vena və limfa damarlarında nə baş verməsi haqqında
məlumatlar nisbətən azdır. Yaşlı arterianın əsas əlamətləri -
elastikliyinin tədricən aşağı düşməsidir. Elastiki liflər və saya əzələ
daha çox dərəcədə kollagenlə əvəz olunur. Arteriya damarlarının
divarlarında patologiya hesab edilən arterioske- rotik dəyişiklər
həm genetik amil, həm də qidalanma xarakteri və digər həyat
tərzləri xüsusiyyətləri ilə izah edilir. Bu dəyişikliklər yaşlı dövrün
çoxlu xəstəliklərinin əsasıdır, məsələn, in- sult, tromboz və
emboliya. Çox vaxt belə hesab edirlər ki, arteriya divarının
elastikliyinin itməsi yaşla əlaqədar statistik qan təzyiqinin
artmasının səbəbi hesab edilir, bəziləri isə bu fikirlə razılaşmır.
Tənəffüs orqanları. Hətta sağlam, papiros çəkməyən in-
sanlarda tənəffüs sistemi yaşla əlaqədar olaraq xarakter dəyi-
şikliklərə məruz qalır. Alveolun ölçüsü bir neçə dəfə artır, onların
arasında olan arakəsmələr itir. Ağçiyər kapillyarları və elastiki
liflərin sayı azalır.
Bu morfoloji dəyişikliklər məlum dərəcədə ağçiyərin
funksiyasını məhdudlaşdırır. Ağçiyər parenximasınm elastikliyinin
azalması və döş qəfəsinin nəfəsalma və nəfəsvermə zamanı
genişlənməsi və kiçilməsi, ağırlaşması ağçiyərlərin həyat
442
downloaded from KitabYurdu.org
tutumunun azalmasına səbəb olur. Belə ki, elastiki liflər vasitəsilə
təmin olunan gərginlik, ən kiçik bronxiolları belə genişlənməsi
üçün lazımdır, həmin liflərin itirilməsi hava yollarının
müqavimətinin artması ilə müşayiət olunur. Tənəffüs yollarının
müqavimətinin tədricən artması ağçiyərin funksional qalıq
həcminin artmasına səbəb olur. Və nəhayət, tənəffüs səthinin
azalması hesabına ağçiyərlərin diffuziya qabiliyyəti azalır.
Mədə-bağırsaq traktı. Orta yaş dövründən başlayaraq
kordinasiya olunmuş peristaltik dalğaların anormal yığılmaları
hesabına yemək borusunun peristaltikasının pozğunluğu tezləşir,
bu isə qidanı mədəyə doğru itələməyə kömək etmir. 60 yaşından
sonra mədənin selikli qişasının tədricən atrofıyası son nəticədə
atrofıyalı qastritə səbəb ola bilər. Nazik bağırsağın kütləsi azalır və
onun selikli qişasının regenerasiyası ləngiyir. Nəticədə bir çox
maddələrin reabsorbsiyası azalır. Yaşla əlaqədar yoğun bağırsağın
səciyyəvi cəhəti selikli qişanın əzələ lövhəsinin (muscolaris
mucosal) hipertrofiyası və özünün əzələ qatının (muscularis
propria) atrofıyası aid edilir. Yaşlı adamlar çox hallarda zapordan
əziyyət çəkir, lakin kobud bitki mənşəli liflərlə zəngin qidalar qəbul
etmək və fiziki fəallıqla qarşısını almaq olar. Daha yaşlı dövrlərdə
sfınqter əzələlərinin çatışmazlığı meyli artır.
Qaraçiyər. Qaraçiyər insan orqanizmində ən mühüm və-
zilərdən biridir və yaşla əlaqədar olaraq dəqiq dəyişikliklərə məruz
qalır. 40 yaşından sonra onun kütləsi və ondan axan qanın həcmi
azalır. Bir çox fermentlərin fəallığı nəzərə çar- pacaq dərəcədə
zəifləyir və onların induksiya prosesi pozulur. Bunun nəticəsində
yaşlı dövrdə çoxlu dərman preparatlarının qaraçiyərdə
parçalanması tədricən gedir. Ona görə də farma- kokinetiklər
yaşlılara dərman məsləhət görəndə ehtiyatlı olmalıdırlar.
Böyrək. Qocalma ilə əlaqədar olaraq böyrəyin struktur və
funksional dəyişiklikləri tədricən nefronlarm sayının azalmasına
əsaslanır. 70 yaşından sonra nefronlarm ilk sayı ilə müqayisədə
70% qədər qalır. Lakin bu çatışmazlıq qalan nefronlarm ölçülərinin
artması hesabına bərpa olunur. Amma
443
downloaded from KitabYurdu.org
böyrəyin ümümi kütləsi azalır və müvafiq olaraq yumaqcıq
filtrasiyasınm sürəti azalır.
Dəri. Dərinin dəyişilməsi qocalmanm daha nəzərə çarpan
göstəricisidir. Məhz burada xarici mühit amillərinin genetik
strukturlara təsiri daha aydın özünü göstərir. Günəş təsirinə məruz
qalan nahiyədə piqment ləkələri şəklində mutagen hüceyrələrin
klonları əmələ gəlir (dermatoqelioz). Belə oxşar olmayan
piqmentasiyaya əlavə, poliferativ dəyişikliklər - qırı- şıqlıq,
büküşüklük, qızartı, dəridə quruluğu və s. müşahidə edilir. Tük
piqmentini itirir (ağarır) və tökülür, kəpək əmələ gəlir və s.
Reproduktiv orqanlar. Yaşlı dövrdə cinsi funksiya haqqında
fikir, məlumatlar çox müxtəlifdir. Lakin bioloji imkanları nəzərə
alsaq, yaşlı dövrdə həm kişilərdə, həm də qadınlarda bu həvəs aşağı
düşür. Yəqin ki, burada həlledici rolu fərdin həyat xüsusiyyəti və
hormonal status oynayır.
Kişilərdə. Məlum olmayan səbəblərə görə, 55-60 yaşından
sonra prostat vəzinin böyüməsi (prostatın adenoması) müşahidə
olunur. Bu paraureltral vəzin xoşxassəli şişinin nəticəsi olub,
prostatın özünün toxumasını xaricə sıxışdırır. Böyümüş vəzi sidik
buraxıcı kanalı sıxır, bu isə sidik buraxmanı çətinləşdirir. .
Qadınların cinsi funksiyasında əsas dəyişiklik - klimaks- dır.
Bu yumurtaların fəaliyyəti dayananda, yəni 50 yaşında başlayır.
Onun birinci əlaməti - zəif və nizamsız aybaşıdır; sonra
yumurtalama və sarı cismin əmələ gəlməsi dayanır. Qanda estrogen
və progesteronun qatılığı aşağı düşür. Lakin bir neçə il ərzində FSH
və LH-ın qanda qatılığı artır.
Menopauza - axırıncı aybaşının başladığı vaxt meno- pauza
adlanır. Klimaksla əlaqədar xoşagəlməz hallar qəflətən tərləmə,
huşun itməsi, depressiv əhval-ruhiyyə və s. müşahidə oluna bilər.
444
downloaded from KitabYurdu.org
XX FƏSİL
ALİ SİNİR FƏALİYYƏTİ
20.1.
Ali sinir fəaliyyəti haqqında anlayış
İlk dəfə olaraq İ.P.Pavlov beyin yarımkürələrinə və onun
qabığına ali sinir fəaliyyəti orqanı kimi baxırdı.
Ali sinir fəaliyyəti dedikdə, İ.P.Pavlov beyin qabığı və
qabıqaltı törəmələrin qarşılıqlı iş mexanizmlərini nəzərdə tuturdu.
İ.P.Pavlov ibtidai sinir fəaliyyətinə instinkt reaksiyalar və
davranış xassələri kimi baxırdı və bu fəaliyyətin beyin sütununun
və mərkəzi sinir sisteminin səviyyəcə daha aşağıda yerləşən
şöbələrinin iştirakı ilə həyata keçirildiyini göstərmişdir.
İnsanda ali sinir fəaliyyəti məhz ona xas olan şüurlu fəa-
liyyətdə və əmək fəaliyyəti sayəsində yaranan ikinci siqnal sis-
teminin (nitq qabiliyyəti) yaranmasında özünü göstərir. Beləliklə,
İ.P.Pavlov ali sinir fəaliyyəti haqqında təlimin məzmununa şərtsiz
və şərti reflekslər, birinci və ikinci siqnal sistemləri, qabığın və
digər mürəkkəb mərkəzi törəmələrin analiz- sintez xassələri
haqqında yeni təsəvvürləri daxil etmişdir.
Şərti refleks. (bu anlayışı elm aləminə rus alimi tvan Pet-
roviç Pavlov 1901-ci ildə daxil etdi) Əvvəllər orqanizmin reak-
siyasına səbəb olmayan, sonra indeferent stimula uyğun orqanizmin
reaksiyasına səbəb olan qıcıqla bir yerdə bir neçə dəfə təkrar
olunduqda, o özü də reaksiyaya səbəb olur.
I.P. Pavlov klassik təcrübəsi ilə əvvəlcə ac itə ət verməklə
onda tüpürcək ifrazına səbəb olur. Sonra hər dəfə yeməkdən qabaq
əvvəlcə zəngin səsini çalmış və ya lampanı yandırmışdır. Bundan
bir neçə saniyə keçdikdən sonra yemək vermişdir və bu əməliyyatı
ancaq zəng səsi (qidalanmadan əvvəl) tüpürcək ifarzına səbəb olana
qədər təkrar etmşidir. Bu tərcübədə ət - şərtsiz qıcıq (həmişə
tüpürcək ifrazına səbəb olur), amma zəng səsi isə şərti qıcıq hesab
edilir.
Yəni şərti refleks yaranandan sonra, ancaq zəng səsi veri
445
downloaded from KitabYurdu.org
ləndən sonra vəzidən şirə ifraz olunur.
Şərti refleksin yox olması. Əgər şərti refleks, şərtsiz qıcıqla
möhkəmləndirilmədən təkrar olunarsa, onda şərti refleks nəhayət
yox olur. Bu sönmə və ya daxili ləngimədir.
Lakin şərti qıcıq şərtsiz qıcıqla vaxtaşırı təkrar olunursa onda
yaranan şərti refleks uzun müddət mühafizə edilir.
İnstrumental şərti reflekslər. Şərti refleksin sərbəst forması
instrumental refleksdır. Bu reflekslər fəal və məqsədyönlü fəaliyyət
əsasında formalaşır. Bura isə dirissirovka və ya ope- rant təlim alma
("sınaq və təcrübi xəta" üsulu ilə təlim almadır) aid edilir. Əgər
insan və heyvan müsbət qıcıq almaq üçün, yaxud mənfi stimuldan
qaçmaq üçün şərti (məsələn, zəng səsi) cavab olaraq
manipulyatorun düyməsini basmağı öyrənirsə, bu şərti refleks
instrumental refleks kimi təsnif olunur. İnsan üçün bu refleksi nitqin
köməyi ilə yaratmaq olar.
Şərti refleksin fizioloji əhəmiyyəti. Şərti refleks hər bir şəxsin
fərdi həyatında qazanılır və toplanır. Uyğunlaşma xarakteri daşıyır
və fərdin davranışı daha plastik olur.
Beləliklə, şərti refleks - fərdi qazanılmış sistemli, uyğunlaşma
reaksiyasıdır. Sinir sistemində şərti qıcıqlandırıcı ilə şərtsiz
reflektor fəaliyyəti arasında müvəqqəti əlaqə formasıdır.
20.2.
Anadangəlmə və ya şərtsiz reflektor fəaliyyəti
İnstinkt. Təkamül nəticəsində heyvanlar mənsub olduqları
növü qoruyub saxlamaq üçün qidalanma, mübarizə və cinsi fəallıq
kimi əsas bioloji funksiyaları qazanmışdır. İnstinkt ilk növbədə ən
ümdə bioloji xassələri qoruyub davam etdirməyə imkan verir və
onlar fizioloji mahiyyətinə görə anadangəlmə şərtsiz reflekslərdir.
Bunların əsasını təşkil edən reflektor mexanizmlər eyni bir növün
bütün fərdlərində tamamilə oxşar mexanizmlər şəklində meydana
çıxır, nəsildən-nəslə keçərək instinktiv davranış reaksiyalarını
əmələ gətirir. Belə ki, yenicə dünyaya gələn orqanizmdə bu
mexanizmlərin bir çoxu artıq fəaliyyətə hazır vəziyyətdə olur.
Deməli, instinktiv fəaliyyətin səciyyəvi xüsusiyyətlərin
446
downloaded from KitabYurdu.org
dən biri onların növə mənsub olan bütün fərdlərdə eyni şəkildə
təzahür etməsindədir. Hər fərd üçün eyni dərəcədə zəruri bioloji,
hüdudi avtomatizmə çatmış, təkrar aktlardır.
Mövcud şərait dəyişən kimi instinktiv davranış məqsədə-
uyğunluğunu itirir. Bu onu göstərir ki, instinktiv davranış formaları
yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur.
İnstinktin tədqiqi göstərir ki, ibtidai hiss üzvlərinə malik olan,
yəni bağırsaq boşluqlu heyvanlara nisbətən inkişafca daha yüksək
pillədə duran qurdlarda, həşəratlarda və digər onurğasızlarda aydın
nəzərə çarpan instinktiv davranış formaları anadangəlmədir.
İ.P.Pavlova görə, instinkt mürəkkəb şərtsiz refleks olub,
yalnız müəyyən və sadə təsirlərə yaxud qıcıqlar kompleksinə
verilən ardıcıl, zəncirvarı reaksiyalardır. Onlar ciddi surətdə
müvafiq şəraitə uyğunlaşdırılmış olur. Bir çox instinktlər öz
məhdudluğu, standartlığı, stereotipliyi ilə fərqlənir. Məsələn,
hörümçək özünə yaşayış arealı kimi və ov məqsədilə mürəkkəb
quruluşlu top düzəldir. Bir o qədər də həyat təcrübəsi olmayan
hörümçək balası da heç təlim almadan, stereotip olaraq bu cür top
qura bilir. Arı ailəsi yem ehtiyatı və nəsil qayğısına qalmaq üçün
çox böyük ustalıqla şanı qurur və bunu hər dəfə eyni dəqiqliklə
yerinə yetirir. Qrup halında yaşayan arılar, yaxud qarışqalar
arasında da elə ona bənzər ciddi müəyyənləşdirilmiş əmək bölgüsü
və tabelik münasibətləri mövcuddur. Lakin həşəratların
məqsədəuyğun instinktiv davranışı, əslində məqsədi dərk etməkdən
uzaqdır.
Onurğalı heyvanlarda da instinktlər geniş yayılmışdır. Hər
çoxalma dövrü ərəfəsində nərə balığı dənizdən çaya miqrasiya
edərək əlverişli yerdə kürü tökür və sonra öz məskəni olan dənizə
qayıdır. Quşlarda və məməlilərdə qida əldə etmək, yuva və ya
sığınacaq qurmaq, nəsil qayğısına qalmaq, öz yaşayış arealını və
özünü qorumaq uğrunda mübarizə instinktləri çox güclüdür.
447
downloaded from KitabYurdu.org
20.3. Şərtsiz refleks növləri
Mühüm bioloji əhəmiyyətə malik olan reflekslərin ilk
təsnifatını 1926-cı ildə I.P.Pavlov vermişdir.
A.D.Slonim şərtsiz refleksləri 3 əsas qrupa bölmüşdür:
I.
Maddələr mübadiləsini və orqanizmin daxili mühitinin
sabitliyini mühafizə edən reflekslər (qida və hemostatik ref-
lekslər);
II.
Xarici mühitin təsirlərinə və onların dəyişilmələrinə
verilən reflektor reaksiyalar (müdafiə, mühit və ya vəziyyət
refleksləri);
III.
Növün nəslini mühafizə edən reflekslər (cinsi, valideyn,
ictimai davranış refleksləri və s.).
Məməlilərdə inkişafın ilk mərhələlərində əvvəlcə birinci qrup
şərtsiz reflekslər, onların ardınca ikinci və üçüncü qrup reflekslər
meydana çıxır. Mühitin mürəkkəbləşməsi, hiss üzvlərinin inkişafı
funksiyalarının
müxtəlifləşməsi
onların
formalaşmasını
sürətləndirir. Hər üç qrup reflekslər sonralar orqanizmin
fəaliyyətində mühüm rol oynayır.
Səciyyəvi xüsusiyyətlərinə görə şərtsiz refleksləri 6 qrupa
bölmək olar:
1)
Qida refleksləri. Bunlar qidalanmanı təmin edən ref-
lekslərdir. Buraya əmmə, qidanı tutma, çeynəmə, ağız şirəsi ilə
islatma, udma, mədə və pankreas şirələrinin ifrazı və s. reflekslər
daxildir.
2)
Müdafiə refleksləri. Bunların formaları olduqca çoxdur.
Nəfəs yoluna toz və zərərli qazlar düşdükdə əmələ gələn asqırma
və öskürmə refleksləri, həzmdə yaranan pozğunluq zamanı öyümə,
qusma refleksləri, gözə kəskin işıq düşdükdə gözün və bəbəyin
daralması refleksləri, düşmənlə mübarizə refleksləri və i.a.
3)
Cinsi reflekslər. Bunlar cinsi aktların icrası, nəsilver- mə,
nəsil qayğısına qalma ilə bağlı olan reflekslər dir.
4)
Xəbərdarlıq refleksləri. Buraya xarici mühitdə baş verən
müxtəlif dəyişmələrdən, eləcə də orqanizmin məkandakı
vəziyyətindən xəbərdarlığı təmin edən reflekslər aiddir. Qəfil-
448
downloaded from KitabYurdu.org
dən göz qabağından keçən cisim və ya hadisəyə doğru başm və
gözün hərəkəti, qeyri-adi səsə qulaqların şəklənməsi və s. bu kimi
reflekslərə aiddir.
5)
Statogenetik və lokomotor reflekslər. Bədənin məkanda
vəziyyəti və hərəkəti ilə əlaqədar olan reflekslər dir.
6)
Daxili reflekslər. Daxili orqanların tənzimi ilə əlaqədar
olan reflekslərdir. Qusma, defekasiya, qan təzyiqinin reflektor
tənzimi belə reflekslərdəndir.
Dostları ilə paylaş: |