429
downloaded from KitabYurdu.org
çıxara bilər.
Klimatologiya. Tibbi klimatologiya müxtəlif iqlim amilləri -
havanın təmizliyi, temperaturu, həmçinin yağıntı, buludlu- luq,
külək və günəş şüalanmasının, xüsusilə onun ultrabənövşəyi
komponentinin təsirinin müalicəvi əhəmiy-yətini öyrənir. Yüksək
dağlıq yerin iqlimi üçün intensiv günəş radiasiyası, quru hava və
aşağı miqdarda oksigenin olması xarakterikdir; dəniz iqliminin
vacib xüsusiyyəti havada aerozolların olmasıdır. İqlimin dəriyə
təsirini istilik və şüa təsirlərinə bölürlər; sonuncunun təsiri günəş
radiasiyası, xüsusilə ultrabənövşəyi şüaların təsiri ilə bağlıdır.
Bu iqlim amillərinin təsiri iki cürdür. Bu tərəfdən onlar
orqanizmdə spesifik vegetativ və endokrin, həmçinin qeyri- spesifık
uyğunlaşma dərinliklərinə səbəb olurlar. Digər tərəfdən, təmiz hava
aşağı miqdarda allergenlərin olduğu mühitdir. Nəhayət, müəyyən
rolu, məsələn, kurortda istirahət zamanı psixoloji təsir də oynaya
bilər.
18.11.
Udulan hava və yaşayış ventilyasiyası
Bağlı otaqda udulan havanın qaz tərkibi. Adətən belə hesab
edirlər ki, bağlı otaqda çoxlu sayda insan olduqda diqqətin itməsi
və yorğunluğa səbəb olan oksigen çatışmazlığı əmələ gəlir. Lakin
bu belə deyildir, oksigenin kifayət qədər miqdarı qapı və
pəncərələrin yarıqlarından hava mübadiləsinin hesabına və əgər
otaqda mexaniki ventilyasiya işləyirsə daha çox təmin edilir.
Oksigen çatışmazlığı ancaq hermetik bağlı otaqlarda və yalnız bir
neçə saat keçdikdən sonra yarana bilər.
Misal: Tutumu 400 m
3
olan hermetik bağlı otaqda 100 insan
olduqda oksigenin başlanğıc miqdarı 85 m
3
, onun insanlar
tərəfindən israf edilməsi isə təqribən 1800
1
/saat təşkil edir. Deməli,
O
2
miqdarı 1 saat ərzində 0,45 10
2
qədər azalır və 9 saatdan sonra
otaqda O
2
fraksiyası hələ də təqribən 0,17-ə bə
430
downloaded from KitabYurdu.org
rabər olacaq 0,04-ə bərabər olan bu azalma tənəffüsün və fizioloji
işgörmə qabiliyyətinin tənzim olunmasından çox az təsir
göstərəcək; Ck-nin müqayisə olunan parsial təzyiqinə dəniz
səviyyəsindən 1700 m yüksəklikdə təsadüf etmək olar.
Bununla yanaşı, havada CO
2
miqdarı hiss olunacaq dərəcədə
yüksəlir. 0,83-ə bərabər olan tənəffüs əmsalı şəraitində 9 saatdan
sonra CO
2
miqdarı 3,3-10'
2
-ə çatır, ağciyər ventilyasiy- asınm sürəti
isə əvvəlkinə nisbətən
2
dəfə artır (cədvəl).
Cədvəl
Udulan havada (FuC0
2
)C02 miqdarının artması ilə
V
E
ağciyər
ven- tilyasiyasının yüksəlməsi və alveol havasmdakı (Pa
cc
,
2
)
uyğun gələn
CCh-nin parsial təzyiqi
F
U
C0
2
(-10-
2
)
0,03
2
4
6
V
E
(1/dəq)
6,6
9,2
15,5
30,5
PaC0
2
(mm.c.süt.)
38
41
44
50
Udulan havada CO
2
miqdarının artması nəinki ağciyər
ventilyasiyasının artmasına, həm də əqli işgörmə qabiliyyətində
pozğunluqlara səbəb olur. Baxmayaraq 3-10
2
olan CO
2
sə-
viyyəsində çox cüzi mənfi təsirlər qeydə alınır, udulan havada CCh-
nin 5-10'
2
-dən artıq miqdarında aydın şəkildə əqli işgörmə
qabiliyyətində, xüsusilə təlim zamanı pozğunluqlar yaranır.
Havanın çirklənməsi. Əgər udulan havada çirkləndiricilər -
qazlar, buxar, toz və s. vardırsa insanlar subyektiv olaraq onu
xoşagəlməz hesab edirlər; bu zaman onlarda həmçinin patofizioloji
və ya toksiki reaksiyalar, hətta xəstəliklər əmələ gələ bilər.
Sağlamlığın mühafizə edilməsinin bu sahəsində aparılan tibbi
tədqiqatlar müxtəlif çeşiddə olan maddələr üçün "mümkün ola bilən
son qatılığı" müəyyən etməyə imkan vermişdir (MSQ).
Mümkün ola bilən son qatılıq (MSQ) - iş yerlərinin ha-
vasmdakı hər hansı bir maddənin çox böyük olmayan qatılığı- dır
ki, hətta təkrar və uzun müddətli təsir zamanı (bir qayda olaraq, 40
saatlıq iş həftəsində gün ərzində
8
saat müddətində)
431
downloaded from KitabYurdu.org
bu maddə işçilərin sağlamlığına xələl gətirmir və arzuolunmaz
reaksiyalara səbəb olmur.
Binaların ventilyasiyası və havanın kondisiyalaşdırılması.
İş görmək üçün nəzərdə tutulmuş bina və istirahət otaqlarında
havanın ventilyasiyası və kondisiyalaşdırılması üçün cihazlar
quraşdırılmış olur. Bu cihazların vəzifəsi insanları havanın "pis"
olması kimi subyektiv hissədən uzaq tutmaqdır.
"Pis hava" anlayışı aşağı miqdarda oksigenə malik hava
mənasını vermir. Bu, tərkibində kifayət qədər uçucu maddələr
(insanlar və onların geyimləri tərəfindən xaric edilən) və ya siqaret
tüstüsü, avtomobillərin işlənməsi, qazları və s. olan havadır. Əksinə,
"yaxşı hava" tərkibində yüksək miqdarda oksigenin olması ilə deyil,
adları qeyd olunan maddələrin aşağı qatılığı ilə xarakterizə olunur.
Hətta meşədə, belə havada oksigenin miqdarı yüksək deyil, havanın
tərkibində fotosintez üçün vacib olan CO
2
miqdarı və fotosintez
prosesinin sürəti O
2
miqdarının nəzəçarpacaq yüksəlməsini təmin
etmək üçün həddindən artıq azalır.
Havanın regenerasiyası üçün uducu filtrlərdən çox nadir
hallarda istifadə edilir. Adətən buna xaricdən təmiz havanın arzu
olunmayan maddələrin qatılığmı aşağı səviyyədə saxlamaq üçün
kifayət qədər olan miqdarı hesabına nail olunur. Binaların
havasmdakı CO
2
miqdarı nə qədər təmiz havanın əlavə edilməsinə
ehtiyac olunmasının ən əhəmiyyətli indikatoru kimi xidmət edir.
0,15-10'
2
-dən aşağı olan qatılıq (Pettenkof ədədi) adi şəraitdə nə
qıcıqlanmaya, nə də pozğunluğa səbəb olur. Əgər otaqdakı havanın
tərkibi bu göstəricinin əsasında tənzim olunursa, havanın
kondisiyalaşdırılmasında külli miqdarda enerjiyə qənaət etmək olar.
Havanın kondisiyalaşdırılma sistemləri. Çox da böyük
olmayan kondisionerlər sadəcə olaraq havanı soyudur və qurudur
(çünki, su buxarı soyuducu qurğuda kondensasiya olunur), bu,
təravətləndirici təsir göstərir və bununla da ətraf mühitin yüksək
temperaturuna dözməyə şərait yaradır. Daha mürəkkəb qurğular
verilmiş parametrlərə uyğun olaraq havanın temperatur və
rütubətini tənzim edir. Bəzi yerlərdə, məsə
432
downloaded from KitabYurdu.org
lən, cərrahiyyə otaqları və mikrosxemlərin yığıldığı sahələrdə hava,
həmçinin mikrob və tozlardan da təmizlənməlidir; bu zaman nəzarət
etmək lazımdır ki, hava filtrləri və rütubətlən- diriciləri
bakteriyaların çoxalması üçün substrat rolunda çıxış etməsinlər.
Havası ventilyasiya olunan və kondisiyalaşdırılan otaqlarda
temperatur komfortu yaratmaq üçün sürəti
0,1
m/s- dən artıq olan
hava axını - yelçəkənin qarşısını almaq lazımdır.
SƏS - KÜY, VİBRASİYA VƏ TƏCİL
18.12. Səs-küy
Eşitmə sisteminin pozğunluğu və zədələnməsinə səbəb olan
arzuolunmaz səslər səs-küy hesab edilir. Səs-küyün təsirini qulaq və
qulaqdan kənar təsirə ayırmaq olar. Birinci, geri dönən
qulaqbatmaya (karlığa) (eşitmə qapısının müvəqqəti olaraq
yüksəlməsi və ya audioqramma əyrisinin aşağı düşməsi) və yaxud
stabil zədələnməyə səbəb olur. Səs-küyün xarici təsirləri arasında
eşitmə rabitəsinin pozğunluğunu, işgörmə qabiliyyəti və digər
psixoloji göstəricilərin aşağı düşməsini, həmçinin bir çox fiziolji
funksiyalara təsir göstərən yuxunun pozulmasını qeyd etmək olar.
Səs-küy bir çox istehsal sahəsindəki yükün tipik komponentidir.
Onun intensivliyinin yüksəkliyinin səviyyəsini dB-da qeydə alan
cihazlarla ölçmək olar. Səs- küyün qiymətləndirilməsi zamanı
təsirin müddətini nəzərə almaq lazımdır. Uzun müddət davam edən
səs-küyün səviyyəsi (orta səviyyə) işini
8
saatın dövrü üçün, ekoloji
səs-küy şəraitində isə 16 günlük və ya
8
saatlıq dövr üçün hesablanır
(cədvəl 5). Səs-küyün təsiri əvvəlcə psixoloji olaraq hiss edilir; və-
ziyyətdən və səs-küyün xarakterindən asılı olaraq onun aşağı
intensivliyi belə yorucu və ya qıcıqlandırıcı kimi qəbul edilə bilər.
İnsanlar gecə istirahətinin vaxtı çatdıqda daha həssas olurlar; onlara
avtomobil, qatar və təyyarənin səsi mane olur. Gecə vaxtı səs-küyün
ən yüksək həddi 35 dB səviyyəsi hesab edilir (cədvəl
6
).
433
downloaded from KitabYurdu.org
Cədvəl 5
Səs-kfly yükünün təsnifatı və onların insanlara təsiri
Səs-küyün
səviyyəsi
Səsin səviyyəsi,
dB
Təsirin nəticələri
I
30-65
Psixoloji
reaksiyalar,
bəzi
psixoloji
pozğunluqlar
II
65-90
I səviyyədə olduğu kimi + fizioloji reaksiyalar,
xüsusilə vegetativ tənzi- medici sistemlərin
(ürək yığılmaları tezliyi və qan təzyiqinin
artması, periferik damarların sıxılması, əzələ
tonusunun reflektor yüksəlişi, yuxunun
pozulması)
III
90-120
I və II səviyyələrdə olduğu kimi + geri dönən
karlıq, uzun illər ərzində təsirdən sonra eşitmə
qabiliyyətinin stabil olaraq aşağı düşməsi
IV
> 120
I - III səviyyələrdə olduğu kimi + sinir
hüceyrələrinin zədələnməsi
Cədvəl 6
Almaniyada qəbul olunmuş standartlara uyğun olaraq
müxtəlif zonalarda icazə verilən səs-küyün son həddinin
qiyməti, dB
Gündüz
_______ Gecə
Kurortlar
45
35
Sırf yaşayış zonalar
50
35
Qarışıq zonalar (məsələn, şəhərin
mərkəzində)
60
45
Psixoloji və emosional reaksiyalardan başqa səs-küy eks-
tremal vəziyyətdə eşitmə orqanının zədələnməsi və psixosoma- tik
pozğunluqlara gətirib çıxaran müxtəlif fizioloji cavablara səbəb ola
bilər. Zədələnmələrin dərəcəsi fərdi meyllilik, həmçinin səs-küyün
intensivliyi, xarakteri və müddəti ilə müəyyən edilir. 90 dB
intensivliyə malik səs-küyün təsirinə sutkada
8
saat məruz qalan
insanlardan 5%-i 10 ildən sonra ehtimal olunur ki, ağır eşitmədən
əziyyət çəkəcəklər. 85 dB və daha artıq
434
downloaded from KitabYurdu.org
intensivliyə malik səs-küy şəraitində qulaqlıq və ya digər səsi-
batıran qurğular daşımaq məsləhət görülür; 90 dB və daha artıq
səviyyədə səs-küyün təsirinə məruz qalan şəxslər mütəmadi olaraq
həkim müayinəsindən keçməlidirlər.
18.13.
Vibrasiya
Titrəyişin (məsələn, maşınların) bədənə və başa ayaqlar, sarğı
və ya əllər vasitəsilə ötürülür. Onların rezonans tezliyindən (fo)
asılı olaraq titrəyişlərə ayrı-ayrı orqanlar və bütün bədən məruz
qalır. Oturan insanın bütün bədəni üçün fo=4-7Hs; ayrı-ayrı
orqanlar və bədən hissələri üçün rezonans tezlikləri cədvəldə
təqdim olunmuşdur (cədvəl 7).
Cədvəl 7
İnsanın müxtəlif bədən hissələri və orqanların titrəyişləri üçün
rezonans tezlikləri (fo)-bədənin uzunu boyu olan titrəyişlər
Bədənin hissəsi
(uzanılı vəziyyət)
(fo), Hs
Bədənin hissəsi
(oturaq vəziyyət)
fo, Hs
Baş
1-4
Fəqərə
3-5
Qarın
1 , 5 - 6
Mədə
4-5
Daban
1-3
Göz
2 0 - 2 5
Vibrasiyanın təsirinə əsasən müxtəlif nəqliyyat vasitələrinin
sürücüləri məruz qalırlar. Belə təsir işgörmə qabiliyyətinin kəskin
aşağı düşməsinə, ümumi halsızlığa və ya xarakter ağrılara ola bilər;
onlar həmçinin zəriflik tələb edən hərəkətlərin tənzim olunması və
(göz almasının titrəməsi nəticəsində) görmə qabiliyyətinin itiliyinə
təsir göstərirlər. Xroniki zəifləmələr əsasən oynaqlarda, xüsusilə
dirsək və fəqərələrin birləşdiyi yerlərdə baş verir. Güclü elektrik
mişarları və digər analoji alətlərlə işləyən şəxslər adətən əlin
barmaq və bilək hissələrində damar pozğunluqlarından əziyyət
çəkirlər.
435
downloaded from KitabYurdu.org
18.14.
Təcil
Həm müsbət, həm də mənfi qüvvələr generasiya edən müasir
nəqliyyat vasitələri təcilin yaranmasına səbəb olaraq insan
bədəninin hər 3 oxu boyunca təsir göstərə bilər. Yerin mərkəzindən
keçən xətt boyunca yaranan təcil g - yükü adlanır. Nəqliyyatdan
istifadə zamanı qarşılaşmalı olduğunuz təcil kinetoz və ya adları
daha geniş yayılmış hərəkət xəstəliklərinə (dəniz, hava, kosmik
xəstəliklər və s.) səbəb olur. Avtomobildə gedən zaman, xüsusilə
sürət tez-tez dəyişərsə avtomobil xəstəliyi (yığılma) əmələ gəlir.
Əyləci basan zaman, təcil avtomobil sürət yaxın zaman olduğundan
yüksək olduğu üçün uzanılı vəziyyətdə xəstələrin daşınması zamanı
baş irəliyə doğru hərəkət istiqamətində olmalıdır. Əks halda,
tormozlanma zamanı qanın kifayət miqdarda həcmi aşağı təzyiqə
malik vnetorkal sistemin aşağı hissəsinə toplanır; bunun nəticəsi
ortotoksik huşunu itirməsilə böyük qüvvəyə malik olan təcilin
təsirinə məruz qalır. Onlar uçuşun sürəti irəliyə doğru dəyişdikdə
oturan sərnişinə alın-əncə istiqamətində, mürəkkəb trayektoriya
boyunca uçuş zamanı müxtəlif istiqamətlərdə, əyri boyunca uçuş
zamanı bədənin uzununa oxu istiqamətində təsir göstərirlər. Təcilin
belə dəyişkənlikləri qəfil və qısamüddətli olur; onlar bir sıra
təsirlərin meydana çıxmasına səbəb olurlar:
1
) hava xəstəliyi;
2
)
məkanda görmə və ya müvazinət pozğunluqları ilə baş verən sensor
illüziya (xülya); 3) arterial təzyiqin kritik aşağı düşməsi. Kosmik
uçuşlar zamanı cazibə qüvvəsinin demək olar ki, tamamilə
olmaması (mikroqravitasiya) müxtəlif fiziloji reaksiyaların
səbəbkarı rolunda çıxış edir;
1
) xüsusilə, birinci
3
gün müddətində
ürək bulanma, bəzən qusma ilə müşayiət olunan kosmik xəstəliklər;
2
) qanın həcminin aşağı düşməsi;
3
) əzələlərin artrofiyası; 4)
sümüklərdə kalsium itkisi və elektrolit tarazlığının pozulması.
436
downloaded from KitabYurdu.org
XIX FƏSİL
QOCALMA VƏ QOCALIQ
Bioloji qocalma prosesinin əsas əlamətləri
19.1.
Qocalma və həyatın müddəti.
«Bioloji qocalıq» anlayışının təyini
«Qocalıq» terminindən həyatın son mərhələsini göstərmək
üçün istifadə edilir. İnsanın sağlamlığı dövlətin tükənməz
sərvətidir. Bu sərvəti qoruyub saxlamaq üçün hər bir insan qocalma
və qocalıq - yəni yaş dövrləri haqqında məlumatı olmalıdır. İnsanı
embrional (bətndaxili) və postnatal (anadan olandan sonra) inkişaf
dövrünü - yaşın fiziologiyası elmi öyrənir. Bu yaş dövrləri isə
fizioloqlar, biokimyacılar tərəfindən (1965) aşağıdakı kimi təsdiq
edilmişdir. Gənclik (17-21), yetkinlik (21-61), ahıl (61-74), qocalıq
(75-90) və uzunömürlük (90-dan ömrün sonuna qədər) yaş dövrləri
insan həyatı boyu biri-digərini əvəz edir.
İnsanın həyatı boyu onu üç cür qocalığı müşayiət edir:
1.Bioloji qocalma - anadan olan gündən başlayıb, bütün
həyatı müddətində davam edir.
2.Cinsən qocalıq - qadınlarda 50-55 yaşında, kişilərdə isə 60
yaşından sonra başlayır.
3.Yaş dövrü ilə əlaqədar qocalıq - 75-90 yaşları və uzun
ömürlük 90 yaşdan ölənə kimi davam edir.
Hansı ki, bu mərhələdə orqanizmin psixiki və fiziki adap-
tasiyasında qocalıq yaşına xas zəifləmə baş verir.
Ciddi mənada bu termindən, ancaq insan, ali primatlar və
digər ictimai məməlilər üçün istifadə edilə bilər. Qocalma təqribən
orta yaşlarında eyni vaxtda reproduktiv qabiliyyətin zəifləməsi ilə
başlayıb və orqanizmin son nəfəsi dayanana qədər davam edir.
Həyatın müddəti. İnsanın mövcud olduğu bütün tarixi
dövrlər müddətində qocalar mövcud olmuşdur; demək olar ki, bir
çox insanlar yaşı keçmiş - uzun ömür yaş dövrünə kimi və
437
downloaded from KitabYurdu.org
o dövr də daxil olmaqla yaşaya bilirlər. Hazırkı dövrdə də bu yaşa
çatmaq mümkündür. Məsələn, Azərbaycanın Lerik rayonundan
olan Şirəli baba 167 il mənalı ömür sürmüşdür.
Lakin insanların orta yaş müddətinin artması populya- siyada
yaşa dolmuş - ahıl adamların payını daimi artır. 1980- ci ildə orta
yaş müddəti qadınlar üçün 76,1 yaş, kişilər üçün 69,5 yaş təşkil
etmişdir.
İnsan qazıntı qalıqlarının (skeletinin) öyrənilməsi nəticəsində
məlum olmuşdur ki, daş dövrünün insanlarının orta yaş müddəti 20
yaş, orta əsr insanları üçün artıb 30 yaş, 1880-ci ildə 36 yaşa qədər,
1900-cü illərdə - 46 yaş təşkil etmişdir. Bu vaxtdan sonra,
müharibələr - xüsusilə dünya müharibələri və müharibədən sonrakı
dövrlər, Azərbaycan üçün represiya dövrləri nəzərə alınmasa, ahıl
və uzun ömürlü yaş müddətinə çatan adamların sayı artmışdır.
Lakin kişilərin və qadınların papiros çəkmələrini, çəkməyənlərlə
müqayisə etdikdə məlum olur ki, papiros çəkənlər və alkoqolizmə
düçar olanlar arasında ürək damar və tənəffüs sistemi
xəstəliklərindən vaxtından əvvəl ölənlərin sayı artıb.
Çox az adamlar, insanların çata bildikləri orta maksimal 115
yaşa çata bilirlər. İnsanların çoxunun vaxtından əvvəl ölümünə
müxtəlif endogen və eqzogen amillərlə bərabər, həm də irsiyyət,
bədbəxt hadisələr və xəstəliklər səbəb olur. İnsanlardan kiminin
valideynləri yaşlı yaş dövrünə qədər yaşayıbsa, onların uzunömürlü
olmağa şansları daha çoxdur.
19.2.
Qocalma prosesi
Bu vəziyyət həyatın son illərinə xasdir. Bioloji qocalma
prosesi anadan olan andan başlayaraq və geriyə dönmədən bütün
həyat müddətində davam edir. Yaşa dolma birinci növbədə ümumi
fiziki və psixiki iş qabiliyyətinin artması ilə müşayiət olunur.
Onun müəyyən həddə çatmasından sonra yeni yük daşımaq,
ancaq digər yükdən əl çəkmək hesabına yerinə yetirilə bilər. Yaşa
dolduqca ümumi iş qabiliyyəti tədricən zəifləməyə
438
downloaded from KitabYurdu.org
başlayır və bu proses ölənə qədər davam edir.
Qocalmaya adətən normal fizioloji proseslərin tədricən
patoloji proseslərlə əvəz olunması kimi baxılır. Lakin müasir
herantologiyamn inkişafı ilə əlaqədar olaraq hər şey daha da aydın
olur ki, söhbət daha doğrusu çoxfazalı bioloji prosesdən gedir, hansı
ki, müxtəlif dərəcədə patoloji proseslərlə mo- difıkasiya olunur.
19.3.
Qocalma nəzəriyyəsi
Qocalmanm mexanizmində iştirak edən vahid fikir mövcud
olmasa da, bu haqda nəzəriyyələr vardır. Onları iki yerə bölmək
olar:
-
genetik olmayan (epigenetik), qocalmanm dəyişilməsi ilə
izah edilir;
-
genetik, qocalmanm səbəbini genetik məlumatın veril-
məsinin dəyişilməsi və ekspessiyası ilə əlaqələndirir.
Daha ilkin dövrlərdə, genetik olmayan konsepsiya orqa-
nizmin müəyyən hissələrinə təsir edir və onlarda inoksinlərin
toplanması, həmçinin hidratsiya dərəcəsinin dəyişməsi və nəticədə
toplanmış zərərli makromolekul, toxumanın hüceyrə funksiyalarını
pozur. Genetik amillərə sonrakı dövrlərdə fikir verməyə başladılar:
müəyyən edildi ki, qocalma prosesində həmişə hüceyrə sistemi
DNT-də olan irsiyyət məlumatın verilməsi və ekspersiyasi cəlb
edilib.
Lakin hələ də məlum deyildir ki, qocalmağa DNT-nin özündə
olan dəyişiklik və ya buna onun əlavə təsiri səbəb olur. Nuklotidlər
və zülalların dəyişilməsi qocalmanm əsas səbəbidir. Silardın
nəzəriyyəsinə görə qocalma - xromosomlarm radiasiya nəticəsində
zədələnməsidir: onlar toplanaraq son hesabda ölümə səbəb olur.
Radiasiya - hüceyrənin irsiyyət aparatını zədələyən amillərdən
biridir, çoxlu digər təsirlər (o cümlədən papiros çəkmə), çox
hallarda energetik cəhətdən daha zəif olsa da, həmçinin insanın
bütün həyatı boyu genetik mexanizmin işini pozmağa qadirdir.
Bu, Optel tərəfindən təklif olunan qocalmanm genetik və
Dostları ilə paylaş: |