Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ATAMOĞLAN RZAYEV (1912-2.12.1966)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə124/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   470
ATAMOĞLAN RZAYEV (1912-2.12.1966) 

 

Civə kimi qaynar təbiətli rolları daha şövqlə oynayıb. Aktyorluq qabiliyyətinin imkanları 



baxımından romantik teatr məktəbinin estetik poetika xüsusiyyətlərinə daha yaxın idi. 

Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının  Əmircan qəsəbəsində doğulub. 

Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində 

(FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında 

işləyib. 

1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada

mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. 

21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltiflənib. 

Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), 

Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir,  Şərif ("Od gəlini", "Dönüş" və 




"Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", 

Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", 

İmran Qasımov),  Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit 

Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de 

Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", 

Vilyam  Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov),  İlya ("Cehizsiz qız", 

Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük",  Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil 

Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. 

Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin