Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə127/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   470
MƏRZİYƏ DAVUDOVA 

 (8.12.1901-5.1.1962) 

 

Azərbaycan teatrının ilk peşənar aktrisalarından olan, faciə, qəhrəman və dramatik səpkili 



rollarda böyük şöhrətə yiyələnmiş, yaradıcılığı bu gün məktəb kimi davam etdirilən sənətkar 

Mərziyə Yusif qızı Davudova (əslində Dautova) Hacıtərxanın Sarevo çayının yaxasında yerləşən 

eyniadlı kənddə doğulub. Milliyyətcə tatardır. Anası Qaşqa-Camal elmə, sənətə, ədəbiyyata meyilli 

idi. Kiçik Mərziyə 1908-ci ildə  kəndlərindəki dördillik "Darültəhsil" tatar məktəbində oxuyub. 

Qızların oxuduğu məktəb dövlətlilərin ianəsi hesabına işləyirdi. Məktəbi bitirən Mərziyə 

Hacıtərxanda "Qaliyə" məktəbinə daxil olub. 

İlk dəfə teatr tamaşasma on dörd yaşında, Aleksandr Dümanın "Kameliyalı qadın"  əsərinə 

baxıb.  İyirminci  əsrin  əvvəllərində Azərbaycan dramaturqları  Nəcəf bəy Vəzirovun, Nəriman 

Nərimanovun  əsərləri tatar dilinə  tərcümə edilib, Hüseyn Ərəblinski, Mirzağa  Əliyev kimi teatr 

xadimləri orada yerli həvəskarların iştiraki ilə qastrol tamaşaları göstəriblər. Tatar teatrının 

inkişafında Azərbaycan səhnə sənəti və sənətkarları mühüm rol oynayıblar. 

Ərini erkən itirən Qaşqa-Camal xanım 1915-ci ildə təzə ailə qurub. Evdə tək qalan Mərziyə 

get-gedə teatra böyük maraq göstərib. "Qaliyə"ni qurtararaq "İqbal" rus-tatar məktəbinə daxil olub 

və burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb. "Birinci teatr" tamaşasındakı Əfifə rolu 

onu sənətsevərlərə tanıtdırıb. 

1918-ci ildə Hüseyn Ərəblinski növbəti dəfə Hacıtərxana qastrola gəlib. Burada "Dəmirçi 

Gavə", "Qaçaqlar", "Qumarbazın həyatı" tamaşalarını göstərib. Özü baş rolda oynayan sənətkar vaxt 

tapıb dram həvəskarlarının tamaşalarına da baxıb. Mərziyə Davudovanın oyunu çox xoşuna gəlib və 

ona tövsiyə edib ki, gəlsin Bakıya. 1919-cu ildə anasını da itirən Mərziyə Davudova Bakıya gəlib. 

Həmin dövrdə artıq Hüseyn Ərəblinski həyatda yox idi. Mərziyə xanım Birləşmiş Dövlət Teatrosu 

nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Həmin kollektiv bugünkü Akademik 

Milli Dram Teatrıdır. Aktrisa arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı 

Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Milli teatrın aparıcı sənətçilərindən olub. 

Cəfər Cabbarlının "Aydın" (Gültəkin), "Oqtay Eloğlu" (Firəngiz), "Od gəlini" (Solmaz), 

"Sevil" (Gülüş  və Sevil), "Almaz" (Yaxşı  və Almaz), "Solğun çiçəklər" (Gülnisə), "Dönüş" 

(Gülsabah və Turac), "1905-ci ildə" (Nabat və Sona), "Trablis müharibəsi" (Şəmsa)  əsərlərinin 

tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxmış aktrisanın çoxsaylı rollarını bir neçə bölgüdə 

təqdim etmək onun zəngin irsini daha bariz şəkildə göstərər. 

Azərbaycan klassik dramaturqlarının pyeslərində oynadığı rollar: Hüseyn Cavidin yazdığı 

"Şeyx Sənan"da  Əzra və Xumar (Tamara), "İblis"də Xavər, "Səyavuş"da Südabə, "Uçurum"da 

Anjela, "Topal Teymur"da Almaz, "Knyaz"da Jasmen, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" 

faciəsində  Səlimə  və Hafizə, "Dağılan tifaq"da Sona, Nəriman Nərimanovun "Nadir şah"ında 

Gülcahan, Abdulla Şaiqin "Nüşabə"sində Nüşabə, Səməd Vurğunun "Vaqif", "Fərhad və  Şirin", 

"Xanlar", "İnsan" dramlarında Xuraman, Şirin, Qızyetər və Səhər. 

Çağdaş milli dramaturqlardan İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" (Nisə), Mirzə 

İbrahimovun "Həyat" (Həyat), "Madrid" (Lina), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Hüseyn 

Mehdinin "Nizami" (Məhsəti), Rəsul Rzanın "Vəfa" (Ülkər),  Ənvər Məmmədxanlının "Şərqin 

səhəri" (Gülzar), Cabbar Məcnunbəyovun "Yanar dərə" (Hicran) əsərlərində oynayıb. 

Avropa və rus klassiklərindən Vilyam Şekspirin "Hamlet" (Gertruda-Göhərşad), "Otello" 

(Dezdemona), "Maqbet" (Ledi Maqbet), "Kral Lir" (Qonerilya), Fridrix Şillerin "Qaçaqlar" 

(Amaliya), "Məkr və  məhəbbət" (Luiza), Herhart Hauptınanın "Dəhşətli röya" ("Dəhşətli yuxu", 

"Elqa". Elqa), Karl Qutskovun "Uriel Akosta" (Yudif), Aleksandr Dümanın "Nel qülləsinın sirri" 

("Qanlı qala". Marqarita), Viktor Hüqonun "Gülən adam" (Joziana), Alensis Parnisin "Afrodita 

adası" ("Gözəllik və sevgi adası". Lambrini) faciələrinin, Ceyms Qou və Arno D'Nyussonun "Dərin 

köklər" (Bella), Nazim Hikmətin "Türkiyədə" (Fatma Nurhan), Aleksandr Ostrovskinin "Günahsız 



müqəssirlər" (kruçinina), "Tufan" (kabanixa), Maksim Qorkinin "Həyatın dibində" ("Yurdsuz 

insanlar". Nastya), "Vassa Jeleznova" (Vassa Jeleznova), Adolf D'Enneri və Germonun "İki yetimə" 

(Qrafinya de Liner), Onore de Balzakin "Ögey ana" (Gertruda),  tərcümə əsərlərindən Tur qardaşları 

və Lev Şeyninin "Gizli döyüş"  ("Təkbətək döyüş".  Zubova-Amaliya Karlson), Aleksandr 

Şirvanzadənin "Namus" (Sənəm və Susanna), Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi". 

Bikə), Aleksandr Şteynin "Şəxsi iş" (Malyutina), Aleksey Kapler və Zlotoqorovanın "Lenin" 

(Kaplan), Georgi Mdivaninin "Vətən namusu" (Natella), Aleksandr Korneyçukun "Polad Qartal" 

("Platon kreçet". Nərgiz və Lida), "31-43" ("Eskadramn məhvi". Oksana), Aleksandr Afinogenevin 

"Qorxu" (klara), Valentin Katayevin "Çiçəklər yolu" (Lautskaya), Lev Slavinin "İntervensiya" 

(Janna Barbye), Cananın "Şahnamə" (Səlimə xatun), Anatoli Qlebovun "Zaqmuq" (Ninqal Uınıni), 

Konstantin Trenyovun "Düşmənlər" ("Lyubov Yarovaya". Lyubov  Yarovaya), Vladimir kirşonun 

"Küləklər  şəhəri" (Maşa.  İşçi Teatrında), Anatoli Lunaçarskinin "Şahın bərbəri" (Blanka), 

Veniçenkonun "Qadın günahı" (Lyaşkovskaya), R.Lotarın "İnqilabi izdivac" (Alen), Xalid Fəxrinin 

"Bayquş" (Qış  pəriləri məlakəsi), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Seyrab) dramlarının 

tamaşalarında əsas rollarda çıxış edib. 

Komediya rollarına Mirzə  Fətəli Axundzadənin "Hacı Qara"sında Teybə  və Sona, Əzim 

Əzimzadənin "Mirzə Rza kirmani"sində Qadın, Müslüm Maqomayevin "Cır-bır"ında Cahan, Mirzə 

Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"ndə Ziba xanım, Vilyam Şekspirin "Şıltaq qızın 

yumşalması"nda Katarina, Molyerin "Don Juan"ında Elvira, Nikoİay Qoqolun "Müfəttiş"ində Anna 

Andreyevna, Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan"ında Cahan xala, Zülfüqar bəy Hacıbəyovun 

"Evliykən subay" operettalarında, Pərizad və Hürüzad, Mirmahmud Kazımovskinin "Vurhavur" 

musiqili komediyasında Qız rollarını ifa edib. 

Sevil (bu rolu həm də İşçi Teatrında oynayıb), Solmaz, Teybə, Gertruda, kruçinina, Firəngiz, 

Xumar... rollarını bir neçə quruluşda ifa edib. Eyni quruluşda həm Almazı, həm də Yaxşını 

("Almaz") oynayıb. 

Mərziyə xanım "Koroğlu", "Hacı Qara" "Bir məhəlləli ikioğlan", "Bəxtiyar" "Həqiqi dost", 

"Bakının işıqları" bədii filmlərində çəkilib. O, 1956-1962-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin 

(bugünkü Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri işləyib. Bir neçə çağırış Azərbaycan SSR Ali 

Sovetinin deputatı olub. Qızı Firəngiz Şərifova xalq artistidir, Gənc Tamaşaçılar Teatrında işləyir. 

Qüdrətli sənətkar qırx iki il milli səhnəmizə ləyaqətlə xidmət göstərib, milli teatr tariximizə 

ölməz obrazlar silsiləsi bəxş edib. Onun yaradıcılıq nailiyyətləri yüksək qiymətləndirilərək 

Azərbaycan Respublikasının əməkdar artisti (25 aprel 1933), xalq artisti (4 aprel 1936) və SSRİ xalq 

artisti (22 iyul 1949) fəxri adları ilə təltif olunub. Orden və medallara layiq görülüb. 

Ağır xəstəliyə tutulduğuna görə Mərziyə Davudovanın yubileyi yeddi ay tez, 20 may 1961-ci 

ildə keçirildi. Altmış yaşı tamam olandan iyirmi yeddi gün sonra aktrisa dünyasını dəyişdi. Bakıda 

Fəxri xiyabanda dəfn olunub. Mingəçevir Dövlət Dram Teatrı aktrisanın adını daşıyır. 

Mərziyə Davudova daxili ehtirası, güclü səhnə temperamenti, monumental janrın tələblərinə 

cavab verən ifadə vasitələri, romantik təxəyyülü ilə faciə aktrisası idi. 

Psixoloji dramatizminə, obrazın ikinci planını tamaşaçıya təqdim etmək hünərinə, dramatik 

personajların ifasında oyun-üslub keyfiyyətlərinə görə realist aktyor məktəbinə mənsub idi. 

Romantik sevgi rollarında oyunu öz poetikilyi, həzin lirızmi, poetik təravəti, səhnə 

hərəkətləri zərifliyi, məlahəti və cazibəsi ilə könül oxşayırdı. 

Təbiətcə xeyirxah olması səhnədə yöndaşlarına münasibətdə, xüsusən gənc aktyorlarla işində 

nəzərə çarpırdı. 

Mərziyə xanım heç vaxt öndə "görünmək" xatirinə mizanı pozmaz, lazım gələndə səhnənin 

lap dərinliyində psixoloji realizmlə vəziyyəti oynayardı. 

Ömrünün son illərində realist janrda hazırlanmış tamaşalarda, məsələn "Gözəllik və sevgi 

adası"nda ("Afrodita adası") Lambrini rolunda pauzalardan istifadədə yüksək səhnə texnikasının 

zəngin ifadə çalarlarını məharətlə göstərirdi. 



Təzadlı janr əlvanlığını xoşlayırdı. Yaradıcılığı  həm romantik aktyor məktəbinin, həm də 

realist aktyor məktəbinin estetik tələblərinə cavab verirdi. Hər iki məktəbə aid onlarca kamil rolu 

var. 

Mərziyə xanım Azərbaycan aktrisaları içərisində yersiz pafosun, bağırtı ilə danışmağın, bir 



sözlə, kirəcləşmiş ifa stereotiplərinin əleyhinə cəsarətlə çıxırdı. 

Mərziyə xanım ifa etdiyi rolun xarakterindən asılı olmayaraq, səhnə ilə tamaşaçı salonu 

arasında emosional ünsiyyət yaratmağı yüksək peşəkarlıqla bacarırdı. 

Mərziyə Davudova ən müxtəlif üslublu, ən müxtəlif teatr poetikalarına əsaslanan rejissorların 

hamısının tamaşalarında sənət nailiyyətləri qazanıb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin