Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə364/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   360   361   362   363   364   365   366   367   ...   470
Məhərrəm Haşımov   

(2.2.1912 - 2.5.19691) 

 

Sənət fəaliyyətində yaradıcılıqla bərabər,  inzibati təşkilatçılıq bacarığı da formalaşmışdır. O, 

1948-ci ildən 1951-ci ilə  qədər Azərbaycan Dövlət Rus Dram Teatrında direktor və quruluşçu 

rejissor kimi çalışmışdır. 1956-cı ildə isə qazandığı möhtəşəm sənət nailiyyətlərinə görə yenidən 

Rus Dram Teatrına göndərilərək güclü truppaya malik kollektivin baş rejissorluğu ona 

tapşırılmışdır. Bu vəzifədə 1960-cı ilə kimi coşğun daxili həvəslə, ciddi yaradıcılıq ehtirası ilə 

çalışmışdır. 

ADOBT-də (1951-1956) və "Azərbaycanfilm" kinostudiyasında direktor işləmişdir (1960 - 

1965). Eyni zamanda Incəsənət İşləri İdarəsinin rəisi olmuşdur. 

1966-cı ildə Rus Dram Teatrına qayıdaraq kollektivə yenə baş rejissorluq etmişdir. 

Uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə  məşğul olmuş, 

tələbələrə rejissor və aktyor sənətinin sirlərini öyrətınişdir. 

Məhərrəm Kazım oğlu Haşımovun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq 

fəaliyyətinin  əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu. Əsas işləri 

"Döngədə ev" (Tur qardaşları. 1949), "Xəzər üzərində  şəfəqlər" (İmran Qasımov. 1950), "Balıqçı 

oğlu" (Vilis Latsis. 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və  Həsən Seyidbəyli. 1954), 

"Entoni Qrantın cinayəti" (Cerald Qordonun romanı  əsasında. 1956), "Aydın" (Cəfər Cabbarlı. 

1957), "Yasəmənlər ÇİÇək açanda" Nmolay Vinnikov. 1957), "Hamam" (Vladimir Mayakovski. 

1959), "Maskarad" (Mixail Lermontov. 1959), "İrautsk  əhvalatı" (Aleksey Arbuzov. 1960), "Kino 

çəkilir..." (Edvard Radzinski. 1966), "Teleqramla hekayət" (V. Osipov. 1966), "Milyonçu qadın" 

(Bernard Şou. 1966), "İntervensiya" (Lev Slavin. 1967), "Ənənəvi toplanış" (Viktor Rozov. 1968) 

tamaşalarına verdiyi quruluşlardır. 

İmran Qasımovun "Xəzər üzərində  şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram 

Teatrında verdiyi quruluşa görə Məhərrəm Haşımov və tamaşanın bir qrup yaradıcı heyəti rəssam 

Sergey Yefimenko, aktyorlardan Konstantin Myakişev (Hüseynov), Boris Çinkin (Nəcəfov), Viktor 

Şarlaxov (Məmmədov), Pyotr Yudin (Poladov) 1951-ci ildə SSRİ Dövlət mükafatına layiq 

görülüblər. 1969-cu ildə isə "Demoklisin qılmcı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) 

və "Kino çəkilir..." (Edvard Radzinski) tamaşalarına verdiyi monumental quruluşlara görə rejissor 

Mirzə Fətəli Axundzadə adına Respublika mükafatı laureatı adını alıb. 

 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin