Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


BƏŞİR SƏFƏROĞLU (11.3.1925- 23.3.1969)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə362/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   470
BƏŞİR SƏFƏROĞLU (11.3.1925- 23.3.1969) 

 

Musiqili komediya Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm 



satirik, həm qrotesk, həm də buffonada elementli personajların məharətli ifaçısı, xarakterik satira 

obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilir. 

Bəşir Səfəroğlu (Səfərov) 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini Bakıda 

alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. 

On dörd yaşlarından  şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, 

birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə  hərbdən 

kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. 

Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb 

ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra 

isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili 

iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili 

açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb. 

Bəşir Səfəroğlu Üzeyir bəy Hacıbəyovun və Zülfüqar bəy Hacıbəyovun kiassik 

operettalarında,  əsasən isə çağdaş dramaturq və  bəstəkarların musiqili komediyalarında müxtəlif 

xarakterli, satirik, yumorlu, məzhəkəli rollarda çıxış edib. 

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", 

dramaturq Məmməd Səid Ordubadi və  bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və 

Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy 

Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov 

("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və  Qəhrəman ("Gözün aydın", 

Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Ohan yüzbaşı  və Hacı Qara ("Xəsis", Mirzə  Fətəli 

Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz 

Mustafayev), kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov,  şeirlərin müəllifi  Ənvər 

Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", 

Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), 

Baləmi ("Rəisin arvadı", Məhərrəm  Əlizadə  və  Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon 

Cubabiriya və  Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm  Əlizadə  və Hacı 

Xanməmmədov), Hacı  Kərim ("Hacı  Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə 

Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri", Soltan Dadaşov və 

Vasif Adıgö-zəlov), Nadir və Azay ("Qızılgül", Məhərrəm  Əlizadə  və Soltan Hacıbəyov), 

Murtuzov, Dayandur, Polis rəisi ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun 

dilənçi oğlu",  Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", 

Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq 

Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir 

Səfəroğlu və Telman Hacıyev), Qasiyane ("Tiflis nəğməsi", Levon Cubabiriya və  Şota Milorava. 

Tərcümə edəni Adil Babayev), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov). 



Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" 

filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində 

Xacə Nəsrəddin rollarını ifa edib. 

Altmışmcı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, 

gülməli" miniatür teatrı  təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev,  əməkdar artist 

Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və  Bəşir Səfəroğlu idilər. Bu 

kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. 

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası  Bəşir Səfəroğlu haqqında eyni adlıbədii 

sənədli televiziya filmi çəkib. 

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının 

əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib. 

Bəşir Səfəroğlunun yumor ifadələri çox zəngin idi. Onun satirası zahirən "sakit", daxilən 

vulkan püsKürən, fəvvarəli, Çilğın, hədəfi sərrast seçən satira idi. 

Obrazın ifasında məzmun və forma vəhdətinə xüsusi fikir verirdi. Görkəmli komediya 

aktyorunun kiçik övladı Afaq Bəşirqızı atasının yolunu davam etdirir. O, xalq artistidir və 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyir. 

Şöhrətli sənətkar Bəşir Səfəroğlu Bakıda 44 yaşına yenicə qədəm basanda 23 mart 1969-cu 

ildə vəfat edib. Məzarı Bakida Fəxri xiyabandadır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin