Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə428/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   424   425   426   427   428   429   430   431   ...   470
REALİST AKTYOR MƏKTƏBİ 

 

Milli teatrımızın ilk peşəkar aktyorlarından biri 1886-cı ildə  səhnəyə  gəlmiş, az müddətdə 

aktyorluğun sirlərinə yiyələnib kamil sənətkar kimi sevilmiş, nüfuz qazanmış  Kərbəlayi Cahangir 

Zeynalovdur. O, tacir olsa da, fitrətən aktyor idi. Onun zəngin yaradıcılığı, özünün formalaşdırdığı 

oyun üslubu milli realist aktyor məktəbinin bünövrəsini qoyub. Sənətkar bu məktəbin poetika 

göstəricilərini inkişaf etdirmiş və məhəbbətlə öz yetirmələrinin timsalında yeni nəslə ötürmüşdür. 

Cahangir Zeynalovun yaratdığı üslub köklü, əsaslı olduğuna görə  fərdi ölçüləri sındırmış, 

müstəqil məktəb qüdrəti kəsb etmişdir. Həmin məktəb realist aktyor məktəbi adlanır və uzun 

yaradıcılıq yolu keçərək bu günə qədər öz mövcudluğunu saxlamaqdadır. 

Realist aktyor məktəbinin Cahangir Zeynalovdan sonra ən layiqli davamçısı və ən görkəmli 

nümayəndəsi Mirzağa  Əliyev olmuşdur. 1901-ci ildə  Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" 

tamaşasında səhnəyə çıxan, ömrünün sonuna qədər MDT-də işləyən Mirzağa Əliyev mənsub olduğu 

məktəbə xalq yumorunun ləzzətini, milli el oyunlarının təbii koloriti-ni, satiranın poetik 

təcəssümünü gətirib. Mirzağa  Əliyevin yaradıcılığını estetik mahiyyətinə  və  məzmun-forma 

xüsusiyyətlərinə görə dörd qismə ayırmaq olar: 

milli komediyalarımızdakı obrazlar; 

dram və faciə əsərlərindəki surətlər; 

dünya klassik satira nümunələrindəki xarakterlər; 

1921-ci ildə  Tənqid və  Təbliğ Teatrı yaradılandan sonra operetta tamaşalarında ifa etdiyi 

tipik personajlar. 

Milli Dram Teatrının səhnəsində realist aktyor məktəbinin görkəmli nümayəndələri Ələkbər 

Hüseynzadə, Hacıağa Abbasov, Əzizə  Məmmədova,  Əbülhəsən Anaplı, Mustafa Mərdanov, Rza 

Təhmasib (o, həm də romantik aktyor sayılır), Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, 

Məmmədəli Vəlixanlı, Möhsün Sənani, İsmayıl Osmanlı, Əliağa Ağayev, Barat Şəkinskaya (onun 

yaradıcılığı həm də romantik aktyor məktəbinə daxildir) olmuşlar. Tiflis DAT-də Mirzəli Abbasov, 

Muqu Zamanov, İrəvan DAT-də Yunis Nuri, Naxçıvan Dövlət Dram Teatrının aktyorları Mirhəsən 

Mirişli, Səməd Mövləvi, Gənc Tamaşaçılar Teatrında Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, 

Osman Hacıbəyov, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Münəvvər Kələntərli, 

Əlihüseyn Qafarlı, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Gəncə Dövlət Dram 

Teatrında Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə realist aktyor məktəbinin  şöhrətli 

nümayəndələrindən olmuşlar. Hazırda bu məktəbin Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar 

Nuriyev, Afaq Bəşirqızı kimi layiqli davamçıları var. 




Realist aktyor məktəbi birdən-birə çağdaş  səviyyəsinə çatmamış, özünün əsrdən uzun 

müddəti  əhatə edən inkişaf yolunda bir neçə  mərhələni keçmişdir. Hər mərhələdə  də yeni-yeni 

poetika göstəriciləri, estetik prinsipləri, formalaşdırdığı ifadə vasitələri,  əxz etdiyi ümumbəşəri 

dəyərləri ilə zənginləşmiş və milli teatrımızın əsas qollarından birinə çevrilmişdir. Təşəkkül tapdığı 

illərdən 1920-ci ilə qədər realist oyun üslubunda müəyyən bəsitlik, ifadə vasitələrinin kasadlığı hiss 

olunurdu. Çünki aktyorların  əksəriyyəti savadsız idi, bütövlükdə isə heç kim ixtisas təhsili 

almamışdı. Səhnəyə  çıxanlar fitri istedadlarına güvənir, rolu fəhmlə oynamağa üstünlük verir, 

mətndəki sözləri suflyor vasitəsilə təkrarlamaqla kifayətlənirdilər. Teatrlar dövlət təsisatında olduğu 

ilk iyirmi ildə tamaşaları  əsasən peşəkar rejissorlar hazırlayırdılar və onların fərdi yaradıcılıq 

prinsiplərindən əlavə, ümumi məqsədə xidmət edən sənət tələbləri də ciddi şəkildə aktyor truppası 

tərəfindən qorunmağa başlanmış-dı. Milli Dram Teatrında  Ədil  İsgəndərovun, GTT-də  Məhərrəm 

Haşımovun, Zəfər Nemətovun, Gəncə DDT-də Mehdi Məmmədovun, Həsən Ağayevin, Naxçıvan 

teatrında Mir İbrahim Həmzəyevin, Tiflis və  İrəvan teatrlarında  İbrahim  İsfahanlı ilə  Əli 

Şahsabahhnın rejissor dəst-xəttləri 1930-1950-ci illərdə realist aktyor məktəbinin ifadə 

cəbbəxanasını zənginləşdirib. 

1960-cı illərdən başlayaraq bu məktəbin nəzəri-estetik mahiyyəti dərinləşdi, poetika 

xüsusiyyətləri  şaxəli və  zəngin oldu. Tam təkmilləşən məktəb dünya səhnə  sənətinin qabaqcıl 

nailiyyətləri ilə rəqabət apara biləcək qüdrətə yiyələndi. 

Psixologizın, cazibəli emosionallıq, gülüş kateqoriyasının estetik mahiyyəti realist 

məktəbinin nümayəndələri olan aktyorların yaradıcılıqlarının ayrılmaz tərkib hissəsi kimi 

formalaşdı. 

Çağdaş zamanda sənətə  gələn  ən yeni gənc rejissorlar hər teatrın öz yaradıcılıq 

konsepsiyasma uyğun tərzdə, öz fərdi üs-lublarını saxlamaq və ənənənin məğzinə xələl gətirməmək 

şərtilə, realist aktyor məktəbinin estetik simasını  təzələyir, parlaqlaşdırır, zənginləşdirir və forma 

özəlliklərini cilalayırlar. 

Realist aktyor məktəbinin kökündə reallıq, təbiilik, həyati sadəlik durur. 

Bu məktəb milli xalq oyunlarımızdan qaravəlli, güdul, şəbədə, məsxərə, qodu-qodu... 

tamaşalarının estetik özəlliklərini mənimsəməklə, digər meydan göstərmələrinin ifadə 

vasitələrindən, janr zənginliyindən bəhrələnməklə yeni-yeni poetika göstəricilərinə yiyələnə bilər. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin