Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


LIRİKPSİXOLOJİ ÜSLUBLU AKTYOR MƏKTƏBİ



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə430/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   426   427   428   429   430   431   432   433   ...   470
LIRİKPSİXOLOJİ ÜSLUBLU AKTYOR MƏKTƏBİ 

 

1964-cü il, noyabr ayının 14-də ilk tamaşası göstərilən "Sən həmişə  mənimləsən" pyesinin 



səhnə həlli ilə dramaturq İlyas Əfəndiyev və rejissor Tofiq Kazımov milli teatrımızda lirik-psixoloji 


üslubun  əsasını qoyublar. Tədricən Tofiq Kazımov bu üslubun poetika göstəricilərini, ifadə 

vasitələrinin estetik mahiyyətini zənginləşdirdi, dərinləşdirdi və onu Milli Dram Teatrının aparıcı 

üslubu kimi reallaşdırdı. O, hətta Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" traglkomediyasını və 

Vilyam Şekspirin "Antoni və Kleopatra" faciəsini də lirik-psixoloji üslubda hazırlayıb. Əlbəttə ki, 

hər iki bədii materialın monumental dəyərini, klassik romantik vüsətini saxlamaq şərtilə. 

Tofiq Kazımovun bünövrəsmi qoyduğu yeni məktəb tezilklə milli səhnə sənətimizin aparıcı 

rejissorlarının yaradıcılığına da sirayət etdi və Akademik teatrda Əşrəf Quliyev, bir qədər sonra 

Ağakişi Kazımov,  İrəvan teatrında Nəsir Sadıqzadə, Naxçıvan teatrında Vəli Babayev, Gəncə 

teatrında Vaqif Şərifov, GTT-də  Zəfər Nemətov, Ulduz Əliyeva-Rəfili həmin üslubda dəyərli 

tamaşalar hazırlayıblar. Ötən əsrin yetmişinci illərindən rejissorluq fəaliyyətinə başlayan Azər Paşa 

Nemət, Vaqif Abbasov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Baba Rzayev, Mərahim 

Fərzəlibəyov, Oruc Qurbanov, Bəhram Osmanov, Əsgər  Əsgərov lirik-psixoloji üslubu əsas 

götürərək, özləri orijinal janr axtarışlarında uğurlar qazanıblar. 

1960-cı illərin axırlarında və daha sonraki dövrlərdə açı-lan  İrəvan (yenidən bərpa), 

Sumqayıt, Mingəçevir,  Şəki, Lənkəran, Ağdam, Füzuli, Qazax, Dövlət Gənclər teatrlarında da 

rejissorların məzmun və forma axtarışlarının  əsas məğzi lirik-psixoloji üslubdan şirələnmişdir. 

Tədricən bu üslub "romantik təbiətli", "universal tipli", "fəlsəfi təmayüllü" və bu kimi ye-ni qollara 

ayrılaraq daha da monumentallaşmış, estetikləşmiş  və möhtəşəm məktəb kimi özünün klassik 

poetika xüsusiyyət-lərinin elmi əsaslarını yaratmışdır. Elə buradaca qayıdıram o fikrə ki, haqqında 

söhbət gedən üslubun milli teatrımızda ba-nisi və formalaşdıranı rejissor Tofiq Kazımovdur 

(14.1.1923 -2.8.1980). 

Sonralar İlyas Əfəndiyev məişət mövzulu mənəvi-əxlaqi problemli tarixi pyeslərini, sosial və 

məhəbbət komediyalarını da məhz lirik-psixoloji üslubda yazıb. Bu pyeslər lirik-psixoloji janrda 

dramaturgiyamızın nailiyyətləri kimi dəyərləndiriliblər. Onların müxtəlif rejissorlar tərəfindən 

hazırlan-mış tamaşaları teatrda, aktyor oyımunda lirik-psixoloji üslubun təşəkkülünü və 

formalaşmasını  təminatlandırıb,  əldə olunmuş nailiyyətlər, estetik yeniliklər, fəlsəfi-psixoloji də-

rinliklər, ifadə zənginliyi gətirib. 

İlyas Əfəndiyev ənənəsini dramaturgiyada Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Adil Babayev, 

İslam Səfərli, Şıxəli Qurbanov, Anar, Əkrəm Əylisli, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, 

Altay Məmmədov,  Əli  Əmirli, Ramiq Muxtar, Kəmalə  Ağayeva, Kamal Abdulla, Elçin, Kamal 

Aslanov və başqaları müxtəlif fərdi üslublarda davam etdirdilər. Lirik-psixoloji üsluba yeni janrlar, 

mövzu-problemlər, ictimai-sosial konfliktlər, müxtəlif sosial mənşəli xarakterlər gətirdilər. Nəticədə 

lirik  

psixoloji üslubun poetikası müəyyənləşib. Onun bədii-estetik məziyyətlərindən bir neçəsini ayrıca 

qeyd etmək olar. 

Lirik-psixoloji üslub insanın öz daxili konfliktinin dramatizınınə geniş meydan verir. 

Şəxsiyyət və zaman, insan və cəmiyyət, vicdan və məslək azadlığı, məhəbbət və sədaqət, əmək və 

səadət kimi mühüm məsələlərin həllində, habelə gündəlik həyatımızda, məişətimizdə ortaya çıxan 

kiçik qüsurların islahmda, adamlar arasındakı münasibətlərdə nisbi anlaşılmazlıqların köklərinin üzə 

çıxarılmasında, bir sözlə, insanlarınmənəvi-əxlaqi tərbiyəsində dramaturgiyanı fəallaşdırır. 

Lirik-psixoloji üslub insanları  mənən kamilləşdirmək,  əxlaqi görüşlərimizin antipodlarına, 

hər cür sosial bəlalara və  mənfiliklərə, mənəvi naqisliklərə qarşı mübarizədə  kəskin ifşa gücünə

yüksək potensial səhnə imkanlarına, incə ştrixlərə meydan verən lirizminə, qlobal məsələlər doğuran 

psixoloji dərinliyinə, təfəkkürləri saflaşdırmasma görə milli dramaturgiyamızın aparıcı 

üslublarından biri kimi müəyyənləşib. Lirik-psixoloji üslublu pyeslərin müdrik fəlsəfi və estetik 

qənaətləri olur. 

Lirik-psixoloji pyeslərdə obrazların mübarizələrinin və münaqişələrin psixoloji mahiyyətini 

bədii dərinliklə açmaqda söz dominant rol oynayır. Psixologizının fəlsəfi mahiyyətini, ictimai 

mənasını açmaq məqsədilə güclü, dərin sözaltı  mənadan (ikinci plandan) istifadə edilir. Sırf dram 



sənətinin tələbləri baxımından hadisələri kəskinləşdirib, konflikti qabardıb dramatizm yaradan 

ekstremal situasiyalar əsas götürülür. Lirizmqolunu gücləndirmək üçün isə konflikt "ailə-məişət" 

mövzusunun kontekstində həll olunur. 

Dramaturqun fəal həyat mövqeyi baxımından lirik-psixoloji üslubda yazdığı pyeslərdəki 

şəxsi, intim konflikt bilavasitə mövcud olan siyasi-iqtisadi, ictimai, mədəni, mənəvi-əxlaqi və sairə 

problemlərlə üzvi şəkildə bağlıdır. Həmin pyeslərdə  fərd, insan ilkin götürüldüyünə görə ictimai-

siyasi fona pəncərə  şəxsiyyətin mənəvi aləmindən açılır, böyük bəşəri problemlər bu istiqamətdə 

həll olunur. 

 

  

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin