Bir daha xatırlatmağa ehtiyac var ki, bugünkü Milli Dram Teatrının tarixi milli peşəkar səhnə
Birinci dövr: Teatr həvəskarlardan ibarət qüvvələrin, sonralar müxtəlif adlı, lakin peşəkar
səciyyəli dəstələrin, mədəni-maarif cəmiyyətlərinin nəzdindəki bölmələrin və truppaların timsalında
inkişaf yolu keçib (1873-1919).
İkinci dövr: Teatrın təsisatlı (institusional) mədəniyyətin faktı olandan sonraki yaradıcılıq
yolu (24 oktyabr 1919-cu ildən bu günə qədər).
Eyni zamanda o da qeyd olunmalıdır ki, teatr yetmiş iki il ərzində (1919-1991) öz adını
dəfələrlə dəyişdirmək məcburiyyətində qalıb. Burası da məlumdur ki, Azərbaycan əlifbası XX əsrdə
üç dəfə dəyişilib. Ərəb hürufatından latın hərflərinə, ondan kiril hərfləri əsasında düzəldilmiş
əlifbaya, ondan isə yenə latın qraflkasma keçilib. Həmin əlifbalarda çıxan Azərbaycan mətbuatı və
rusdilli qəzetlər öz informasiyalarında, məqalələrində, resenziyalarında və elanlarında teatrın adını
öz dövrünə uyğun şəkildə verib. Bu, gənc teatr tədqiqatçılarında, eləcə də həmin dövrün mətbuatı ilə
maraqlanan tələbələrdə çaşqınlıq yarada bilər. Buna görə də Milli Dram Teatrının ad dəyişmələrini
geniş açıqlamağa ehtiyac var.
Bakı şəhərində yaranıb fəaliyyət göstərən bu teatr dövlət təsisatına 1919-cu ildə keçib.
Bununla da kollektiv "Hökumət Teatrosu" adlanıb. Eyni zamanda afişalarda, proqramlarda, qəzet
məqalələrində sənət ocağının adı "Azərbaycan Dövlət Türk Teatrosu", "Dövlət Türk Teatrosu",
"Dövlət Teatrosu" kimi də yazılıb.
Rəsmi olaraq 24 oktyabr 1919-cu ildən 27 aprel 1920-ci ilə kimi bu adla (adlarla) fəaliyyət
göstərən teatrın öz binası olmayıb. Kollektiv hazırladığı tamaşalarını əsasən opera teatrının
binasında oynayıb.
Rusiyadan gələn bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı, təbii ki, birinci növbədə
Bakını ilhaq ediblər. Ölkəmiz Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) adlanıb. Bundan
sonra Respublika Xalq Maarif komissarlığı nəzdində incəsənət bölməsi yaradılıb. Bölmənin
rəhbərliyi dramaturq və səhnə xadimi Əbdürrəhim bəy Haqverdiyevə tapşırılıb. Hökumət
Teatrosunun yaradıcı qüvvələrinin böyük əksəriyyəti bu truppada cəmləşiblər. Təzə ictimai-siyasi
tələblərlə, həmçinin də təzə mənəvi-əxlaqi ölçülərlə fəaliyyətə başlayan kollektivə yeni ad verilib:
"Birləşmiş Dövlət Teatrosu. Müstəqil Azərbaycan Hökumətinin Türk Teatr Truppası" Teatr 1920-ci
il mayın 4-də Şəmsəddin Saminin "Dəmirçi Gavə" faciəsi ilə yeni yaradıcılıq mərhələsinə qədəm
qoyub.
Tamaşalar Opera Teatrında və fəhlə klublarında (daha çox Mərkəzi Fəhlə klubunda. Hazırkı
konstitusiya Məhkəməsinin yerləşdiyi bina) göstərilib. Birləşmiş Dövlət Teatrına opera teatrının
kollektivi və müxtəlif millətlərin müvəqqəti teatrları da daxil idilər. Tağıyev teatrı binası 1920-ci
ildə rəsmi sənədlə Türk Teatr Truppasına (Milli Dram Teatrına) verilib. Hökumət iki il əvvəl yanmış
binanın əsaslı təmirinə və bərpasma başlayıb.
Azərbaycan SSR Xalq Maarif komissarlığının 1 mart 1922-ci il tarixli qərarı ilə Azərbaycan
(türk) teatr truppası müstəqil elan edilib. Yəni rus, yəhudi, Ukrayna... truppalarından və rus operası
dəstəsindən ayrılıb. Üç nəfərdən, Əbdürrəhim bəy Haqverdiyevdən, Ağa Kərim Şərifovdan və
Əzimovdan ibarət repertuar şurası yaradılıb.
Mart ayındakı qərardan bir müddət sonra hökumət rəsmi sənədlə teatrın adını yenə dəyişib.
Bu dəfə kollektiv "Türk Dövlət Teatrosu" adlanıb. Az müddət keçib və teatra inqilabçı Dadaş
Bünyadzadənin adı verilib. Hazırlanan tamaşalar üçün dərc olunan proqramların və afişaların yuxarı
hissəsində sənət ocağı belə təqdim edilib: Yoldaş Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu.
1922-ci ilin ilk günlərində Birləşmiş Dövlət Teatrı yenidən bərpa edilib. Lakin ciddi
cəhdlərdən sonra Azərbaycan truppası öz müstəqilliyini saxlaya bilib və birləşmiş teatrın (rus
operası və rus operettası kollektivlərinin) ümumi tabeliyindən çıxıb. Kollektiv özü rəmzi mənada
birləşmiş teatr adlanıb, çünki opera və operetta truppaları da onun nəzdində idi. Bu il yanvar ayının
17-də Türk Dövlət Teatrosu öz binasında (Tağıyev teatrında) Mirzə Fətəli Axundzadənin "Hacı
Qara" (rejissor Aleksandr İvanov) komediyası ilə pərdələrini açıb. Kollektiv bu binada 1960-cı ilin
avqust ayına kimi çalışıb. Avqustda çağdaş memarlıq üslubunda təzəcə tikilmiş və Füzuli
meydanında yerləşən indiki binasma köçüb.
Opera truppası 1925-ci ilin ikinci yarısında Türk Dövlət Teatrosundan ayrılıb. Lakin yenə
müstəqil olmayıb və Rus Operasının nəzdinə verilib. Sonralar həmin kollektiv Azərbaycan Dövlət
opera teatrı (bir qədər sonra "Balet" sözü də bu ada əlavə olunub) adlanıb.
1938-ci ildə isə opera teatrı truppasının operetta janrına meyilli qüvvələrinin əsasında
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaradılıb. Teatra Cəlil Məmmədquluzadənin adı
verilib.
Göründüyü kimi, bir kollektivin yaradıcılıq zəmini əsasından üç müxtəlif teatr doğulub.
Onlar müstəqil yaradıcılıq yolu keçərək formalaşmışlar və öz fəaliyyətlərini indi də davam etdirirlər.
Azərbaycan SSR Xalq Maarif komissarlığının kollegiyası 24 aprel 1923-cü ildə Bakıdakı
mövcud teatrların adlarının dəyişdirilməsi barədə qərar verib. Həmin qərardan sonra Rus Operası
Teatrı "Böyük Dövlət Teatrı" (BDT), Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu "Dövlət
Dostları ilə paylaş: