Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə77/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   470
Malı Teatrosu" (DMT), Rus Dram Teatrı isə "Dövlət Teatrosu" adlandırılıb.  Əsilində bu adlar 

kollektivlərin yaradıcılıq məzmununa deyil, daha çox binalara aid idi. 

Növbəti ildə kollektiv bu adla fəaliyyətini davam etdirib: Dadaş Bünyadzadə adına Dövlət 

Türk Akademik Dram Teatrosu (DTAT). Teatr özünə yeni rəmz-emblem müəyyənləşdirib. Həmin 

dövrdə mətbuat "teatr" sözünü "teatro" və hətta "tiyatro"  kimi yazıb. 

Xalq Maarif komissarlığı kollegiyası 1929-cu il oktyabr ayının 21-də teatrın adının 

dəyişdirilməsi barədə daha bir təzə  qərar verib. Dadaş Bünyadzadənin adı yenə saxlanılıb. Lakin 

DTAT sözlərini "Türk Bədaye Teatrosu" (TBT) deyimi əvəzləyib. "Bədaye" sözü 

"xudojestvennoye" kəlməsinin (Moskvanın MXAT kollektivi) analoqu kimi götürülüb. 

Milli teatrımız 1933-cü ildə özünün yaranmasının 60 illiyini bayram edib. Bu münasibətlə 

martın 5-də teatrın adının dəyişdirilməsi barədə Azərbaycan Xalq komissarları Sovetinin xüsusi 

qərarı çıxıb. Həmin qərarda deyilir: 

"... Türk Bədaye Teatrının hazınkı zamanda özünün repertuar fəaliyyətini, həmçinin kütləvi-

ictimai istiqamətdə  işini tamamilə yenidən qurduğunu nəzərə alanda "Bədaye"  adı onun indiki 

haldakı yaradıcılıq mahiyyətini  əhatə etmir. Bunları  əsas tutaraq ona "Azərbaycan Dövlət Dram 

Teatrı" (ADDT) adı verilsin". 

Hökumət həm də Dadaş Bünyadzadənin adının dəyişdirilməsi barədə  qərar verib. 

Azərbaycan Dövlət Dram Teatrı inqilabçı  Məşədi  Əzizbəyovun adını daşımağa başlayıb. Teatr 

özünə yeni emblem çəkdirib. Bu, afişa və proqramlarda mütləq ən yuxarı başda çap olunub. 

1959-cu ildə Dövlət Dram Teatrı Moskvada keçirilən Azərbaycan  Ədəbiyyat və  İncəsənəti 

Dekadasında (ongünlüyundə) böyük sənət   nailiyyətləri nümayiş etdirib. Qastrol müddətində 

kollektivin repertuar siyasəti, romantik və realist aktyor məktəblərinin formalaşması, rejissor 

üslubunun ciddi təkamül prosesi keçirdiyi SSRİ-nin mərkəzi qəzetlərində çox yüksək 

qiymətləndirilib. Hətta teatrın baş rejissoru Ədil  İsgəndərov SSRİ xalq artisti fəxri adı ilə  təltif 

edilib. 


Bunu nəzərə alan Azərbaycan Nazirlər Sovetinin qərarı ilə 16 dekabr 1959-cu ildə teatra 

"Akademik" adı verilib. Təxminən otuz iki il teatr yaradıcılıq yolunu bu adla inkişaf etdirib: 

"Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı". 

SSRİ Dövləti 1991-ci ildə dağıldı. Azərbaycan Respublikası müstəqilliyin yeni mərhələsinə 

qədəm qoydu. Bütün sahələrdə,  əsasən təsisatlı  mədəniyyət və incəsənət müəssisələrində adlar 

dəiyşdirilməyə başlandı. Bakı  şəhər Sovetinin 27 dekabr 1991-ci il tarixli qərarı ilə, "Akademik" 

sözü saxlanılmaqla, teatrın adı  dəyişidirildi. Həmin gündən kollektiv bu adla fəaliyyətdədir: 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin