Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə83/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   470
MİLLİ DRAM TEATRI  

(1931-1937) 

 

Bu qısa müddət Milli Dram Teatrının tarixində rejissor yaradıcılığı, müəyyən üslub 



axtarışları, aktyor oyunlarının bədii-estetik səciyyələri, xüsusən müasir mövzu-problemə müraciət, 

siyasi qurumun mədəniyyəti "məngənəyə" salması baxımından ən ziddiyyətli dövrlərdəndir. 

Digər tərəfdən Cəfər Cabbarlının öz dramlarında xüsusi istedadla yaratdığı qüvvətli, kamil 

tip-xarakter aktyorların yeni yaradıcılıq imkanlarına yiyələnmələrinə geniş meydan açıb. 

Hüseyn Cavidin qüdrətli dramaturgiyası sayəsində milli poetik teatr əzəmətli inkişaf yolu 

keçib. 


Müxtəlif aktyor məktəblərinə  məxsus olan və bu kollektivdə möhtəşəm yaradıcılıq yolu 

keçən Barat Şəkinskaya, Atamoğlan Rzayev, İsmayıl Osmanlı, Fatma Qədri,  Ələsgər  Ələkbərov, 

İsmayıl Dağıstanlı (Hacıyev), Hökümə Qurbanova (Ələkbərova),  Əli Zeynalov, Ağasadıq 

Gəraybəyli (Gəncədən qayıdıb), rejissorlardan Şəmsi Bədəlbəyli, Ağəli Dadaşov, Səftər Turabov 

teatra götürülüblər. 

Bəstəkarlardan Əfrasiyab Bədəlbəyli teatrda fəaliyyətini genişləndirib. Kollektivə yeni cəlb 

olunan bəstkarlardan Asəf Zeynallı, Müslüm Maqomayev, Niyazi Hacıbəyov - Tağızadə, Asan 

Rufatov, Reynqold Qlier, Boris Asafyev, Saveli Ayzen, Səid Rüstəmov, tərtibatçı  rəssamlardan 

Pavel Ryabçikov, Sergey Yefimenko, Rüstəm Mustafayev, Mixail Tixomirov, Nüsrət Fətullayev

İsmayıl Axundov, geyim eskizləri işləyən  Əzim  Əzimzadə, Susanna Samorodova müxtəlif 

tamaşaların hazırlanmasında səmərəli işlər görüblər. 

1931. Haqsız tənqidlərə məruz qalan Aleksandr Tuqanov baş rejissorluqdan istefa verəndən 

sonra bu vəzifəyə 10 iyul 1931-ci ildə Leninqraddan (indiki Peterburqdan) Vladimir Lütse dəvət 

olunub. Lütse dramaturq Cəfər Cabbarlı ilə birlikdə onun "1905-ci ildə" dramına quruluş verəndən 

sonra (8 oktyabr) ərizə yazaraq teatrdan çıxıb. Premyera oktyabrın 1-də göstərilib. 

"1905-ci ildə" tamaşası  məhz Cəfər Cabbarlının gərgin  əməyi, Vladimir Lütse ilə apardığı 

yaradıcılıq mübahisələri nəticəsində teatrın uğurlu işləri sırasma daxil oldu. Monumentalizmə 

meyilli  əsər ilk növbədə aktyor tamaşası idi. Məhəmmədhəsən Atamalıbəyov (Qoca Baxşı), 

Süleyman Tağızadə (Baxşı), Mustafa Mərdanov (İmamverdi),  Əli Qurbanov (Allahverdi), Rza 

Əfqanlı (General-qubernator), Qəmər Topuriya (Mariya Timofeyevna), Mirzağa Əliyev və İsmayıl 

Hidayətzadə (Əmiraslan bəy Salamov), İsmayıl Osmanlı (Bahadır bəy), Dadaş Şaraplı (Ağamyan) 

yüksək səhnə nailiyyətləri qazanıblar. 

Teatr 1931-ci ilin payızında baş rejissorsuz qalanda gənc rejissor Əliağa  Əliyev aktyor 

Abbasmirzə Şərifzadə ilə Əsəd Tahirin yazdıqları zəif, çılpaq ideyalı "Axirəzzaman" (15 oktyabr) və 

dramaturq Cəfər Cabbarlı özünün "Sevil" (10 dekabr) sosial dramına səhnə quruluşu veriblər. 

"Axirəzzaman"ın tamaşası da sönük alınıb. "Sevil" (rəssam Pavel Ryabçlkov, bəstəkar  Əfrasiyab 

Bədəlbəyli) tamaşası isə mövsümün uğurlu işlərindən sayılıb. Tamaşada rolları Mərziyə Davudova 

(Sevil), Ülvi Rəcəb və Rza Təhmasib (Balaş), Yeva Olenskaya (Gülüş), Mirzağa Əliyev və Mustafa 

Mərdanov (Atakişi), Məhəmmədhəsən Atamalıbəyov və Abbas Rzayev (Babakişi),  İsmayıl 

Hidayətzadə, Məmmədəli Vəlixanlı  və Rza Əfqanlı  (Əbdüləli bəy),  Əli Qurbanov və  İsmayıl 

Osmanlı (Mirzə Məhəmmədəli), Qəmər Topuriya (Dilbər -Ediliya), Panfiliya Tanailidi və Nataliya 

Lizma (Tafta) oynayıblar. Rza Təhmasibin, Mərziyə Davudovanın və İsmayıl Hidayətzadənin ifaları 

parlaq sənət qələbələri olub. 



1932. Teatr 1932-ci ilin aprel ayına kimi baş rejissorsuz qalıb. Boşluğu doldurmaq üçün 

teatrın rəhbərliyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (18 yanvar. Hacı Qara - Mirzağa Əliyev, 

Kərəməli - Dadaş  Şaraplı, Kərəməli - Möhsün Sənani, Tükəz - Panfiliya Tanailidi, Sona - Sona 

Hacıyeva) komediyasının quruluşunu rejissor Əliağa Əliyevə və Aleksandr Afinogenevin "Qorxu" 

(18 fevral. Tərcüməçi Cəfər Cabbarlı, rəssam Pavel Ryabçikov, rəssam Reynqold Qlier) pyesinin 

səhnə təfsirini Cəfər Cabbarlıya tapşırıb. Qorxu tamaşası daha uğurlu alınıb və Volodin rolunda Ülvi 




Rəcəblə Rza Əfqanlının, Klara obrazında Mərziyə Davudovanın, Tsexavoy surətində Rza 

Təhmasibin oyunları yüksək qiymətləndirilib. 

1932-ci il aprel ayının 22-də Yakov Varşavski teatra baş rejissor təyin olunub. Lakin bir neçə 

ay  əvvəl Bakıdakı Rus Dram Teatrının rejissoru Sergey Mayorov ingilis dramaturqu Vilyam 

Şekspirin "Otello" faciəsini Cəfər Cabbarlının tərcüməsində hazırlamaq üçün kollektivə  dəvət 

olunmuşdu. Premyerası aprelin 15-də göstərilən tamaşada Cəfər Cabbarlı və Əliağa Əliyev rejissor, 

Sergey Yefimenko rəssam idilər. Aleksandr İvanovun quruluşu ilə müqayisədə  uğurlu alınan 

tamaşada əsas rollar Abbasmirzə Şərifzadə və Ülvi Rəcəbə (Otello), Mərziyə Davudovaya və Sona 

Hacıyevaya (Dezdemona), Rza Əfqanlı  və  İsmayıl Hidayətzadəyə (Yaqo), Mirzağa  Əliyevə 

(Brabansio), Sona Hacıyevaya (Emiliya), Möhsün Sənaniyə (Kassio) tapşırılmışdı. 

Yakov Varşavski sanki tamaşa hazırlamağa tələsınirdi. Kollektiv mayın 3-də  Əlihüseyn 

Rzayevin quruluşunda "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev) faciəsini təhvil verib. Payız 

mövsümü başlayanda isə oktyabrın 1-də Cəfər Cabbarlının "Dönüş" dramı dramaturqun özünün və 

İsmayıl Hidayətzadənin rejissorluğunda oynanılıb. Yakov Varşavski tamaşanın formal şəkildə bədii 

rəhbəri, Rüstəm Mustafayev rəssamı  və Asəf Zeynallı  bəstəkarı olublar. Baş rollar Gülsabah və 

Qüdrət Arslan surətlərində Sona Hacıyeva və  Mərziyə Davudova, Ülvi Rəcəb və Rza Təhmasib 

çıxış ediblər. 

Bundan sonra teatr Cəfər Cabbarlımn "1905-ci ildə" (20 oktyabr. Quruluşçu rejissor Cəfər 

Cabbarlı, rəssam Rüstəm Mustafayev və bəstəkar Əfrasiyab Bədəlbəyli) və Hüseyn Cavidin "Şeyx 

Sənan" (28 oktyabr. Quruluşçu rejissorlar Rza Darablı,  İsmayıl Hidayətzadə, Rza Təhmasib və 

Ələsgər Şərifov, rəssamlar Rüstəm Mustafayev və Əzim Əzimzadə) tamaşalarını göstərib. 

"Şeyx Sənan"da da bədii rəhbər olan Yakov Varşavski yalnız dekabrın 22-də  Cəfər 

Cabbarlının "Yaşar" dramı ilə ilk quruluşunu təqdim edib. Cəfər Cabbarlı və Rza Darablı tamaşanın 

rejissorları, Sergey Yefimenko rəssam və Saveli Ayzen musiqi tərtibatçısı idilər. Tamaşa 

kompozisiya və aktyor ifası baxımından maraqlı alınmışdı. Xüsusilə Ülvi Rəcəbin (Yaşar), Rza 

Təhmasib və Kazım Ziyanın (İmamyar), oyunları  bədii-realist təqdiminə,  Əzizə  Məmmədova və 

Panfiliya Tanailidinın (Şərəbanu), Mirzağa  Əliyevin (Əmirqulu) ifaları yumorlu koloritinə görə 

cazibəli görünürdülər. 



1933. Yakov Varşavski 1933-cü ilin ilk aylarında baş rejissorluqdan istefa verib, lakin bir 

müddət sonra qayıdaraq Lev Slavinin "İntervensiya" (27 sentyabr. Tərcüməçi Cəfər Cabbarlı, 

rəssam Y.Mandelberq, bəstəkar Boris Asafyev) əsərinə səhnə quruluşu verib. 

Üslub pərakəndəliyinə yol verən teatr 1933-cü ildə Cəlil Məmmədquluzadənin "Ölülər" (16 

fevral. Quruluşçu Əhməd Tiriniç,  rejissorlar  Cəfər Cabbarlı,  İsmayıl  Hidayətzadə və Rza Darablı, 

tərtibat rəssam Rüstəm Mustafayev, bəstəkar Müslüm Maqomayev, geyim rəssamı  Əzim 

Əzimzadə), Vilyam Şekspirin "Hamlet" (17 aprel. Tərcüməçi Cəfər Cabbarlı. Quruluşçu rejissor 

Sergey Mayorov, rejissorlar Rza Darablı,  Əlihüseyn Rzayev və  Cəfər Cabbarlı, rəssam Sergey 

Yefimenko, musiqi tərtibçisi S.Paniyev, Hamlet - Ülvi Rəcəb, Poloni-Mirzağa  Əliyev, Gertruda - 

Mərziyə Davudova, Klavdi - İsmayıl Hidayətzadə, Ofeliya - Sona Hacıyeva, Horatsio - Rza 

Əfqanlı), Cəfər Cabbarlının "Od gəlini" (2 dekabr. Quruluşçu rejissorlar Sergey Mayorov və Əhməd 

Tiriniç, rəssam Rüstəm Mustafayev, bəstəkar  Əfrasiyab Bədəlbəyli. Elxan - Ülvi Rəcəb və 

Abbasmirzə Şərifzadə, Altunbay - Ağasadıq Gəraybəyli, Əbu Übeyd - Rza Təhmasib, Aqşin - Sidqi 

Ruhulla, Ələsgər Ələkbərov və İsmayıl Dağıstanlı, Solmaz - Mərziyə Davudova, Yeva Olenskaya və 

Sona Hacıyeva) əsərlərini repertuara daxil edib. Əhməd Tiriniç inzibatçı işçi idi və onun rejissorluğa 

müdaxiləsi yaradıcılıq işinə ciddi xələl yetirirdi. Bir neçə rejissorun eyni əsərdə hərəsinin bir pərdə 

hazırlaması "eksperimenti" nə bu il, nə də gələn il səmərə verməyib. 

1934. Yusif Yulduz 1934-cü ilin yazında baş rejissorluğa dəvət alıb. Lakin bu son dərəcə 

istedadlı rejissor həmin il noyabrın 22-də  Aşqabaddakı Dövlət Azərbaycan Dram Teatrına birillik 

ezamiyyətə göndərilib. 



Teatr 1934-cü ildə monumental-romantik üslubda iki və psixoloji səpkidə bir böyük sənət 

nailiyyəti qazanıb. Hüseyn Cavidin "Səyavuş" faciəsinin (1 mart. Quruluşçu rejissor İsmayıl 

Hidayətzadə, tərtibat rəssamı Vyaçeslav İvanov, geyim rəssamı Susanna Samorodova, bəstəkar 

Əfrasiyab Bədəlbəyli) və Aleksandr Korneyçukun "Eskadramn məhvi" dramının ("31-43". 5 noyabr. 

Quruluşçu rejissor Yusif Yulduz, rəssam Nüsrət Fətullayev, musiqi tərtibçisi Saveli Ayzen, rejissor 

assistenti  Şəmsi Bədəlbəyli) tamaşaları teatrın monumentalizm axtarışlarında hadisəyə çevrilən 

sənət nümunələri olub. 

Psixoloji səpkidə isə Vasili Şkvarkinin "Özgə uşağı" (27 mart. Tərcüməçilər Rza Təhmasib 

və Mustafa Mərdanov. Quruluşçu rejissor Rza Təhmasib, rəssam Sergey Yefimenko, musiqi 

tərtibçisi Saveli Ayzen) pyesinin tamaşası uzun müddət repertuarda qalıb. 

"Səyavuş"da Ülvi Rəcəb və Abbasmirzə Şərifzadə (Səyavuş), Rza Təhmasib və Rza Əfqanlı 

(Keykavus), Mərziyə Davudova (Südabə), Ağasadıq Gəraybəyli (Əfrasiyab), Sidqi Ruhulla 

(Rüstəm), Möhsün Sənani (Gərşivəz), "Eskadramn məhvi"ndə (bəzən "Donanınanın məhvi" yazılıb) 

Mərziyə Davudova və Yeva Olenskaya (Oksana), Sidqi Ruhulla və Ülvi Rəcəb (Bosman kobza), 

Rza Əfqanlı və Abbasmirzə Şərifzadə (Qayday), "Özgə uşağı"nda Mirzağa Əliyev və Məmmədəli 

Vəlixanlı (Qaraulov), Sona Hacıyeva və Yeva Olenskaya (Manya), Mustafa Mərdanov və Dadaş 

Şaraph (Seneqda) ilin ən uğurlu aktyor ifalarına nail ola biliblər. 

1935. Görkəmli dramaturq, uzun illər teatrın ədəbi hissə müdiri işləyən Cəfər Cabbarlı 1934-

cü il yanvarın 31-də  qəflətən vəfat etdi. Üstəlik teatr 1935-ci ilə baş rejissorsuz qədəm qoydu. 

Halbuki bu dövrdə kollektivdə İsmayıl Hidayətzadə kimi istedad yetişmişdi, lakin nədənsə onun baş 

rejissor Kürsüsünu tutmasma mane olurdular. Belə bir şəraitdə kollektiv 1935-cı üdə Aleksandr 

Osirovskinin "Günahsız müqəssirlər" dramının maraqlı (28 yanvar. Tərcüməçi Rza Təhmasib, 

quruluşçu rejissor L.Daşkovski, rejissor assistentləri Fərəc Süheyli və Səftər Turabov. Neznamov - 

İsmayıl Dağıstanlı və Sadıq Saleh, Kruçinina - Mərziyə Davudova, Şmaqa - İsmayıl Hidayətzadə və 

Mustafa Mərdanov) və  Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin zəif (21 fevral. 

Quruluşçu rejissor Abbasmirzə  Şərifzadə, rəssamlar Rüstəm Mustafayev və Qolobenkov, bəstəkar 

Niyazi. Nəcəf bəy - Sidqi Ruhulla, Rza Darablı və Abbasmirzə Şərifzadə) tamaşalarını tamaşaçılara 

təqdim edib. 

Milli kadrların arasında baş rejissor görmək istəməyən rəhbərlik həmin vəzifəyə 1935-ci il 

fevral ayının 10-da Qroznı  şəhərindən Aleksandr Tuqanovu dəvət edib. Kollektivin truppasını 

yaxından tanıyan, onun yaradıcılıq prinsiplərinə, üslub xüsusiyyətlərinə müəyyən dərəcədə  bələd 

olan Aleksandr Tuqanov təzə tamaşa hazırlamağa tələsmədi. O, Cəfər Cabbarlının "1905-ci ildə" 

dramına (23 aprel. Rəssam Rüstəm Mustafayev və bəstəkar Əfrasiyab Bədəlbəyli) və Mirzə Fətəli 

Axundzadənin "Hacı Qara" komediyasma (2 oktyabr. Bəstəkar  Əfrasiyab Bədəlbəyli, rejissor 

assistenti  Şəmsi Bədəlbəyli) quruluş verən Rza Darabhnm işləMəsmə  şərait yaratmışdı. Eyni 

zamanda əsasən ümumi yaradıcılıq problemlərini nizamlamağa çalışırdı. 

Onun təşəbbüsü ilə gənc rejissor Ələsgər Şərifov gənc dramaturq Qurban Musayevin müasir 

mövzuda yazdığı, lakin zəif alınan "Qızıl çeşmə" pyesinə (26 noyabr. Rəssam Nüsrət Fətullayev, 

bəstəkar Niyazi) müstəqil quruluş verib. 

Aleksandr Tuqanov özü isə payız mövsümündə  də tamaşaçıların görüşünə yeni əsərlə 

gəlməyib. Vaxtilə hazırladığı "Sevil" dramının quruluşuna müəyyən əl gəzdirərək onu oktyabrın 27-

də premyera kimi təqdim edib. Baş rolların ifaçıları dəyişməmişdi. 

1936. Aleksandr Tuqanov Vilyam Şekspirin "Maqbet"  (tərcüməçi Hacıbaba Nəzərli) faciəsi 

üzərində işləyirdi və bu yaradıcılıq prosesi uzun çəkib. Həmin tamaşa ilk dəfə 1936-cı il martın 15-

də göstərilib. Rəssamın Mixail Tixomirov, rejissor assistentinin Şəmsi Bədəlbəyli olduqları 

"Maqbet" tamaşası teatrın Şekspir irsinə müraciətləri arasında layiqli yer tuta bilib. Tamaşanın əsas 

ağırlığı Abbasmirzə Şərifzadənin (Maqbet), Mərziyə Davudovanın (Ledi Maqbet), Sidqi Ruhullanın 

(Banko), Ələsgər Ələkbərovun (Maqduf) üzərlərinə düşürdü. 




"Maqbet"dən sonra teatr daha bir monumental tamaşanı repertuarına daxil etdi. Mirzə Fətəli 

Axundzadənin "Aldanmış  kəvakib"  povestinin motivləri  əsasında Cananın səhnələşdirdiyi 

"Şahnamə" dramına quruluşu  İsmayıl Hidayətzadə, tərtibatı Rüstəm Mustafayev vermişdilər. May 

ayının 28-də ilk tamaşası oynanılan əsərdə baş rolları Ələsgər Ələkbərov (Şah Zeyr), Rza Əfqanlı 

(Şahrux xan), Sidqi Ruhulla (Xacə Mübarək), Abbasmirzə  Şərifzadə  və Möhsün Sənani (Gülab 

Şirzad), Ağasadıq Gəraybəyli (Mirzə Yusif), Mərziyə Davudova və Qəmər Topuriya (Səlimə xanım) 

ifa ediblər. 

Bundan sonra Aleksandr Tuqanov Nobel mükafatı laureatı, Belçhca dramaturqu Moris 

Meterlinkin "Göy quş" (28 oktyabr) dramını hazırlayıb. Pyesi İsmayıl Hidayətzadə tərcümə edib və 

rəssamlığı Mixail Tixomirov, musiqi tərtibatçılığını İlya Sats ediblər. Milli səhnəmizin ilk travesti 

(oğlan rolu oynayan) aktrisası Barat Şəkinskayanın oynadığı Tiltil, Sidqi Ruhullanın Baba və 

Nataliya Lizinanın Nənə rolları maraqla baxılıb və rəğbətlə qarşılanıb. 

Gələcəyin dahi rejissoru Ədil  İsgəndərov bu il yanvarın 3-də Aleksandr Korneyçukun 

"Platon kreçet"  dramını "Polad Qartal" adı ilə, Ülvi Rəcəblə Mustafa Mərdanovun tərcüməsində 

diplom tamaşası kimi hazırlayıb. Tamaşanın rəssamı Mixail Tixomirov, bəstəkarı Niyazi, rejissor 

assistenti Fərəc Süheyli idilər. Əsas rolları isə Ülvi Rəcəb (Polad Qartal), Barat Şəkinskaya (Şəfiqə), 

Mərziyə Davudova və Sona Hacıyeva (Nərgiz), Mirzağa  Əliyev və Mustafa Mərdanov (Loğman) 

oynayıblar. 

Aleksandr Tuqanovun təşəbbüsü ilə Cəfər Cabbarlının "Almaz" (5 oktyabr. Rəssam Nüsrət 

Fətullayev, bəstəkar  Əfrasiyab Bədəlbəyli. Almaz - Sona Hacıyeva, Mirzə  Səməndər -Mirzağa 

Əliyev və Abbasmirzə  Şərifzadə,  Şərif - Möhsün Sənani. Hacı  Əhməd - Əli Qurbanov) dramının 

quruluşu gənc Ağəli Dadaşova və Jan Batist Molyerin "Kələkbaz Skapen" ("Skapenin kələkləri". 5 

dekabr. Tərcüməçi İsmayıl Hidayətzadə, rəssam Nüsrət Fətullayev. Skapen - İsmayıl Hidayətzadə, 

Arqant - Məmmədəli Vəlixanlı, Jeront - Mirzağa  Əliyev, Oktav - Dadaş  Şaraplı  və Yunis 

Nərimanov) komediyasının rejissorluğu Rza Darabhya tapşırılmışdı. 

1937. Milli Dram Teatrının 1937-ci ildə ən böyük sənət qələbəsi Vilyam Şekspirin "Romeo 

və Cülyetta" məhəbbət dramının tamaşası olub. Pyesi Əhməd Cavad tərcümə etmiş, onu tamaşaya 

rejissor Aleksandr Tuqanov, rəssam Mixail Tixomirov, musiqi tərtibçisi Saveli Ayzen 

hazırlamışdılar. İlk tamaşa yanvarın 14-də göstərilib və əsas rolları Barat Şəkinskaya (Cülyetta) və 

Ülvi Rəcəb (Romeo) böyük şövqlə, lirik-poetik vüsətlə oynayıblar. Cülyetta rolunda Sona Hacıyeva 

və Fatma Qədri də  çıxış ediblər. Aktyorlardan Sidqi Ruhullanın (Eskal), Mustafa Mərdanovun 

(Kapuletti), Qəmər Topuriyanın (Sinyora Kapuletti), Abbas Rzayevin (Montekki), Nataliya 

Lizinanın (Sinyora Montekki), Ağasadıq Gəraybəylinin (Lorenso), Musa Hacızadənin (Paris), Yeva 

Olenskayanın (Cülyettanın dayəsi), Rza Əfqanlının (Merkusio), Ələsgər  Ələkbərovun (Tibalt) 

oyunları yüksək sənətkarlıq səciyyələri daşıyırdılar. 

Aleksandr Tuqanovun quruluşunda Aleksandr Puşkinin "Dubrovski" (23 fevral. 

Tərcüməçilər Ülvi Rəcəb və Mustafa Mərdanov) pyesinin tamaşası güclü aktyorlar Abbasmirzə 

Şərifzadənin Dubrovski), Fatma Qədrinin və  Nəzirə  Əliyevanın (Maşa), Sidqi Ruhullanın 

(Troyekurov), Mustafa Mərdanovun (Anton Sitsin), Əli Qurbanovun (Arxip) iştirakiarına 

baxmayaraq, "Romeo və Cülyetta" qədər uğur qazana bilməyib. Bu baxımdan  İsmayıl 

Hidayətzadənin "1905-ci il" (3 noyabr) dramına verdiyi quruluş da rejissorun əvvəlki son iki ildəki 

işləri ilə müqayisədə zəif görünürdü. 

Sənət nailiyyətləri baxımından ilin ikinci hadisəsi Mirzə İbrahimovun eyniadlı pyesi əsasında 

Ədil İsgəndərovun hazırladığı "Həyat" tamaşası oldu. Premyerası aprelin 28-də oynanılan "Həyat" 

tamaşasının tərtibat rəssamı Nüsrət Fətullayev, geyim rəssamı  İsmayıl Axundov, bəstəkarı  Səid 

Rüstəmov idi. Əsas rolları isə Mərziyə Davudova (Həyat), Ələsgər Ələkbərov (Akif), Rza Əfqanlı 

(Abbas), Sona Hacıyeva, Barat Şəkinskaya və Fatma Qədri (Atlas), Mustafa Mərdanov (Həsənov), 

Ülvi Rəcəb (Süleyman), Dadaş Şaraph (Pardon Qurbanəli), Ağasadıq Gəraybəyli (Məşədi Hüseyn) 

oynayıblar. 




SSRİ-də, o cümlədən də Azərbaycanda başlayan repressiya nəticəsində 1937-ci idə 

dramaturq Hüseyn Cavidin, tərcüməçi Əhməd Cavadın, aktyorlardan Abbasmirzə Şərifzadənin, Ülvi 

Rəcəbin, Panfiliya Tanailidinin tutulmaları, Mirzağa Əliyevin, Möhsün Sənaninin, Fatma Qədrinin 

bir müddət teatrdan uzaq düşmələri nəticəsində kollektivin yaradıcılıq iqlimində zəifləmə başlayıb. 

Bir sıra tamaşalar repertuardan çıxarılıb. 

Aleksandr Tuqanov 1937-ci il mart ayının 4-də baş rejissorluqdan istefa verib. İncəsənət 

işləri idarəsmin  əmri ilə teatrda baş rejissor vəzifəsi ləğv olunub və  bədii rəhbər vəzifəsi ilə 

əvəzlənib. Həmin vəzifənin funksiyasının icrası müvəqqəti olaraq gənc rejissor, ötən il Moskvada ali 

təhsilini başa vurub təyinatla Bakıya göndərilən Ədil İsgəndərova tapşırılıb. 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin