Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə249/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   470
 

Vidadi Əliyev 

(1 sentyabr 1945) 

 

Ağstafa rayonunun Yuxarı Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi 



bitirdikdən sonra tikintidə  bənna kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Teatr 

İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1963-1967). 

Gənc aktyor təhsilini başa vuran kimi tələbə dostları ilə İrəvan teatrına gedib və orada Cəfər 

Cabbarlının "Sevil", "Yaşar", "Solğun çiçəklər" dramlarında Balaş, Yaşar, Bəhram, Mirzə  Fətəli 

Axundzadənin "Müsyö Jordan və  dərviş  Məstəli  şah", "Lənkəran xanının vəziri" komediyalarında 

Müsyö Jordan və Xan rollarını oynayıb. Bu teatrda illər boyu Areluizi ("İki ağanın bir nökəri", 

Karlo Haldoni), Əsgər ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Bertram ("Axırı xeyir olsun", 

Vilyam  Şekspir), Karandışev ("Cehizsiz qız", Aleksandr Ostrovski), Rüstəm ("Sən nə üçün 




yaşayırsan?", Həsən Seyidbəyli və  İmran Qasımov), Qiyas ("Şəhərin yay günləri", Anar), Müşfiq 

("Səni kim unudar?..", Mustafa İsgəndərzadə),  Şıxlinski ("İmzalar içində" , Nəriman Həsənzadə), 

Mitoş ("Hicran", dramatruq Sabit Rəhman və  bəstəkar Emin Sabitoğlu), Elcan ("Ömür gözləyir 

bizi", Nahid Hacızadə),  Şahmar ("Əks-səda", Nəbi Xəzri), Bəxtiyar ("Ulduz", dramaturq Sabit 

Rəhman və bəstəkar Süleyman Ələsgərov) və digər maraqlı, yaddaqalan obrazlar yaradıb. 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, 

sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. Teatrın Bakı fəaliyyəti dövründə Vidadi Hüseyn 

oğlu  Əliyev kollektivin direktoru və  bədii rəhbəri kimi çalışıb. 1988-2000-ci illər  ərzində teatrın 

dağılmaması üçün böyük işlər görüb. "Ər və arvad" (Mar Bayciyev. 1989), "Mənim qaynanam" 

(Georgi Xuqayev. 1989), "Əkizlərin nağılı" (Panço Pançev. 1989) tamaşalarına quruluşlar verib. 

1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artist ifəxri adına layiq görülüb. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin