Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbasmirzə
16 noyabr 1938-ci ildə güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
Anası Mərziyə xanım Davudovadır (1901-1961). Bugünkü Akademik Milli Dram Teatrının
kollektivinə 1919-cu ildən daxil olub. Sovet Dövlətinin teatr sahəsində ən böyük fəxri titulu olan
Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. səkkiz yaşında
Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci
sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə
Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub.
Beş il konservatoriya təhsili alıb və soprana səsinin pe-şəkarlıq yönündə formalaşmasma nail olub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz
yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib.
Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş
Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi
özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq
Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən
köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın
repertuar ağırlığını çəkən əsas aktyorlardan biri olub.
Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi
munsibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-
də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə
qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.
Qüdrətli aktrisa yaşının və sənətinin erkən yeteinlik çağında, 1965-ci ildə yenidən Gənc
Tamaşaçılar Teatrına qayıdıb və indiyədək oranın aparıcı sənətkarıdır.
Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında
göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Aktisanın zəngin və əlvan, müxtəlif janrlı və ən fərqli üslublu obrazlar qalereyası vardır. Bu
səhnə surətlərinin adisi də var, maraq doğuranı da və ən əsası, aktrisanın həyatında sənət hadisəsinə
çevriləni də.
O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna
("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("U1duz", dramaturq
Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze),
Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış
nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi
Hüseyn), Ket ("Gözəllik və sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope
de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb.
1949 - 1961 və 1965-ci ildən bugünədək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik,
komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutur. Həmin
səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça
("Qarlar Kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer
Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub
Abbasov), Mətanət ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("iki veronalı", Vilyam
Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Abdulla Şaiq), Şərəfnisə
("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri",
Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Ceınına ("Ovod", Etil Voyniç), Fitnə, Ana
Vətən, ("Fitnə" və "E1 oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində",
Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki
ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol
poeması", İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim
("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Təhminə ("Söhrab və
Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında
qonaqlıq", Çingiz Aytınatov və kaltey Məhəmmədcanov), Məşədixanım ("Ağ dəvə", Elçin)
rollarıdır.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal
olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər
ölkəsində (TükəZ), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. "Qum üzərindəki
bağ evi" filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq
xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.
Firəngiz Şərifovanın yaradıcılığının ifadə çalarları çoxdur və hərəsmin də öz təravəti, öz hlığı
əməl bakirəliyi ilə qoruyan qəhrəman obrazlarını xüsusi məharətlə oynayır. Həmin səpkili rolların
hərəsi ayrılıqda fərdi keyfiyyətlərə məxsus olsa da, üslub baxımından fəciromantik məziyyətləri ilə
doğmadırlar.
Tükənməz emosiyanı istər ıcomediya, istər dram, istərsə də faciə məhvərində məharətlə,
məqsədyönlü fəlsəfi dərinliklə istiqamətləndirə bilir.
Janr təyini baxımından "dram"m estetik prinsipləri əsasında yaratdığı rollarda sənətkar
aktrisa psixologizıni hadisələrin ümumi axarında, hər epizodun mahiyyətinə uyğun tərzdə təcəssüm
etdirir.
Yaradıcılığında gözlənilməz rakurslardan (baxım bucağından) üzə çıxan aydın, şəffaf və
ürəyəyatımlı yumor var.
Nağıl-tamaşalarda qəhrəmanların, alleqorik personajların ifasında aktrisa dramatizmə,
yumora karnaval-məsxərə teatr estetikasını da əlavə edir.
Lirik-psixoloji janrlı tamaşalarda oynayarkən milli teatr tariximizdə çox nadir hallarda
sınaqdan keçirilən fəndə əl atır. O, obrazın səmimiyyət lirizmini açıq qatda, onun faciəvi
zavallılığını ikinci, üçüncü... planda daxilən oynayır.
Daxili ehtiraslarla oynamaq, plastikanı idarə etmək, incə mətləbləri belə gözlə tamaşaçıya
çatdırmaq baxımından Gənc Tamaşaçılar Teatrında Firəngiz Şərifovaya tay aktrisa yoxdur.
Dostları ilə paylaş: