19
I FƏSİL
SOSİAL-İQTİSADİ STATİSTİKANIN PREDMETİ VƏ METODU
1.1. Sosial-iqtisadi statistikanın nəzəri əsasları
Sosial-iqtisadi statistika çoxsahəli elm və əməli bilik sahəsi olmaqla
ölkənin bütün iqtisadiyyatını öyrənir.
Sosial-iqtisadi statistika iqtisadi nəzəriyyə və statistika nəzəriyyəsinin
ümumi müddəalarına əsaslanır, makroiqtisadi göstəricilər sisteminin elmi
prinsiplərini işləyib hazırlayır. Makroiqtisadi göstəricilər dedikdə, ümum
milli və ümumi daxili məhsul, məhsuldar qüvvələr, milli sərvət, istehsal
və tədavül xərcləri, iqtisadi səmərəlilik, rentabellik, fondverimi,
əhalinin
həyat səviyyəsi, ölkənin xarici iqtisadi əlaqələri və tədiyə balansı, hüquqi
və fiziki şəxslər arasında meydana çıxan maliyyə-kredit münasibətləri və
s. nəzərdə tutulur. Bu göstəricilərdən iqtisadiyyatın inkişaf səviyyəsi,
strukturu, dinamikası və səmərəliliyinin statistik yolla qiymətləndirilməsi
üçün istifadə olunur.
Tarixi mənbələrdə göstərildiyi kimi, ilk makroiqtisadi göstəricilərin
hesablanması U.Petti və Q.Kinqin adı ilə bağlıdır. Belə ki, onlar XVII
əsrdə qabaqcıl hesab olunan ölkələrin siyasi-iqtisadi inkişaf səviyyələrinə
qiymət vermək üçün ilk dəfə milli gəlir və milli sərvət göstəricilərini
hesablamışlar.
Ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsi və
təhlil edilməsi ideyası isə bir-biri ilə qarşılıqlı əlaqədə olan göstəricilər
sisteminə əsaslanan iqtisadi modelin hazırlanmasına gətirib çıxarmışdır.
Buna Fransız iqtisadçısı F.Kenenin məşhur “İqtisadi cədvəlləri” (1758-ci
il) misal ola bilər. F. Kene özünün “İqtisadi cədvəllərində o dövrdə
Fransa cəmiyyətində ümumi məhsulun sadə təkrar istehsalı prosesini,
ölkənin gəlirləri və bunun əsasında siniflər arasında formalaşan iqtisadi
münasibətləri əks etdirməyə cəhd göstərmişdir. Lakin qeyd etmək lazım
dır ki, təkrar istehsal prosesi və onun nəticələri bu cədvəllərdə özünün
tam əksini tapmamışdır.
Bundan sonra K.Marks o dövrün kütləvi statistik məlumatlarından,
onların işlənməsi və sistemləşdirilməsinin müxtəlif metodlarından geniş
istifadə etməklə Qərbi Avropa ölkələrində kapitalizmin formalaşmasının
qanunauyğunluqlarını tədqiq etmiş, ictimai kapitalın sadə və geniş təkrar
istehsalına dair özünün məşhur sxemlərini hazırlamışdır. O, bir-biri ilə
qarşılıqlı əlaqədə olan göstəricilər sisteminin köməyi ilə bütövlüklə təkrar
20
istehsal prosesinin və onun ayrı-ayrı mərhələlərinin, ümumi məhsul və
milli gəlirin istehsalı, bölgüsü, mübadiləsi və onlardan istifadə edilmə
sinin qanunauyğunluqlarını aşkara çıxarmışdır.
Sosial-iqtisadi statistika dövlətin əlində iqtisadiyyatın idarə olunması
və bir sıra problemlərin həll edilməsi üçün çox mühüm vasitədir. Sosial-
iqtisadi statistikada hadisə və prosesləri səciyyələndirən göstəricilər
onların mahiyyətinin aydınlaşdırılması üçün həlledici əhəmiyyətə
malikdir. Çünki hər bir statistik rəqəmin arxasında milyonlarla adamın
əməyi durur. İqtisadi nəzəriyyə məhz sosial-iqtisadi statistikaya
əsaslanmaqla iqtisadiyyatın inkişaf qanunauyğunluqlarını aşkara çıxarır.
Sosial-iqtisadi statistika da öz növbəsində iqtisadi nəzəriyyənin əsas
müddəalarına əsaslanmaqla müəyyən zaman və məkan daxilində konkret
iqtisadi hadisə və proseslərin dinamikasını, onların strukturunu və
aralarındakı qarşılıqlı əlaqələri aşkara çıxarır və öyrənir.
Ölkəmiz dünyada gedən qloballaşma proseslərinə qoşulduğuna və
İnteqrasiya əlaqələrində fəal iştirak etdiyinə görə iqtisadiyyatımızı səciy
yələndirən makroiqtisadi göstəricilər sistemi də ölkələrin böyük əksəriy
yətində istifadə olunan sistemə-milli hesablar sisteminə-uyğunlaşdırılır.
Bu prosesin nəzəri əsaslarını bazar iqtisadiyyatının fəaliyyət mexanizmini
əks etdirən müasir konsepsiyalar və kateqoriyalar təşkil edir. Ona görə də
MHS-ni həm də bazar iqtisadiyyatının makrostatistik modeli adlan
dırırlar.
MHS inkişaf etmiş bir sıra ölkələrdə XX əsrin 30-cu illərinin axır
larında, rəsmi statistikada isə ikinci dünya müharibəsindən sonra (ABŞ,
İngiltərə, Almaniya, Fransa, Skandinaviya ölkələri) meydana gəlmişdir.
MHS-nin quruluşu makroiqtisadi hesablamalarda iki istiqamətin birləş
miş nəticəsindən ibarətdir. Bunlardan biri milli gəlirin, digəri isə tənzim
lənən bazar iqtisadiyyatı mexanizmində iqtisadi silsilənin öyrənilməsi ilə
əlaqədardır. Birinci istiqamət K.Klark, S.Kuznets, A.Marşall kimi iqtisad
çıların, ikinci istiqamət isə keçən əsrin dahi iqtisadçısı C.M.Keynsin adı
ilə bağlıdır. Bəzi iqtisadçılar Keynsi makroiqtisadi təhlil sahəsində milli
hesabdarlığın “nəzəri atası” hesab edirlər.
MHS-nin inkişaf etdirilməsində Keynsin yaxın silahdaşı R.Stounun,
C.Hiksin, P.Xillin, Nobel mükafatı laureatı Y.Tinbergenin, R.Frişin,
V.Leontyevin böyük xidmətləri olmuşdur.
Dövlətin iqtisadi və sosial siyasətinin əsas müddəaları-iqtisadi artım,
iqtisadiyyatın strukturu, əhalinin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri,
dövlət borcu problemləri, xarici iqtisadi əlaqələrin genişlənməsi və i. a.
öz əksini MHS-nin göstəricilərində tapır. Şirkətlər, xüsusilə də iri biz
21
neslər özlərinin strategiya və taktikalarını işləyib hazırlayarkən MHS-nin
məlumatlarından istifadə edirlər.
Ayrı-ayrı ölkələr arasında əməkdaşlığın həyata keçirilməsinə cavab
deh olan beynəlxalq təşkilatlar da MHS-nin məlumatlarına maraq gös
tərirlər. Çünki bu təşkilatlar həmin məlumatlardan istifadə etməklə onla
rın kreditləşdirilməsi, habelə xarici iqtisadi fəaliyyətlərinin əlaqələndi
rilməsinə nəzarət edirlər.
Dostları ilə paylaş: |