qiymətləndirmə zamanı subsidiyalar nəzərə alınmalıdırmı? və s. və i.a.
Statistik metodologiya qarşısında qoyulan ən mühüm tələblərdən biri də
ondan ibarətdir ki, məlumatlar zaman və məkan (regionlar üzrə), habelə
beynəlxalq miqyasda müqayisə edilə bilən olmalıdır.
Statistika elmi göstəricilərin məzmununu müəyyən edərkən öyrənilən
sosial-iqtisadi hadisə və proseslərin keyfiyyətcə təhlil olunmasına əsas
lanır. O, bu məqsədlə bir çox hallarda siyasi-iqtisadi xarakterli konsep
siyaları əldə rəhbər tutur. Bu konsepsiyalar adətən ən mühüm makro
iqtisadi göstəricilərə - ÜDM, MG, Milli yığım və i. a. aid edilir. Məsələn,
MHS-də istifadə olunan konsepsiyaların birində milli məhsul istehsal
olunduğu, dəyərin yaradıldığı fəaliyyət növlərinin müəyyən edilməsi
nəzərdə tutulmuşdur. Başqa bir çox mühüm konsepsiya əsasında ilkin gə
lir, sərəncamda qalan gəlir, milli gəlir və s. ibarət göstəricilər sisteminin
məzmunu müəyyən edilmişdir.
Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, statistikada tətbiqi iqtisad
elmlərində əldə edilmiş nəticələrdən də istifadə olunur. Məsələn, maliyyə
statistikasında istifadə olunan göstəricilərin hesablanması metodologiyası
iqtisad elminin maliyyə, kredit və pul tədavülü ilə əlaqədar məsələlərin
öyrənildiyi bölmənin müddəalarına əsaslanır. Sosial-iqtisadi statistika bu
ümumi müddəaları nəzərə almaqla hər hansı bir sosial-iqtisadi hadisə və
prosesin kəmiyyət tərəfini müəyyən etmək üçün onları münasib formaya
salır və iqtisadiyyatın təşkili xüsusiyyətləri ilə əlaqələndirir. Məsələn,
məlum olduğu kimi, sosial-iqtisadi statistika dövlət büdcəsi kəsirinin
(defisitinin) həcmini müəyyən edir. Və bununla da yaranmış kəsirin he
sablanmasında gəlirləri və xərcləri nəzərə alınmalı olan dövlət müəssisə
və təşkilatlarını, həmçinin büdcəyə daxilolmaların müxtəlif növlərinin
(vergi və qeyri-vergi növləri) müəyyən edilməsi üçün konkret qaydaları
işləyib hazırlayır və i. a. Lakin qeyd etmək lazımdır ki, bir çox hallarda
iqtisadi proseslərin keyfiyyətcə təhlili statistiklərin peşə səviyyəsindən,
onların işgüzarlıqları və qabiliyyətlərindən asılı olur.
Öyrənilən hadisə və proseslərə kəmiyyət xarakteristikası vermək üçün
istifadə olunan metodlardan biri də təsnifləşdirmədir. Bu metod da hadi
sələrin keyfiyyətcə təhlilinə, ümumi toplunun eynitipli (yekcins) qruplara
ayrılması üçün istifadə olunan meyarlara əsaslanır. Təsnifləşdirmə ayrı-
ayrı qrupların kəmiyyət xarakteristikasını, onların xüsusi çəkisini müəy
yənləşdirməyə imkan verir. Məsələn, iqtisadiyyat sahələrinin təsnifləş
dirilməsi nəticəsində onların hər birinin, dövlət büdcəsi gəlirlərinin təs
nifləşdirilməsi nəticəsində isə hər bir vergi növünün onun formalaşma
sında xüsusi çəkisini müəyyən etmək olur. Təsnifləşdirmə məlumatların
24
qaydaya salınmasına, onların kodlaşdırılmasına imkan verir.
Sosial-iqtisadi statistikada başlıca məsələlərdən biri də təsərrüfatçılıq
edən subyektlərdən ilkin məlumatların toplanmasıdır. Bu məlumatları
əldə etmək üçün aşağıdakı mənbələrdən istifadə olunur: 1) müəssisə və
təşkilatların statistika və mühasibat hesabatları; 2) uçot vahidlərinin
dövlət reyestri; 3) iqtisadi siyahıyaalmalar; 4) əhalinin siyahıya alınması;
5) seçmə müşahidəsi; 6) ev təsərrüfatları büdcələrinin öyrənilməsi və i. a.
Toplanan məlumatların xeyli hissəsi mühasibat uçotuna əsaslanır. La
kin mühasibat uçotu və sosial-iqtisadi statistikada istifadə olunan təsnif-
ləşdirmələr bir-birinə uyğun gəlmir. Buna mühasibat uçotunda gəlirin
müəyyən edilməsi qaydasının (bu fiskal məqsəd daşıyır) sosial-iqtisadi
statistikada müəyyən olunan makroiqtisadi gəlir göstəricisinə uyğun gəl
mədiyini misal göstərmək olar. Odur ki, sosial-iqtisadi statistika toplan
mış məlumatları özünün müddəalarına uyğunlaşdırır. Bütün bunlar onu
göstərir ki, sosial-iqtisadi statistika mühasibat uçotu ilə sıx surətdə əla
qədardır. Müxtəlif mənbələrdən toplanmış ilkin məlumatlar son nəticədə
ümumiləşdirici göstəriciləri hesablamaq məqsədilə “em af’dan keçirilir.
Dostları ilə paylaş: