Hazırda ölkəmizin statistika orqanları məlumatların toplanması, işlən
məsi, ötürülməsi və yayılması üçün ən yeni texnologiyalardan istifadə
edirlər. Gələcəkdə informasiya mübadiləsinin daha da inkişaf etdirilməsi
ən yeni, müasir telekommunikasiya sistemlərinə, birinci növbədə internet
şəbəkəsinin imkanlarından istifadə olunmasına keçilməsi qarşıda duran
ən mühüm vəzifələrdən biridir.
Beləliklə, bazar iqtisadiyyatı şəraitində statistikanın əsas vəzifələri
aşağıdakı iqtisadi hadisə və prosesləri öyrənməkdən ibarətdir:
- ölkə əhalisinin sayı və strukturu, onun iqtisadi rayonlar və ərazilər
üzrə bölgüsü, təkrar istehsalım ifadə edən ən mühüm göstəriciləri (do
ğum, ölüm, təbii artım əmsalları və s.);
- ölkənin iqtisadi resursları, onların strukturu və dinamikası, iqti
sadiyyatın sahələri və bölmələri üzrə bölgüsü, onlardan istifadənin səmə
rəliliyi;
- iqtisadi proseslərin nəticələri, istehsal edilmiş məhsulun həcmi və
strukturu, ondan yığım və istehlak üçün istifadə edilməsi, iqtisadi artım
sürəti, iqtisadiyyatın sahələri və bölmələri arasındakı nisbət;
- gəlirlərin ilkin və təkrar bölgüsü, son gəlirlərin formalaşması və
onlardan istifadə olunması, əhali qrupları arasında bölüşdürülməsində
fərqləndirmənin tətbiqi;
- inflyasiyaya təsir edən amillər;
- əhalinin məşğulluğu və işsizlik, onlara təsir edən amillər;
- əhalinin həyat səviyyəsi və onun dinamikasına, rifahı və istehlakına,
gəlirləri və yığımına təsir edən əsas amillər, ev təsərrüfatlarının əmlakı,
maliyyə aktivləri, uzunmüddətli istifadə üçün nəzərdə tutulan şeylərin
mövcudluğu;
- sosial sahənin - təhsil və səhiyyənin inkişaf göstəricilərilə iqtisadi
artım arasında qarşılıqlı əlaqə;
- mənzil-kommunal təsərrüfatı və xidmətlər, mənzil fondunun ümumi
sahəsi və strukturu, əhalinin mənzillə və kommunal xidmətlərlə təmin
olunması;
- investisiyaların həcmi, strukturu, maliyyələşdirilməsi mənbələri və
səmərəliliyi;
- maliyyə sisteminin fəaliyyəti - dövlət büdcəsi, iqtisadiyyatın müxtə
lif sahələrində həyata keçirilən maliyyə əməliyyatları, dövriyyədə olan
pul kütləsi, verilmiş kreditlərin məbləği, maliyyə borcları, sığorta şirkət
lərinin və fond bazarlarının əməliyyatları, qiymətli kağızlarla aparılan
əməliyyatlar və s;
32
- xarici iqtisadi əlaqələr, xarici borca olan tələbatın müəyyən edil
məsi, qızıl-valyuta ehtiyatlarının strukturu və dinamikası;
- elm və texnikanın inkişafı, elmi-texniki tərəqqinin iqtisadi aıtıma
təsiri;
- ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən tədbirlər, bu sahə üçün
nəzərdə tutulan xərclər;
- iqtisadiyyatın sahələri arasında istehsal-texnoloji əlaqələr, sahələr-
arası balans əsasında son tələblə iqtisadiyyatın əsas sahələrində istehsal
olunan məhsullar arasında asılılıq;
- iqtisadiyyatın inkişafım ifadə edən ən mühüm keyfiyyət göstəricilə
rinin - əmək məhsuldarlığı, əsas fondlardan və digər iqtisadi resurslardan
istifadənin səmərəliliyi;
- təsərrüfatçılıq edən subyektlərin xarakteristikası;
- regionların iqtisadiyyatının vəziyyəti və dinamikasının xarakteris
tikası;
-regionlar üzrə daxili məhsulun hesablanmasının təşkili. MHS-də
nəzərdə tutulmuş bəzi hesabların regional səviyyədə tərtib edilməsi.
Lakin qeyd etmək lazımdır ki, bunlar statistika orqanlarının təhlil
etdikləri hadisə və prosesləri tam əhatə etmir. Onlar yalnız ən ümumi və
başlıca məsələlər haqqında təsəvvür verir. Odur ki, bunlar statistika
orqanlarının gündəlik fəaliyyətində konkretləşdirilir.
Müstəqillik dövründə ölkəmizdə statistika işlərinin beynəlxalq stan
dartlara uyğunlaşdırılınası sahəsində çox böyük işlər görülmüşdür. Bunlar
dövləti idarəetmə orqanlarının və geniş ictimaiyyətin sosial-iqtisadi pro
seslərin müxtəlif aspektləri, habelə ən mühüm göstəricilərin beynəlxalq
müqayisəsi haqqında etibarlı məlumatlarla təmin olunmasına imkan verir.
Ölkəmizin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaş
dırılması, aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər
sisteminin dünya standartları səviyyəsinə çatdırılması və iqtisadiyyatı
mızın dünya iqtisadiyyatına inteqrasiyasım səciyyələndirən yeni statistik
məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezi
dentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli sərəncamı ilə “2008-
2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləş-
dirilməsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın həyata
keçirilməsi statistika elmi və təcrübəsi üzrə informasiyanın toplanması və
işlənməsinin təşkili ilə əlaqədar işlərin təkmilləşdrilməsinə imkan ver
mişdir.
Dostları ilə paylaş: