Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


1.5. Sosial-iqtisadi statistikanın göstəricilər sistemi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə20/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   262
2-ci movzu demoqrafiya

33


1.5. Sosial-iqtisadi statistikanın göstəricilər sistemi
Göstəricilər sistemi öyrənilən predmetdən asılı olaraq sadə və ya mü­
rəkkəb ola bilər. Odur ki, iqtisadi statistikanın göstəricilər sistemi dedikdə 
konkret vəzifələrin həll edilməsinə imkan verən və qarşılıqlı əlaqədə olan 
sadə və ya mürəkkəb struktura malik göstəricilərin toplusu nəzərdə 
tutulur. İqtisadi göstərici isə hər hansı sosial-iqtisadi hadisənin (əhalinin 
sayı, iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsal olunan məhsulların 
dəyəri, orta aylıq əmək haqqı və s.) rəqəmlə ifadə olunması deməkdir.
Statistikanın öyrəndiyi predmet özünün iqtisadi məzmununa görə bir­
mənalı kateqoriya (hadisə, fakt) rəqəmlə ifadə olunduqda onun kəmiy­
yətini əks etdirən göstəricilərə sadə göstəricilər deyilir. Bütün iqtisadiyyat 
səviyyəsində sadə göstəricilər sisteminə dəyər ifadəsində məhsul isteh­
salı, ictimai əmək məhsuldarlığı göstəricilərini misal göstərmək olar. Öy­
rənilən predmet məzmununa görə mürəkkəb sosial-iqtisadi kateqoriya 
(hadisə, proses) olduqda göstəricilər sistemi onları əmələ gətirən yarım- 
sistemlər şəklində düzəldilə bilər. Hər bir belə yarımsistem mahiyyətcə 
bütün sistemin ümumi məqsədi çərçivəsində özünə məxsus spesifik 
vəzifələri yerinə yetirir. Bütün yarımsistemlər arasındakı qarşılıqlı əlaqə, 
onların hamısının ümumi məqsədə tabe olmaları sisteminin bütöv tam 
halında olduğunu deməyə əsas verir. Buna statistikanın bütün göstəriciləri 
misal ola bilər.
“Statistika göstəriciləri” termini aşağıdakı iki mənada işlədilir: 1) bu 
ya digər bir hadisənin, məsələn hər hansı bir ilin yanvar ayının 1-nə 
Azərbaycan Respublikası əhalisinin sayı, yaxud da istehlak qiymətləri 
indeksinin konkret rəqəmlə ifadə edilməsi; 2) hər hansı bir göstəricinin 
məzmununun, başqa sözlə, göstəriciyə konkret olaraq hansı ünsürlərin 
daxil edilməsinin müəyyən olunması. Göstəricinin məzmununun və onun 
qiymətləndirilməsi üsulunun müəyyən olunmasına isə metodologiyanın 
işlənib hazırlanması deyilir. Bu isə bir qayda olaraq aşağıdakı mərhələ­
lərdən keçir:
1) öyrənilən hadisə və proseslərin eyniləşdirilməsi və qarşıya qoyulan 
məqsədin müəyyənləşdirilməsi;
2) göstəricilərin məzmununun müəyyən edilməsi. Məsələn, milli sər­
vəti hesabladıqda bu göstəriciyə daxil edilməli olan iqtisadi aktivlər 
(maliyyə və qeyri-maliyyə, istehsal və qeyri-istehsal aktivləri) dəqiq 
müəyyən olunmalıdır;
3) ayrı-ayrı göstəricilərin qiymətləndirilməsi metodlarının müəyyən 
edilməsi (məsələn, milli sərvəti hesablayarkən müxtəlif növ iqtisadi
34
aktivlərin qiymətləndirilməsi üçün istifadə edilməli olan qiymətlərin -
satınalma, bərpa qiymətləri və s. - müəyyən olunması).
4) əsas təsnifləşdirmələrin müəyyən edilməsi. Bu, öyrənilən iqtisadi 
hadisələrin hər hansı bir meyara əsasən eynitipli qruplara bölünməsi üçün 
lazımdır. Buna ölkə əhalisinin sosial qruplara ayrılmasını misal göstər­
mək olar.
5) göstəricilərin hesablanması üçün lazım olan məlumat mənbələrinin 
müəyyən edilməsi;
6) ümumiləşdirici göstəricilərin hesablanması üçün toplanmış məlu­
matların işlənməsi qaydalarının müəyyən olunması.
Statistika göstəricilərinin hesablanması metodologiyası aşağıdakı 
tələblərə cavab verməlidir:
- ölkədə baş verən sosial-iqtisadi hadisə və proseslər arasında uyğun­
luq olmalıdır;
- göstəricilər sistemində kütləvi xarakter daşıyan, mürəkkəb məzmuna 
malik hadisə və faktlar öz əksini tapmalıdır;
- bütün sistemin ayrı-ayrı sahələrinin işi tədqiqatın başlıca vəzifəsinin 
yerinə yetirilməsinə tabe edilməlidir;
- sistem və yarımsistemlər üzrə göstəricilər məntiqi ardıcıllıqla düzül­
məlidir;
- göstəricilərin müqayisə edilməsi mümkün olmalıdır.
Sosial-iqtisadi statistikanın göstəricilər sistemi geniş təkrar istehsal
prosesindəki ardıcıllığa uyğun olaraq düzəldilir və aşağıdakı tərkib hissə­
lərindən ibarətdir:
1) təkrar istehsal prosesinin zəruri ilkin şərtlərini (maddi və əmək eh­
tiyatları, onların strukturu və dinamikası) səciyyələndirən iqtisadi poten­
sial göstəriciləri;
2) istehsal amilləri (məhsuldar qüvvələrin tərkibi, strukturu və dina­
mikası, əmək məhsuldarlığının səviyyəsi və dinamikası) göstəriciləri;
3) istehsalın son nəticələri və ya makroiqtisadi göstəricilər (ÜMM və 
ÜDM, XMM və MG-in strukturu və dinamikası);
4) istehsal və tədavül xərcləri, qiymətlər və onların əmələ gəlməsi 
göstəriciləri;
5) bütövlükdə iqtisadiyyat miqyasında maliyyə fəaliyyətinin nəticələ­
rini özündə əks etdirən göstəricilər;
6) əhalinin həyat səviyyəsi göstəriciləri;
7) iqtisadiyyatın sahələri arasında əlaqə və tarazlıq göstəriciləri;
8) istehsalın səmərəliliyi, görülən işlərin keyfiyyəti göstəriciləri;
9) beynəlxalq müqayisə aparmaq üçün istifadə olunan göstəricilər.
35


Bunlarla yanaşı, statistika göstəricilərini ümumi halda iki yerə bölmək 
olar: 1) baza (əsas götürülən) göstəricilər; 2) törəmə göstəricilər. Baza 
göstəricilərinə əsas və dövriyyə kapitalının (fondlarının), ÜMM və ya 
ÜDM-in, MG-nin dəyəri, törəmə göstəricilərə isə fondverimi, fondtu- 
tumu, əmək məhsuldarlığı, hər nəfərə görə məhsul istehsalı və istehlakı, 
məhsul vahidinin hazırlanmasına sərf olunan xərc və s. misal ola bilər.
Göstəricilərin hesablanması metodikasında mümkün ola bilən bəzi 
spesifik cəhətlər nəzərə alınmalıdır. Məsələn, ÜDM-i hesablayarkən nə­
zəri baxımdan ev təsərrüfatlarının göstərdikləri xidmətlərin dəyərinin (ye­
məyin hazırlanması, evin təmizlənməsi və s.) nəzərə alınması məqsədə­
uyğundur. Lakin təcrübədə bu barədə məlumatın toplanması demək olar 
ki, ya olduqca çətindir, yaxud da heç mümkün deyildir. Odur ki, ÜDM-in 
hesablanması metodologiyasında ev təsərrüfatlarının göstərdikləri xid­
mətlərin dəyəri nəzərdə tutulmamışdır.
Bütün göstəricilər hər hansı bir dəqiqliklə hesablanır. Onların hesab­
lanmasının dəqiqlik dərəcəsi bir sıra amillərdən asılıdır. Bu amillərə öyrə­
nilən hadisənin mürəkkəbliyi, informasiyalardan istifadə edənlərin qar­
şıya qoyduqları tələblər daxildir. Bunların özləri də bir sıra amillərin 
təsiri ilə dəyişir. Göründüyü kimi, göstəricilər bir-biri ilə zəncirvarı qay­
dada qarşılıqlı əlaqədədir. Lakin göstəricilərin çoxu iqtisadi inkişafın 
ümumi meyillərinin aşkara çıxarılması üçün lazım olduqlarına görə onla­
rın “aptek dəqiqliyi” ilə müəyyən edilməsi məcburi deyildir. Statistika or­
qanları səhvə yol verməmək üçün bir çox qiymətləndirmələrin təqribiliyi- 
ni nəzərə almalı və xüsusi tədbirlər görməlidir. Lakin prosesin gedişində 
baş verən xətaları tamamilə aradan qaldırmaq mümkün deyildir. Başqa 
sözlə, statistika işləri ən yüksək səviyyədə, bütün elmi prinsiplərə əməl 
olunmaqla təşkil edildikdə belə, yenə də müəyyən xətalara yol verilir2.
Sosial-iqtisadi statistikanın göstəriciləri aşağıdakı tələblərə cavab ver­
məlidir:
1) 
göstəricilər öyrənilən hadisəni tamamilə əhatə etməlidir. Bu, o de­
məkdir ki, göstəricilər resurs və onlardan istifadə olunmasını; ən mühüm 
məhsulların istehsalı; gəlirlərin bölgüsü, yenidən bölgüsü və son istifa­
dəsini; investisiyaları, maliyyə sistemini, xarici iqtisadi fəaliyyəti, təsər­
rüfat subyektlərini, hər cür iqtisadi əməliyyatları və s. əhatə etməlidir; 2) 
iqtisadi göstəricilər metodoloji baxımdan bir-biri ilə qarşılıqlı surətdə 
uzlaşdırılmalı, başqa sözlə, müxtəlif konsepsiyalarda, təsnifləşdirmələrdə 
eyni cür şərh olunmalı, bir-birini təkzib etməməli, əksinə bir-birini
2 Bu barədə ətraflı təsəvvürə malik olmaq üçün “Statistika nəzəriyyəsi” 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin