Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Yuxarıda nəzərdən keçirilən metodlarla hesablanan amortizasiya  normaları illik normalardır.  Mühasibat uçotunda isə amortizasiya hər



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə215/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   262
2-ci movzu demoqrafiya

334
Yuxarıda nəzərdən keçirilən metodlarla hesablanan amortizasiya 
normaları illik normalardır. 
Mühasibat uçotunda isə amortizasiya hər
ay hesablanır. 
Bunun üçün hər bir konkret əsas fond növü üzrə illik 
amortizasiya norması 12-ə bölünür və hər aym “payı” müəyyən edilir.
Sonra isə bundan istifadə olunmaqla aylıq amortizasiya məbləği 
hesablanır. Yeni istifadəyə verilən əsas fondlar üzrə amortizasiya onlar 
istismara verildikləri aydan sonrakı aym 1-dən hesablanmağa başlanılır.
Məsələn, obyekt akt əsasında yanvar ayında qəbul edilmiş, ona inven­
tar vərəqi açılmış və ya o, uçot kitabında qeydiyyata alınmışdırsa, onda 
amortizasiyanın hesablanmasına fevralın 1-dən başlanmalıdır. Əsas 
fondlardan amortizasiya yalnız onlar üçün nəzərdə tutulan xidmətetmə 
müddəti ərzində hesablanır. Xaric olan əsas fondlar üzrə amortizasiyanın 
hesablanması onlar xaric olduqları gündən sonrakı aym 1-dən dayan­
dırılır. Əsas fondların yeniləşdirildiyi və texniki səviyyəsinin yüksəldil­
məsi ilə əlaqədar tədbirlərin həyata keçirildiyi dövr ərzində (həmin 
müddət 12 aydan çox olduqda) amortizasiya hesablanmır və onların 
xidmətetmə müddəti bir o qədər uzadılır. Bir sıra əsas fond növləri və 
qrupları üzrə (kitabxana fondu, mənzil fondu, büdcə təşkilatlarının əsas 
fondları və i. a.) amortizasiya ayırmaları hesablanmır. 
İcarəyə verilmiş
əsas fondlar üzrə amortizasiya icarəyə verən tərəfindən hesablanır.
Lakin burada müəssisələrin və maliyyə lizinqinin icarəyə verilməsi istis- 
nalıq təşkil edir. Çünki bunlar üzrə amortizasiya icarəyə götürən tərə­
findən hesablanmalıdır.
Lakin yuxarıda göstərilən metodlarla hesablanan amortizasiya ayır­
maları haqqında məlumatlar demək olar ki, MHS-nin tələblərinə cavab 
vermir və buna görə də istehlak olunan əsas kapitalın müəyyən olun­
masında ondan birbaşa istifadə edilməsi mümkün deyildir. Bu, onunla 
əlaqədardır ki, MHS-ə uyğun olaraq əsas fondlar bərpa dəyəri ilə 
qiymətləndirilməlidir. Bundan başqa, MHS-də amortizasiyanın sürətli və 
azaldılma metodları ilə hesablanmasından istifadə olunmur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin