Əsas fondların sabit qiymətlərlə hesablanması iki metodun kö məyilə həyata keçirilə bilər. Bunlardan biri indeks, digəri isə balans
metodudur. Hesabat dövründəki əsas fondların müqayisəli qiymətlərlə
ifadə olunan əsas fondlara çevrilməsi üçün əsas dövrə nisbətən hesabat
dövründə qiymət və tariflərin dəyişməsinin ümumi (toplam) indeksindən
istifadə olunur. Balans metodunda isə bərpa dəyəri ilə bazis tarixinə əsas
fondların mövcudluğu haqqında məlumatlar hesabat dövründə xaric
olmuş əsas fondların dəyəri qədər azaldılır və həmin dövrdə daxil olmuş
əsas fondların dəyəri qədər artırılır. Bu zaman onların hər ikisi müvafiq
qiymət indekslərinə uyğun olaraq əsas dövrün qiymətlərinə çevrilir.
Orta illik qiymətlərlə əsas fondlar balansı müəyyən zaman kəsiyində
onların mövcudluğu, dinamikası və istifadəsini kompleks şəkildə təhlil
336 etmək üçün lazımdır. Bu balansın məlumatlarına əsasən fondverimi,
fondla silahlanma, xidmətetmənin orta normativ müddəti, köhnəlmə
dərəcəsi və s. kimi göstəricilər hesablanır.
Əsas fondlar balansının müvafiq dövrün qiymətlərinə çevrilməsi orta
illik qiymət indekslərinə əsasən həyata keçirilir. Orta illik qiymət in
deksləri əsas fondların daxil və xaric olduğu dövrlər üzrə hesablanır.
Əsas fondların dəyərinin müvafiq dövrün qiymətlərinə çevrilməsi hər ay
orta aylıq qiymət indekslərinə əsasən həyata keçirilir.
Orta illik qiymət indeksləri əsas fondların istehsal olunduqları sahə
lərdə (maşınqayırma və tikinti materialları sənayesində) məhsulların qiy
mətlərinin dinamikasına əsasən, həm də hesabat dövrünün ayları üzrə he
sablanır. Bu indeksi hesablamaq üçün hər aym əvvəlinə və axırına olan
məlumatları cəmləyib 2 yerə bölmək lazımdır. Orta illik qiymət indeksi
isə orta aylıq indekslərin qiymətləri cəmini 12-ə bölmək yolu ilə
hesablanır.
Əsas fondlar balansında aşağıdakı bərabərliyə əməl olunmalıdır: F! + D = X + F2
Burada: Fı və F2 - müvafiq olaraq dövrün əvvəlinə və axırına əsas
fondların dəyərini; D - həmin dövrdə daxil olmuş, X isə xaric olmuş əsas
fondların dəyərini göstərir.
Balans dəyəri ilə əsas fondlar balansının sxemi aşağıdakı kimidir
(cədvəl 11.6.)