12
12
yazmaq olar.
Burada: Fj - ilin əvvəlinə mövcud olan əsas fondların dəyəri; D - il
ərzində daxil olmuş əsas fondların dəyəri; X -
il ərzində xaric olmuş əsas
fondların dəyəri;
t } -
il ərzində daxil olmuş əsas fondların fəaliyyət
göstərdikləri ayların sayı;
t2
- il ərzində xaric olmuş əsas fondların
fəaliyyət göstərdikləri ayların sayı deməkdir.
Fondverimi göstəricisi
əsas fondların 1 manatına düşən məhsulun
dəyərini ifadə edir. Bu, əsas fondlardan istifadənin birbaşa göstəricisidir.
Çünki bu göstəricinin yüksək olması
əsas fondlardan istifadənin
səmərəliliyinin artması deməkdir. Başqa sözlə,
bu göstərici vahiddən nə
qədər böyük olsa bir o qədər yaxşıdır. Fondverimi (/) aşağıdakı düsturla
hesablanır:
Burada: Q - buraxılmış məhsulun həcmini göstərir.
Fondtutumu göstəricisi
əsas
fondlardan istifadənin, əgər belə demək
mümkündürsə, tərs üzüdür. Bu göstərici vahiddən nə qədər kiçik olsa, bir
o qədər yaxşıdır. Fondtutumu (/9 istehsal olunan məhsulun hər manatına
düşən əsas fondların dəyərini göstərir və aşağıdakı düsturla hesablanır:
Statistikada əsas fondlarla təminolunmaya qiymət vermək üçün
fondla silahlanma göstəricisindən istifadə olunur.
Bu göstərici bir
işçiyə (fəhləyə) düşən əsas fondların dəyərini ifadə edir və aşağıdakı
düsturla hesablanır:
Burada: T - işçilərin orta siyahı sayı deməkdir.
Müəssisədə 2-3 növbəli iş rejimində işçilərin əməyinin fondla silah
lanması göstəricisi aşağı
düşməsin deyə, düsturun məxrəcində daha çox
işçinin çalışdığı növbədəki işçilərin (fəhlələrin) orta siyahı sayından
istifadə edilir.
Bundan başqa, əməyin texniki silahlanma (əsas fondların aktiv ünsür
lərinin orta illik dəyəri nəzərə alınmaqla) və maşınla silahlanma (istehsal
avadanlıqlarının orta illik dəyəri nəzərə alınmaqla) göstəriciləri hesab
lanır.
Dostları ilə paylaş: