hazırlanmasında bilik və bacarığını əsirgəmir. Belə ki, indiyədək onlarla
magistrlik dissertasiyasının rəhbəri olub, hazırda isə bir neçə doktorantın
elmi rəhbəri və ya elmi məsləhətçisidir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 01 mart 2011-ci il tarixli, 81-№-li əmri ilə Azərbaycan
Dövlət Aqrar Universiteti nəzdində yaradılmış və 01 mart 2011-ci il
tarixdən 15 dekabr 2012-ci il tarixədək fəaliyyət göstərmiş, fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların
müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasına üzv
olmuş və hazırda Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın
21 yanvar 2013-cü il tarixli, 16№-li əmri ilə eyni məkanda, eyni məqsəd
üçün yaradılmış və 15 dekabr 2014-cü ilədək fəaliyyət göstərəcək Elmi
Şuranın üzvüdür. O.Q.Məmmədli 2005-2010-cu illərdə Azərbaycan MEA
İqtisadiyyat İnstitutunda yaradılmış əlaqələndirmə Şurasının üzvü,
müxtəlif Elmi Şuralarda iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik
dərəcəsi almaq üçün müdafiə olunan 10-dan çox dissertasiyanın rəsmi
opponenti olmuş, hər birinin həcmi orta hesabla 77 fiziki çap vərəqi olan
7 cildlik «Böyük İqtisadi Ensiklopediya»nın həm redaksiya heyətinin
üzvü, həm də onun 3-7 cildlərinin hazırlanmasına cəlb edilmiş müəllif
lərdən biridir.
10
Azərbaycan Dövlət Aqrar Universite
tinin Təcrübə və işədüzəltmə şöbəsinin
müdiri, Maliyyə və iqtisadi nəzəriyyə
kafedrasınm professor əvəzi, iqtisad üzrə
elmlər doktoru
Dostları ilə paylaş: