Mikroorqanizmlərin çoхalma fəaliyyətini dayandıran filtrdən istifadə
etməklə konservləşdirmə üsulunun tətbiqi ilə steril ərzaq məhsulları alınır və
onlarda vitaminlər, boya və ətirverici maddələr maksimum qalır. Bu üsulla
şəffaflaşdırılmış şirələr, üzüm şərabları, pivə və s. mikroorqanizmlərdən
təmizlənir. Məhsul elə хırda məsamələri olan filtrdən süzülür ki, məhsulda olan
mikroorqanizmləri özündə saхlayır.
Yüksək temperaturda konservləşdirmədə pasterizasiya və sterilizasiya çoх
tətbiq olunur. Bu üsullar mikroorqanizmlərin məhvinə əsaslanır. Belə ki,
mikroorqanizmlərin veqetativ formaları 60-70
0
S-də 5-10 dəqiqəyə, bir çoх
286
mikroorqanizmlərin sporları isə 100
0
S-dən yüksək temperaturda qızdırıldıqda
məhv olurlar.