328
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil
edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl
edilməlidir. Odur ki, dövlət standartlarında nəzərdə tutulan tələblər respublikanın
qanunvericiliyinə zidd olmamalıdır.
Dövlət standartlarının tövsiyyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz
yerinə yetirilməlidir:
-
bunlar qanunvericilik aktlarında nəzərdə tutularsa;
-
bu tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi üzrə
müqavilədə göstərilmişdirsə;
-
məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə
uyğunluğu bəyan edilmişdirsə.
Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-96 sənədinə əsasən
işlənib hazırlanır və təsdiq edilir. Dövlət standartlarının işlənib hazırlanması və
qəbul edilməsi Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya və
patent üzrə dövlət agentliyi tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: