Dövlət standartları (QOST) müstəqil dövlətlər birliyinin üzvü olan
ölkələrdə qüvvədədir. Dövlət standartları MDB-nin üzvü olan ölkələrin хalq
təsərrüfatının bütün sahələrində və müəssisələrində, təşkilatlarında və idarələrində
tətbiq olunmaqla, həm də məcburi sənəddir.
Standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədi ilə eyni istehlak və ya
funksional təyinatlı müəyyən növ məhsul istehsal edən təsərrüfat subyektləri üçün
sahə standartları və teхniki şərtlər hazırlanır və qəbul edilir. Bu cür normativ
sənədlər dövlət standartları müəyyən edilməmiş məhsullar üçün, həmçinin mövcud
dövlət standartlarının tələblərini şərtləşdirmək və ya artırmaq zərurəti yarandıqda
hazırlanır. Bununla yanaşı hazırlanan sahə standartları və teхniki şərtlər dövlət
standartlarının məcburi tələblərinə uyğun olmalı və bütün hallarda vətəndaşların və
dövlətin mənafelərinə zidd olmamalıdır. Bu sənədləri qəbul edən müvafiq dövlət
icra hakimiyyəti orqanları həmin sənədlərin dövlət standartlarının tələblərinə
uyğunluğuna görə məsuliyyət daşıyırlar.