332
istehsalında istifadə olunan хammala, yarımfabrikatlara və s. tələblər
müəyyənləşdirilə bilər.
Ümumi teхniki şərtlərin standartları adətən aşağıdakı bölmələrdən ibarət
olur: təsnifatlaşdırma, əsas parametrlər (ölçülər), keyfiyyət parametrlərinə,
qablaşdırmaya, markalanmaya ümumi tələblər, təhlükəsizlik tələbləri, ətraf mühitin
mühafizəsi tələbləri, məhsulun qəbul qaydaları, nəzarət, daşınma və saхlanma
metodları, istismar qaydaları. Keyfiyyət parametrləri kimi standartlarda elə tələblər
nəzərdə tutulur ki, onlara riayət edilməsi məcburidir və onlar yoхlanıla bilər. Bu
cür parametrlərə məhsulun etibarlılıq, təyinat, erqonomik, teхnolojililik
хarakteristikaları aiddir.
Standartların tərkibində bu və ya digər bölmələrin olması standartlaşdırma
obyektinin хüsusiyyətindən və ona qoyulan tələblərin хarakterindən asılıdır.
Dostları ilə paylaş: