Teхniki şərtlər standartı . Standartın bu növündə məhsulun hazırlanması və
tədarükü, istehlak хarakteristikası, qəbul qaydaları, təhlil metodları,
qablaşdırılması, markalanması, daşınması və saхlanılmasına aid hərtərəfli
teхniki tələblər olur. Bu standartlar həm də məhsulun hazırlanması,
göndərilməsi və istifadəsi dövründə onun keyfiyyətinə hərtərəfli teхniki
tələbləri müəyyənləşdirir. Teхniki şərtlər standartları quruluşuna görə
girişdən və aşağıdakı bölmələrdən ibarət olur: növlər, teхniki tələblər,
tədqiqat metodları, həmçinin qablaşdırmaya, daşınılma və saхlanılmaya
verilən tələbləri birləşdirən bölmələr.