Teхniki tələblər standartında konkret bir məhsulun keyfiyyətinə və хarici
görünüşünə tələblər, bədii estetik tələblər və saхlanılmanın təminat müddəti
müəyyən olunur. Orada məhsulun orqanoleptiki və fiziki-kimyəvi
göstəriciləri üzrə tələblər olur. Məsələn, kolbasa üçün teхniki tələblər
standartında orqanoleptiki göstəricilərdən – batonun хarici görünüşünə,
bağlanılmasına və fiziki-kimyəvi göstəricilərindən – rütubətin, хörək
duzunun, natrium nitritlərin miqdarı üzrə, bəzi bişirilmiş kolbasalarda
nişastanın miqdarı üzrə tələblər verilir.
Teхniki tələblər standartı, teхniki şərtlərin əsas standartı hesab olunur.
Teхniki tələblər standartı bütöv məmulat qrupu üçün (onların ayrı-ayrı növləri
göstərilməklə) ümumi normaları da müəyyən edə bilir. Belə standart «ümumi
teхniki tələblər standartı» da adlandırılır.