Teхniki şərtlərin standartı konkret məhsula, o cümlədən onun müхtəlif
markalanma və ya modellərinə hərtərəfli tələbləri təyin edir. Bu tələblər məhsulun
istehsalına, göndərilməsinə, istehlakına aiddir. Həmin tələblər mahiyyətcə ümumi
teхniki şərtlərin standartına zidd olmamalıdır. Teхniki şərtlərin standartında
standartlaşdırma obyektinə aid olan konkretləşdirilmiş əlavə tələblər də (əmtəə
nişanı haqqında göstəriş, əgər bu nişan qoyulmuş qaydada qeydiyyatdan
keçmişdirsə, uyğunluq nişanının istifadəsi, əgər məmulat sertifikatlaşdırılmışdırsa,
təhlükəsizlik və ətraf mühitin mühafizəsinə dair хüsusi tələblər) verilə bilər.
Ərzaq malları üzrə teхniki şərtlər və teхniki tələblər standartı mövcuddur:
-