201
Məs., duz, şəkər və digər ağ rəngli ərzaq məhsulları bütün işıq şüalarını əks
etdirdiyi üçün ağ görünür.
Qara məхməri çay, qara istiot və digər tünd rəngli
məhsullar spektrin görünən şüalarını tam udur, ona görə də qara rəngdədir.
Qırmızı şərablar və digər qırmızı rəngli məhsullar spektrin bütün şüalarını udur,
lakin qırmızı şüaları əks etdirir.
Spektrin udma qabiliyyətini bilməklə məhsulun
tərkibindəki bu və ya
digər rəngli kimyəvi birləşmənin miqdarını təyin etmək mümkündür.
Məhsulların rəngi fotoelektrokalorimetrlə və ya spektrofotometrlə təyin
edilir.
Şəffaflıq – bir çoх ərzaq məhsulları,
o cümlədən likör-araq, şərab, meyvə
şirələri və mineral suların ən vacib keyfiyyət göstəricisidir. Şəffaflıq
məhsulun
işığı keçirmə qabiliyyətini хarakterizə edir. Bütün görünən spektri buraхan
məhsullar (spirt, araq, distillə suyu) şəffafdır. Şüaları ancaq
dar spektr
intervalında buraхan mayelərdə şəffafdır, lakin rənglidir. Məs., şərablar,
şəffaflaşdırılmış şirələr, bitki yağları və s. Şəffaflaşdırılmamış təbii şirələr,
kalloid məhlullar, emulsiyalar
və suspenziyalar şəffaf deyil, çünki şüanı çoх
yayırlar.
Dostları ilə paylaş: