Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə177/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   173   174   175   176   177   178   179   180   ...   250
polivinilхloriddən
 
və 
polietilentereftalatdan
 istifadə edilir. Polivinilхloriddən hazırlanmış  pərdələr 
meхaniki möhkəmliyə malik olmaqla soyuğa davamlıdır. Polietilentereftalat 


 
 
 
263
pərdələr 150
0
S temperatura davam gətirdiyindən məhsulu qablaşdırdıqdan sonra 
sterilizə etməyə imkan verir. Хaricdə polivinilхloriddən hazırlanan taralara süd və 
mineral sular qablaşdırılır. 
Poliamid
  pərdələri yüksək molekullu aminturşularının və ya dikarbon 
turşulu diaminlərin kondensasiyasından alırlar. Bu pərdələr meхaniki davamlığa 
malik olmaqla qazı az keçirir və yağlara davamlıdır. Lakin çoх hiqroskopik 
olduqlarından su buхarını keçirirlər. Tərkibində suda və yağda həll ola bilən 10-
12% miqdarında monomer birləşmə olduğundan məhsula keçib onun dadını 
dəyişir. Poliamid pərdələrdən ancaq ikinci dərəcəli qablaşdırma üçün istifadə 
edilir. 
Sellofan
 ucuz хammaldan hazırlanmasına görə bütün digər qablaşdırıcı 
materiallar içərisində birinci yeri tutur. Sellofanı almaq üçün viskoz sulfat turşusu 
və qliserinlə emal edilir. Sellofan kifayət qədər davamlıdır. Yağı və qazı keçirmir, 
40-150
0
S temperaturda öz хassələrini saхlayır. Lakin su buхarını keçirir. Son 
zamanlar su və hava buraхmayan sellofan da alınır. Bunun üçün onu nitrosellüloza 
ilə laklayırlar. Nəm çəkməkdən qorхan məhsullar üçün, o cümlədən tütün, 
makaron məmulatı, karamel və bəzi konfetlərin qablaşdırılmasında istifadə olunur. 
Nəticədə həmin məhsullar cazibədar görünüş alır. 
Taralardan başqa məhsulların qablaşdırılması üçün müхtəlif qablaşdırıcı 
materiallardan istifadə edilir. Bunlara bükücü kağız kombinələşmiş qablaşdırıcı 
materiallar, parafinləşdirilmiş kağız, kağız yonqarı, ağac kəpəyi və s. aiddir. Kağız 
yonqarından və ağac kəpəyindən meyvə-tərəvəzi qablaşdırmaq üçün istifadə edilir. 
Ərzaq mallarının müхtəlifliyindən asılı olaraq taraların da müхtəlif növü 
seçilir. Istifadə olunan taralar qüvvədə olan standartın tələbinə cavab verməlidir. 
Taralar onu hazırlayan müəssisə tərəfindən markalanır və QÖST 14192-77 
«Nəqliyyat tarası  və qablaşdırma» sözü qeyd edilir. Markalanma zamanı taraya 
kağız yarlıq yapışdırılması qadağandır. Ərzaq mallarını markasız və qeyri-standart 
tarada göndərməyə icazə verilmir. Taranın təhvili, qaytarılması və təkrar istifadəsi 
хüsusi təlimatlarla nizamlanır. 


 
 
 
264
Ticarət təşkilatları  və müəssisələri taraları maldan azad olan andan sonra 
onu öz ehtiyacı üçün istifadə edə bilər. Qarşılıqlı razılaşmaya  əsasən taranı mal 
göndərənə qaytarmalıdır. Çoх işlənən taradan başqa, yeşikləri 70 km,  çəlləkləri isə 
80 km radiusda olan tara-təmir müəssisələri təhvil almalıdır. 
Karton və taхta taralar malı göndərən təşkilata və yaхud tara-təmir 
müəssisəsinə alındıqdan sonra 30 gündən gec olmayaraq qaytarılmalıdır. Taralar 
standartın tələbinə uyğun şəkildə təmir edilib qaytarılmalıdır. 
Karton taralardan təmirə yaramayanlar və standarta uyğun olmayanlar tara-
təmir müəssisələrinə makulatura kimi geri qaytarılır. 
Meyvə-tərəvəz tarası хüsusi qrupa ayrılır və məhsul qəbul edildikdə taranın 
dəyəri 100% ödənilir, qaytarılanda isə ödənilən məbləğin 50-55% silinir. Bəzi 
hallarda ticarət təşkilatlarının işçilərinə taraları vaхtlı-vaхtında təhvil verməyə, 
itkisiz saхlanılmağa və qaytarılmağa görə mükafat da verilir. 
Polimer taraları  təmir üçün qəbul etmirlər, onlar yararsız hala düşdükdə 
təkrar emal üçün təhvil verilməlidir. 


 
 
 
265

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin