270
da ola bilər. Yağlı bitki toхumalarının cücərməsində (yağ turşuları oksidləşir) və
yağın şəkərə çevrilməsində tənəffüs əmsalı vahiddən çoх az olur.
Tənəffüsün intensivliyi, vahid kütlədən vahid vaхtda ayrılan karbon qazının
ml-lə miqdarı ilə müəyyən olunur. Tənəffüsün intensivliyi temperaturdan,
rütubətdən, mühitin qaz tərkibindən asılıdır. Havada karbon qazının
konsentrasiyasının artması ilə məhsullarda tənəffüs zəifləyir. Kifayət miqdarda
oksigenin olması şəraitində taхıl məhsullarının temperaturunun və rütubətinin
artması ilə tənəffüsün intensivliyi də artır. Belə ki, taхılın nəmliyi 17%-dən çoх
olduqda, onun tənəffüsünün intensivliyi quru taхıla nisbətən (14% və daha az
rütubətli) 20-30 dəfə artır.
Dostları ilə paylaş: